Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2863/2026 07.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Məhkəmə iclas katibi Zeynalov Samir Elxan oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq Idarəsinin nümayəndəsi X2, Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Qərarından şikayət verilən orqan tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün həmin səlahiyyətli orqana qaytarılmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq Idarəsi tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi Nümayəndə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Qərarından şikayət verilən orqan rəis müavini X1 inzibati tənbeh vermə haqqında ## ###### 2026-cı il tarixli, MN ******* saylı qərarının ləğv edilməsini və Qərardan şikayət verən orqan (şəxs) törətmiş olduğu inzibati xəta hadisəsinin olmaması səbəbindən inzibati xətalara dair icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin ŞəkiX6 rəis müavini X1 inzibati tənbeh vermə haqqında ## ###### 2026-cı il tarixli, MN ******* saylı qərarı AR IXM-nin 539.1-1- ci maddəsi ilə “xxxx” MMC-nin rəhbəri kimi şərti olaraq 1000 cərimə olunmuşdur. Həmin qərarın qəbul olunmasından, həmçinin həmin qərarın qəbul olunmasına səbəb olmuş protokoldan xəbərsiz olmuş, inzibati xətalara dair icraata və aparılmış araşdırmaya dəvət olunmamış, qəbul edilmiş protokol və qərar ona təqdim edilməmişdir. Yalnız məhkəmə icraçısının dəvətindən sonra həmin qərardan məlumatlı olmuş və ## #### 2026-cı il tarixində qərarın kserosurəti məhkəmə icraçısı tərəfindən ona təqdim edilmişdir. Barəsində aparılan inzibati xətalara dair icraata qanuna uyğun şəkildə dəvət olunsa idi və ya barəsində qərar qəbul etmiş səlahiyyətli orqan işinə biraz diqqətli yanaşsa idi bilmiş olacaqdı ki, o, sözügedən inzibati xəta pozuntusunun subyekti deyil. Belə ki, ##.##.2018-ci il tarixindən etibarən onun “xxxx” MMC-nin direktoru vəzifəsinə xitam verilib. Yəni o, ##.##.2018-ci ildən edibarən “xxxx” MMC-nin rəhbəri deyil, həmin hüquqi şəxslə heç bir bağlılığı yoxdur. Vergi ödəyicilərinin tarixçəsindən də görünür ki, ##.##.2020-ci il tarixindən bu günə qədər “xxxx” MMC-nin direktoru və qanuni təmsilçisi o, deyil, X3r. Vergi ödəyicisinin reyestr məlumatından da görünür ki, ##.##.2020-ci il tarixindən etibarən hüquqi şəxsin qanuni təmsilçisi X3r. Əmək kitabçasından çıxarışı, Vergi ödəyicilərinin tarixçəsindən və Vergi ödəyicisinin reyestr məlumatından çıxarışları şikayətinə əlavə edir. Hüquqi şəxs qalıb kənarda, direktoru qalıb kənarda, 8 ildir hüquqi şəxslə bağlılığı qalmayan, inzibati xəta hadisəsinin subyekti olmayan o, cərimələnir. Bu hallar olmasın deyə, günahsız birisi tənbeh almasın deyə AR IXM aydın bir şəkildə müəyyən edib ki, barəsində inzibati xətalara dair icraat aparılan şəxsin iştirakı təmin edilməli, izahatı alınmalı, sübutlarını təqdim etməsi üçün şərait yaradılmalı və ən əsası təqsiri sübuta yetirilməlidir. Göründüyü kimi, Inzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə yuxarıda qeyd edilən normaların tələbləri baxımından məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin Inzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr, nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini Inzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Amma görünən odur ki, barəsində inzibati xətalara dair qərar qəbul etmiş səlahiyyətli orqan, onu inzibati araşdırmaya dəvət etməsi bir kənara qalsın, inzibati orqanlar arasında elektron inteqrasiyanın bu dövründə “xxxx” MMC-nin rəhbərini belə müəyyən etməyi lazım bilməyib. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə şikayət qismən təmin edilmiş, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Qərarından şikayət verilən orqan tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün həmin səlahiyyətli orqana qaytarılması qərara alınmışdır. Qərardan narazı qalan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq Idarəsi apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarının ləğv edilməsini və Qərardan şikayət verən orqan (şəxs) barəsində X5 Xidməti X11 ## ###### 2026cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya qaydasında verilmiş şikayət onunla əsaslandırılmışdır ki, “xxxx” MMC-də işçilərin əmək haqqına düzəliş edilməsi təmin edilməmişdir. Bununla əlaqədar, “xxxx” MMC-yə ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli məktubla xətanın 10 (on) gün ərzində aradan qaldırılması əks təqdirdə məsuliyyətə cəlb olunacaqları barədə göstəriş xarakterli məktub ünvanlanmışdır. Xidmətin X11 qanuni göstərişinə baxmayaraq ““xxxx” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) tərəfindən heç bir tədbir görülməmiş və bu barədə Xidmətin X11nə məlumat verilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın vəzifəli şəxslərinin bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dair qəbul etdiyi qərarların, göstərişlərin işəgötürənlər və işçilər, habelə əmək münasibətlərinin digər iştirakçıları tərəfindən icrası məcburidir. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 6-cı maddəsində əks olunmuş qanunçuluq prinsipinə əsasən, inzibati xəta haqqında işə baxan məhkəmə əvvəlki icraat zamanı qanunvericiliyin tələblərinə əməl olunmasını yoxlamaq səlahiyyətinə malik olsa da, bu araşdırma qərarın məzmununun hüdudları ilə məhdudlaşır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ###### 2021-ci il tarixli Qərarında qeyd olunur ki, inzibati xətaya dair qərarın qəbul edilməsi səlahiyyətli orqanın səlahiyyətinə aid olduğu hallarda, belə qərardan verilmiş şikayət üzrə həyata keçirilən məhkəmə araşdırmasının predmetini məhz həmin qərar təşkil edir. Belə olan təqdirdə işə baxan məhkəmə üçün səlahiyyətli orqanın qərarı həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Həmin qərarın qəbul edilməsinə əsas olmuş protokol isə artıq sübutedici əhəmiyyət daşıyır. Beləliklə, Bakı şəhəri Xətai rayon Məhkəməsi tərəfindən mötəbər sübutların qiymətləndirilməsi düzgün aparılmadığından işin faktiki hallarına uyğun olmayan əsassız nəticəyə gəlinmişdir. Məhkəmə iclasında çıxış edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq Idarəsinin nümayəndəsi X2 şikayətin dəlillərinə uyğun çıxış etdi və məhkəmədən şikayətin təmin edilməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən şikayətçi Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi və vəkili Nümayəndə şikayəti əsassız hesab etdiyini bildirdi və məhkəmədən şikayətin təmin olunmamasını, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə apellyasiya şikayəti ilə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ləğv olunaraq inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Qərarından şikayət verilən orqan rəis müavini X1 tərəfindən tərtib olunmuş ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, əmək haqqına düzəliş edilməsi məqsədilə müəssisəyə göndərilmiş ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** saylı icrası məcburi göstəriş məktubunun icrası Qərardan şikayət verən orqan (şəxs) tərəfindən təmin edilmədiyindən Azərbaycan Respublikası IXM-nin 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi əsas gətirilərək barəsində şərti olaraq 1000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 10 gün müddət təyin edilmişdir. Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) məxsus əmək kitabçasının surətindən görünür ki, ##.##.2018-ci il tarixdən etibarən Qərardan şikayət verən orqan (şəxs) “xxxx” MMC ilə olan əmək müqaviləsinə ƏM-nin 68-ci maddəsinin 2-ci bəndinə əsasən xitam verilmişdir. Kommersiya qurumlarının dövlət reyestri məlumatları barədə çıxarışdan görünür ki, ##.##.2020-ci il tarixdən etibarən “xxxx” MMC-nin qanuni təmsilçisi X3r. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin *(*-*)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ləğv edilmiş, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilmiş, ləğv etmənin əsası kimi isə Qərardan şikayət verən orqan (şəxs) “xxxx” MMC-nin direktoru vəzifəsindən ##.##.2018-ci il tarixdə azad edilməsinə və ##.##.2020-ci il tarixdən həmin hüquqi şəxsin qanuni təmsilçisinin digər şəxs olmasına baxmayaraq, inzibati xəta tərkibinin subyekti düzgün müəyyən edilmədən onun 529.1- 1-ci maddə ilə hüquqi şəxsin direktoru qismində inzibati məsuliyyətə cəlb edilməsi göstərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarında məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması işin hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasına səbəb olmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, obyektiv həqiqətin müəyyən edilməsi, şübhələrin aradan qaldırılması üçün bütün zəruri prosessual hərəkətlər etməli və son nəticədə sübutlara düzgün hüquqi qiymət verməklə qanuni və əsaslı nəticəyə gəlməlidir. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, inzibati məsuliyyətin yaranması üçün yalnız hüquqi şəxsin icrası məcburi olan göstərişi yerinə yetirməməsi faktının müəyyən edilməsi kifayət etmir. Həmçinin həmin göstərişin icrasına görə qanunla məsuliyyət daşıyan vəzifəli şəxsin kim olması və həmin şəxsin inzibati xəta törədilən vaxt hüquqi şəxsin rəhbəri və ya qanuni təmsilçisi statusuna malik olması müəyyən edilməlidir. Iş materiallarında Qərardan şikayət verən orqan (şəxs) göstərişin icra edilməli olduğu dövrdə “xxxx” MMC-nin rəhbəri və ya qanuni təmsilçisi olmasını təsdiq edən sübutların mövcudluğu müəyyən edilmədiyindən, onun məhz həmin hüquqpozmanın subyekti kimi məsuliyyətə cəlb edilməsinin hüquqi əsası təsdiq olunmur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Qərarından şikayət verilən orqan rəis müavini X1 tərəfindən şikayətçi Qərardan şikayət verən orqan (şəxs) barəsində ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilsə də sözügedən inzibati xəta hadisəsinin həqiqətən də Qərardan şikayət verən orqan (şəxs) tərəfindən törədilib-törədilməməsi aydınlaşdırılmadan barəsində ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* saylı qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə iclasında tərəflərin iştirakını təmin etməklə birinci instansiya məhkəməsi təqdim etdikləri sübutlar əsasında işin hallarını özü araşdırmalı, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirli olub-olmamasını və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün əsaslana bildiyi sübutların təqdim edilməsini təmin etməli, bundan sonra işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə qiymətləndirməli və buna müvafiq olaraq qərar qəbul etməldir. Inzibati xətalar qanunvericiliyin müddəaları baxımından aşkardır ki, inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunmalı və bu baxımdan iqtisadi maraq, idarəçilik qaydalarının mühafizə olunması, qanunçuluğun möhkəmləndirilməsi və inzibati xətaların qarşısını almaq üçün qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlik prinsipləri təmin edilməlidir. Həmçinin, dövlət orqanları öz növbəsində inzibati xətaların törədilməsinin qarşısının alınması, buna kömək edən səbəbləri və şəraitin aşkar edilməsi, qanunlara ciddi əməl etmək üçün tədbirlərin icra edilməsini təmin etməlidirlər. Bununla bərabər xatırlatmaq zəruridir ki, inzibati xəta haqqında icraat üzrə işin düzgün həlli üçün əhəmiyyətli olan halların tam və ətraflı araşdırılması, bununla bağlı hərəkətləri vaxtında və lazımı qaydada icra etmək öhdəliyi (qanunvericiliklə nəzərdə tutulan digər kompleks tədbirlər) həmin vəzifəli şəxslərə (məhkəmə icraatında isə hakimlərə) aiddir. Göründüyü kimi, işə baxan birinci instansiya məhkəməsi bu hallara əhəmiyyət vermədən Azərbaycan Respublikası IXM-nin 75, 76, 80-cı maddələri baxımından qanunvericiliklə müəyyən edilmiş tələblərə əməl etməmiş, nəticədə Məcəllədə nəzərdə tutulmuş hüquq və vəzifələrinin realizə olunmasına maneə yaranmış, apellyasiya icraatında həmin nöqsanların aradan qaldırılması mümkün olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, işin yuxarıda sadalanan bu halları birinci instansiya məhkəməsinin hakimi tərəfindən tam və hərtərəfli araşdırılmamış, onlara obyektiv hüquqi qiymət verilmədən qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən, əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə – vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədib-törətməməsinin aydınlaşdırılması və iş üzrə düzgün nəticəyə gəlinməsi üçün yuxarıda qeyd olunan halların araşdırılması mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 48-ci maddəsinə görə, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsaslardır. 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar qanuni qüvvəyə minir. Qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq Idarəsi tərəfindən apellyasiya qaydasında verilmiş şikayət qismən təmin edilməli, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti X11 tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin araşdırılması üçün həmin orqana geri qaytarılmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilməli, iş yenidən baxılıb qərarın təsviri hissəsində sadalanan məsələlər aydınlaşdırılmaqla nəticəsindən asılı olaraq müvafiq qərar qəbul edilməsi üçün həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası IXM-nin 134.1.4-cü maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq Idarəsi tərəfindən apellyasiya qaydasında verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilsin. Iş materialları yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2863/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2863/2026
07.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver