Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-2856/2026 07.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Məhkəmə iclas katibi Zeynalov Samir Elxan oğlunun katibliyi ilə, Qərardan şikayət verən orqan (şəxs) TP******* saylı, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin geri qaytarılmasına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Təqdim edimiş materiallardan müəyyən edilir ki, Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək TP******* saylı, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı ilə Qərardan şikayət verən orqan (şəxs) TP******* saylı, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli iş üzrə ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsini, ilkin şikayətin müddətində verilmiş hesab edilməsini və işin şikayətə mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir: ##.##.2026-cı il tarixli TP******* saylı qərarla o, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Həmin qərarın ləğvi məqsədilə Sabunçu Rayon Məhkəməsinə şikayət vermişdir. Mübahisələndirilən ##.##.2026-cı il tarixli qərardadda şikayət vermə müddətinin ötürüldüyü qeyd edilmiş, lakin TP******* saylı qərarın ona nə vaxt, hansı üsulla və IXM-in 57-ci maddəsinin məhz hansı bəndinə uyğun olaraq rəsmi qaydada verildiyi müəyyən edilməmişdir. TP******* saylı qərar ona sifarişli poçtla, şəxsən, imza qarşılığında və ya qanunda nəzərdə tutulan başqa rəsmi üsulla təqdim edilməmişdir. Qərarın rəsmi qaydada təqdim edilməsini təsdiq edən qəbz, sənəd kötüyü, SMS çatdırılma qeydi, elektron kabinetdə qərarla tanış olma jurnalı və ya digər mötəbər sübut qərardadda göstərilməmişdir Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq proses iştirakçıları məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat bildirməmişdirlər. Odur ki, məhkəmə proses iştirakçılarının iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etdi. Məhkəmə şikayətlə əlaqədar inzibati xəta haqqında icraat materiallarını araşdıraraq, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) TP******* saylı, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayəti Azərbaycan Respublikası IXM-nin 130.1-ci maddəsində nəzərdə tutulmuş şikayət vermə müddəti buraxıldığından və buraxılmış müddətin üzürlü sayılmasına dair əsaslı sübut təqdim edilmədiyindən geri qaytarılmalıdır. Məhkəmə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətin geri qaytarılmasına münasibətdə hesab edir ki, birinci instansiya məhkəməsi qanuni qərardad qəbul etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, TP******* saylı, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan xətanı törətməkdə təqsirli bilinib 100 manat cərimə edilmişdir. Həmin qərardan şikayət vermə müddətinin ötürülməsi müəyyən olunmuş və üzürlü səbəblərdən şikayət vermə müddətinin ötürülməsinə dair şikayət ərizəsində hər hansı sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, verilmiş apellyasiya şikayətində göstərilən formal mülahizələrə əsaslandığından, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) TP******* saylı, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin geri qaytarılmasına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardad qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2856/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-2856/2026
07.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver