Məhkəmə qərarları › İş №3(3-6)-2838/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2838/2026

08.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2838/2026 08.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hüseyn Cavid Vaqif oğlu, məhkəmə iclas katibi X3, səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim X1) *(*-***)-****/**** saylı, ##.##.2026cı il tarixli qərarı ilə Vəzifəli şəxs (## ####### 1988-ci il tarixdə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 8 ünvanında yaşayan) şikayəti təmin edilmiş, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra MMC-in) direktoru Vəzifəli şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 192.1-ci maddəsi ilə tənbeh edilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsinin MN ******* saylı, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir. İşin halları: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsinin MN ******* saylı, ##.##.2026-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən X6 2026-cı ilin fevral ayından əmək müqaviləsi hüquqi qüvvəyə minmədən MMC tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Qərardan MMC-nin direktoru Vəzifəli şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət edərək MN ******* saylı, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir İş üzrə yuxarıda qeyd olunan qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qərarından narazı qalan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti şikayət verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və MN ******* saylı, ##.##.2026- cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən sübutlara obyektiv hüquqi qiymət verilməmiş, yalnız barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş Vəzifəli şəxs özünün məsuliyyətdən yayınması məqsədi ilə sonradan düşünülərək irəli sürdüyü mülahizələrə əsaslanmışdır. İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş səlahiyyətli orqanın mövqeyi nəzərə alınmadan, əsassız olaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Vəzifəli şəxs MMC-nin işəgötürəni Vəzifəli şəxs tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin tələblərinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yarandığı və tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yaranarsa əmək müqaviləsinin bağlanmasının məcburi olduğu halda həmin tələbləri pozaraq, yəni, əmək müqaviləsi (kontraktı) barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmədən və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən MMC-də X6 2026-cı ilin fevral ayından həkim travmatoloq-ortoped vəzifəsində işə götürməklə İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, X6 izahatında göstərmişdir ki, o, Bakı şəhərində olduğu müddətdə “Olimp Hospitalda” konsultant həkim olaraq köhnə xəstələrini qəbul etmiş, “Olimp Hospitalda” rəsmi olaraq işləməmişdir. Beləliklə, Vəzifəli şəxs təqsiri tam sübuta yetirilir. Bu sübutlar kifayət qədər mötəbər olmaqla inzibati xəta haqqıda iş üzrə qərar qəbul etmək üçün əsas olduğundan, Vəzifəli şəxs barəsində qəbul edilən ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ###### 2021-ci il tarixli Qərarında qeyd olunur ki, inzibati xətaya dair qərarın qəbul edilməsi səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olduğu hallarda, belə qərardan verilmiş şikayət üzrə həyata keçirilən məhkəmə araşdırmasının predmetini məhz həmin qərar təşkil edir. Belə olan təqdirdə işə baxan məhkəmə üçün səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Həmin qərarın qəbul edilməsinə əsas olmuş protokol isə artıq sübutedici əhəmiyyət daşıyır. Qeyd olunan halları nəzərə almamaqla məhkəmə qanunvericiliyə formal yanaşaraq real qanun pozuntularına görə məsuliyyətin müəyyənləşdirilməsi işini çətinləşdirir, təqsirli şəxslərin məsuliyyətdən yayınmaq üçün imkanlarının süni olaraq genişləndirilməsinə şərait yaradır. Nəticədə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi düzgün aparılmadan işin faktiki hallarına uyğun olmayan əsassız nəticəyə gəlinmiş və nəticədə əsassız qərar qəbul edilmişdir. Apellyasiya şikayətinə etiraz verilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, həm MMC-nin direktoru olaraq onun barəsində, həm də hüquqi şəxs olan MMC-nin barəsində İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında icraat Bakı şəhəri Binəqədi rayonu X4 tərəfindən Binəqədi Rayon Prokurorluğunun icraatında olan **-*-*-*/***-****-* nömrəli material üzrə qəbul olunmuş ##.##.2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarla başlanmışdır. Sözügedən qərardan görünür ki, bu maddə ilə icraatın başlanmasına əsas kimi X6 MMC-də Əmək Məcəllədində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakt) qüvvəyə minmədən hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsinin aşkar olunduğuna istinad olunmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından görünür ki, barəsində inzibati tənbeh tətbiq edilmiş MMC-nin təqsirli bilindiyi iş üzrə X6 MMC-də Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakt) qüvvəyə minmədən hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsinin həmin iş üzrə təhqiq edilmiş sübutlarla təsdiq olunmamasına görə MMC barəsində İXM-nin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta hadisəsi üzrə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərar qanuni qüvvəsini almışdır. Barəsində MMC-nin vəzifəli şəxsi, yəni direktoru olaraq İXM-nin 192.1-ci maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilməsi barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından görünür ki, işə baxan hakim məhz hazırda qanuni qüvvəsini almış yuxarıda sözügedən qərarla hüquqi şəxs olan MMC tərəfindən X6 həmin Cəmiyyətdə hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsinin təsdiqini tapmadığına və bununla da MMC barəsində İXMnin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata inzibati xəta hadisəsinin törədilməməsi əsası ilə xitam verilməsini qərara almışdır. İstər birinci instansiya məhkəməsində verilən izahatda, istərsə də birinci instansiya məhkəməsinin qərarından verilən şikayətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi barəsində qəbul olunmuş MN seriyalı, ******* nömrəli, ##.##.2026-cı il tarixli qərarın qanuni və əsaslı olduğunu qeyd etsə də, barəsində inzibati məsuliyyətin tətbiqi üçün zəruri olan sübutetmə yükünü yerinə yetirə bilməmişdir. Şikayətin dəlillərindən görünür ki, bu şikayət subyektiv və formal mülahizələrdən ibarət olmaqla heç bir hüquqi əsasla əsaslandırılmamışdır. Hesab edir ki, həmin şikayətin hazırkı iş üzrə olan qərarın ləğvi və barəsində inzibati xəta haqqında məsuliyyət tədbirinin tətbiqi barədə yeni qərarın qəbulu üçün heç bir faktiki və hüquqi əsasları olmadığından şikayətin təmin edilməməsinə hazırkı iş üzrə olan ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarın dəyişdirilmədən saxlanılmasına dair qərar qəbul olunmalıdır. Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqanın nümayəndəsi X2 şikayətin dəlillərinə uyğun çıxış edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində şikayətçi MMC-nin direktoru Vəzifəli şəxs məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayətində səlahiyyətli orqan hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını, hakim, tərəfindən, mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasını iddia edilərək tələbi İXM-in 135.1.1 və 135.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. İXM-in 135.1.1 və 135.1.2-ci maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, İXM-in 75,76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq izahatı və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək iş üzrə icraata xitam vermişdir. Məhkəmə göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda qərarın məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayətin dəlilərinə münasibətdə qiymətləndirilməlidir. Apellyasiya şikayətində X6 2026-cı ilin fevral ayından əmək müqaviləsi hüquqi qüvvəyə minmədən MMC tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi iddia olunmuş, bunun, X6 izahatı ilə təsdiq edildiyi göstərilmişdir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hüquq və azadlıqların məhkəmə təminatı bütövlükdə insan hüquq və azadlıqlarının müdafiə sisteminin əsasını təşkil etməklə, ən etibarlı və yüksək hüquqi qüvvəyə malik müdafiə mexanizmidir. Məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsini nəzərdə tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir çox qərarında qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi hər kəsin məhkəməyə müraciət etmək hüququnun olmasını təmin edir. Bu yalnız məhkəmə araşdırmasını başlatmaq hüququnu deyil, həmçinin mübahisələrin məhkəmələr tərəfindən ədalətli həll edilməsi hüququnu ehtiva edir. Məhkəmə araşdırması aparılmadığı təqdirdə prosessual təminatların, o cümlədən məhkəmə baxışının açıqlığı, ədalətliliyi və çevikliyi kimi prinsiplərin heç bir hüquqi əhəmiyyəti yoxdur. İnzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (İXM-nin 2-ci maddəsi). İXM-nin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati məsuliyyətə səbəb olan hər bir əməlin (hərəkət və ya hərəkətsizliyin) tərkibinin düzgün müəyyən edilməsi inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməlin inzibati xəta olubolmamasını, inzibati xətanı törətməkdə təqsirli bilinən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə inzibati xəta törətmiş şəxsə ədalətli tənbehin təyin edilməsinə yönəlmişdir. Bu mövqenin məntiqi davamı olaraq qanunvericiliyin tələbinə görə, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi; inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait (İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsi). Apellyasiya instansiya məhkəməsi iş materiallarında olan sübutlarla şikayətçinin dəlillərini yoxlamış, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirmişdir. Məhz bu qiymətləndirmənin nəticəsi olaraq apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, səlahiyyətli orqanın gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Belə ki, şikayətçidən alınmış izahatı, sənədləri işin müəyyən edilmiş sayılan halları və Vəzifəli şəxs təqsirli bilindiyi İXM-in 192.1-ci maddəsinin dispozisiyası, xətanın tərkibinin əlamətləri ilə müqayisə etdikdə, həmin sübutların işin müəyyən edilmiş sayılan, sözügedən xətanın tərkibinin əlamətləri ilə şərtləndirilən hallarla uzlaşmadığı, sübuta yetirilmədiyi aydın olur. Birinci instansiya məhkəməsində dindirilmiş X6 izahatında bildirmişdir ki, o 2022-ci ilin fevral ayından 2025-ci ilin iyun ayınadək “Medera” Hospitalda işləmişdir. Qərardan şikayət verən orqan (şəxs)da heç vaxt işləməmişdir. Onun xəstəsi çox olduğu üçün vaxtaşırı xəstələrini Qərardan şikayət verən orqan (şəxs)a göndərmişdir. 2025-ci ilin iyun ayından hazırki günədək Türkiyə Respublikasında həkim ortoped kimi çalışır. Azərbaycan Respublikasında işlədiyi dövrdə vaxt məhdudiyyəti ilə əlaqədar müayinə edə bilmədiyi xəstələri Qərardan şikayət verən orqan (şəxs) MMC-yə yönləndirmişdir. Göründüyü kimi, səlahiyyətli orqan sübut kimi X6 izahatına istinad etsə də, həmin izahat Vəzifəli şəxs təqsirliliyini deyil, əksinə onun təqsirsizliyinə dəlalət etmiş, xətanın törədilməsinə dair digər sübutlar təqdim edilməmişdir. Həmçinin, eyni faktla bağlı Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarına əsasən “xxxx” MMC barəsində İXm-in 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərarda müəyyən edilmişdir ki, X6 MMC-də Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakt) qüvvəyə minmədən işəgötürən Vəzifəli şəxs tərəfindən hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi öz təsdiqini tapmamışdır. Həmin qərar qüvvədə olmaqla mübahisələndirilməmişdir. Odur ki, birinci instansiya məhkəməsi inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq inzibati xəta haqqında iş üzrə icraata xitam vermişdir. Şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından şikayət təmin edilməməlidir. İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda qeyd olunanlara əsasən və İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq Qərara aldım: Apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar