Məhkəmə qərarları › İş №3(3-6)-2854/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2854/2026

07.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2854/2026 07.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Məhkəmə iclas katibi Zeynalov Samir Elxan oğlunun katibliyi ilə, Qərardan şikayət vermə müddətinin bərpası barədə vəsatətinin rədd edilməsinə dair Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Təqdim edimiş materiallardan müəyyən edilir ki, Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən barəsində qəbul edilmiş ## #### 2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin şikayətçi şikayət ərizəsinə ötürülmüş müddətin bərpa olunmasına dair vəsatət əlavə etmişdir. Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsinə əlavə etdiyi vəsatətində qeyd etmişdir ki, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı Şəhər idarəsinin ## #### 2026-cı il tarixli, MN ******* saylı qərarı ilə mən, AR Inzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsinə əsasən 500 (beş yüz) manat cərimə olunmuşam. Sözügedən qərardan tərəfimdən AR inzibati Xətalar Məcəlləsinin müvafiq normalarına əsasən Sabunçu Rayon Məhkəməsinə şikayət verilmiş və Sabunçu Rayon Məhkəməsində 3(5-101 )- 3281 /**** saylı iş üzrə icraata götürülmüşdür. Lakin məhkəmə tərəfindən məsələnin araşdırılması üçün təyin olunan məhkəmə iclaslarında X1 Xidmətinin nümayəndəsi iştirak etməmişdir. Qeyd edim ki həmin halların, yəni inzibati tənbeh vermə haqqında sözügedən qərarın əsassız olmasının müəyyən edilməsi üçün X1 Xidmətinin nümayəndəsinin iştirakı mühüm əhəmiyyət kəsb edirdi. Lakin Sabunçu Rayon Məhkəməsi tərəfindən təyin olunan məhkəmə iclaslarının heç birində nümayəndə iştirak etməmişdir. Bundan sonra məhkəmənin təşəbbüsü ilə şikayətimizi geri götürərək, yenə də AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı Şəhər idarəsinə məktub göndərmişik. Onu da qeyd edim ki, Sabunçu Rayon Məhkəməsinin 3(5-101 )-****/**** saylı, ##.##.2026-cı il tarixli Qərardadı ilə şikayətlə bağlı sənədlər geri qaytarılmışdır. Həmin tarixdən artıq üç ay müddət keçməsinə, dəfələrlə məktub göndərməyimizə baxmayaraq, müvafiq orqandan hələ də cavab ala bilməmişik. Qeyd olunan hallar isə mənim hüquqlarımın pozulmasına səbəb olmaqdadır. Belə ki AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı Şəhər idarəsinin məsələyə laqeyd münasibəti səbəbindən əsassız şəkildə 500 manat cərimə olunmuşam, indiki halda da həmin orqan bizim məktublarımıza cavab verməyərək, yenə də məsələnin araşdırılmasına etinasız münasibət göstərməkdədir. Bu səbəbdən də yenidən məhkəməyə müraciət etmək zərurəti vardır. Yuxarıda göstərilənlər AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı Şəhər Idarəsinin ## #### 2026-cı il tarixli, MN ******* saylı qərarından verdiyi şikayətin müddət bərpa edilərək icraata götürülməli olduğunu təsdiq edir. Çünki həmin şikayət müddət ötürülmədən verilmiş, lakin icraat zamanı (üçüncü məhkəmə iclasında) məhkəmənin təşəbbüsü ilə geri götürülmüşdür. Yəni indiki halda müddətin ötürülməsi üzrlü səbəblərdən olmuşdur. Əks halda onun pozulmuş hüquqları bərpa edilməyəcək, əsassız şəkildə cərimə ödəməyə məcbur qalacaqdır. Müddət bərpa edilərək AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı Şəhər Idarəsinin ## #### 2026-cı il tarixli, MN ******* saylı qərarından verdiyi şikayətiin icraata götürülməsi təmin edilməlidir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı ilə Qərardan şikayət verən orqan (şəxs) AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət vermək üçün buraxılmış müddətin bərpasına dair vəsatətinin rədd edilməsi qərara alınmışdır. Həmin qərardaddan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarının ləğv edilməsini, prosessual müddətin bərpa edilərək işin mahiyyəti üzrə baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir: Iş materiallarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən barəsində qəbul edilmiş ## #### 2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından bir dəfə məhkəməyə şikayət vermiş, lakin daha sonra şikayət ərizəsinin geri qaytarılmasını xahiş etdiyindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərardadı şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə onu verən şəxsə qaytarılmışdır. Yəni şikayətçinin geri qaytarılma ərizəsi əsasında onun şikayəti mahiyyəti üzrə baxılmadan geri qaytarılmışdır. Məhkəmə şikayətçinin DƏMX-nə rəsmi qaydada etdiyi müraciətlərinə cavab verilməməsi səbəbindən müddətin ötürülməsi ilə bağlı dəlilinə münasibət bildirərək qeyd etmişdir ki, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı şəhər Idarəsinə ünvanlanmış ## ### 2026-cı il tarixli ərizə gələcəkdə əmək məcəlləsinin pozulmasının qarşısının alınması məqsədilə qazanxana işçiləri üçün rəsmi iş qrafikinin necə tərtib olunması barədə olmuşdur. Yəni həmin müraciət gələcəkdə qanunvericiliyin pozulması halının qarşısının alınması üçün nə edilməsi ilə bağlı olmuşdur. Həmin müraciətə cavab verilməməsi qərardan şikayət vermə müddətinin ötürülməsi üçün üzrlü səbəb kimi çıxış edə bilməz. Qeyd edilməlidir ki, məhkəmə yuxarıda göstərilən əsaslarla müvafiq işə baxmaqdan imtina etmişdir. Sözügedən qərardan daha əvvəl onun tərəfindən AR Inzibati Xətalar Məcəlləsinin müvafiq normalarına əsasən Sabunçu Rayon Məhkəməsinə şikayət verilmiş və Sabunçu Rayon Məhkəməsində *(*-***)- ****/**** saylı iş üzrə icraata götürülmüşdür. Lakin məhkəmə tərəfindən məsələnin araşdırılması üçün təyin olunan məhkəmə iclaslarında X1 Xidmətinin nümayəndəsi iştirak etməmişdir. Məhkəmədə mübahisə edilən, yəni inzibati tənbeh vermə haqqında qərara əsas olmuş məsələlərin aydınlaşdırılması üçün müvafiq orqanın iştirakının zəruri olması məhkəmə tərəfindən bildirilmişdir. Adıkeçən orqanın əməkdaşı heç bir məhkəmə iclasına gəlməmiş, məhkəmə də işin obyektiv şəkildə araşdırılmasının bu halda mümkün olmayacağını və buna görə də şikayətimi geri götürərək orqanın özünə məktub ünvanlamaq lazım olduğunu demişdir. Bundan sonra məhkəmənin təşəbbüsü ilə şikayəti geri götürərək, yenə də AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı Şəhər Idarəsinə məktub göndərmişdir. Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayətlə bağlı sənədlər geri qaytarılmışdır. Yəni, inzibati tənbeh tətbiq etmə haqqında qərardan qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etmiş, bununla da məhkəməyə müdafiə üçün müraciət hüququnu vaxtında həyata keçirmişdir. Sonradan həmin şikayətin geri götürülməsi onun həmin inzibati tənbeh vermə haqqında qərarla razılaşmağı kimi anlaşıla bilməz. Çünki qeyd edildiyi kimi həmin proses məhkəmə iclasında hakim tərəfindən verilmiş prosessual istiqamətə əsasən baş vermişdir. Bu səbəbdən sonrakı, yəni, indiki iş üzrə müraciətin gecikməsi onun təqsiri nəticəsində deyil, məhkəmənin verdiyi göstərişə əməl etməsi nəticəsində yaranmışdır. Buna görə də məhkəmə ## #### 2026-cı il tarixli, MN ******* saylı qərardan ilkin şikayətin vaxtında edildiyini və sonrakı gecikmənin onun təqsiri olmadan, üzrlü səbəbdən baş verdiyini nəzərə alaraq IXM130.2-ci maddəsi əsasında müddəti bərpa etməli idi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq proses iştirakçıları məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Odur ki, proses iştirakçılarının iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətlə əlaqədar inzibati xəta haqqında icraat materiallarını araşdıraraq, hesab edir ki, verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən barəsində qəbul edilmiş ## #### 2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından bir dəfə məhkəməyə şikayət vermiş, lakin daha sonra şikayət ərizəsinin geri qaytarılmasını xahiş etdiyindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2026cı il tarixli qərardadı şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə onu verən şəxsə qaytarılmışdır. Yəni şikayətçinin geri qaytarılma ərizəsi əsasında onun şikayəti mahiyyəti üzrə baxılmadan geri qaytarılmışdır. Məhkəmə şikayətçinin DƏMX-nə rəsmi qaydada etdiyi müraciətlərinə cavab verilməməsi səbəbindən müddətin ötürülməsi ilə bağlı dəlilinə münasibət bildirərək qeyd edir ki, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı şəhər Idarəsinə ünvanlanmış ## ### 2026-cı il tarixli ərizə gələcəkdə əmək məcəlləsinin pozulmasının qarşısının alınması məqsədilə qazanxana işçiləri üçün rəsmi iş qrafikinin necə tərtib olunması barədə olmuşdur. Yəni həmin müraciət gələcəkdə qanunvericiliyin pozulması halının qarşısının alınması üçün nə edilməsi ilə bağlı olmuşdur. Həmin müraciətə cavab verilməməsi qərardan şikayət vermə müddətinin ötürülməsi üçün üzrlü səbəb kimi çıxış edə bilməz. Qərardan şikayət vermə müddətinin ötürülməsinin üzrlü səbəbi dedikdə şəxsin iradəsindən asılı olmayan səbəbdən qərardan qanunvericilikdə nəzərdə tutulmuş müddətdə şikayət verilə bilinməməsi nəzərdə tutulur. Hazırki iş üzrə isə elə bir hal müəyyən olunmamışdır. Məhkəmə müddətin bərpa edilməsinə dair vəsatətin təmin edilməməsinə münasibətdə hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 57.5-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə sənəd aşağıdakı hallarda rəsmi qaydada verilmiş hesab edilir: 57.5.1. bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan; 57.5.2. bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda: 57.5.2.1. ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan; 57.5.2.2. sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan. 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Qeyd edilən normaların məzmunundan da göründüyü kimi, şikayətçi qərarın surətini gec aldığından qərardan şikayət vermə müddətinin bərpa olunmasını xahiş etmiş, lakin müddətin üzrlü səbəbdən ötürülməsi ilə bağlı dəlil göstərməmiş, bu barədə iş materiallarına sübut əlavə edilməmişdir. Göründüyü kimi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Inzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş müddət üzrlü səbəb olmadan buraxılmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, verilmiş şikayətdə göstərilən formal mülahizələrə əsaslandığından, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətinin bərpası barədə vəsatətinin rədd edilməsinə dair Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin *(*-***)- ****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardad qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar