Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2858/2026 03.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin sədri Əkbərov Mübariz Dosməmməd oğlu, aidiyyətlə bağlı məhkəmələr arasında yaranmış fikir ayrılığı ilə əlaqədar mübahisəni həll etmək məqsədilə Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra – IXM) 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında qəbul edilmiş ## ###### 2026-cı il tarixli, EP ******* nömrəli qərardan Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə dair materialı nəzərdən keçirərək, MÜƏYYƏN ETDIM: Qərardan şikayət verən orqan (şəxs) Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən barəsində qəbul edilmiş ## ###### 2026cı il tarixli, EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadı ilə material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadı ilə inzibati xətaya dair materiala Sumqayıt Şəhər Məhkəməsində baxılmalı olması əsas gətirilərək, məhkəmələr arasında aidiyyətlə bağlı yaranmış fikir ayrılığının həll edilməsi üçün materialın Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Materialı nəzərdən keçirib hesab edirəm ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində IXM-in 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair material baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilməlidir. Belə ki, IXM-in 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Inzibati Xətalar Məcəlləsində nəzərdə tutulan gömrük qaydaları əleyhinə olan inzibati xətaların təhlili belə nəticəyə gəlməyə imkan verir ki, inzibati xətanın törədilmə yerinin müəyyən edilməsi həmin əməlin hərəkət və ya hərəkətsizliklə baş verməsi ilə şərtləndirilmişdir. Beləliklə, hərəkətlə törədilən inzibati xətanın törədildiyi yer onun nəticəsinin baş verdiyi yerdən asılı olmayaraq xətanın obyektiv cəhətini təşkil edən hüquqazidd hərəkətin törədildiyi yerdir. Həmçinin qeyd olunmuşdur ki, inzibati xəta hərəkətsizlik formasında törədildiyi hallarda onun törədildiyi yer hərəkətin həyata keçirilməli olduğu yer, qanunvericiliklə şəxsin üzərinə düşən öhdəliyin, o cümlədən hüquqi şəxsin öhdəliyinin icra edilməli olduğu yer hesab olunur. IXM-in 430.4-cü maddəsində avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsinə, işlərin görülməməsinə və ya xidmətlərin göstərilməməsinə, ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslərin və hüquqi şəxslərin inzibati məsuliyyəti müəyyən olunmuşdur. Baxılan iş üzrə törədilməsi ehtimal olunan IXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi yer hərəkətin həyata keçirilməli olduğu, qanunvericiliklə şəxsin üzərinə düşən öhdəliyin icra edilməli olduğu yer hesab olunur. Iş materiallarında olan inzibati tənbeh vermə haqqında qərardan da görünür ki, Qərardan şikayət verən orqan (şəxs) fərdi sahibkar olaraq üzərinə düşən öhdəliyi icra etmədiyindən IXMin 430.4-cü maddəsi ilə vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb olunmuşdur. Bu baxımdan, hazırkı inzibati xətanın törədildiyi yer fiziki şəxsin fərdi sahibkar qismində qeydiyyatda olduğu yer hesab olunmalıdır. “Elektron məhkəmə” informasiya sistemindən əldə olunmuş çıxarışa əsasən müəyyən olunmuşdur ki, Qərardan şikayət verən orqan (şəxs) fərdi sahibkar qismində ünvan 1 ünvanında qeydiyyata alınmışdır. Qeyd olunanlara əsasən hazırkı inzibati xəta haqqında materiala aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016-cı il # ###### tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Inzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin, qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. IXM-də məhkəmələr arasında yaranan fikir ayrılığının aradan qaldırılmasının prosessual qaydası nəzərdə tutulmamışdır. Lakin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığının aradan qaldırılması üçün qanunun analogiyasından istifadə olunmalı və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə (bundan sonra CPM) istinad olunmalıdır. CPM-in 77.1-ci mаddəsinə əsаsən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Şərh edilənlərə əsasən və CPM-in 77-ci mаddəsini rəhbər tutaraq, QƏRARA ALDIM: Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında qəbul edilmiş ## ###### 2026-cı il tarixli, EP ******* nömrəli qərardan Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə dair material baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №3(3-6)-2858/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2858/2026
03.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver