Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2861/2026 16.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Məhkəmə iclas katibi Zeynalov Samir Elxan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs «xxxx» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında icraat aparılan şəxs «xxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: “xxxx” ASC barəsində Azərbaycan Respublikası IXM-in 528.1-ci maddəsi ilə Xətai rayon Icra Şöbəsinin icra məmuru tərəfindən ## ###### 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və məhkəməyə göndərilmişdir. Inzibati xəta haqqında protokola əsasən, “xxxx” ASC Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli icra sənədinə əsasən icra məmurunun tələblərini yerinə yetirməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(5-94)-9118/2026 nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və onun barəsində 3.000 (üç min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə qərarından narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «xxxx» Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(5-94)-9118/2026 nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir: "Icraata başlamaq haqqında ” ## #### 2026-cı il tarixli qərardan görünür ki, "xxxx” ASC Bakı şəhəri Xətai rayon Məhkəməsinin *(***)-****/*** saylı, ##.##.2026-cı il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. ##.##.2026-cı il tarixli bildirişdən görünür ki, "xxxx” ASC borcun icrası haqqında məlumat verib xəbərdarlıq olunsada o, məhkəmə qərarını qəsd, icra etməmişdir. Məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir k, borclu “xxxx” ASCnin icra sənədinin icrasını tam təmin etməməsi və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzürlü səbəb göstərməməsi icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Halbuki, təqdimata etiraz verilmiş və həmin etirazda sənədlərin Xətai rayon Icra Şöbəsinin elektron poçt ünvanına rəsmi göndərilməsini təsdiq edən sənədlər əlavə edilmişdir. Məhkəmə isə həmin sənədlərin nədən ibarət olmasını araşdırmadan, icra şöbəsindən həmin sənədləri istəmədən öz mülahizəsinə əsaslanıb təqdimatın təmin edilməsi barədə qərar qəbul etmişdir. Halbuki, protokol tərtib edilməmişdən əvvəl Icra Şöbəsi tərəfindən istənilən sənədlər elektron poçt vasitəsilə icra şöbəsinə təqdim edilmişdir. Yəni icra sənədi tam icra edilmişdir. Məhkəmə iclasında isə üzürlü səbəbdən nümayəndənin iştirak edə bilməmiş, məhkəmə isə ədaləti araşdırmaya maraqlı olmadığı üçün iclası təxirə salıb tərəflərin iştrakın təmin etmək əvəzinə, sənədlərə birtərəfli qaydada baxıb, öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Yəni, “xxxx” ASC-nin hərəkətlərində inzibati xəta əməlinin tərkib əlamətləri yoxdur. Protokol tərtib edilənədək artıq sənədlər təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs «xxxx» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə apellyasiya qaydasında verilmiş şikayətin dəlillərinə uyğun çıxış edərək, məhkəmədən şikayətin təmin edilməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, tələbkar və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə iclasının tələbkar və səlahiyyətli orqanın nümayəndəsinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(5-94)-9118/2026 nömrəli, ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli icra sənədinə əsasən “xxxx” Açıq Səhmdar Cəmiyyətinin üzərinə X1 həmin cəmiyyətdə işlədiyi dövrlər üzrə: iş vaxtının tabel uçotunu; hesablanmalı və faktiki hesablanmış əmək haqqı barədə, vergilər, DSMF-yə, həmkarlar ittifaqına və digər tutulmalar göstərilməklə, möhürlə təsdiq edilmiş və imzalanmış məlumatları; əmək haqqının ödənilməsini təsdiq edən sənədləri; əmək müqaviləsini və əmək müqaviləsində edilmiş dəyişikliklər barədə əmrləri; əmək haqqı və məzuniyyət barədə əmrləri; məzuniyyət və digər hallar üzrə əmrləri və onların hesablanmasına dair məlumatları; xəstəlik vərəqələrini və bu barədə məlumatları; son haqq-hesabın hesablanmasına dair məlumatları; əmək haqqının hesablanmasına dair digər sənədləri Bakı şəhəri Xətai Rayon Məhkəməsinə təqdim etmək vəzifəsi qoyulmuşdur. “Icraata başlamaq haqqında” ## #### 2026-cı il tarixli qərardan görünür ki, “xxxx” ASC Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli icra sənədi üzrə icraat başlanılmışdır. ##.##.2026-cı il tarixli bildirişdən görünür ki “xxxx” ASC-ə borcun icrası haqqında məlumat verib xəbərdarlıq olunsa da o, məhkəmə qərarını qəsdən icra etməmişdir. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi «xxxx» Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilərək törətmiş olduğu inzibati xətanın xarakterini, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə qətnaməsini icra etməməsini, iş üzrə sübutlarla müqayisəli şəkildə qiymətləndirərək belə nəticəyə gəlmişdir ki, «xxxx» Açıq Səhmdar Cəmiyyəti inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Həmçinin məhkəmə “xxxx” ASC tərəfindən məhkəməyə elektron qaydada təqdim edilmiş sənədlərə münasibət bildirərək, hesab etmişdir ki, həmin sənədlər hüquqi şəxsin məsuliyyətini istisna edən hallar kimi nəzərdən keçirilə bilməz. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli icra sənədinə əsasən, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin üzərinə X1 həmin cəmiyyətdə işlədiyi dövrlər üzrə müvafiq sənədlərin Bakı şəhəri Xətai Rayon Məhkəməsinə təqdim edilməsi vəzifəsi qoyulmuşdur. Hüquqi şəxs müdafiəsi üçün göndərdiyi sənədlərdə müvafiq sənədlərin Xətai Rayon Icra Şöbəsinə göndərildiyini qeyd etmişdir. Həmçinin, hüquqi şəxs tərəfindən əlavə olunan elektron poçt ünvanından çıxarışda “Ayvazov Murada aid sənədləri sizə təqdim edirik” məzmunlu qeyd yazılmışdır. Eyni zamanda, hüquqi şəxs konkret olaraq hansı sənədləri təqdim etdiyini də göstərməmişdir. Halbuki, icra sənədində “xxxx” ASC-nin üzərinə qoyulmuş vəzifə X1 həmin cəmiyyətdə işlədiyi dövrlər üzrə müvafiq sənədlərin Bakı şəhəri Xətai Rayon Məhkəməsinə təqdim edilməsindən ibarət olmuşdur. Iş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi «xxxx» Açıq Səhmdar Cəmiyyəti barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq onu Azərbaycan Respublikası IXM-in 528.1-ci maddəsi ilə tənbeh etmişdir. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Məhkəmələrin bütün qərarları qəbul olunduğu gündən bir aydan gec olmayaraq anonimləşdirilməklə elektron qaydada yayılmalıdır. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Insan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə ## #### 1997-ci il tarixli Qərarında vurğulayır ki, razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı. Həmçinin Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə # ### 2002-ci il tarixli Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə bildirməyi zəruri hesab edir ki, şəxs barəsində Inzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilmişdir, şikayətdə göstərilən dəlillər ləğv üçün əsas deyildir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunculuq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə həmçinin təyin olunmuş inzibati tənbehlə bağlı hesab edir ki, birinci instansiya məhkəməsi törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə iş üzrə sübutları qiymətləndirərək «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh edilməsi barədə düzgün və ədalətli nəticəyə gəlmişdir. Təyin olunmuş inzibati tənbeh inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğundur. Ona görə də, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsi üçün əsaslar müəyyən edilmədiyindən şikayət təmin edilməməli, «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3.000 (üç min) manat məbləğində cərimə edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(5-94)-9118/2026 nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilməməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDI: «xxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 3.000 (üç min) inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2861/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2861/2026
16.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver