Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2860/2026 07.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Məhkəmə iclas katibi Zeynalov Samir Elxan oğlunun katibliyi ilə, Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) və onun müdafiəçisi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Vəkil, Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilməməsi, Xətai rayon DYPŞ tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli IXP ******* nömrəli protokol üzrə inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından şikayətçi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Qərardan şikayət verən orqan (şəxs) müdafiəçisi vəkil Vəkil şikayətlə məhkəməyə müraciət edərək Xətai rayon DYPŞ tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli IXP ******* nömrəli protokol üzrə inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi, habelə yol-nəqliyyat hadisəsinin digər iştirakçısı X1 barəsində inzibati araşdırmanın başlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qərara əsasən Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ##.##.2026-cı il tarixdə saat 22:07 radələrində Xətai rayonu, Ağ şəhər ərazisində idarə etdiyi "Lexus GS250" markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə X1 idarə etdiyi "Mercedes Benz C300" markalı, ** UO *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. O, parklanma yerindən hərəkətə başlamazdan əvvəl ön və arxa istiqamətlərdə hərəkətə mane olmayacağına əmin olduqdan sonra əvvəlcə sağ, sonra sol zolağa keçmiş, bir qədər irəlilədikdən sonra geriyə dönmək üçün arxaya baxdıqda "Mercedes" markalı avtomobilin uzaqda olduğunu, dönmə əməliyyatını təhlükəsiz yerinə yetirəcəyinə əmin olaraq sola dönmə işığını yandırıb dönməyə başlamışdır. Dönmə əməliyyatı aparılarkən arxadan hərəkətdə olan "Mercedes Benz C300" markalı avtomobil yüksək sürətlə hərəkətini davam etdirərək ötmək üçün qoşa xətti tapdalayıb qarşı hərəkət zolağına çıxmış və həmin avtomobilin sağ tərəfi onun idarə etdiyi avtomobilin sol arxa tərəfi ilə toqquşmuşdur. Beləliklə, hadisə bilavasitə X1 "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı, 37-ci, 42-ci, 49-cu və 50-ci maddələrinin tələblərini pozması nəticəsində baş vermişdir. Hadisə üzrə araşdırma qeyri-obyektiv aparılmışdır: araşdırmanı aparan R P.Xəlilov hadisə yerində baxış protokolunu və sxemi tərtib etməmiş, tərəfləri sxemlə tanış etməmiş, hal şahidlərinin iştirakını və fasiləsiz videoçəkilişi təmin etməmiş, hadisə yerinin yaxınlığında quraşdırılmış müşahidə kameralarının videogörüntülərinin əldə edilməsi və iş materiallarına əlavə olunması istiqamətində tədbir görməmişdir. Onun tərəfindən təqdim edilməyə cəhd olunan videogörüntülər qəbul edilməmiş və nəticədə həmin görüntülər məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmamışdır. Müdafiəçi **/**** nömrəli # #### 2026-cı il tarixli ekspert rəyinə istinad edərək bildirmişdir ki, rəyin özündə "Mercedes Benz C300" markalı avtomobilin sürücüsünün hərəkətləri üzrə tədqiqat aparmağın mümkün olmadığı, çünki təhqiqat tərəfindən təhlükənin yaranma anı, qət edilən məsafə və hərəkət sürəti barədə məlumatların təqdim edilmədiyi qeyd olunmuşdur. Bu isə ekspertizanın birtərəfli, yalnız onun hərəkətləri baxımından aparıldığını və materialların natamam olduğunu göstərir. Onun iştirakı olmadan və ona təqdim edilmədən, heç bir mötəbər sübutla təsdiq edilməyən hadisə yeri sxemi əsasında, subyektiv yanaşma ilə əldə olunan məlumatlar sübut kimi istifadə edilə bilməz və aradan qaldırılmayan bütün şübhələr barəsində icraat aparılan şəxsin xeyrinə həll olunmalıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilməməsi, Xətai rayon DYPŞ tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli IXP ******* nömrəli protokol üzrə inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya qaydasında verilmiş şikayətin məzmunu birinci instansiya məhkəməsinə verilmiş şikayətin məzmunu ilə oxşarlıq təşkil edir. Əlavə olaraq bildirilmişdir ki, birinci instansiya məhkəməsi işin hallarına əhəmiyyət verməmiş, əsassız olaraq inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasına dair qərar qəbul etmişdir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) və müdafiəçisi Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə əvvəlcədən məlumat verməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etdi. Məhkəmə inzibati xəta haqqında iş üzrə birinci instansiya məhkəməsinin qərarından verilən şikayətə baxarkən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarının qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayıb hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Xətai rayon DYPŞ tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli IXP ******* nömrəli protokol üzrə inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə, saat 22:07-də Bakı şəhəri, Xətai rayonu, 2-ci Fəvvarələr küçəsində "LEXUS GS250 minik" markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozması əsas gətirilərək barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1ci maddəsinə əsasən 40 manat məbləğində cərimə tətbiq edilmişdir; ##.##.2026-cı il tarixli yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, hadisə 2-ci Fəvvarələr küçəsi ilə 3-cü Şərq küçəsinin kəsişməsinə az qalmış baş vermiş, sxemdə hər iki nəqliyyat vasitəsinin hadisədən sonrakı vəziyyəti və toqquşma nöqtəsi əks olunmuş, sxem sürücü Qərardan şikayət verən orqan (şəxs) tərəfindən imzalanmaqla orada göstərilənlərlə razılıq bildirilmişdir; ##.##.2026-cı il tarixli izahatından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) 2-ci Fəvvarələr küçəsi ilə hərəkət edib 3-cü Şərq küçəsi ilə kəsişmədə sola-geriyə dönmək istəyərkən solarxa tərəfdən hərəkət edən "Mercedes" markalı, ** UO *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşduğunu, hadisə zamanı xəsarət alan olmadığını, avtomobillərə maddi ziyan dəydiyini qeyd etmişdir; ##.##.2026-cı il tarixli arayışdan görünür ki, hadisənin digər iştirakçısı X1 yazılı izahat vermək təklif edildikdə o, hadisə ilə bağlı izahat verməyəcəyini və bu barədə tərtib edilən sənədləri imzalamayacağını bildirmişdir; Respublika Narkoloji Mərkəzinin sərxoşluq hallarının təyini məqsədi ilə aparılan tibbi müayinə protokollarından görünür ki, hər iki sürücü tibbi müayinədən keçirilmişdir; ##.##.2026-cı il tarixli məhkəmə avtotexniki ekspertizasının təyin olunması haqqında qərardan görünür ki, ekspert qarşısında hər iki sürücünün – həm Qərardan şikayət verən orqan (şəxs), həm də X1 hərəkətlərinin "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunluğu və onların hadisənin qarşısını almağa texniki imkanlarının olub-olmaması barədə suallar qoyulmuş, ekspertizaya qərarla birlikdə fotoşəkillər, videogörüntü, toplanmış sənədlər və hadisənin sxemi təqdim edilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş **/**** nömrəli # #### 2026-cı il tarixli ekspert rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən "LEXUS GS250" markalı, 77-TN076 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Qərardan şikayət verən orqan (şəxs) hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur; "Mercedes Benz C300" markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə isə rəyin tədqiqat hissəsində göstərilən səbəblərə görə tədqiqat aparmaq mümkün olmamışdır; IXP ******* nömrəli ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, protokol Xətai rayon DYPŞ-nin YNH üzrə inspektoru R X2 tərəfindən tərtib edilmiş, protokolun surəti Qərardan şikayət verən orqan (şəxs) verilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlardan, o cümlədən hadisə yerinin sxemindən, təqdim edilmiş videogörüntülərdən, şikayətçinin özünün ##.##.2026-cı il tarixli izahatından və **/**** nömrəli # #### 2026-cı il tarixli ekspert rəyindən görünür ki, şikayətçi Qərardan şikayət verən orqan (şəxs) sağ hərəkət zolağından sola-geriyə dönmə manevrini yerinə yetirərkən həmin manevrin təhlükəsizliyini təmin etməmiş və bununla da əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmuşdur. Məhkəmə birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, şikayətin məzmunundan da görünür ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Xətai rayon DYPŞ-nin ##.##.2026-cı il tarixli IXP ******* nömrəli protokol üzrə inzibati tənbeh vermə haqqında qərarı mübahisələndirilmiş, müvafiq qərar şikayətə əlavə edilmiş, lakin birinci instansiya məhkəməsi tam, hərtərəfli və obyektiv araşdırma aparmadan, şikayətin dəlilləri qismində göstərilmiş halların aydınlaşdırılması məqsədi ilə qərarın dəyişdirilmədən saxlanılması qənaətinə gəlmişdir. Məhkəmə qeyd edir ki, təqdim edilmiş video-görüntülərlə, iş materiallarına əlavə edilmiş yolnəqliyyat hadisəsinin sxemi və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş ilkin izahatlarda olan ziddiyyətli məqamlar mövcuddur, iş materiallarına əlavə edilmiş foto-şəkillər və video-görüntülər tam aydın olmamış, hadisə yerinin təfərrüatlı formada sxemi çəkilməmişdir. Belə ki, yol nəqliyyat hadisəsinin baş verdiyi yol ayrıcında nişanlanma xətləri tam aydın şəkildə əks etdirilməmişdir. Şikayətçinin həqiqətən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozması tam araşdırılmamışdır. Hadisə yerinin yaxınlığında quraşdırılmış müşahidə kameralarının videogörüntüləri əldə edilərək tədqiq edilməmişdir. Iş materiallarına əlavə edilmiş ekspert rəyi işin hərtərəfli, tam, obyektiv araşdırılması üçün xüsusi əhəmiyyət kəsb etsə də, rəy natamamdır. Belə ki, **/**** nömrəli # #### 2026-cı il tarixli ekspert rəyinin özündə "Mercedes Benz C300" markalı avtomobilin sürücüsünün hərəkətləri üzrə tədqiqat aparmağın mümkün olmadığı, çünki təhqiqat tərəfindən təhlükənin yaranma anı, qət edilən məsafə və hərəkət sürəti barədə məlumatların təqdim edilmədiyi qeyd olunmuşdur. Məhkəmə qeyd edir ki, belə olan halda, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan ziddiyyətləri aradan qaldırılmalı və əldə olunmuş sübutlara əsasən yekun məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin tələbləri baxımından məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqdim edilmiş sübutlara, onların kifayət edib-etməməsi baxımından qiymət verilməli, izahatlar alınmalı, təkrar ekspert rəyi alınmalı və müvafiq olaraq qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 48-ci maddəsinə görə, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsaslardır. 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar qanuni qüvvəyə minir. Qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilməməsi, Xətai rayon DYPŞ tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli IXP ******* nömrəli protokol üzrə inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilməli, iş yenidən baxılıb qərarın təsviri hissəsində sadalanan məsələlər aydınlaşdırılmaqla nəticəsindən asılı olaraq müvafiq qərar qəbul edilməsi üçün həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası IXM-nin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilsin və iş materialları yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2860/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2860/2026
07.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver