Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2851/2026 02.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəyev Ziya Əziz oğlunun katibliyi ilə, Inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis Idarəsinin 5-ci Polis Şöbəsinin sahə inspektoru, R X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, Müdafiəçi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından müdafiəçi X2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Bakı şəhəri Binəqədi rayon Polis Idarəsinin 5-ci Polis Şöbəsinin sahə inspektoru, R X1 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-nin 510.1 və 535.1-ci maddəsi ilə ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli “inzibati xəta haqqında” protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin protokol onunla əsaslandırılmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ###### 2026-cı il tarixdə saat 18:26 radələrində A.Kunanbayev küçəsində ucadan ünvansız nalayiq ifadələr işlətmiş və sonradan ona yaxınlaşan polislərə kobud davranaraq qanuni tələblərinə tabe olmamışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Polis Şöbəsinə gətirildikdən sonra aqressiv hərəkətlərini davam etdirmiş və qanuni tələblərə məhəl qoymamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməklə, həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası həddində 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilməsi, həbsdə saxlama müddətinin əvvəlinin ## ###### 2026-cı il tarixdən, saat 19:50dən hesablanmaqla, inzibati qaydada tutma müddətinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati həbs müddətinə daxil edilməsi, qərarın dərhal icra edilməsi və onun icrasının Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyinin Inzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə qərarından narazı qalan müdafiəçi X2 apellyasiya şikayəti verərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, o maşın düzəltdirmək üçün yol kənarında park etmiş, ustalar maşını düzəltmişdirlər. Yolun kənarındakı binanın alt mənzilində olan xanım ona maşını burada saxlamamağı bildirmişdir. Maşın qısa müddət içində təmir olunmuşdur. Həmin qadına qarşı heç bir nalayiq hərəkət olunmamış, bir müddət sonra polis əməkdaşları gələrək onu Polis Şöbəsinə aparmışdır. O, polis əməkdaşlarına qarşı qeyri-qanuni hərəkətlərə yol verməmişdir. Zərərçəkmiş şəxs bildirmişdir ki, o maşında olan musiqi səsinin kəsilməsini tələb etmiş, musiqi səsi dayandırılmışdır. Zərərçəkmişin anası olan digər zərərçəkmiş şəxs gec gəldiyini qeyd etmiş, nə baş verdiyini qızından soruşmuşdur. Şahid xanım isə Faiq və ustalar tərəfindən heç bir qeyri-qanuni hərəkətlərə yol verilmədiyini bildirmişdir. Belə olduğu halda hüquqlarını müdafiə etdiyi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsindəki qərar ləğv edilməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əvvəllər inzibati pozmaya yol verməmiş, məhkumluğu olmayan şəxsdir. O, müsbət xarakterizə edilmişdir. Atası Azayev Isif Rəhim oğlu müharibə veteranıdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat alınarkən könüllü səmimi izahat vermişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və müdafiəçisi Vəkil apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun çıxış etdilər və məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında porotokolu tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis Idarəsinin 5-ci Polis Şöbəsinin sahə inspektoru, R X1 apellyasiya şikayətinə etiraz edərək məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: -X10 tərəfindən Bakı şəhəri Binəqədi rayon Polis Idarəsinin 5- ci Polis Şöbəsinə verilmiş ## ###### 2026-cı il tarixli ərizədə qeyd olunmuşdur ki, “## ###### 2026-cı il tarixdə yaşadığım binanın qarşısında tanımadığım 3-4 nəfər şəxs öz aralarında nalayiq ifadələr işlədirdilər, yüksək səslə danışaraq, bizi narahat edirdilər. DIN 102 zəng mərkəzinə məlumat verdikdən sonra hadisə yerinə gələn 5-ci PŞ işçilərinə qarşı tabesizlik göstərib, ünvanlarına nalayiq ifadələr işlətmişlər.” -Binəqədi Rayon Polis Idarəsinin 5-ci Polis Şöbəsinin R Məhəmməd Əlizadə, R Yelmar Məmmədov və Orxan Təhməzli tərəfindən tərtib edilmiş ## ###### 2026-cı il tarixli raportda qeyd olunmuşdur ki, “...həmin şəxslərə yaxınlaşıb özümüzü təqdim etdik və ictimai qaydanın pozulmasına son qoymalarını və sakit durmalarını tələb etdik. Lakin həmin şəxslərdən biri bizim qanuni tələblərimizə tabe olmayaraq öz əməllərinə davam etdi və nalayiq ifadələr işlətdi. Bu səbəblə həmin şəxsləri Polis Şöbəsinə gətirdik. Polis Şöbəsində həmin şəxs aqressiv davranışlarını davam etdirərək bizə qarşı əlqol hərəkətləri atmış, özünü qeyri-adekvat aparmış və qanuni tələblərimizə tabe olmayaraq aqressiv aparmışdır...”; -“cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” ## ###### 2026-cı il tarixli qərardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməllərində Azərbaycan Respublikası IXMnin 510.1 və 535.1-ci maddələrinin tərkibi olduğundan onun inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərar icra edilməsi üçün Bakı şəhəri Binəqədi rayon Polis Idarəsinin 5-ci Polis Şöbəsinə həvalə edilmişdir; -“inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ###### 2026- cı il tarixdə, saat 19:50-də tutulmuşdur. -Məhkəməyə sübut kimi təqdim edilmiş videogörüntülərə məhkəmə iclas zalında baxış keçirilmiş və müəyyən edilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bakı şəhəri Binəqədi rayon Polis Idarəsinin 5-ci Polis Şöbəsində polis əməkdaşlarının üzərinə hücum edərək, aqressiv davranışlar sərgiləmiş, uca səslə nalayiq ifadələr işlətmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, tanışı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs avtomobili Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən avtomobil təmir sexində təmirdə olduğu üçün onlar birlikdə həmin təmir sexinə getmişlər. Avtomobildə qalan kiçik işin tamamlanması ilə əlaqədar ustalar avtomobili yolun kənarında, digər avtomobillərin saxlanıldığı yerdə saxlamışlar. Faiq ustaların yanına yaxınlaşmış, o, isə bir qədər aralıda gəldikləri avtomobilin içərisində əyləşmişdir. O, ustalar və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən yüksək səs, mübahisə, nalayiq ifadə, musiqi və ya digər narahatedici səslər eşitməmişdir. Bir müddət sonra bir xanım avtomobilin yanına yaxınlaşmış, Faiqə və ustalara irad bildirməyə başlamışdır. Bu zaman o, yaxınlaşan şəxsin xanım olmasını görüb, avtomobildən enmiş və məsələni aydınlaşdırmaq üçün həmin xanıma yaxınlaşmışdır. Lakin, həmin xanım aqressiv şəkildə danışmağa başlamış, “sən burada kimsən?” məzmununda ifadə işlətmişdir. Bir müddət sonra hadisə yerinə polis əməkdaşları yaxınlaşmışdır. Polislər hadisə yerinə gəldikdən sonra onlardan biri Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus avtomobilin “Rolls Royce” markalı avtomobil olmasını görüb, kənara çəkilərək kiməsə zəng etmiş və “rəis, özünüz gəlin” kimi ifadə işlətmişdir. Bundan sonra həmin yerə sonradan Binəqədi rayon Polis Idarəsinin 5-ci Polis Şöbəsinin rəis müavini olmasını bildiyi şəxs yaxınlaşmış və polis əməkdaşlarına Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və orada olan ustaların polis şöbəsinə aparılması barədə göstəriş vermişdir. Bundan sonra polis əməkdaşları tərəfindən Faiq və digər şəxslərə zor tətbiq edilməklə onlar avtomobillərə qoyulmuş və polis şöbəsinə aparılmışlar. O, buna etiraz edərək şəxslərin polis şöbəsinə normal qaydada aparılmasının və izahatının alınmasının mümkün olduğunu bildirmişdir. Lakin, polis əməkdaşları onun özünə də fiziki təsir göstərmiş, qolundan tutmuş və bunun nəticəsində onun qol nahiyəsində xəsarətlər yaranmışdır. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi rayon Polis Idarəsinin 5-ci Polis Şöbəsinin R X3 ifadəsində göstərmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs polis şöbəsinə gətirilərkən, növbətçi hissədə növbədə olmuş və xidməti vəzifəsini yerinə yetirmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şöbədə polis əməkdaşlarına qarşı aqressiv davranmışdır. Sonuncu tərəfindən uca səslə nalayiq ifadələr işlədilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “mən buradan çıxandan sonra görərsiniz nə edərəm” və buna oxşar məzmunlu ifadələr səsləndirmişdir. O həmin ifadələri hədə-qorxu xarakterli ifadələr kimi qəbul etmişdir. Polis əməkdaşları Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanuni tələblərə tabe olmağı tələb etsələr də, sonuncu tabesizlik göstərmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi rayon Polis Idarəsinin 5-ci Polis Şöbəsinin R X5 ifadəsində göstərmişdir ki, hadisə ilə bağlı məlumat daxil olduqdan sonra polis əməkdaşları hadisə yerinə yaxınlaşmışdır. Onların məqsədi ilk növbədə tərəflər arasında vəziyyəti aydınlaşdırmaq, kimin kimdən şikayətçi olduğunu müəyyən etmək və yaranmış gərginliyi sakitləşdirmək olmuşdur. O, vətəndaşa normal şəkildə yaxınlaşaraq özünü polis əməkdaşı kimi təqdim etmiş və hadisənin mahiyyətini aydınlaşdırmaq istədiyini bildirmişdir. Lakin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs polis əməkdaşlarını gördükdən sonra daha da qıcıqlanmış və özünü aqressiv aparmışdır. Hadisə yerində müxtəlif şəxslər bir-birinə müdaxilə etmiş, hər kəs öz mövqeyini bildirməyə çalışmış və vəziyyət qarışıq xarakter almışdır. O, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxslə danışarkən sonuncu ona arxasını çevirmiş və onunla normal ünsiyyətdən yayınmışdır. O, həmin şəxsi nizamintizama dəvət etsə də, sonuncu onun tələblərinə məhəl qoymamışdır. Həmin şəxs telefonla danışmağa davam etmiş, dayandığı yerdə öz-özünə nəsə demiş və nalayiq ifadələr işlətmişdir. Bu səbəbdən, həmin şəxsin 5-ci PŞ-yə aparılması təmin edilmişdir. Lakin, polis şöbəsində olarkən də, həmin şəxsin davranışında dəyişiklik olmamışdır. Orada onun Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs olduğu müəyyən edilmişdir. Polis şöbəsinin ərazisində çəkilmiş video görüntülər mövcuddur. Həmin görüntülərdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs davranışının və işlətdiyi ifadələrin müəyyən hissəsi əks olunur. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, hadisə günü təxminən saat 14:00 radələrində onun yaşadığı evin pəncərəsinin qarşısında bir avtomobil saxlanıldı. Avtomobildə və onun ətrafında təxminən 5-6 nəfər şəxs var idi. Həmin şəxslər öz aralarında yüksək səslə danışır, iş barədə söhbət edirdilər və səs-küy yaradırdılar. O, öncə heç bir müdaxilə etməmiş, evin pəncərəsini bağlamışdır. Təxminən saat 15:30 radələrində pəncərəni yenidən açmışdır və həmin avtomobilin hələ də orada olduğunu, şəxslərin söhbət etdiyini görmüşdür. Təxminən 15-20 dəqiqə sonra həmin şəxslərdən iki nəfər yenidən pəncərənin qarşısına gəlmişdir. Onlar öz aralarında müxtəlif məsələlərdən danışır, başqa bir qadın haqqında da danışaraq onu məsxərəyə qoyan ifadələr işlətmiş və nalayiq sözlərdən istifadə etmişlər. Bundan sonra onlar telefon vasitəsilə yüksək səslə rus musiqisi qoşmuşlar. O, pəncərədən onlara müraciət edərək xahiş etmişdir ki, avtomobili burada saxlamasınlar, yüksək səslə danışmasınlar və musiqinin səsini azaltsınlar. Onun müraciətindən sonra həmin şəxslər musiqini söndürmüşlər. Lakin, təxminən 20-25 dəqiqə sonra həmin şəxslər yenidən yüksək səslə danışmağa başlamışlar. Bu zaman, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs da oraya gəlmişdir. O, yenidən həmin şəxslərə müraciət etmiş və səs-küy salmamaqlarını bildirmişdir. Lakin, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona bildirmişdir ki, ora dövlətin yoludur və istənilən şəxs avtomobilini orada saxlaya bilər. Onların arasında sözlü mübahisə yaşanmış və o, DIN-in “102” Xidmətinə şikayət edəcəyini bildirmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs isə ona qarşı təhqiramiz və hörmətsiz formada danışmışdır. Hətta onun “burada maşın saxlamayın” deməyinə cavab olaraq nalayiq ifadə işlətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona dəfələrlə, təxminən on dəfə “həyasız” sözünü təkrarlamış və “çıx, get içəri, pəncərəni bağla” kimi ifadələr işlətmişdir. Bir qədər sonra onun anası da bu mübahisəyə müdaxilə etmiş, lakin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona qarşı da “tərbiyəsiz”, “həyasız” və digər təhqiramiz ifadələr işlətmişdir. O, DIN-in “102” Xidmətinə bu hadisə ilə bağlı şikayət etmişdir. Polis əməkdaşları hadisə yerinə gəldikdə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs onlara qarşı da kobud davranmışdır. O, polis əməkdaşları ilə danışarkən özünü aqressiv və hörmətsiz aparmış, arxasını onunla danışan polis əməkdaşına çevirmişdir. Polis əməkdaşı ona normal şəkildə müraciət edərək düzgün dayanmasını və onunla üzbə-üz danışmasını tələb etsə də, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs polis əməkdaşına qarşı hörmətsizlik sərgiləmiş, təhqiramiz ifadələr işlətmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, ## ###### 2026-cı il tarixdə evə gələrkən qızı Məleykənin evdən çıxdığını görmüşdür. Qızından hara getdiyini soruşduqda, o bildirmişdir ki, küçədə nalayiq ifadələr işlədərək səs-küy salan şəxslər barəsində DIN-in “102” Xidmətinə şikayət etmişdir. Polis əməkdaşları gəldikdən sonra o, da qızı ilə həmin şəxslərin yanına yaxınlaşmışdır. Həmin şəxslər polis əməkdaşları ilə yüksək səslə danışaraq nalayiq ifadələr işlətmişlər. Polis əməkdaşları onlara tabesizliyi dayandırmağı və sakitləşməyi bildirmişlər. Lakin, həmin şəxslər polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməkdə davam etmişlər. Daha sonra həmin şəxslərlə birlikdə polis şöbəsinə getmişlər. Polis şöbəsində olduqları zaman həmin şəxslər yenidən polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək təhqir etmiş, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq hərəkətlərini davam etdirmişlər. Həmçinin, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs onu və qızını da təhqir edərək, polis əməkdaşları ilə əlbir işləməkdə günahlandırmışdır. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməsi, törətmiş olduğu inzibati xətanın xarakterini, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, şəxsin əməlini iş üzrə sübutlarla müqayisəli şəkildə qiymətləndirərək belə nəticəyə gəlmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2004-cü il tarixli Qərarında qeyd edilir ki, ictimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə, təqsirkar şəxsin əməli Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinə müvafiq olaraq, xırda xuliqanlığa görə inzibati məsuliyyətə səbəb olur. Ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. “Polis haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Həmin Qanunun 17-ci maddəsinə əsasən üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək və s. hüquqları vardır. Iş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq onu Azərbaycan Respublikası IXM-in 510.1 və 535.1-ci maddələri ilə tənbeh etmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə bildirməyi zəruri hesab edir ki, işdə olan sübutlar şübhə doğurmur, onları təkzib edən hər-hansı sübut mövcud deyil, şikayətdə göstərilən dəlillər formal xarakterlidir və birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunculuq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 510.1-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə həmçinin təyin olunmuş inzibati tənbehlə bağlı hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halların olmamasını, ağırlaşdıran halın isə olmasını, habelə IXM-nin 34.3-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 510.1 və 535.1-ci maddəsi ilə təqsirli bilərək, ona daha ciddi xəta hesab edilən 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh edilməsi barədə düzgün və ədalətli nəticəyə gəlmişdir. Təyin olunmuş inzibati tənbeh inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğundur. Ona görə də, birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsaslar müəyyən edilmədiyindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək inzibati həbs edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilməməlidir. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası IXM-nin 66.3-cü maddəsinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDI: Barəsində inzibati icraat haqqında iş aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Vəkil tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 05 (beş) saat üçün cəmi 55 (əlli beş) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2851/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2851/2026
02.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver