Məhkəmə qərarları › İş №3(3-6)-2864/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2864/2026

16.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2864/2026 16.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Məhkəmə iclasının katibi Zeynalov Samir Elxan oğlunun katibliyi, Şikayətçi Qərardan şikayət verən orqan (şəxs), Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından şikayətçi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X7 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən "X13" publik hüquqi şəxsin direktoru Qərardan şikayət verən orqan (şəxs) barəsində tərtib edilən ##.##.2026-cı il tarixində ******* nömrəli protokol əsasında qəbul edilən ##.##.2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X7 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən "X13 publik hüquqi şəxsin direktoru Qərardan şikayət verən orqan (şəxs) barədə ##.##.2026-cı il tarixində ******* nömrəli protokol tərtib edilmiş və bu protokol əsasında da ##.##.2026-cı il tarixində MN №******* "Inzibati tənbeh vermə" haqqında qərar qəbul edilmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edirlər ki, protokol və qərar əsassızdır və ləğv edilərək icraata xitam verilməlidir. Belə ki, X7 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən "X13" publik hüquqi şəxsin tibb bacısı X1 ##.##.2025-ci il tarixdə saat 10:30 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin Təhqiqat aktı tərtib edilmiş və müəssisəyə göndərilmiş və tələb edilmişdir ki, komissiya üzvləri tərəfindən bu akt təsdiq edilsin və iz formalı aktı Lalə Sadıqovaya təqdim edilsin. Təhqiqat aktı ilə razılaşmadıqlarını bildirmiş, ekspertiza keçirilməsi barədə vəsatət təqdim etmişlər. Lakin nəticə olmamış vəsatətləri təmin edilməmişdir. Təhqiqat aktı sadəcə Lalə Sadıqovanın aşağıda qeyd etdiyikləri ziddiyətli izahatlarına əsasın tərtib edilmişdir!!! Təhqiqatın gedişində X1 təqdim etdiyi izahatında: 1-ci izahat - ##.##.2025-ci il tarixdə saat 10:30 radələrində xəsarət aldığını, səhər işə gəlməzdən öncə evdə təzyiqi 150/80 olduğu üçün dərman qəbul edib işə gəldiyini, işini normal davam etdirdiyini, mətbəxə keçib bir qədər dincəldiyini, daha sonra mətbəxdən çıxıb sanitar qovşağa gedərkən dəhlizdə metlaxa ilişib yıxıldığını, ətrafdakıların səsinə gəldiyini, yıxıldığı zaman yanında heç kimin olmadığını, həmçinin əmək funksiyasının xəstələrə sərf olunan dərman və digər sərfiyyatların komputerdə sistemə işləməkdən ibarət olduğunu, bədbəxt hadisənin metlax üzərindəki çıxıntıya ayağının ilişməsi nəticəsində baş verdiyini, daha əvvəllər də bu yoldan gün ərzində dəfələrlə istifadə etdiyini, belə bir hadisənin yaşanmadığını, hadisə baş verən yer səthinin quru və təmiz olduğunu, metlax üzərində biraz çıxıntı olduğunu, 40 ildi bu xəstəxanada çalışdığını, belə bir hadisənin heç vaxt yaşanmadığını, yıxılmağına səbəbin metlax üzərindəki çıxıntı olduğunu, hadisənin baş verməsinə əsas səbəbin tez-tez hərəkət etməsi nəticəsində yerdə olan çıxıntıya ilişməsi nəticəsində baş verdiyini, hadisə baş verən zaman özünə çay süzüb sanitar qovşağa getdiyini, belə bir halın yaşanmaması səbəbindən çıxıntının hiss olunmadığını, bu səbəbdən bədbəxt hadisənin qarşısının alınması üçün hər hansı bir tədbir görülmədiyini, tibbi geyim, ayaqqabı, maska kimi xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin olunduqlarını, hadisə zamanı ayağında sürüşkən olmayan rezin materiallı iş ayaqqabısının olduğunu, hadisənin baş verməsinin ayağındakı ayaqqabı ilə əlaqəsi olmadığını, ayaqqabının sürüşməyən tibb ayaqqabısı olduğunu, belə bir halın daha əvvəl yaşanmaması səbəbindən hadisə yerində heç bir problem hiss etmədiyini, bu səbəbdən heç kimə məlumat vermədiyini, hadisə baş verən yerdə əməyin təhlükəsizlik qaydaları üzrə bilavasitə cavabdeh şəxsin əməyin mühafizəsi üzrə mühəndisin, şöbə müdirlərinin və hər bir işçinin özünün olduğunu qeyd etmişdir. 2-ci izahat eyni zamanda "xxxx" MMC vasitəsilə #****** nömrəli sorğu ilə X1 məxus mobil nömrə ilə (070- 833-44-16) əlaqə yaradılmış, L.Sadıqova saat 06:30 radələrində təzyiqi olduğunu, təzyiq dərmanı içib işə gəldiyini, iş zamanı təzyiqində problem hiss etmədiyini, tələsik hər hansı bir hərəkətinin olmadığını, ayağının kafelə ilişdiyini, 2 kafelin azacıq bir-birindən hündürlük fərqinin olduğunu, huşu özündə olmadığına görə heç kimə məlumat vermədiyini və hadisənin baş vermə səbəbinin ayağının ilişməyi ilə bağlı olduğunu bildirmişdir. Sual 1: ayağı ilişib yıxılıb, başı dəyməyib, başından hər hansı travma almayıb, yıxılma anında adamın huşu özündə niyə olmasın??? Cavab: Çünki o məhz səhhətində olan narahatlıq səbəbindən huşunu itirdiyi üçün yıxılıb, ayağı ilişdiyi üçün deyil!!! Iki izahat bir birindən fərqlidir. Lalə Sadıqova 1-ci izahatinda qeyd edir ki, tez-tez hərəkət etməsi nəticəsində yerdə olan çıxıntıya ilişməsi nəticəsində hadisə baş vermişdir. 2-ci izahatında isə, tələsik hər hansı bir hərəkətinin olmadığını, ayağının kafelə ilişdiyini, 2 kafelin azacıq bir-birindən hündürlük fərqinin olduğunu, huşu özündə olmadığına görə heç kimə məlumat vermədiyini və hadisənin baş vermə səbəbinin ayağının ilişməyi ilə bağlı olduğunu bildirmişdir. Heç bir araşdırma aparmadan işçinin bir birinə tam ziddiyyətli verdiyi izahatları əsasında Təhqiqat aktı tərtib edilir və komissiyanın digər üzvləri imzalamadan iz aktının verilməsi tələb edilir. Komissiya sədri yerində baxış keçirtməmiş, ekspertizası təyin etməmiş, Lalə Sadıqovanın tibbi sənədləri araşdırılmamış, yalnız Lalə Sadıqovanın izahatına əsasən müəyyən etmişdir ki, onun ayağı metlaxa ilişərək yıxılmışdır. Istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** nömrəli, ##.##.2000-ci il tarixli qərarının 1.4-cü bəndinə əsasən, Istehsalatda bədbəxt hadisələr təhqiq edilərkən işçilər şəxsi məqsədləri üçün hər hansı işlə məşğul olarkən (səhər işə gəldikdən dərhal sonra mətbəxdə dincəlmək ancaq şəxsi məqsədlər üçün ola bilər, işçinin dincəlmək, istirahət etmək, nahar etmək və.s ehtiyacları üçün əmək müqaviləsində istirahət vaxtı müəyyən edilmişdir.), su hövzələrinin istehsalat obyektlərində çimərkən, balıq ovlayarkən (əgər bu əmək fəaliyyəti ilə bağlı deyilsə), işçilərin öz təşəbbüsləri ilə nahar fasilələrində və ya işdən sonra idman tədbirləri keçirərkən işçilərin xəsarət alması və ya ölümü, texniki spirtlərin, aromatik, narkotik vasitələrin, psixotrop maddələrin istehsalat prosesində istifadəsi ilə bağlı olmayan zəhərlənmələr, əmək funksiyalarını icra edərkən alkoqollu içkilərin, narkotik vasitələrin, psixotrop, toksik və digər zəhərli maddələrin təsirindən ürək dayanması, infarkt, insult, asfiksiya, hərəkətlərin koordinasiyasının pozulması və fikir dalğınlığı nəticəsində baş vermiş bədbəxt hadisələr müəyyən edildikdə, hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır. Birinci sağlamlığı qaydasında olan şəxs nəyə görə səhər işə gəldikdən sadəcə bir neçə dəqiqə sonra mətbəxə dincəlmək üçün keçmişdir? iş saatlarının əvvəlində heç bir yorucu iş görmədən dincəlmək işçinin şəxsi məqsədləri üçün hər hansı bir işlə məşğul olması kimi qiymətləndirilməli və istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilməməli və uçota alınmamalıdır. Ikincisi, işçi öz izahatında qeyd edir ki, onun səhər saatlarında yüksək təzyiqi olmuşdur. Komissiyaya təqdim etdiyimiz, L.Sadıqovaya aya aid xəstəlik tarixçələrindən də göründüyü kimi xanım, yüksək arterial təzyiqdən, şəkərli diabet və digər xəstəliklərdən xroniki olaraq əziyyət çəkir. X8 başına gələn bədbəxt hadisə onun sağlamlıq problemləri hərəkətlərinin koordinasiyasının pozulması və fikir dalğınlığı nəticəsində baş vermiş bədbəxt hadisə olmasından xəbər verir və bu hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilməməli və uçota alınmamalıdır. Onu da qeyd etməlidirlər ki, ## ###### 2026-cı il tarixdə qızı ilə birlikdə gələrək Neftçilər Xəstəxanasında yazılı olaraq şəxsən imzalayaraq təqdim etdiyi izahatında bildirmişdir ki, səhər saatlarından təzyiqi qalxdığı üçün mətbəxdə bir qədər oturmuş, daha sonra mətbəxdən sanitar qovşağına keçmək üçün hərəkət edərkən başı gicəlləndiyi üçün müvazinətini itirərək yıxılmışdır. Onun hansı izahatı əsaslı hesab edilməli və doğru qəbul edilməlidir? Təhqiqat komissiyasının yaradılması funksiyaları istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı ##.##.2000-ci il tarixli qərarı ilə tənzimlənsə də, komissiyanın qərarının kollegial formada hansı əsaslarla qəbul edilməsi, komissiya üzvlərinin çox hissəsinin bu qərarla razı olmadıqları halda prosedur qaydalar təəssüff ki nəzərdə tutulmamışdır. Komissiyanın iki üzvü təhqiqat aktı ilə razı deyilsə, təhqiqatın düzgün aparılmasını qəbul etmirsə, nəyə görə məcburi şəkildə aktın komissiya üzvləri tərəfindən imzalanması tələb edilir? Həmin qərarın 3.5- ci bəndinə əsasən, Təhqiqat aktına aşağıdakı sənədlər və məlumatlar əlavə olunmalıdır: hər bir zərərçəkən üçün IZ formalı aktın surəti; hadisə yerinin planı, sxemləri (eskizləri), müşahidə protokolları və fotoşəkilləri; sorğu protokolları; bədbəxt hadisənin şahidlərinin və digər aidiyyəti şəxslərin, eləcə də dövlət standartlarının, əməyin təhlükəsizliyi standartlarının, əməyin mühafizəsi üzrə qayda və normaların tələblərinə riayət edilməsinə cavabdeh olan vəzifəli şəxslərin izahatları; ekspert komissiyasının yaradılması barədə sərəncam (qərar, əmr); zərərçəkənin təlim keçməsi və təlimatlandırılması haqqında sənədlərdən çıxarış; zərərçəkənin aldığı xəsarətin xarakteri və ağırlıq dərəcəsi, ölümünün səbəbləri haqqında tibbi rəy; bədbəxt hadisənin səbəbləri haqqında ekspert komissiyasının rəyi (lazım gəldikdə), laboratoriya təhqiqatlarının və başqa təhqiqatların, təcrübələrin, analizlərin və s. nəticələri; qəza ilə əlaqədar olaraq dəymiş maddi ziyan haqqında arayış; istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi barədə məlumatlar (müqavilənin tarixi, tərəfləri və zərərçəkənin sığorta təminatı); təhqiqat komissiyasının yaradılması haqqında əmrin (sərəncamın) surəti; təhlükəsiz əmək şəraitinin təmin edilməsi üzrə tədbirlər və bunun üçün məsul şəxsləri müəyyən edən təlimatlardan, əsasnamələrdən, əmrlərdən, digər aktlardan çıxarışlar və Fövqəladə Hallar Nazirliyinin texniki təhqiqat aktının surəti. Siyahıya Təhqiqat komissiyası üzvlərinin xüsusi rəylərinin surətləri (belə hal olduqda) əlavə olunur. Ekspert komissiyası yaradılmamış, hətta vəsatətdə tərəfilərindən mütləq şəkildə ekspert komissiyasının yaradılmasını təklif etsələr də təmin edilməmişdir. Adi gözlə belə müşahidə etdikdə görünür ki, metlaxda hündürlük fərqi yoxdur və ayağın ilişməsi qeyri mümkündür. L.Sadıqovanın yıxılmasına səbəb olaraq metlaxda olan sınığın göstərilməsi tamamilə əsassızdır. Baş vermis bədbəxt hadisənin səbəblərinin və təqsirli şəxslərin müyyən edilməsi yalnız xüsusi elmi biliklər əsasında aparılmalıdır. Bir daha qeyd edir ki, metlax illərdi orada yerə düzülmüşdür. L.Sadıqova da daxil gündə onlarla işçi, onlarla pasient həmin sahədə hərəkət edir. Ayağının ilişməsinə səbəb olaraq metlaxın hündürlük fərqinin göstərilməsi qətiyyən qəbuledilməzdir. Bu faktı məhz yuxarıda da qeyd etdikləri kimi yalnız ekspert komissiyası müəyyən edə bilərdi. Baxmayraq ki, komissiyanın 3 üzvündən 2-si Təhqiqat aktını imzalamaqdan imtina etmişdir, təhqiqat aktının əlavəsi hesab edilən IZ aktının verilməməsinə görə direktor Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 555.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmiş və onun barəsində 1700 manat miqdarında inzibati cərimə tənbeh növü seçilməsi barədə qərar qəbul edilmişdir. Onu da qeyd etməlidirlər ki, ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə baxılması ##.##.2026-cı il tarixinə təyin edilsə də Qərardan şikayət verən orqan (şəxs) təqdim edilməsi üçün X13 PHŞ-nın ESD-na bu barədə məlumat ancaq ##.##.2026-cı il tarixində saat 14:54-də daxil olmuşdur. Qərarın qəbul edilərkən Qərardan şikayət verən orqan (şəxs) iştirakı təmin edilməmişdir. Bununla da AR IXMnın106-cı maddəsinin tələbləri pozulmuşdur. Beləliklə, X7 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən "X13" publik hüquqi şəxsin direktoru Qərardan şikayət verən orqan (şəxs) barəsində tərtib edilən ##.##.2026-cı il tarixində ******* nömrəli protokol əsasında qəbul edilən ##.##.2026-cı il tarixli, MN №******* "Inzibati tənbeh vermə" haqqında qərarın ləğv edilməsini və icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər Idarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayəti təmin edilməməsi qərara alınmışdır. Məhkəmə qərarından narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv olunmasını, şikayətinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, təhqiqat komissiyası 3 üzvdən ibarətdir, komissiya üzvlərindən 2-si təhqiqat aktını təsdiq etmir və təhqiqat aktı məhkəmə qaydasında işəgötürən tərəfindən mübahisələndirilir. Belə olan halda yekunlaşmış təhqiqat olmadığı üçün hər hansı aktın da işəgötürən tərəfindən tərtib edilməsindən söhbət gedə bilməz. Hazırda şikayətimiz üzrə inzibati iş Bakı inzibati məhkəməsindəki inzibati iş yekunlaşmadan, Lalə Sadıqovanın başına gələn bədbəxt hadisənin işəgötürənin təqsirindən baş veribverməməsi müəyyən olunmadan təhqiqat başa çatmış hesab edilə bilməz və Qərardan şikayət verən orqan (şəxs) barəsində AR IXM-nın 555.2-ci maddəsi ilə inzibati xəta barədə qərar qəbul edilməsi qanunsuzdur. O da qeyd edilməlidir ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin Iş № *(5-94)-6730/2026 saylı, ##.##.2026-cı il tarixli qərarı ilə X4 şikayət təmin edilərək X7 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş ## #### 2026-cı il tarixli MN ******* nömrəli "Inzibati tənbeh vermə" haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında verilmiş şikayətin dəlillərinə uyğun çıxış edərək, məhkəmədən şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər Idarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək, məhkəmədən şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb, məhkəmə hesab edir ki, şikayət təmin olunmamalı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, X7 Xidmətinin Bakı Şəhər Idarəsinin rəisi X2 tərəfindən tərtib edilmiş ##.##.2026cI il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən X1 ##.##.2025-ci il tarixdə xəsarət alması ilə bağlı işin araşdırması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq müvafiq aktı tərtib etmədiyi və ya aparılan araşdırma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırdığı əsas gətirilərək, onun Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 555.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi göstərilmiş və barəsində 1700 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, şikayətçi tərəfindən irəli sürülmüş dəlillər əslində inzibati məsuliyyətə səbəb olmuş hərəkətsizliyi təkzib etmir, əksinə, həmin hərəkətsizliyin mövcudluğunu təsdiqləyərək ona hüquqi bəraət qazandırmağa yönəlmiş izahdan ibarətdir. Halbuki qanunvericilikdə IZ formalı aktın təqdim edilməməsini təhqiqat aktının nəticələri ilə razılaşmamaqla əsaslandıran hər hansı istisna müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçinin istinad etdiyi hallar inzibati məsuliyyəti istisna edən və ya inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına alan hüquqi əsas kimi qiymətləndirilə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən X1 ##.##.2025-ci il tarixdə xəsarət alması ilə bağlı işin araşdırması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq müvafiq aktı tərtib etmədiyi və ya aparılan araşdırma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırdığı əsas gətirilərək, onun Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 555.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi göstərilmiş və barəsində 1700 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə şikayət ərizəsində və məhkəmə araşdırması zamanı irəli sürülmüş dəlilləri iş materiallarında olan digər sübutlarla qarşılıqlı əlaqədə qiymətləndirərək hesab etmişdir ki, şikayətçinin əsas arqumentlərindən biri IZ formalı aktın təqdim edilməməsinin təhqiqat aktının nəticələri ilə razılaşmamaları ilə əlaqələndirilməsidir. Belə ki, şikayət ərizəsində təhqiqat aktının nəticələrinin qəbul edilmədiyi, həmin aktla bağlı etiraz və vəsatətlər verildiyi göstərilmiş, məhkəmə iclasında isə nümayəndə tərəfindən əlavə olaraq təhqiqat aktının nəticələri ilə razı olmadıqlarına görə IZ formalı aktın təqdim edilmədiyi açıq şəkildə ifadə edilmişdir. Bu halın özü göstərir ki, işəgötürən tərəfindən IZ formalı aktın qanunla müəyyən edilmiş müddətdə təqdim edilməməsi mübahisələndirilmir, yalnız həmin hərəkətsizliyin səbəbi kimi təhqiqat aktının nəticələri ilə razılaşmamaq halına istinad olunur. Lakin məhkəmə hesab etmişdir ki, belə mövqe qanunvericiliyin məqsədi və hüquqi mahiyyəti ilə uzlaşmır. Istehsalatda baş vermiş bədbəxt hadisələrin araşdırılması və nəticələrinin rəsmiləşdirilməsi sahəsində müəyyən edilmiş hüquqi mexanizm tərəflərin iradəsindən asılı olmayan imperativ prosedur xarakteri daşıyır. Həmin prosedurun əsas məqsədi istehsalatda baş vermiş hadisələrin qanunla müəyyən edilmiş müddətdə sənədləşdirilməsini, zərərçəkmiş şəxsin hüquqlarının təmin edilməsini və dövlət nəzarətinin səmərəli həyata keçirilməsini təmin etməkdən ibarətdir. Bu səbəbdən də qanunvericilik araşdırmanın nəticələri ilə razılaşmamağı IZ formalı aktın tərtib edilməməsi və ya təqdim olunmaması üçün hüquqi əsas kimi nəzərdə tutmamışdır. Əksinə, araşdırma başa çatdıqdan sonra həmin aktın qanunla müəyyən edilmiş müddətdə tərtib edilərək təqdim olunmasını işəgötürənin mütləq vəzifəsi kimi müəyyən etmişdir. Birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur, sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və Qərardan şikayət verən orqan (şəxs) əməli düzgün olaraq IXM-nin 555.2-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi verilmiş şikayəti təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırmış və Qərardan şikayət verən orqan (şəxs) IXM-nin 555.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi və onun barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi ilə bağlı səlahiyyətli orqanın gəlmiş olduğu qənaətlə razılaşaraq sonuncunun həmin qərardan vermiş olduğu şikayəti təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinin tələblərinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və yaxud hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və inzibati qaydada tənbeh edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xətanı törətmiş şəxs barəsində tətbiq edilən tənbeh ədalətli olmalı, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən və hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl inzibati xəta hesab edilir. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, onun və ya başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, xətanı törədən şəxsin təqsirini və ya işin düzgün həllinə əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakim və səlahiyyətli orqanın əsaslana bildiyi faktiki məlumatlar sübutlar sayılır. Bunlar maddi sübutlar, icraat aparılan şəxsin, zərərçəkmişin və şahidlərin izahatları ilə, şəxsin təqsirini təsdiq edən digər sənədlərlə, ekspertizanın rəyləri ilə, inzibati protokolla və bu Məcəllə ilə müəyyən olunmuş digər protokollarla, eləcə də mötəbər sənədlərlə müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 555.2-ci maddəsinə əsasən, bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq müvafiq akt tərtib edilməməsinə və ya aparılan araşdırma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırılmasına görə – min beş yüz manatdan iki min iki yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 217.1-ci maddəsinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. Istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2000-ci il tarixli, ** nömrəli Qərarının 1.6-cı bəndinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisə haqqında zərərçəkən, yaxud hadisənin şahidləri dərhal işəgötürənə (müəssisənin vəzifəli şəxslərinə) məlumat verməlidir. Işəgötürən (müəssisənin vəzifəli şəxslərinə) zərərçəkənə ilk tibbi yardım göstərilməsini, onun tibbi sanitar hissəsinə və ya digər müalicə idarəsinə çatdırılmasını təşkil etməyə, hadisə baş vermiş iş yerindəki şəraiti və avadanlıqların vəziyyətini hadisənin baş verdiyi anda olduğu kimi saxlamağa (əgər həmin şərait və vəziyyət ətrafdakı işçilərin həyatı və səhhəti üçün təhlükə törətmirsə, qəzaya səbəb olmursa) borcludur. Həmin Qərarın 1.7-ci bəndinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü X7 Xidmətinin yerli bölməsinə (və ya birbaşa X7 Xidmətinin aparatına), Fövqəladə Hallar Nazirliyinə (Bədbəxt hadisə təhlükə potensiallı obyektlərdə qəza nəticəsində baş vermişsə) məlumat verməyə borcludur. Həmin Qərarın 1.8-ci bəndində isə qeyd olunmuşdur ki, istehsalatda bədbəxt hadisələrin təhqiqatının vaxtında aparılmasına müvafiq şəraitin yaradılmasına, IZ formalı aktın düzgün tərtib edilməsinə, bədbəxt hadisənin başvermə səbəblərinin aradan qaldırılması üzrə tədbirlərin yerinə yetirməsinə işəgötürən cavabdehdir. Bədbəxt hadisələri törədən səbəblərin aradan qaldırılması üzrə nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsinə nəzarəti X7 Xidməti həyata keçirir. Həmin Qərarın 2.6-cı bəndinə əsasən bədbəxt hadisənin təhqiqatı başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada IZ formalı akt tərtib edilməli və onun 1 nüsxəsi mütləq zərər çəkən işçiyə təqdim olunmalıdır. Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məcəllənin 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar qanuni qüvvəyə minir. Ona görə də məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən şikayət təmin olunmamalı və Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən qəbul edilmiş MN ******* saylı, ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar