Məhkəmə qərarları › İş №3(3-6)-2862/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2862/2026

14.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2862/2026 14.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Məhkəmə iclas katibi Zeynalov Samir Elxan oğlunun katibliyi, Şikayətçi Qərardan şikayət verən orqan (şəxs), Bakı şəhəri Baş Polis Idarəsinin Dövlət Yol Polisi Idarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Azərbaycan Respublikası DIN Baş Dövlət Yol Polisi Idarəsinin ## ### 2026-cı tarixli, EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Bakı şəhəri Baş Polis Idarəsinin Dövlət Yol Polisi Idarəsi tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, DIN Baş Dövlət Yol Polisi Idarəsi tərəfindən ## ### 2026-cı il tarixli Inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Qərardan şikayət verən orqan (şəxs) şikayətini onunla əsaslandırmışdır ki, protokolda iddia edildiyi kimi avtomobilini 5.12 və 5.13 nişanlarından 15 metrdən yaxın məsafədə saxlamamışdır. Avtomobil nişandan təxminən 20 metr məsafədə olmuşdur. Bu hal video görüntülərlə təsdiq edilir. Zərurət olduğu halda video görüntünü təqdim edə bilər. Ikinci, hadisə yerində həm avtobus dayanacağını göstərən sarı nişanlanma, həm də parklanmanı göstərən ağ nişanlanma mövcuddur. Bu isə artıq ziddiyyət yaradan haldır. Halbuki həmin ziddiyyət olmasaydı, avtobus dayanacağında saxlayıb qayda pozmazdı. Üçüncü, protokolu tertib edən polis əməkdaşı tərəfindən çəkilmiş fotoşəkillərdə avtomobil ilə yol nişanı arasındakı məsafə göstərilməmişdir. Şəkillərdə nə məsafə ölçülmüş, nə də avtomobilin nişandan 15 metrdən az məsafədə yerleşdiyi sübut edilmişdir. Sadəcə avtomobil və nişan ayrı-ayrılıqda əks olunmuşdur. Bundan əlavə, hadisə saat 00:00-dan sonra baş vermişdir, qanunda konkret vaxt göstərilməsə də, lakin, məntiq ilə həmin vaxt onun avtomobili ictimai nəqliyyatın hərəkətinə və ya sərnişinlərin minib-düşməsine hər hansı maneə yaratmamışdır. Odur ki, Qərardan şikayət verən orqan (şəxs) IXM-nin 346.2-ci maddəsi ilə barəsində əsassız olaraq Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polisi Idarəsinin ##.##.2026-cı il tarixdə qəbul edilmiş qərarını ləğv edib iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətin təmin edilməsi, Azərbaycan Respublikası DIN Baş Dövlət Yol Polisi Idarəsinin ## ### 2026-cı tarixli, EQ******** saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan Bakı şəhəri Baş Polis Idarəsinin Dövlət Yol Polisi Idarəsi apellyasiya qaydasında şikayət verib məhkəmənin qərarının qanunsuz və əsassız olduğunu, bu səbəbdən qərarın ləğv edilərək Azərbaycan Respublikası DIN Baş Dövlət Yol Polisi Idarəsinin ## ### 2026-cı tarixli, EQ******** saylı inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya qaydasında verilmiş şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsinə əsasən, ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə inzibati məsuliyyət nəzərdə tutulur. Iş materiallarından müəyyən olunur ki, Qərardan şikayət verən orqan (şəxs) ## ### 2026-cı il tarixində saat 00:01-də “BYD Destroyer 05 Plug-ln hibrid” markalı, **-EQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən IXM-in 346.2-ci maddəsində nəzərdə tutulmuş hərəkəti törətmiş və buna görə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə isə sürücünün “nəqliyyat vasitəsini nişandan təxminən 20 metr məsafədə saxlaması” barədə izahatını iş üzrə obyektiv və mötəbər sübutlarla təsdiqlənmiş fakt kimi qəbul etmişdir. Halbuki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı sübutlardan yalnız biridir və digər sübutlarla birlikdə qiymətləndirilməlidir. Şəxsin özünün verdiyi izahat onun məsuliyyətdən azad edilməsi üçün avtomatik və həlledici əsas təşkil etmir. IXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallan müəyyən etmək üçün hakimin və səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktiki məlumatlar sübutlar sayılır. IXM-in 84.1 -ci maddəsinə görə isə sübutlar işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə araşdırılmasına əsaslanan daxili inamla qiymətləndirilir. Məhkəmə qərarda özü də qeyd etmişdir ki, inzibati tənbeh vermə haqqında qərara fotoşəkillər əlavə edilmişdir. Həmin fotoşəkillərdə nəqliyyat vasitəsinin, yol nişanının və hadisə yerinin digər elementlərinin əks olunduğu müəyyən edilmişdir. Lakin məhkəmə fotoşəkilləri digər sübutlarla birlikdə qiymətləndirmək əvəzinə, əsasən həmin görüntülərdə məsafənin ayrıca ölçü vahidi ilə göstərilməməsini əsas götürərək inzibati xəta hadisəsinin sübuta yetirilmədiyi qənaətinə gəlmişdir. Halbuki, qanun sübut kimi yalnız ölçü cihazı ilə müəyyən edilmiş məsafəni nəzərdə tutmur. Işin konkret hallarından asılı olaraq fotoşəkillər, video materiallar, inzibati xəta haqqında protokol, vəzifəli şəxsin izahatı və digər məlumatlar sübutların məcmusunu təşkil edə bilər. Bu baxımdan birinci instansiya məhkəməsi hər bir sübutun ayrılıqda deyil, onların qarşılıqlı əlaqədə və məcmu şəkildə qiymətləndirilməsi prinsipinə lazımi qaydada əməl etməmişdir. Məhkəmə hadisə yerində sarı rəngli 1.17 nişanlanma xətti ilə yanaşı parklanma yerini bildirən nişanlanma xətlərinin mövcud olmasını sürücünün yol nişanının tələbini qavramasını çətinləşdirən hal kimi qiymətləndirmişdir. Lakin yalnız müxtəlif nişanlanma xətlərinin eyni ərazidə mövcud olması avtomatik olaraq yol hərəkəti qaydalarının pozulmasına görə məsuliyyəti istisna edən hal kimi qəbul edilə bilməz. Məhkəmə konkret olaraq hansı yol nişanının hansı nişanlanma xətti ilə ziddiyyət təşkil etdiyini, həmin ziddiyyətin hansı hüquqi normanı pozduğunu və bunun məhz Qərardan şikayət verən orqan (şəxs) yol hərəkəti qaydasını pozmasını istisna edən hüquqi hal olduğunu kifayət qədər əsaslandırmamışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 61.6-1-ci maddəsində yol nişanlarının və digər texniki vasitələrin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluğun yolverilməzliyi müəyyən edilmişdir. Lakin həmin normanın tətbiqi üçün ilk növbədə real və hüquqi baxımdan əhəmiyyətli ziddiyyətin mövcudluğu müəyyən edilməlidir. Sadəcə parklanma üçün nişanlanmış sahənin mövcudluğu 5.12 və ya 5.13 yol nişanının qüvvəsini öz-özlüyündə aradan qaldırmır. Məhkəmə qərarda Qərardan şikayət verən orqan (şəxs) hadisənin saat 00:00-dan sonra baş verməsi və həmin vaxt nəqliyyat vasitəsinin ictimai nəqliyyatın hərəkətinə mane olmaması barədə izahatına da istinad etmişdir. Lakin IXM-in 346.2-ci maddəsinin dispozisiyasında məsuliyyətin yaranması üçün nəqliyyat vasitəsinin mütləq qaydada həmin anda ictimai nəqliyyatın hərəkətinə mane olması şərti müəyyən edilməmişdir. Normada ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanması və ya durması qadağan edilmişdir. Bu səbəbdən hadisənin gecə saatlarında baş verməsi və həmin anda avtobusun hərəkətdə olmaması, qanunda bununla bağlı istisna nəzərdə tutulmadığı halda, inzibati məsuliyyəti istisna edən hal kimi qəbul edilə bilməz. Əks yanaşma həmin yol nişanlarının qüvvəsinin günün müəyyən saatlarında özbaşına aradan qalxması nəticəsinə gətirib çıxara bilər ki, bu da qanunvericiliklə nəzərdə tutulmamışdır. Məhkəmə iclasında çıxış edən Bakı şəhəri Baş Polis Idarəsinin Dövlət Yol Polisi Idarəsinin nümayəndəsi Nümayəndə apellyasiya qaydasında verilmiş şikayətin dəlillərinə uyğun çıxış edərək məhkəmədən şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən şikayətçi Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında verilmiş şikayətə etiraz edərək, məhkəmədən şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb hesab edir ki, verilmiş şikayət qismən təmin edilməlidir. Belə ki, Baş Dövlət Yol Polisi Idarəsinin ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixində saat 00:01də, “BYD Destroyer 05 Plug-In hibrid” minik markalı, **-EQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən IXM-in 346.2-ci maddəsində nəzərdə tutulan ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına görə inzibati xətasını törətmişdir. Bununla da, Qərardan şikayət verən orqan (şəxs) IXM-in 346.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyi üçün 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Inzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsinə əsasən, ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə qeyd etmişdir ki, inzibati tənbeh vermə haqqında qərara əlavə edilmiş fotoşəkillərdən görünür ki, inzibati xətanın qeydə alındığı yerdə sarı rəngli 1.17 - ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaqlarını və taksi duracaqlarını göstərən nişanlanma xətti ilə yanaşı, parklanma yerini bildirən müvafiq nişanlama xətləri ilə işarələnmiş və bu səbəbdən sürücünün yol nişanının tələbini qavraması çətinləşmişdir. Eyni zamanda, səlahiyyətli orqan tərəfindən videogörüntülər də təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə hesab etmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının IXM-nin 346.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə bu mövqe ilə razılaşmayaraq və şikayətin dəlillərini təhlil edərək, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının IXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmadan inzibati xəta haqqında iş üzrə icraata əsassız olaraq xitam vermişdir. Səlahiyyətli orqanın nümayəndəsinin mövqeyinə görə işdən görünür ki, birinci instansiya məhkəməsi sürücünün “nəqliyyat vasitəsini nişandan təxminən 20 metr məsafədə saxlaması” barədə izahatını iş üzrə obyektiv və mötəbər sübutlarla təsdiqlənmiş fakt kimi qəbul etmişdir. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi hadisə yerində sarı rəngli 1.17 nişanlanma xətti ilə yanaşı parklanma yerini bildirən nişanlanma xətlərinin mövcud olmasını sürücünün yol nişanının tələbini qavramasını çətinləşdirən hal kimi qiymətləndirmişdir. Lakin yalnız müxtəlif nişanlanma xətlərinin eyni ərazidə mövcud olması avtomatik olaraq yol hərəkəti qaydalarının pozulmasına görə məsuliyyəti istisna edən hal kimi qəbul edilə bilməz. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 61.6-1-ci maddəsində yol nişanlarının və digər texniki vasitələrin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluğun yolverilməzliyi müəyyən edilmişdir. Lakin həmin normanın tətbiqi üçün ilk növbədə real və hüquqi baxımdan əhəmiyyətli ziddiyyətin mövcudluğu müəyyən edilməlidir. Sadəcə parklanma üçün nişanlanmış sahənin mövcudluğu 5.12 və ya 5.13 yol nişanının qüvvəsini öz-özlüyündə aradan qaldırmır. Normada ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanması və ya durması qadağan edilmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 106.0-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: işin baxılması onun səlahiyyətinə aiddirmi; işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; işin icraatını rədd edən hallar mövcuddurmu; mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Şikayətçinin apellyasiya baxışı zamanı bildirdiyinə əsasən o, dayanacaqdan olan məsafəni birinci instansiya məhkəməsi yox, özü sonradan aydınlaşdırmışdır. Qeyd olunan hal səlahiyyətli orqan tərəfindən də araşdırılmamış və inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmçinin müxtəlif nişanlanma xətlərinin eyni ərazidə mövcud olması, habelə hazırki iş üzrə nəqliyyat vasitəsinin ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda dayanması və ya durması səlahiyyətli orqan tərəfindən araşdırılmalı və müvafiq sənədlər inzibati xəta haqqında materiala əlavə edilməlidir. Belə vəziyyətdə natamam sübutlarla iş üzrə yekun nəticəyə gəlinməsi mümkün deyil və materialın inzibati orqana qaytarılması üçün əsas yaradır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, səlahiyyətli orqan tərəfindən inzibati araşdırma düzgün aparılmadığından, qeyd edilən ziddiyyətli məqamlara aydınlıq gətirilməsi məqsədilə inzibati xəta haqqında materiala səlahiyyətli orqan tərəfindən yenidən baxılmalı, inzibati araşdırmanın gedişatından asılı olaraq qanuna uyğun qərar qəbul edilməlidir. Çünki hazırkı halda iş materiallarında olan sübutlar işin faktiki hallarını tam göstərmədiyi üçün konkret olaraq yekun nəticəyə gəlinməsi mümkünsüzdür. IXM-in 134.1.4-cü maddəsinə əsasən Bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 137.3-cü maddəsinə əsasən Bu Məcəllənin 134.1.4-cü və 134.1.5-ci maddələrinə əsasən qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edildikdə, inzibati xəta haqqında işə bu Məcəllə ilə müəyyən edilmiş müddətlərdə yenidən baxılır. Belə olan halda qanunun sadalanan tələbləri və işin həqiqi halları baxımından məhkəmə qənaətə gəlir ki, Bakı şəhəri Baş Polis Idarəsinin Dövlət Yol Polisi Idarəsi tərəfindən apellyasiya qaydasında verilmiş şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı və ##.##.2026-cı il tarixli mübahisələndirilən qərarı ləğv edilməli, material yenidən araşdırma aparılması üçün Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhəri Baş Polis Idarəsinin Dövlət Yol Polisi Idarəsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və IXM-in 134.1.4-cü maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Bakı şəhəri Baş Polis Idarəsinin Dövlət Yol Polisi Idarəsi tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli qərardadı və ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası DIN Baş Dövlət Yol Polisi Idarəsinin ## ### 2026-cı tarixli, EQ******** saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və material yenidən araşdırma aparılması üçün Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhəri Baş Polis Idarəsinin Dövlət Yol Polisi Idarəsinə qaytarılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar