Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-2840/2026 11.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlunun, Məhkəmə iclas katibi X1, Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə, Şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair Qərardan şikayət verən orqan (şəxs) vəsatətinin təmin edilməməsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDIM: Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DIN Baş Dövlət Yol Polisi Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, EQ/******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini, eyni zamanda şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadına əsasən Azərbaycan Respublikası DIN Baş Dövlət Yol Polisi Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, EQ/******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş vəsatət təmin edilməmişdir. Qərardaddan narazı qalan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verərək, Binəqədi rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli müddətin bərpasından imtina edilməsi barədə qərardadın ləğv edilməsi və buraxılmış müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Dövlət Yol Polisi Idarəsinin ##.##.2025-ci il tarixli, EQ ******** saylı qərarının mövcudluğu buna oxşar daha 15 qərarla eyni zamanda təxminən 3 ay bundan əvvəl sırf təsadüfən e-Polis tətbiqindən məlum olmuşdur. Qeyd etməyi vacib sayır ki, e-Polis tətbiqində qəbul edilmiş inzibati tənbeh barədə qərarların tam müfəssəl məzmunu deyil, yalnız anons şəklində bu tarixdə cərimə olunduğu göstərilmişdir. Bundan dərhal sonra o, Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Azərbaycan Respublikası DIN Baş Dövlət Yol Polisi Idarəsinə şikayətlər göndərmiş, lakin tələbləri həll olunmamışdır. Lakin bu şikayətlərin nəticəsini təxminən 45 gün gözləməli olmuşdur. Bundan sonra o, Bakı şəhəri Yasamal rayon məhkəməsinə şikayət etmiş, lakin səhv edərək 16 analoji qərardan bir ərizədə şikayət etmişdir. Məhkəmə təxminən 20 gün sonra şikayətini geri qaytararaq yol verdiyi nöqsanları aradan qaldırmağı tövsiyyə etmişdir. Məhkəmənim göstərişinə əməl etmiş və yenidən şikayətlə məhkəməyə müraciət etmişdir. O, bu günə qədər rəsmi qaydada heç bir qərar almadığı təqdirdə bunu necə sübut edə bilər? Qoy DYP sübut təqdim etsin ki, bu qərarlar filan tarixdə rəsmi qaydada verilmişdir. Belə bir hal isə qəti olaraq mövcud deyildir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin *(*-***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərardadının ləğv edilməsi, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Dövlət Yol Polisi Idarəsinin ##.##.2025-ci il tarixli, EQ ******** saylı qərarından şikayət vermə müddətinin bərpasına dair tərəfindən verilmiş vəsatətin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək məhkəmədən verilmiş şikayətin təmin edilməsini xahiş etdi. Işin materiallarını araşdırıb, proses iştirakçıların çıxışını dinləyib, aşağıda qeyd olunan əsaslara görə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadı ləğv olunmalı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən şikayət verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməlidir. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Birinci instansiya məhkəməsinin hakimi mübahisələndirilən qərardadında qeyd etmişdir ki, barəsində şikayət verilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərar ##.##.2025-ci il tarixdə qəbul edilmiş, şikayətçi isə həmin qərardan şikayət vermək üçün məhkəməyə əhəmiyyətli müddət keçdikdən sonra müraciət etmişdir. Şikayətçi vəsatətində qərarın mövcudluğundan təsadüfən xəbər tutduğunu bildirsə də, məhkəmə iclasında verdiyi izahatında cərimələr barədə 3 ay əvvəl məlumat aldığını bildirmişdir. Buna baxmayaraq, həmin vaxtdan sonra da qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 126.1, 130.1 və 130.2-ci maddələrinin tələblərinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət qanunla müəyyən edilmiş müddətdə verilməli, həmin müddət yalnız üzrlü səbəbdən buraxıldığı halda bərpa edilə bilər. Hazırkı iş üzrə isə şikayətçinin qərardan məlumatlı olduğu vaxtdan məhkəməyə müraciət etməməsini üzrlü edən hər hansı konkret səbəb müəyyən edilməmiş və bunu təsdiq edən mötəbər sübut təqdim olunmamışdır. Şikayətçinin qərarın ona vaxtında SMS vasitəsilə bildirilməməsi barədə dəlili də nəzərə alınmışdır. Lakin onun öz izahatına görə, cərimələr barədə 3 ay əvvəl məlumatı olmuşdur. Bu halda məlumatın SMS vasitəsilə verilib-verilməməsindən asılı olmayaraq, həmin məlumatı əldə etdiyi andan etibarən öz hüququnun müdafiəsi üçün qanunla nəzərdə tutulmuş qaydada və müddətdə müraciət etmək imkanı olmuşdur. Buna görə də məlumat əldə etdikdən sonra da uzun müddət ərzində müraciət etməməsi üçün üzrlü səbəb göstərilmədiyindən, bu hal buraxılmış müddətin bərpasına əsas verə bilməz. Bundan əlavə, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 122.4-cü maddəsində nəzərdə tutulmuş foto və videoyazıların saxlanılması müddəti də nəzərə alınmalıdır. Belə ki, həmin sübutların qanunla müəyyən edilmiş müddətdən sonra saxlanılmaması və ya əldə edilməsinin mümkün olmaması inzibati xəta hadisəsinin sonradan araşdırılmasını və iş üzrə halların obyektiv müəyyən edilməsini çətinləşdirə bilər. Bu baxımdan, şikayət vermə müddətinin üzrlü səbəb olmadan uzun müddət sonra bərpa edilməsi prosessual qənaət və sübutların əlçatanlığı baxımından da əsaslandırılmış hesab edilə bilməz. Şikayətçinin nəqliyyat vasitəsini idarə etmədiyi barədə məhkəmə iclasında verdiyi izahat isə qərarın mahiyyəti üzrə qanuniliyinə dair dəlildir və buraxılmış şikayət müddətinin bərpası üçün özlüyündə üzrlü səbəb təşkil etmir. Səbəbin üzrlü hesab edilib-edilməməsi ixtiyari bir mülahizəyə görə deyil, əsaslısəbəbə görə müəyyən edilməlidir, hansı ki bu səbəb tərəflərin məhkəmə qarşısında hüquq bərabərliyinin pozulmasına münasibətdə, tərəflərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunması hüququnun pozulmasına münasibətdə, ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına münasibətdə və ya səbəbin ağlabatanlığına münasibətdə haqq qazandırıla bilinsin. Beləliklə, məhkəmə araşdırması zamanı şikayət vermə müddətinin üzrlü səbəbdən buraxıldığını təsdiq edən mötəbər və inandırıcı hallar müəyyən edilməmiş, əksinə, şikayətçinin öz izahatından qərar barədə ən azı 3 ay əvvəl məlumatlı olduğu müəyyən edilmişdir. Buna baxmayaraq, o, həmin müddət ərzində məhkəməyə müraciət etməmişdir. Odur ki, DIN Baş Dövlət Yol Polisi Idarəsi Mərkəzi Informasiya Sistemi tərəfindən ##.##.2025-ci il tarixli, EQ ******** nömrəli protokol əsasında qəbul edilmiş ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət verilməsi üçün ötürülmüş prosessual müddətinin bərpa edilməsi barədə vəsatət rədd edilməlidir. Apellyasiya instansiya məhkəməsi həmin mövqe ilə razılaşmayaraq hesab edir ki, inzibati tənbeh vermə haqqında qərar ##.##.2025-ci il tarixdə qəbul olunsa da həmin qərar Qərardan şikayət verən orqan (şəxs) təqdim edilməmiş və Qərardan şikayət verən orqan (şəxs) həmin qərardan təsadüfən e-polis tətbiqinə daxil olan zaman xəbər tutmuşdur. Şikayət vermə müddətinin bərpa olunmaması və işin araşdırılmaması şəxsin əsassız cərimələnməsinə və hüquqlarının kobud şəkildə pozulmasına səbəb olacaqdır. Məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadı ləğv edilməli, Azərbaycan Respublikası DIN Baş Dövlət Yol Polisi Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, EQ/******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən apellyasiya qaydasında şikayət verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməlidir. Qeyd olunanlara və Azərbaycan Republikası Inzibati Xətalar Məcəlləsinin 130-cu maddəsi rəhbər tutularaq QƏRARA ALDIM: Şikayət təmin edilsin. Azərbaycan Respublikası DIN Baş Dövlət Yol Polisi Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, EQ/******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair Qərardan şikayət verən orqan (şəxs) vəsatətin təmin edilməməsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) tərəfindən inzibati tənbeh vermə haqqında qərardan şikayətin verilməsi üçün nəzərdə tutulmuş müddətin buraxılmasının səbəbləri üzrlü hesab edilərək buraxılmış müddət bərpa edilsin. Qərardad qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim: Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(3-6)-2840/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-2840/2026
11.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver