Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2835/2026 11.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi, məhkəmə iclas katibi X3, şikayət vermiş Qərardan şikayət verən orqan (şəxs), Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinin nümayəndəsi X4 iştirakları ilə, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli IXP ******* nömrəli protokolu əsasında qəbul edilmiş ## #### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətçi Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)- ****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarından şikayətçi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Şikayət verən Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli IXP ******* nömrəli protokolu əsasında qəbul edilmiş ## #### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, biləbilə kobud pozuntulara yol vermiş inspektorun barəsində xidməti araşdırmanın aparılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, ## #### 2026-cı il tarixdə saat 09:55 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində Süleyman Rüstəm küçəsi ilə hərəkətdə olarkən işıqforu keçib Mirəsədulla Mirqasımov küçəsinə doğru sağa döndükdən sonra Bakı şəhəri X1 Idarəsinin əməkdaşı R X5 onu dayandırmış, avtomobilin qırmızı işıqda hərəkət etdiyini deyib barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə protokol tərtib etmişdir. O həmin vaxtı da yol patrul inspektoruna bildirmiş ki, o işıqforu keçərkən qırmızı işıq yanmamışdı. Eyni zamanda əgər o qırmızı işıqda keçmiş olsaydı daxil olduğu yolda başqa maşınlarla toqquşardı. O, inspektora nə qədər bildirsə də ki, o gəldiyi istiqamətdə yaşıl işıq yanırdı, ancaq onun sözlərinə məhəl qoymadı. Bort kompüter vasitəsilə yoxladıqda 17 balının olduğunu gördü və istehza ilə 100 manat cərimə 3 balın da indi əlavə olunduğunu, sürücülük hüququnun da bununla məhdudlaşacağını dedi. O evdə 2 azyaşlı övladının olduğunu, arendaya götürdüyü taksi ilə çörəkpulu qazandığını, xuliqanlıq etmədiyini, içki içmədiyini, artıq hərəkətə, hörmətsizliyə yol vermədiyini, səhər tezdən axşama kimi işləyib həm arendanın pulunu verdiyini, həm də evinə çörək apardığını, övladlarını, ailəni ancaq bununla dolandırdığını deyib. Avtomobil idarə ediriksə müəyyən müddətdən bir yol hərəkəti qaydalarının ehtiyatsızlıqdan pozulması başa düşülən haldır. O, yol patrul inspektoruna həmin avtomobillə sözün əsl mənasında çörək almaq üçün pul qazandığını, artıq il ərzində qayda pozuntuları ilə bağlı yüksək balı olduğunu deyib, 3 bal da əlavə olunacağı təqdirdə onun sürücülük hüququnun 6 ay məhdudlaşacağını, həmin müddət ərzində işsiz qalacağını, orta təhsilli olduğunu, başqa yerdə işləmədiyini, ancaq arendaya götürdüyü maşınla gündəlik taksilik edib 2 uşağına ailəsinə baxdığını deyib, çox xahiş edib ki, bunları nəzərə alsın, inzibati tənbehin məqsədi inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaqdır. Bir ailənin, 2 uşağın ehtiyac içərisində çörəksiz qalmağı zamanı hansı qanunlara əməl edilməsi ruhundan söhbət gedə bilər. Keçmiş məcburi köçkündür, işğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış” proqramına uyğun olaraq Cəbrayıl rayonuna qayıtmağını gözləyir, həmin vaxtadək kirayədə qalır, 2-ci sinifə keçən 2 azyaşlı uşağı var, 1-2 aydan sonra məktəblər açılır, geyim, məktəb ləvazimatları, gündəlik xərclər və s. nəzərə alaraq hazırda onun sürücülük hüququnun əlindən alınması necə bir vəziyyətə onu salacağını sözlə ifadə edə bilmir. Onsuz da iş tapmaq çətindir, yardımla, fəhləliklə, ehtiyac içərisində dünya həyatını sürdürür. Düzdür, onun ehtiyac içərisində olmağı əsas vermir ki, o qayda pozsun, ancaq o içkili deyil, xuliqanlıq etməyib, səhər tezdən durub ruzisinin arxasınca gedir, şübhəli vəziyyətdə, inzibati hüquq pozuntusunun törədilməsinə əmin olmadığı halda kiminsə tək gəlir mənbəyi olan hüququnu əlindən almaq vicdansızlıqdır. Bu nə dövlətin yürütdüyü sosial siyasətə, nə də guya qanunçuluğu təmin etməyə uyğun deyildir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı ilə şikayətin təmin edilməməsi, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsinin ## #### 2026-cı il tarixli IXP ******* nömrəli protokolu əsasında qəbul edilmiş ## #### 2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan şikayətçi Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarının, eləcə də həmin qərarla qüvvədə saxlanmış Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsinin ## #### 2026-cı il tarixli IXP ******* nömrəli protokolu əsasında qəbul edilmiş ## #### 2026-cı il tarixli qərarın ləğv edilməsi, kobud pozuntulara yol vermiş yol-patrul inspektorunun barəsində xidməti araşdırmanın aparılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müdafiəçi təyin edilməmişdir. Protokolu tərtib edən şəxs dindirilməmişdir. Şikayət ərizəsində göstərilən protokolla bağlı məsələlərin hərtərəfli aydınlaşdırılması üçün sorğu verilməmişdir. Mütəxəssis dəvət edilməmişdir. Işıqforun qadağanedici siqnalında hərəkət etdiyi bildirilsə də, bununla bağlı birbaşa sübutlar tədqiq edilməmişdir. Məhkəmə qərarda “aşkar edilmiş sübutlar” dedikdə nəyi nəzərdə tutduğunu açıqlamamış, ehtimal və fərziyyəyə istinad edərək o qənaətə gəlmişdir. Inspektor idarə etdiyi nəqliyyat vasitəsini dayandırdıqdan sonra qanunla nəzərdə tutulmuş qaydada hərbi təzim qaydasında salam verib öz vəzifəsini, xüsusi rütbəsi və soyadını deməklə özünü təqdim etməmişdir. Azərbaycan Respublikası “Yol hərəkəti haqqında qanun”un 85-ci maddəsinin 3 cü hissəsində qeyd edilmişdir ki, nəqliyyat vasitəsi dayandıqda ona yaxınlaşır, özünü nəqliyyat vasitəsinin sürücüsünə təqdim edir və bundan sonra ona dayandırılmanın səbəbini bildirərək ondan bu Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində göstərilən sənədləri təqdim etməyi tələb etməlidir. “Yol-patrul xidməti haqqında Təlimat”ın 13.2-ci bəndinə əsasən, inspektor yol hərəkəti iştirakçılarına müraciət edərkən Yol Patrul Xidməti inspektoru sağ əlini baş geyiminə yaxınlaşdıraraq, hərbi təzim qaydasında salam verib öz vəzifəsini, xüsusi rütbəsi və soyadını deməklə özünü təqdim etməli, nəqliyyat vasitəsinin dayandırılması səbəbini bildirməlidir. Mövcud vəziyyətdə isə Rüfət Mənsimov qeyd olunan normanın tələblərini pozmuş, yalnız protokolu təqdim etdikdən sonra onun adını protokoldan baxıb bilmişdir. Təqdim edilmiş protokolda nə onun izahatı, nə hər hansı şahidin adı, nə onun protokola etirazı barədə qeydlər daxil edilməmişdir. Inspektor tərəfindən şəxsi qənaətdən başqa hansı materiallara, sübutlara istinad edilməmişdir, tərtib edilmiş protokol, foto və ya video materiallar olduğu halda nə üçün qərara əlavə edilməmişdir. Protokol tərtib edilərkən ona hüquqları, protokoldan şikayət etmək qaydası izah edilməmişdir. Bununla bağlı nə inspektor özü protokola fiziki olaraq imza etməmiş, nə də onun da protokola imza etməli olduğumu bildirməmiş, qeydlərini protokola əlavə etməmişdir. ## #### 2026-cı il tarixdə saat 09 radələrində inspektor onun idarə etdiyi nəqliyyat vasitəsini dayandırarkən özünün idarə etdiyi xidməti avtomobil yolun əks tərəfində hərəkət hissəsində dayanma və durmanın qadağan edildiyi sahədə statik vəziyyətdə idi. “Yol-patrul xidməti haqqında Təlimat”ın 4.3-cü bəndinə əsasən patrul avtomobili və Yol Patrul Xidməti inspektoru yol hərəkəti iştirakçıları üçün kifayət edəcək məsafədən görünən olmalıdır. Yol Patrul Xidməti avtomobilərinin görüntünü məhdudlaşdıran hər hansı bir maneələrin (ağaclar, bina və qurğular, reklam lövhələri və s.) arxasında, o cümlədən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə dayanma, durma və parklanmanın qadağan edildiyi yerlərdə yerləşdirilməsi qadağandır. Ümumiyyətlə, Bakı şəhəri X1 Idarəsinin əməkdaşı R X5 idarə etdiyi xidməti avtomobil həmin ərazidə dayana bilərdimi, onun dayandığı sahə stasionar post olmuşdurmu, müsbət halda bununla əlaqədar əmr və ya göstəriş vardırmı? Patrul avtomobilində quraşdırılmış videokamera görüntülərinə baxdıqda aşkar olunacaqdır ki, həmin patrul avtomobili “Yol-patrul xidməti haqqında Təlimat”ın qeyd edilən tələblərini pozmuşdur. Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, o, izahatında hadisənin səbəbi ilə bağlı bir-birindən fərqli və mahiyyət etibarilə ziddiyyət təşkil edən izahat vermişdir. Nəsimi rayon məhkəməsində elektron məhkəmə sistemi tətbiq olunur və xahiş edir ki, fasiləsiz olaraq aparılan video və audio yazıya baxılsın. O nə şifahi formada verdiyi izahatda, nə də şikayət ərizəsində ziddiyətli mövqe nümayiş etdirməmişdir. Məhkəmə mötəbər dəlilərə istinad edə bilmədiyi üçün deduktiv mühakimə irəli sürmüşdür. Məsələn, quş uça bilir, Sokrat uça bilmir, deməli Sokrat quş deyil. Nəticə etibarilə doğrudur, ancaq bu mühakimə necə gülünc doğurursa, məhkəmənin gəldiyi nəticə də eynidir. Onun bu yanaşmada izahatı belə olmuşdur ki, o işıqforun qadağanedici siqnalı aktiv olarkən hərəkətdə olmamışdır. Bununla bağlı birbaşa sübut araşdırma materialına əlavə edilməmişdir. Hər bir halda şəkil də əlavə edərək işıqforun qarşısının ağacın budağı ilə örtülü olduğunu, buna görə bilavasitə nizamlayıcıya yaxınlaşana qədər onun görülməsinin mümkün olmadığını demişdir. Qərarın 12-ci bəndində qeyd edilmişdir ki, Svetoforun önünün ağacla örtülməsi barədə dəlilə münasibətdə məhkəmə bu halın şəxsin inzibati məsuliyyətini istisna edən əsas kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatda inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti yüngüləşdirən halar, eləcə də işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. O, izahatında yaşıl işığın yanıb-sönməsindən sonra sarı işıq yanarkən hərəkəti davam etdirməyini deməmişdir. O, hərəkətə davam edərkən yaşıl işıq yanıb sönürdü, ən pis halda sarı işıq yanmış ola bilərdi. Sarı işıqda hərəkəti davam etdirmək situasiyadan asılı olaraq dəyişir. Əgər sürətli hərəkət varsa, qəfil tormuzlanma digər nəqliyyat vasitələri üçün ciddi problem yaradacaqsa, o halda bu qayda pozuntusu hesab edilmir. Yol patrul inspektoru qeyd edilən halı araşdırmamış protokol tərtib etmişdir. Məhkəmənin qərarında qeyd edilmişdir ki, hadisənin video görüntüsünə məhkəmə iclasında baxış zamanı müəyyən edilmişdir ki, şikayət vermiş şəxsin idarə etdiyi “BYD DESTROYER 05 PLUG-IN HIBRID MINIK” markalı, **-SQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi nəqliyyat vasitəsinin hərəkət istiqamətində yolayrıcına daxil olarkən sürətini azaldaraq, sağa dönmə manevri etməsi aydın görünməklə yanaşı, onun nəqliyyat vasitəsinin qadağanedici siqnalın qüvvədə olduğu anda hərəkətini davam etdirməsi də müəyyən olunur. Qeyd etmək lazımdır ki, həmin video görüntüdə o, artıq öz hərəkət yolunun üzərində olan işıqforu geridə qoyub yolayrıcına daxil olmuşdu və həmin görüntüdə onun bilavasitə işıqforun qadağanedici siqnalında hərəkət etməyi görünmür. Apellyasiya icraatı zamanı çıxış edən şikayət vermiş Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Apellyasiya icraatı zamanı çıxış edən Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinin nümayəndəsi X4 şikayətə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsi tərəfindən qəbul edilmiş ##.#.2026-cı il tarixli IXP ******* nömrəli protokolu əsasında qəbul edilmiş ##.#.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, ##.#.2026-cı il tarixdə saat 09:55-də Bakı, Bakı ş, Nəsimi r, Mirsədulla Mirqasımov küçəsi 20A ərazisində “BYD DESTROYER 05 PLUG-IN HIBRID MINIK” markalı **-SQ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü “svetoforun və ya nizamlayıcının qadağan edici işarəsi verilərkən hərəkətin davam etdirilməsi” qaydalarını pozduğundan Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 100 (yüz) manat məbləğində cərimə edilmişdir. Inzibati xəta hadisəsinin görüntülərini əks etdirən bir ədəd elektron daşıyıcıdan (bir ədəd videogörüntüdən) müəyyən edilmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi “BYD DESTROYER 05 PLUG-IN HIBRID MINIK” markalı **-SQ-*** dövlət qeydiyyat nişanlı avtomobillə svetorforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmişdir. Məhkəmə şikayət verən şəxs Qərardan şikayət verən orqan (şəxs) istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab etmişdir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 1 və 2-ci bəndlərinə əsasən Yol hərəkətinin iştirakçıları: yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinə əsasən svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi İ.Svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi yol iştirakçıları üçün məcburidir. II.Svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar: 1) yolayrıcında — kəsişən yolun hərəkət hissəsi qarşısında (bu Qanunun 76 cı maddəsinin dördüncü hissəsini nəzərə almaqla); 2) bu Qanunun 44-cü maddəsinin üçüncü hissəsinə uyğun olaraq dəmiryol keçidi qarşısında; 3) başqa yerlərdə — hərəkətinə icazə verilən nəqliyyat vasitələrinə və piyadalara maneə yaratmadan svetofor və ya nizamlayıcı qarşısında. III. Sürücü nəqliyyat vasitəsini nizamlayıcının göstərdiyi yerdə dayandırmalıdır. IV. Svetoforun sarı işığı yandıqda və ya nizamlayıcı qolunu yuxarı qaldırdıqda nəqliyyat vasitəsini kəskin tormozlamadan bu maddənin ikinci və üçüncü hissələrində müəyyən edilən yerlərdə saxlaya bilməyəcək sürücülərə hərəkəti davam etdirməyə icazə verilir. Siqnal verilərkən yolun hərəkət hissəsində olan piyadalar keçidi boşaltmalı, bu mümkün olmadıqda isə, nəqliyyat vasitələrinin əks istiqamətli hərəkətlərini ayıran xəttin üzərində dayanmalıdırlar. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət yaradır və bu əmələ görə şəxs yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə qeyd etmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) məhkəmə iclasında verdiyi izahatında işıqforun yaşıl işığının yanıb-sönüb sarıya keçərkən hərəkət etməsi, onun ardınca nəqliyyat vasitəsinin surətlə gəlməsi səbəbindən saxlaya bilməməsi, svetofurun önünün ağac ilə örtülməsi ilə əsaslandırsa da, məhkəmədə şikayət vermiş şəxsin həmin izahatı öz təsdiqini tapmamışdır. Məhkəmə həmin izahatı iş üzrə toplanmış digər sübutlarla, o cümlədən hadisənin video görüntüsü ilə müqayisəli şəkildə qiymətləndirərək hesab edir ki, şəxsin irəli sürdüyü dəlillər öz təsdiqini tapmır. Ilk növbədə qeyd edilməlidir ki, şikayət vermiş şəxsin izahatında hadisənin səbəbi ilə bağlı bir-birindən fərqli və mahiyyət etibarilə ziddiyyət təşkil edən arqumentlər irəli sürülmüşdür. Belə ki, şəxs bir tərəfdən svetoforun yaşıl işığının yanıb-sönərək sarı işığa keçməsi zamanı hərəkətdə olduğunu və bu səbəbdən dayana bilmədiyini bildirdiyi halda, digər tərəfdən svetoforun qarşısının ağacla örtülməsi səbəbindən svetoforu görmədiyini iddia etmişdir. Eyni hadisənin başvermə səbəbinin həm svetofor siqnalının dəyişməsi, həm də svetoforun görünüşünün ağac tərəfindən məhdudlaşdırılması ilə izah edilməsi şəxsin mövqeyinin ardıcıl və inandırıcı olmadığını göstərir. Bu səbəbdən məhkəmə həmin izahatı inzibati məsuliyyətdən yayınmağa yönəlmiş müdafiə xarakterli mövqe kimi qiymətləndirmişdir. Svetoforun önünün ağacla örtülməsi barədə dəlilə gəldikdə, məhkəmə hesab etmişdir ki, bu hal da şəxsin inzibati məsuliyyətini istisna edən əsas kimi qəbul edilə bilməz. Belə ki, iş üzrə video görüntüdən svetofor siqnalının sürücünün hərəkət trayektoriyasından müşahidə edilməsinin tamamilə mümkünsüz olduğu müəyyən edilmir. Bundan başqa, şəxsin özü tərəfindən irəli sürülən “yaşıl işığın yanıb-sönməsindən sonra sarı işıq yanarkən hərəkəti davam etdirməsi” barədə izahatı svetoforun ümumiyyətlə görünmədiyi barədə digər arqumenti ilə də uyğunluq təşkil etmir. Həmçinin qeyd edilməlidir ki, ümumi qayda olaraq işıqforun sarı işığı hərəkəti qadağan edir. Çünki sarı işıq hərəkətin qadağan olunduğunu və növbəti siqnalın dəyişəcəyini bildirir. Lakin həmin halda müəyyən istisna da vardır ki, bu, əgər sarı işıq yandıqda sürücü nəqliyyat vasitəsini kəskin tormozlamadan dayandıra bilmirsə, hərəkəti davam etdirməyə icazə verilir. Bu, yol hərəkəti təhlükəsizliyini təmin etmək və arxadan gələn avtomobillərlə toqquşmanın qarşısını almaq məqsədi daşıyır. Lakin aşkar edilmiş sübutlardan müəyyən edilir ki, Qərardan şikayət verən orqan (şəxs) həmin zaman hərəkətini dayandırıb növbəti siqnalı gözləmək imkanı olmuş və onun hərəkətini davam etdirdiyi zaman sarı işıq yandıqda nəqliyyat vasitəsini kəskin tormozlamadan dayandırması zərurəti olmamışdır. Belə olan halda aydın olur ki, Qərardan şikayət verən orqan (şəxs) inzibati xəta hadisəsi zamanı svetoforun qadağanedici işarəsi verildikdə keçməsini zəruri edəcək heç bir hal mövcud olmamışdır. Hadisənin video görüntüsünə məhkəmə iclasında baxış zamanı müəyyən edilmişdir ki, şikayət vermiş şəxsin idarə etdiyi “BYD DESTROYER 05 PLUG-IN HIBRID MINIK” markalı, **- SQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi nəqliyyat vasitəsinin hərəkət istiqamətində yolayrıcına daxil olarkən sürətini azaldaraq, sağa dönmə manevri etməsi aydın görünməklə yanaşı, onun nəqliyyat vasitəsinin qadağanedici siqnalın qüvvədə olduğu anda hərəkətini davam etdirməsi də müəyyən olunur. Məhkəmə həmçinin qeyd etmişdir ki, şikayət vermiş şəxsin “arxadan gələn nəqliyyat vasitəsinin sürətlə hərəkət etməsi səbəbindən saxlaya bilməməsi” barədə izahatı da video görüntü ilə təsdiqlənmir. Belə ki, görüntüdən onun arxasınca hərəkət edən nəqliyyat vasitəsinin təhlükəli və ya yüksək sürətlə hərəkət etdiyi, yaxud şikayət vermiş şəxsin məhz həmin nəqliyyat vasitəsinin hərəkəti nəticəsində dayana bilmədiyi müəyyən edilmir. Şikayət vermiş şəxs şikayətində “Avtomobil idarə ediriksə müəyyən müddətdən bir yol hərəkəti qaydalarının ehtiyatsızlıqdan pozulması başa düşülən haldır” ifadəsini qeyd etməklə yol hərəkəti qaydalarının müəyyən hallarda ehtiyatsızlıqdan pozulmasının mümkün və başa düşülən hal olduğunu bildirmişdir. Məhkəmə hesab etmişdir ki, şikayət vermiş şəxsin bu mövqeyi hüquqi baxımdan qəbul edilə bilməz. Belə ki, yol hərəkəti qaydalarının pozulmasının ehtiyatsızlıqdan baş verməsi həmin pozuntunu hüquqa uyğun davranışa çevirmir və inzibati məsuliyyəti avtomatik olaraq aradan qaldırmır. Yol hərəkəti iştirakçısının ehtiyatlı olması, svetoforların tələblərinə riayət etməsi və yol hərəkətinin təhlükəsizliyini təmin edən qaydalara əməl etməsi məhz onun qanunla müəyyən edilmiş vəzifəsidir. Yol hərəkəti qaydalarının pozulmasının “müəyyən müddətdən bir baş verən” və ya sürücülük fəaliyyəti baxımından “başa düşülən” hal kimi qiymətləndirilməsi hüquqi meyar deyil. Hüquq pozuntusunun digər şəxslər tərəfindən də ehtiyatsızlıqdan törədilə bilməsi konkret şəxsin törətdiyi əmələ görə məsuliyyətini istisna etmir. Əks yanaşma yol hərəkəti qaydalarının məcburiliyinin aradan qalxmasına və hər bir sürücünün öz ehtiyatsız davranışını ümumi sürücülük təcrübəsi ilə əsaslandırmasına gətirib çıxara bilər. Məhkəmə xüsusilə qeyd etmişdir ki, yol hərəkəti qaydalarına riayət olunması sürücünün şəxsi mülahizəsindən, həmin qaydanın pozulmasını nə dərəcədə “başa düşülən” hesab etməsindən və ya digər sürücülərin də analoji pozuntular törətməsindən asılı deyildir. Məhkəmə şikayətçinin şifahi izahatını ayrıca deyil, iş üzrə digər sübutlarla birlikdə qiymətləndirmişdir. Video görüntünün məzmunu şəxsin svetoforun siqnalı ilə bağlı izahatlarını təsdiq etməməklə yanaşı, onun qadağanedici siqnal verildikdən sonra hərəkətini davam etdirdiyini aydın şəkildə göstərir. Məhkəmə hesab etmişdir ki, iş materiallarında olan videogörüntü, inzibati xəta haqqında qərar və digər sübutlar qarşılıqlı əlaqədə qiymətləndirildikdə, Qərardan şikayət verən orqan (şəxs) ona istinad edilən inzibati xətanı törətməsi barədə nəticəyə gəlmək üçün kifayət qədər əsas vardır. Onun irəli sürdüyü dəlillər isə müəyyən edilmiş hüquqi nəticəni dəyişdirə biləcək xarakter daşımır. Apellyasiya şikayətinin dəlillərinin yoxlanılması məqsədilə hadisənin video görüntüsü tədqiq edilmiş və şikayət vermiş şəxsin idarə etdiyi “BYD DESTROYER 05 PLUG-IN HIBRID MINIK” markalı, **-SQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi nəqliyyat vasitəsinin hərəkət istiqamətində yolayrıcına daxil olarkən sürətini azaldaraq, sağa dönmə manevri etməsi aydın görünməklə yanaşı, onun nəqliyyat vasitəsinin qadağanedici siqnalın qüvvədə olduğu anda hərəkətini davam etdirməsi də müəyyən olunmuşdur. Şikayətin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən inzibati xəta hadisəsi və şəxsin təqsiri sübuta yetirilmişdir. Ona görə məhkəmə şikayətin dəlilləri ilə razılaşmayaraq onları əsassız hesab edir. Şikayətdə polis əməkdaşı və protokola aid ehtimal edilən pozuntular təsdiq olunsa belə inzibati xəta hadisəsinin baş verməsini və şəxsin təqsirini istisna edə bilməz. Bu səbəbdən və yuxarıda qeyd edilənlərdən məhkəmə, birinci instansiya məhkəməsinin yekun qənaəti ilə razılaşır və hesab edir ki, səlahiyyətli orqanın inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ###### 2026-cı il tarixli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli IXP ******* nömrəli protokolu əsasında qəbul edilmiş ## #### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətçi Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)- ****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim: Habil Məmmədov
Məhkəmə qərarları › İş №3(3-6)-2835/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2835/2026
11.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver