Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2859/2026 15.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Məhkəmə iclasının katibi Zeynalov Samir Elxan oğlunun katibliyi ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası DIN-in Baş Dövlət Yol Polisi Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli nömrəsiz inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından şikayətçi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Qərardan şikayət verən orqan (şəxs) şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DIN-in Baş Dövlət Yol Polisi Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli nömrəsiz inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qərara əsasən Qərardan şikayət verən orqan (şəxs) IXM-nin 346.5-ci maddəsi ilə təqsirli bilinib 40 manat məbləğində cərimə edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası DIN-in Baş Dövlət Yol Polisi Idarəsinin Mərkəzi Informasiya Sistemi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli nömrəsiz elektron qərarla barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə və 2 cərimə balı inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Idarə etdiyi «Nissan Tiida» markalı, ** DX *** dövlət qeydiyyat nişanlı avtomobillə ##.##.2026-cı il tarixdə saat 18:19-da Bakı şəhəri, Nərimanov rayonu, M.Əhmədzadə küçəsində inzibati xətaya yol versə də, həmin xətaya görə qəbul edilmiş ##.##.2026-cı il tarixli elektron qərar şikayət verilənədək onun elektron kabinetinə yerləşdirilməmişdir ki, bu da Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsinin tələblərinin pozulmasını təşkil edir. Şikayətçinin qənaətinə görə, inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) 24 saat müddətində elektron kabinetdə yerləşdirilmədikdə şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz və bu hal barəsində qəbul edilmiş qərara xitam verilməsi üçün birbaşa hüquqi əsas yaradır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(5-94)-7789/2026 nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilməməsi, Azərbaycan Respublikası DIN-in Baş Dövlət Yol Polisi Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli nömrəsiz inzibati tənbeh vermə haqqında elektron qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə qərarından narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(5-94)-7789/2026 nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv olunmasını, şikayətinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinə verilmiş şikayətin dəlilləri ilə eynilik təşkil edərək tərtib olunmuş və əlavə olaraq bildirilmişdir ki, “SMSRadar.az” dövlət qurumlarına məxsus rəsmi şəxsi elektron kabinet hesab edilmir. Bu, özəl şirkət və ya mobil operatorlar tərəfindən təklif olunan kommersiya xarakterli abunə və məlumatlandırma xidmətidir. Göründüyü kimi, “SMSRadar.az” xidmətinin fəaliyyəti hər hansı dövlət qurumunun qərarı ilə tənzimlənən rəsmi dövlət elektron xidməti deyil, yalnız “SMSRadar.az” sənədində göstərilən abunə müqaviləsi və xidmət şərtləri əsasında işləyən özəl platformadır. Buradan gələn məlumatlar operativ xəbərdarlıq məqsədi daşıyır, lakin hüquqi baxımdan rəsmi dövlət bildiriş sistemi və ya rəsmi elektron kabinet statusuna malik deyil. Rəsmi yoxlama və dövlət qərarları üçün dövlətin rəsmi e-xidmətlərindən istifadə olunmalıdır. “SMSRadar.az” tətbiqinin şəxsi elektron kabinet hesab edilməməsini, sadəcə özəl və ödənişli xidmət sahəsi olmasını ehtiva edir ki, bu da Azərbaycan Respublikası DIN-in BDYPI tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli nömrəsiz elektron qərarın o, Bakı şəhəri Xətai rayon məhkəməsinə müraciət etdiyi tarixədək artıq 9 gün ərzində ona məxsus elektron kabinetə yerləşdirilməməsi deməkdir. Bu da Azərbaycan Respublikası IXM-in 38.6-cı maddəsinə əsasən mənim inzibati məsuliyyətdən azad edilməyim üçün əsasdır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq proses iştirakçıları məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə proses iştirakçılarının iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etdi. Şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb, məhkəmə hesab edir ki, şikayət təmin olunmamalı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(5-94)-7789/2026 nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası DIN-in Baş Dövlət Yol Polisi Idarəsinin Mərkəzi Informasiya Sistemi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli nömrəsiz inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) «Nissan Tiida» minik markalı, ** DX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən ##.##.2026-cı il tarixdə saat 18:19-da Bakı şəhəri, Nərimanov rayonu, M.Əhmədzadə küçəsində nəqliyyat vasitəsinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına yol vermiş, bu münasibətlə barəsində ##.##.2026-cı il tarixli EQ******** nömrəli protokol tərtib edilmiş və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə barəsində 40 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Iş materiallarına əlavə edilmiş ##.##.2026-cı il tarixli, *********** nömrəli ödəniş qəbzindən görünür ki, tətbiq edilmiş inzibati cərimə şikayətçi tərəfindən ##.##.2026-cı il tarixdə saat 14:03də ödənilmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin X1 ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Maddənin tələbindən də göründüyü kimi, sadalanan maddələr üzrə xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalarla bağlı şəxsin iştirakı olmadan elektron formada inzibati tənbeh vermə haqqında qərar çıxarılır və dərhal BDYPl-nin X1 yerləşdirilməklə Asan pay vasitəsi ilə şəxsin mobil nömrəsinə sms göndərilir. "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 1-ci hissəsinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər. Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması və yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin # #### 2018-ci il tarixli, *** nömrəli fərmanından görünür ki, Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması, yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi və müasir informasiya texnologiyalarından istifadə edilməklə həyata keçirilməsi məqsədilə Bakı Nəqliyyat Agentliyinin Bakı şəhərinin inzibati ərazisində parklanma yerlərində, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron qərarların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılmasını təmin etməsi və Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi ilə birlikdə həmin xüsusi texniki vasitələrin Nazirliyin Baş Dövlət Yol Polisi Idarəsinin X1 inteqrasiya olunmasını təmin etməsi qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası DIN-in Baş Dövlət Yol Polisi Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli nömrəsiz inzibati tənbeh vermə haqqında elektron qərar əsaslıdır və həmin qərarın ləğvi üçün heç bir əsas olmadığından şikayətçi Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməməlidir. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, şikayətçinin barəsində qəbul edilmiş elektron qərar barədə məlumatlandırılmaması barədə dəlilləri əsassızdır, belə ki, Qərardan şikayət verən orqan (şəxs) məhkəmə iclasındakı izahatında özü bildirmişdir ki, tətbiq edilmiş cərimə barədə mobil telefon nömrəsinə SMS-məlumat daxil olmuş və o, həmin cəriməni ödəmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 57.5-1.1-ci maddəsinə əsasən elektron qərar şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə SMS məlumat çatdırıldığı vaxtdan rəsmi qaydada verilmiş hesab olunduğundan və cərimə ##.##.2026-cı il tarixli inzibati xətadan cəmi iki gün sonra - ##.##.2026-cı il tarixdə ödənildiyindən, həmin Məcəllənin 38.6- cı maddəsində nəzərdə tutulmuş məlumatlandırma qaydasının pozulmasından söhbət gedə bilməz. Şikayətçi məhkəmə iclasında inzibati xətanın törədilməsi faktının özünü mübahisələndirməmiş, yalnız məlumatlandırma qaydasına istinad etmişdir. Bu səbəbdən məhkəmə Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında elektron qərar qanunidir. Məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi verilmiş şikayəti təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırmış və Qərardan şikayət verən orqan (şəxs) IXM-nin 346.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi və onun barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi ilə bağlı səlahiyyətli orqanın gəlmiş olduğu qənaətlə razılaşaraq sonuncunun həmin qərardan vermiş olduğu şikayəti təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinin tələblərinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və yaxud hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və inzibati qaydada tənbeh edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xətanı törətmiş şəxs barəsində tətbiq edilən tənbeh ədalətli olmalı, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən və hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl inzibati xəta hesab edilir. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, onun və ya başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, xətanı törədən şəxsin təqsirini və ya işin düzgün həllinə əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakim və səlahiyyətli orqanın əsaslana bildiyi faktiki məlumatlar sübutlar sayılır. Bunlar maddi sübutlar, icraat aparılan şəxsin, zərərçəkmişin və şahidlərin izahatları ilə, şəxsin təqsirini təsdiq edən digər sənədlərlə, ekspertizanın rəyləri ilə, inzibati protokolla və bu Məcəllə ilə müəyyən olunmuş digər protokollarla, eləcə də mötəbər sənədlərlə müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 346.5-ci maddəsinə görə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla, nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə – qırx manat məbləğində cərimə edilir. 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar qanuni qüvvəyə minir. Ona görə də məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən şikayət təmin olunmamalı və Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası DIN-in Baş Dövlət Yol Polisi Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli nömrəsiz inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayətin təmin edilməməsi və həmin qərarın dəyişdirilmədən saxlanılmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(5-94)-7789/2026 nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDI: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(5-94)-7789/2026 nömrəli, ##.##.2026-cı il tarixli qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2859/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2859/2026
15.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver