Məhkəmə qərarları › İş №3(3-6)-2847/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2847/2026

11.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2847/2026 11.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Habil Çingiz oğlunun, məhkəmə iclas katibi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Binəqədi Rayon Polis Idarəsinin X1 şöbəsinin ## #### 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin təmin edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarından Bakı şəhər Binəqədi Rayon Polis Idarəsinin rəisi Ilqar Məmmədov tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Binəqədi Rayon Polis Idarəsinin X1 şöbəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində tərtib edilmiş qərar əsassızdır. Belə ki, qeyd edilən ərazidə maşının arxa-arxaya verərkən sağa və sola baxmış, güzgüdən arxaya baxaraq hərəkətə bağlamış, bu zaman ara məhəllədən baş yola “BYD” markalı, **-UY-*** nömrəli maşın daxil olaraq, onun maşınını arxadan vurmuşdur. Təqsir onda olmamış belə ki, o tam təhlükəsizlik tədbirlərinə riayət edərək arxaya hərəkətdə olarkən digər maşın anidən yola çıxaraq onu vurmuşdur. Hətta video materiala baxarkən onu maşını gördükdən dərhal sonra dayandığını, digər maşının isə hərəkəti davam etdirərək onu arxadan vurduğunu aşikar görmək mümkündür. Sürücü hadisədən dərhal sonra yerə düşərək ondan üzr istəmiş, başının anidən qarışdığından hadisənin baş verdiyini bildirmişdir. Qarşı tərəf taxi fəaliyyəti ilə məşğul olduğundan ehtimal edir ki, sürücünün başı yolu izləmək üçün monitorda olmuşdur. Belə ki, həmin vaxt maşında sərnişin də olmuşdur. Lakin araşdırma çərçivəsində polis əməkdaşı tərəfindən təqsiri heç bir əsas olmadan onda görmüşlər. Dəfələrlə obyektiv araşdırma üçün xahiş etsə də barəsində əsassız qərar qəbul etmişlər. Odur ki, qərarın ləğv edilməsini xahiş edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı ilə (sədrlik edən hakim Aytəkin Ibrahimova) Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətin təmin edilməsi, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Binəqədi Rayon Polis Idarəsinin X1 şöbəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi Binəqədi Rayon Polis Idarəsinin rəisi Ilqar Məmmədov apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı ## ###### 2026-ci il tarixli qərarının ləğv edilməsi və Bakı şəhəri Binəqədi Rayon Polis Idarəsinin DYPŞ tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli TP ******* saylı qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə hesab etmişdir ki, baş vermiş yol nəqliyyat hadissəsində təqsirli şəxsin müəyyənləşdirilməsində zidiyyətli mövqe olmuşdur. Lakin yol nəqliyyat hadisəsi üzrə X1 aparılmış araşdırmaya diqqət yetirilsə, məlum olar ki, YNH-də təqsirkar Qərardan şikayət verən orqan (şəxs)dur. Belə ki, ## #### 2026-cı il tarixdə Binəqədi rayonu İ.Dadaşov küşəsində **-UY-*** dövlət qeydiyyat nişanlı maşınla Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi **-AZ-*** d.q.n avtomaşın toqquşmuşdur. Iş materiallarına əlavə edilmiş video görünütüdən də, müəyyən olunur ki, Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətə başalayarkən təhlükəsziliyi təmin etmədən arxa arxaya hərəkətə başlamışdır. Arxa-arxaya hərəkət edən zamanda digər nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Qeyd olunan hadisənin video görüntüsü mövcuddur və şikayətə əlavə edilir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş inzibati xəta haqqında qərar qəbul edən səlahiyyətli orqan Azərbaycan Respublikası Binəqədi Rayon Polis Idarəsinin X1 şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Apellyasiya instansiyası məhkəməsi şikayətə inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş üzrə materiallar ilə əlaqəli şəkildə araşdırıb, proses iştirakçısının izahatını dinləyib, belə hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Binəqədi Rayon Polis Idarəsinin X1 şöbəsinin əməkdaşı tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, TP ******* nömrəli “Inzibati tənbeh vermə haqqında” qərardan Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayətin təmin edilməsinə dair *(*-**)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Ilk növbədə qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Binəqədi Rayon Polis Idarəsinin X1 şöbəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinib, 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Hadisə yerinin sxemindən müəyyən edilir ki, **-UY-*** nömrəli maşın piyada keçidini çəpinə keçərək arxadan Qərardan şikayət verən orqan (şəxs) məxsus **-AZ-*** saylı maşına dəymiş, Qərardan şikayət verən orqan (şəxs) maşını yol çiyinində parkinqdən arxaya doğru hərəktədə olmuşdur. Hadisəni əks etdirən video materialdan müəyyən edilmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) özünəməxsus ** AZ *** saylı maşınla yol çiyinində parkinqdən arxaya doğru hərəkətdə olmuş, anidən **-UY-*** nömrəli maşının yaxınlaşdığını görərək yerində dayanmış, lakin sonuncu piyada keçidini çəpinə keçərək arxadan Qərardan şikayət verən orqan (şəxs) məxsus **-AZ-*** saylı maşına dəymişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Binəqədi Rayon Polis Idarəsinin X1 şöbəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Binəqədi Rayon Polis Idarəsinin X1 şöbəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinib, 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Iş materiallarına əlavə edilmiş hadisənin sxemindən, o cümlədən hadisəni əks etdirən video materialdan isə aşkar görünmüşdür ki, Qərardan şikayət verən orqan (şəxs) özünəməxsus **-AZ-*** saylı maşınla yol çiyinində parkinqdən arxaya doğru hərəkətdə olmuş, anidən **-UY-*** nömrəli maşının yaxınlaşdığını görərək yerində dayanmış, lakin sonuncu piyada keçidini çəpinə keçərək arxadan Qərardan şikayət verən orqan (şəxs) məxsus **-AZ-*** saylı maşını vurmuşdur. Hadisəni əks etdirən video materialdan o da müəyyən edilmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) maşını parkinqdə iki maşının ortasında dayanmış, daha sonra sürücü maşını arxaya hərəkətə keçirərkən yolun sağ və solunda hər hansı maşın hərəkətdə olmamış, lakin anidən ondan sağda məhəllə arasından “BYD” markalı, **-UY-*** nömrəli maşın əsas yola piyada yolunu çəpinə keçərək daxil olmuş, həmin vaxt Qərardan şikayət verən orqan (şəxs) maşını ondan sağda və solda sükunətdə dayanan maşınların yarısınadək keçərək hərəkətdə olsa da, “BYD” markalı, **-UY-*** nömrəli maşını gördüyü anda əyləcə basaraq saxlamış, lakin “BYD” markalı, **-UY-*** nömrəli maşın sürəti azaltmadan yola çəpinə çıxdığı kimi arxadan Qərardan şikayət verən orqan (şəxs) məxsus maşını vurmuşdur. Məhkəmə iclas zalında Binəqədi Rayon Polis Idarəsinin X1 şöbəsi inspektor X4 bildirmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) arxaya hərəkətdə olduğu üçün BYD markalı maşını gözləməli idi. Inspektr verdiyi ifadəsini “Yol hərəkəti haqqında” AR Qanunun 42.13-cü maddəsinə istinad edərək əsaslandırmışdır ki, nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən də istifadə etməlidir. Odur ki, onlar hesab etmişlər ki, təqsir Qərardan şikayət verən orqan (şəxs) olmuşdur. Məhkəmə qeyd edilən fikirlə razılaşmayaraq bildirir ki, Qərardan şikayət verən orqan (şəxs) artıq hərəkətə başlayıb maşını parkinq yerindən yarıyadək çıxardığı vaxtda BYD markalı maşın məhəllə arasından əsas yola, özü də piyada keçidindən çəpəki istiqamətdə hərəkət edərək sonuncuya məxsus arxa-arxaya hərəkətdə olduğunu gördüyü (və ya görməli olduğu) maşını ehtiyatsızlıq edərək görməmiş və ** AZ *** saylı maşını arxadan vurmuşdur. Hadisə yerinin sxemi və hadisəni əks etdirən videomateriala baxış keçirilərkən müəyyən edilmişdir ki, Qanunun 42.13-cü maddəsinin tərkibi mövcud deyildir. Belə ki, Qərardan şikayət verən orqan (şəxs) arxaya hərəkətdə olarkən BYD markalı maşın həmin yolda hərəkətdə olmamış, əksinə maşın məhəllə arasından əsas yola birbaşa keçərək təhlükəsizlik qaydalarına riayət etmədən artıq hərəkətdə olan maşını arxadan vurmuşdur. Məhkəmə bildirir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 42.4-cü maddəsinə əsasən sürücü yola bitişik ərazidən (yolun hər iki tərəfinə bitişik olan və nəqliyyat vasitələrinin birbaşa hərəkəti üçün nəzərdə tutulmayan torpaq sahələri və orada yerləşən həyətlər, yaşayış massivləri, avtomobil duracaqları, yanacaqdoldurma məntəqələri, müəssisələr və başqa obyektlər) yola çıxarkən, yolda gedən nəqliyyat vasitələrinə və piyadalara, yoldan kənara çıxdıqda isə, hərəkət yolunu kəsən piyadalara, velosipedçilərə və kiçik elektrik nəqliyyat vasitələrinin sürücülərinə yol verməlidir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Polis Idarəsinin X1 şöbəsi inspektor X4 araşdırma zamanı gəldiyi son nəticə doğru olmamış, elə bu səbəbdən də onun tərəfindən qəbul edilən ## #### 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, inzibati xətanı təsdiq edən videogörüntüyə məhkəmədə baxış keçiririlərkən Qərardan şikayət verən orqan (şəxs) parkinqdə maşını arxaya hərəkətə keçirərkən yolun sağ və solunda hər hansı maşın hərəkətdə olmadığı, lakin anidən ondan sağda məhəllə arasından “BYD” markalı, **-UY-*** nömrəli maşın əsas yola piyada yolunu çəpinə keçərək daxil olduğu, həmin vaxt Qərardan şikayət verən orqan (şəxs) maşını gördüyü anda əyləcə basaraq saxladığı, lakin **- UY-*** nömrəli maşın piyada keçidindən çəpəki istiqamətdə hərəkət edərək sonuncuya məxsus arxa-arxaya hərəkətdə olduğunu gördüyü (və ya görməli olduğu) halda maşını ehtiyatsızlıq edərək görməyərək ** AZ *** saylı maşını arxadan vurması faktı təsdiqini tapmışdır. Lakin Binəqədi Rayon X1 şöbəsi tərəfindən videogörüntüyə düzgün qiymət verilmədən Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati tənbeh vermə haqqında ## #### 2026-cı il tarixli, TP ******* nömrəli qərar qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, istər inzibati orqan, istərsə də məhkəmə tərəfindən şəxsin inzibati məsuliyyətə görə tənbeh edilməsinə dair qərarı qanuni və əsaslı olmalı, mümkün və mötəbər sübutlara əsaslanmalıdır. Binəqədi Rayon X1 şöbəsi müvafiq əsaslandırma olmadan, yalnız Qərardan şikayət verən orqan (şəxs) manevr qaydasını pozmasını qeyd etməklə müvafiq qərar qəbul etmişdir. X5 Məcəlləsində inzibati xətaya dair qərar sübut növlərindən biridir və şəxs yalnız o halda inzibati xətaya görə təqsirli bilinib tənbeh edilə bilər ki, işdə olan sübutların məcmusu şəxsin barəsində tənbeh qərarının çıxarılması üçün kifayət etsin. Lakin şikayətin dəlillərindən və iş materiallarından həmin hallar məhkəmə tərəfindən müəyyən edilmir. Qeyd olunanlara məhkəmə hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati tənbeh vermə haqqında ## #### 2026-cı il tarixli, TP ******* nömrəli qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Qeyd edilir ki, məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Həmin şəxs tərəfindən qərardakı əməlin törədilməsini təsdiq edən IXM-nin 76-cı maddəsində sadalanmış digər sübut növləri mövcud olmalıdır. Lakin iş üzrə məhkəməyə təqdim edilən sübutla barəsində inzibati xəta haqqında icraat aparılan şəxisn əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edilir. Məhkəmə qeyd edir ki, inzibati orqan şəxsi inzibati məsuliyyətə cəlb edərkən öz qərarını əsaslandırmalı, işi hərtərəfli, tam obyektiv araşdırıb sübutlara istinad edərək əsaslandırılmış qərar qəbul etməlidir. Inzibati xətaya dair icraatda sübut etmə yükünün orqanın üzərində olmasına baxmayaraq, iş materiallarından Qərardan şikayət verən orqan (şəxs) inzibati xəta törətməsi və onun təqsirli hərəkətləri sübuta yetirilmir. Göründüyü kimi, birinci instansiya məhkəməsi inzibati xəta haqqında iş üzrə gəldiyi nəticəni materialda olan sənədlərə, habelə qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə materialda olan sənədlərə və qanunun tələblərinə uyğun olduğu üçün apellyasiya instansiyası məhkəməsi də onunla razılaşır və qeyd edir ki, verilmiş şikayət həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Odur ki, qanunvericiliyin müddəalarını və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edərək məhkəmə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarını müqayisəli təhlil edən birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. Məhkəmə inzibati orqan tərəfindən Qərardan şikayət verən orqan (şəxs) əməlində inzibati xəta tərkibinin əlamətləri olması sübuta yetirilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən hər hansı inzibati xətanın törədilməsi faktı müəyyən olunmur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin - 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. - 76.1-ci maddəsinə görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. - 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. - 327.1-ci madəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə qırx manat məbləğində cərimə edilir. «Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # #### 2015-ci il qərarında qeyd edilir ki, dövlət orqanları insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırmasından çəkinməklə yanaşı cəmiyyətdə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (Konstitusiyanın 71-ci maddəsinin İ hissəsi). Iş üzrə toplanmış sübutları, işdə iştirak edən şəxsin izahatını və apellyasiya şikayətinin dəlillərini birlikdə qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış, qanuni və əsaslı olaraq, Qərardan şikayət verən orqan (şəxs) barəsində Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanın törədilməsi faktı müəyyən olunmadığına görə iş üzrə düzgün olaraq icraata xitam vermişdir. Ona görə də məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən şikayət təmin olunmamalı və Azərbaycan Respublikası Binəqədi Rayon Polis Idarəsinin X1 şöbəsi əməkdaşı tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, TP ******* nömrəli “Inzibati tənbeh vermə haqqında” qərardan Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayətin təmin edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi Binəqədi Rayon Polis Idarəsinin rəisi, R Ilqar Məmmədov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Binəqədi Rayon Polis Idarəsinin X1 şöbəsinin əməkdaşı tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, TP ******* nömrəli “Inzibati tənbeh vermə haqqında” qərardan Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayətin təmin edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi Binəqədi Rayon Polis Idarəsinin rəisi, R Ilqar Məmmədov tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim: Habil Məmmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar