Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2839/2026 08.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Hüquq İdarəsinin nümayəndəsi nümayəndə1 iştirakları ilə, Yasamal Rayon İcra Hakimiyyəti Başçısının Aparatının Mənzil-Kommunal Təsərrüfatı Birliyi və Birliyin rəisi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Hüquq İdarəsinin rəisi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxılaraq Müəyyən etdim: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Yasamal Rayon İcra Hakimiyyəti Başçısının Aparatının Mənzil-Kommunal Təsərrüfatı Birliyi və Birliyin rəisi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 barəsində İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair müvafiq olaraq ## ### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli və ## ### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı ilə Yasamal Rayon İcra Hakimiyyəti Başçısının Aparatının Mənzil-Kommunal Təsərrüfatı Birliyi və Birliyin rəisi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən xitam verilmişdir. Qərardan narazı qalan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Hüquq İdarəsinin rəisi apellyasiya qaydasında şikayət verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarının ləğv edilməsini və Xidmət tərəfindən Yasamal Rayon İcra Hakimiyyəti Başçısının Aparatının Mənzil-Kommunal Təsərrüfatı Birliyi və Birliyin rəisi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 barəsində tərtib edilmiş ## ### 2026-cı il tarixli, MN 2466680 və MN ******* nömrəli inzibati xəta haqqında protokollar əsasında Yasamal Rayon İcra Hakimiyyəti Başçısının Aparatının Mənzil-Kommunal Təsərrüfatı Birliyi və Birliyin rəisi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya qaydasında verilmiş şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, 3(5- ***)-****/**** nömrəli qərarı ləğv edilməli və Xidmətin ## ### 2026-cı il tarixli, MN 2466680 və MN ******* nömrəli inzibati xəta haqqında protokolu əsasında Yasamal Rayon İcra Hakimiyyəti Başçısının Aparatının Mənzil-Kommunal Təsərrüfatı Birliyi və Birliyin rəisi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, X5 şikayəti əsasında Xidmətdə aparılan araşdırma zamanı Yasamal Rayon İcra Hakimiyyəti Başçısının Aparatının Mənzil- Kommunal Təsərrüfatı Birliyinə ## ###### 2026-cı il tarixli məktub göndərilərək vətəndaşın müraciətinə dair məlumatların və məktubda göstərilən sənədlərin 7 (yeddi) iş günü müddətində Xidmətə verilməsi tələb olunmuşdur. Sözügedən məktub Yasamal Rayon İcra Hakimiyyəti Başçısının Aparatının Mənzil-Kommunal Təsərrüfatı Birliyinə göndərilməsinə baxmayaraq Yasamal Rayon İcra Hakimiyyəti Başçısının Aparatının Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən sənədlər təqdim edilməmişdir. Göründüyü kimi qanunvericilikdə müvafiq maddə ilə inzibati məsuliyyət təkcə sənədlərin təqdim edilməməsinə görə yox, həm də sənədlərin tam, düzgün və vaxtında təqdim edilməməsinə görə yaranır. Xidmət tərəfindən müəyyən edilmiş müddət ərzində sənədlər tam təqdim edilmədiyindən inzibati xəta törədilmiş hesab edilir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən mötəbər sübutların qiymətləndirilməsi düzgün aparılmadığından işin faktiki hallarına uyğun olmayan əsassız nəticəyə gəlinmişdir. Apellyasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Hüquq İdarəsinin nümayəndəsi apellyasiya qaydasında verilmiş şikayətə uyğun çıxış edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında Yasamal Rayon İcra Hakimiyyəti Başçısının Aparatının Mənzil- Kommunal Təsərrüfatı Birliyi və Birliyin rəisi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 iştirak etmədiyindən məhkəmə onun iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsini mümükün hesab etdi. İşin halları və hüquqi məslələr: Məhkəmə şikayətlə əlaqədar işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, apellyasiya qaydasında verilmiş şikayət aşağıda göstərilən əsaslara görə əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -## ### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X5 şikayəti əsasında Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən MKTB-nə göndərilmiş *-**-*/*-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli sorğu məktubunda sənədlərin 7 (yeddi) iş günü müddətində DƏMX-in BŞİ-ə təqdim edilməsi tələb olunmuşdur. Məktub RSD üzərindən çatdırılmasına baxmayaraq müəssisə tərəfindən ## ### 2026-cı il tarixinədək sənədlər DƏMX-in BŞİ-ə təqdim olunması tam olaraq təmin edilməmişdir. Belə ki, iş vaxtının uçotu cədvəllərinin surəti (2026-cı il üzrə) və məzuniyyət haqqının ödənilməsini təsdiq edən sənədlər (bank arayışı, bank çıxarışı) təqdim edilməmiş, nəticədə Yasamal rayon İcra Hakimiyyətinin Başçısının Aparatının Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt X6 üzərindən göndərilmiş sorğu məktubu və ## ### 2026-cı il tarixində natamam təqdim edilmiş sənədlər ilə təsdiq edilir. -## ### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X5 şikayəti əsasında Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən MKTB-nin vəzifəli şəxsinə göndərilmiş 3-17- */*-*****/**** nömrəli, 20 fevral 2026-cı il tarixli sorğu məktubunda sənədlərin 7 (yeddi) iş günü müddətində DƏMX-in BŞİ-ə təqdim olunması tələb olunmuşdur. Məktub RSD üzərindən çatdırılmasına baxmayaraq ## ### 2026-cı il tarixinədək tələb olunan sənədlər DƏMX-in BŞİ-ə təqdim olunması tam olaraq təmin edilməmişdir. Belə ki, iş vaxtının uçotu cədvəllərinin surəti (2026-cı il üzrə) və məzuniyyət haqqının ödənilməsini təsdiq edən sənədlər (bank arayışı, bank çıxarışı) təqdim edilməmiş, nəticədə Yasamal rayon İcra Hakimiyyətinin Başçısının Aparatının Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Yasamal Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəhbərliyinə ünvanlanmış ## ###### 2026-cı il tarixli, 3-17-5/2- *****/**** nömrəli məktubdan görünür ki, vətəndaş X5 Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyində əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində * saylı DOST Mərkəzinə ünvanladığı müraciətə Xidmətin Bakı şəhər İdarəsində baxılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən müvafiq olaraq tələb olunan sənədlərin 7 (yeddi) iş günü ərzində X2 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilməsi xahiş olunmuşdur. Məktubda 1. vətəndaşın müraciətində və izahatında qeyd etdiyi məsələlərə münasibət bildirməklə bağlı ətraflı cavab məktubu, 2. iş vaxtının uçotu cədvəllərinin surəti (çalışdığı dövr üzrə), 3. məzuniyyət hüququndan istifadə edilməsinə dair müvafiq sənədlər (işçinin ərizəsi, işəgötürənin əmri) (çalışdığı dövr üzrə), 4. məzuniyyət haqqının hesablanmasına və ödənilməsinə dair müvafiq sənədlərin surəti (çalışdığı dövr üzrə), (bank arayışı, bank çıxarışı, ödəniş tapşırığı) tələb edilmişdir. Həmin məktub RSD üzərindən ## ###### 2026-cı il tarixdə Birliyə göndərilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Yasamal Mənzil-Kommunal Təsərrüfatı Birliyi və Birliyin rəisi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 ünvanlanmış ## ##### 2026- cı il tarixli, *-**-*/*-*****/**** nömrəli bildirişdən görünür ki, Birliyin nümayəndəsi Birlik barəsində protokolun tərtib edilməsində iştirak məqsədi ilə ## ### 2026-cı il tarixdə saat 10:00-da Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsinə dəvət edilmişdir. -Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2026-cı il tarixli “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsi baxımından Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.7 və 139-cu maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 141.1.3 və 142-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” qərarında göstərilmişdir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.3, 18.6 və 18.7-ci maddələrinin mənasına görə, eyni inzibati xəta hadisəsi ilə bağlı hüquqi şəxslə yanaşı onun xeyrinə və ya onun maraqlarının qorunması üçün hərəkət və ya hərəkətsizlik edən vəzifəli şəxsin də əməllərində inzibati xəta tərkibinin olmasına kifayət qədər əsaslar mövcud olduqda, hər iki subyekt barəsində eyni vaxtda inzibati xəta haqqında protokollar (inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarlar) tərtib edilərək baxılması üçün məhkəməyə göndərilə bilər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Yasamal Rayon İcra Hakimiyyəti Başçısının Aparatının Mənzil-Kommunal Təsərrüfatı Birliyi və Birliyin rəisi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 İnzibati Xətalar Məcəlləsinin 539.3cü maddəsi ilə nəzərdə tutulmuş xətanı törətmələri iş materialları ilə sübuta yetirilsə də, başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyinə görə xitam verilməlidir. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi qənaət ilə razılaşaraq qeyd edir ki, iş materiallarına ilə Yasamal Rayon İcra Hakimiyyəti Başçısının Aparatının Mənzil-Kommunal Təsərrüfatı Birliyi və Birliyin rəisi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirli olması iş materialları ilə sübuta yetirilmişdir. Lakin İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən əsasən məsuliyyətə cəlb etmə müddəti ötürülmüşdür. Belə ki, iş materiallarının tədqiqi zamanı vətəndaşın Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində * saylı DOST Mərkəzinə ünvanladığı müraciəti əsasında Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Yasamal Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəhbərliyinə ## ###### 2026-cı il tarixli, 3-17- */*- *****/**** nömrəli məktub göndərilərək, şikayətin araşdırılması məqsədi ilə lazımi sənədlərin 7 iş günü ərzində idarəyə təqdim edilməsi xahiş edilmişdir. Qeyd edilən məktublar ## ###### 2026-cı il tarixdə RSD üzərindən rəsmi olaraq çatdırılsa da barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs və vəzifəli şəxs tərəfindən göstəriş tam şəkildə icra edilməməsi və inizbati xətanın törədilməsi öz təsdiqini tapır. Eyni zamanda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bildiyindən hazırkı iş üzrə ## #### 2026-cı il tarixdə həmin müddət başa çatmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; bu Məcəllənin 18.2.1- 18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 539.1-1-ci maddəsinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə – vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə – vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, şikayət isə təmin edilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 135-ci maddələri rəhbər tutularaq, Qərara alıram: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Hüquq İdarəsinin rəisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yasamal Rayon İcra Hakimiyyəti Başçısının Aparatının Mənzil-Kommunal Təsərrüfatı Birliyi və Birliyin rəisi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət verilə bilməz. Sədrlik edən Qədim Babayev
Məhkəmə qərarları › İş №3(3-6)-2839/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2839/2026
08.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver