Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2853/2026 11.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Məhkəmə iclas katibi Zeynalov Samir Elxan oğlunun katibliyi ilə, MÜƏYYƏN ETDI: Protokolu tərtib edən orqan tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə EP seriyalı ******* nömrəli, ## #### 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Inzibati xəta haqqında həmin protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC 24845.00 ABŞ dolları məbləğində vəsaiti ## ### 2024-cü il tarixdə bank vasitəsilə avans olaraq xaricə köçürmüş və 2 il müddət keçsə də, 24845.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta ## ### 2026-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinməsi və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 24845 ABŞ dolları valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 4969 ABŞ dolları (qərar çıxarılan günü manata olan məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsini, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini, məhkəmə inzibati xəta tərkibinin mövcudluğu qənaətinə gələrsə, idxal edilmiş malların dəyəri nəzərə alınmaqla qərarın dəyişdirilməsini və cərimənin hesablama bazası yalnız çatdırılmamış mallara aid, 6 329, 40 ABŞ dollarından az olan faktiki qalıq məbləğlə məhdudlaşdırılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir: Şikayətə əlavə olunan sənədlərə əsasən 24 845 ABŞ dolları məbləğində avansın 18 000 ABŞ dollarından artıq hissəsinə uyğun mallar ölkəyə gətirilmişdir. Buna görə çatdırılmamış mallara aid qalıq məbləğ 6 329, 40ABŞ dollarından da azdır. Birinci instansiya məhkəməsi faktiki idxalı təsdiq edən sənədləri məbləğlər üzrə tutuşdurmadan və qalıq öhdəliyi müəyyən etmədən bütün köçürmə məbləğini cərimənin bazası kimi götürmüşdür. Qərarın özündə istinad edilən valyuta tənzimi qaydalarının 4.3.1.3-cü yarımbəndində də geri qaytarılmayan məbləğin qalıq dəyərinə ayrıca hüquqi əhəmiyyət verilir və 10 000 ABŞ dolları ekvivalentindən çox olmayan qalıq üzrə təsdiqedici sənədlərin təqdim edilməsi mexanizmi nəzərdə tutulur. Hazırkı işdə qalıq məbləğ 10 000 ABŞ dollarından aşağı olduğu halda, məhkəmə bu normanın tətbiqi baxımından invoysları, idxal və hesablaşma sənədlərini araşdırmamışdır. Nəticədə 4 969 ABŞ dolları məbləğində cərimə 24 845 ABŞ dollarının 20 faizi kimi hesablanmışdır. Hətta inzibati xətanın mövcudluğu barədə nəticə saxlanılsaydı belə, cərimə yalnız faktiki idxal edilməmiş və ya vaxtında geri qaytarılmamış qalıq məbləğdən hesablana bilərdi. Qalıq 6 329, 40 ABŞ dollarından az olduğuna görə onun 20 faizi 1 369 ABŞ dollarından da azdır. Bu hesablamanın özü qərarın maddi hüquq baxımından qanunsuz olduğunu göstərir. Türkiyə şirkətinin məktubu və bank sənədləri çatdırılmamış mallara aid qalıq vəsaitin geri qaytarıldığını təsdiq edir. Bu sübutlar hüquq münasibətinin real iqtisadi mahiyyətini, Cəmiyyətin valyuta vəsaitini xaricdə saxlamaq niyyətinin olmadığını və pozuntu kimi qiymətləndirilən vəziyyətin aradan qaldırıldığını göstərir. Geri qaytarma faktı təkcə məsuliyyəti yüngülləşdirən hal kimi deyil, 430.4-cü maddədə nəzərdə tutulan obyektin və təqsirin mövcudluğu baxımından digər sübutlarla birlikdə qiymətləndirilməli idi. Məhkəmə qərarında sonrakı geri qaytarma, xarici şirkətin izahatları, qismən idxalın dəqiq dəyəri və Cəmiyyətin göstərdiyi səylər barədə hüquqi qiymətləndirmə yoxdur. Birinci instansiya məhkəməsi işə Cəmiyyət nümayəndəsinin iştirakı olmadan baxmış və protokolu tərtib edən orqanın mövqeyini əsas götürmüşdür. Qərarda malların bir hissəsinin gətirildiyi qeyd olunsa da, gətirilmiş malların konkret dəyəri, invoyslar üzrə bölgü, gömrük rəsmiləşdirilməsi, çatdırılmayan hissənin məbləği və geri qaytarılma sənədləri müəyyən edilməmişdir. Iş üçün həlledici olan bu hallar araşdırılmadan bütün 24 845 ABŞ dollarının xətanın predmeti kimi qəbul edilməsi sübutların tam və obyektiv qiymətləndirilməsi tələbinə uyğun deyil. Qərarın nəticəsi işin faktiki materialları ilə təsdiqlənmir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq proses iştirakçıları məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə proses iştirakçılarının iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etdi. Məhkəmə şikayətlə əlaqədar işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, apellyasiya qaydasında verilmiş şikayət əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCyə Azərbaycan Respublikası IXM-nin 430.4-cü maddəsinin sanksiyası həddində inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizi məbləğində cərimə tənbeh növü təyin edilməlidir. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq onu Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tənbeh etmişdir. Lakin birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə cərimənin məbləği barədə qənaətə gələrkən səhvə yol vermişdir. Belə ki, iş materiallarında olan: Iş materiallarında olan “xxxx” ASC-nin KB-***/*-***/**** nömrəli, ##.##.2026-ci il tarixli Protokolu tərtib edən orqan ünvanlanmış məktubundan görünür ki, banklarda avans köçürmə aparan müştərilər “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarının tələbi olaraq idxal olunan mal və xidmətlər üzrə qabaqcadan ödəniş aparıldığı gündən 2 il müddətində mal və ya xidmətlərin idxalını təsdiq edən sənədləri Banka təqdim edirlər. Malların ölkəyə idxalını təsdiq edən gömrük bəyənnaməsi (və ya qismən təqdim edən) və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədləri banka təqdim etməyən (və ya qismən təqdim edən) müştərilərin ödəniş əməliyyatlarının siyahısında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC göstərilmişdir. Iş materiallarında olan ##.##.2024-cü il tarixli köçürmə haqqında sənədin surətindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən 24845.00 ABŞ dolları məbləğində pul “xxxx” ASC tərəfindən ölkə xaricinə köçürülmüşdür. Iş materiallarına əlavə edilmiş ************** nömrəli Gömrük Bəyannaməsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən ölkə xaricinə köçürülən pulun 5589.00 ABŞ dolları məbləğində, ************** nömrəli Gömrük Bəyannaməsinə əsasən isə 12926.60 ABŞ dolları məbləği müqabilində mallar ölkə ərazisinə idxal olunmuşdur. Lakin buna baxmayaraq, birinci instansiya məhkəməsi ümumi məbləğə münasibətdə inzibati cərimə tətbiq edərək, səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2020-ci il qərarı Plenum qərarında qeyd olunur ki, Inzibati Xətalar Məcəlləsinin valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə xidmət edən 430.4-cü maddəsi ilə də avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi halında ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilərək həmin əməli təqsirli olaraq törədən şəxslər üçün inzibati hüquqi məsuliyyət müəyyən edilmişdir. Azərbaycan Respublikası Mərkəzi X1 ##.##.2016-cı il tarixli, **/* saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Protokolu tərtib edən orqan təqdim edilir. IXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, şikayətdə qeyd edilən hal əsaslıdır və qərarın dəyişdirilməsi üçün əsaslar mövcuddur. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən inzibati məsuliyyət müəyyən edən qanun norması düzgün tətbiq edilməmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edir. 135.1.4-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən apellyasiya qaydasında verilmiş şikayət yalnız cərimə məbləğinin dəyişdirilməsi ilə bağlı hissədə əsaslı olduğundan qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə Azərbaycan Respublikası IXM-nin 430.4-cü maddəsinin sanksiyası həddində inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizi məbləğində cərimə tənbeh növü təyin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsini rəhbər tutularaq QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən apellyasiya qaydasında verilmiş şikayət qismən təmin edilsin. Hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati tənbeh tətbiq edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təyin edilmiş cərimə növündə tənbeh tədbirinin məbləği inzibati xətanın bilavasitə obyekti olmuş 6329.40 ABŞ dolları valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 1265.88 ABŞ dolları (qərar çıxarılan günü manata olan məzənnəsi ilə) müəyyən edilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2853/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2853/2026
11.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver