Məhkəmə qərarları › İş №3(3-6)-2865/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2865/2026

07.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2865/2026 07.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Məhkəmə iclas katibi Zeynalov Samir Elxan oğlunun katibliyi, Inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs «xxxx» MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) etibarnamə üzrə nümayəndəsi və “Ruslan Vəliyev və Partnyorları” Vəkil Bürosunun vəkili nümayəndə1 iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər Idarəsi tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: «xxxx» MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X5 Xidmətinin Bakı Şəhər Idarəsinin inzibati tənbeh vermə haqqında ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə şikayətin təmin edilməsi, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər Idarəsi tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməsi qərara alınmışdır. Məhkəmə qərarından narazı qalan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq Idarəsi apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərarın ləğv olunmasını və inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir: “xxxx” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Xidmətin Bakı şəhər Idarəsinə təqdim olunan sənədlərdən X3 əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə ##.##.2026-cı il tarixdə əmək müqaviləsinə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası Əmək Məcələsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verildiyi, bununla da Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.6-ci maddəsinin (Işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) tərkibi yarandığından “xxxx” MMC-nin vəzifəli şəxsi Qərardan şikayət verən orqan (şəxs) barəsində həmin Məcəllənin 192.6-cı maddəsinə əsasən ##.##.2026-ci il tarixli MN ******* nömrəli “inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin “a” və “e” bəndləri ilə xitam verilən hallara şamil edilmir. “xxxx” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) tərəfindən imzalanmış ##.##.2026-cı il tarixli, ***K nömrəli əmrdən görünür ki, direktorun köməkçisi vəzifəsində çalışan X3 əmək müqaviləsinə həmin tarixdə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Nəticədə “xxxx” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1- ci hissəsinin tələbləri pozularaq X3 əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinə xitam verilməsinin zəruriliyini əsaslandırmalıdır. Beləliklə, Xidmətin Bakı şəhər Idarəsinin ##.##.2026-cı il tarixli, MN ******* nömrəli “inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərarı tam qanuni və əsaslıdır. Məhkəmə tərəfindən araşdırma aparılmamış, sadəcə bir tərəfin, qərardan şikayət vermiş şəxsin özünümüdafiə xarakterli mülahizələrinə əsaslanaraq birtərəfli qaydada qərar çıxarmışdır. Bundan başqa Xidmətin Bakı şəhər Idarəsinin Qərardan şikayət verən orqan (şəxs) barəsində “inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” ##.##.2026-cı il tarixli, MN ******* nömrəli qərarından şəxs tərəfindən verilmiş şikayətə məhkəmə iclasında baxılarkən məhkəmə tərəfindən inzibati xəta haqqında iş üzrə icraatın tələblərinə riayət olunmamışdır. Belə ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə məhkəmə iclasında Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi nümayəndə1 iştirak etmişdir. Nəticədə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 65-ci maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 65-ci maddəsinin 1-1 hissəsinə əsasən, məhkəmənin baxdığı inzibati xəta haqqında iş üzrə icraata fiziki şəxsin müdafiəçisi qismində yalnız vəkil, zərər çəkmiş fiziki şəxsin nümayəndəsi qismində isə onun yaxın qohumu və ya vəkil buraxılır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və hüquqi şəxsin məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs «xxxx» MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) etibarnamə üzrə nümayəndəsi və vəkili nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, şəxsin əməlində IXM-nin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olmadığından birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdıraraq, proses iştirakçısının çıxışını dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin «xxxx» MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.6-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair mübahisələndirilən *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, qanunvericiliyin məzmununa əsasən müəyyən edilir ki, inzibati xətanın baş verməsini sübutetmə yükü hazırki işdə məhz Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin üzərinə düşür. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər Idarəsinin rəis müavini X1 tərəfindən tərtib olunmuş ## ##### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən vətəndaş X3 ##.##.2022-ci il tarixli əmək müqaviləsinə işəgötürən tərəfindən Azərbaycan Respublikası ƏM-nin 79-cu maddəsinin tələbləri pozularaq əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə ##.##.2026-cı il tarixdə Azərbaycan Respublikası ƏMnin 70-ci maddəsinin “b” bəndi əsas göstərilərək xitam verildiyindən IXM-nin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müddət təyin olunmaqla şərti olaraq 1700 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. “xxxx” MMC-nin direktor müavini Mürsəl Süleymanov tərəfindən imzalanmış və X3 ünvanlanmış ştat vahidinin ixtisara düşməsi barədə ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubunda qeyd edilmişdir ki, “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, *** nömrəli əmrinə əsasən ştat cədvəlinə edilmiş dəyişiklik nəticəsində tutduğu vəzifə üzrə ştat vahidi ##.##.2025-ci il tarixindən etibarən ixtisara düşür. Bu səbəbdən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsi xəbərdarlıq verildiyi gündən 4 təqvim həftəsi sonra ləğv ediləcəkdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinə uyğun olaraq xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əməkhaqqı saxlanılmaqla bir iş günü işdən azad edilirsiniz. Bu müddət ərzində ixtisasına uyğun iş yeri müəyyən edildiyi halda ona bu barədə əlavə məlumat veriləcəkdir. Eyni zamanda, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə əsasən, razılığı olduğu halda, orta aylıq əməkhaqqınızın 0,9 misli miqdarında birdəfəlik ödəniş edilməklə əmək müqaviləsi onun müraciət etdiyi gündən ləğv edilə bilər; “xxxx” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) tərəfindən imzalanmış ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, X3 “xxxx” MMCdə işlədiyi ştat vahidinin ixtisar edilməsi ilə əlaqədar xəbərdarlıq edilmiş və ona mühafizəçi vakansiyasının boş olması barədə məlumat verilmişdir; “xxxx” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) tərəfindən imzalanmış ##.##.2026-cı il tarixli, ***K nömrəli əmrdən görünür ki, direktorun köməkçisi vəzifəsində çalışan X3 əmək müqaviləsinə həmin tarixdə Azərbaycan Respublikası ƏMnin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən məhkəməyə ünvanlamış ## #### 2026-cı il tarixli, 3-17- */*-*****/**** saylı sorğuya cavab məktubundan görünür ki, S.Məmmədovanın adına olan əmək müqaviləsinə xitam verilməsi barədə əmr ƏMAS-a daxil edilən zaman onun adına aktiv xəstəlik vərəqəsi olmamışdır. Eyni zamanda bildirilir ki, adına aktiv xəstəlik vərəqəsi olan şəxsin əmək müqaviləsinə ƏMAS-da xitam verilən zaman məhdudiyyətin tətbiq edilməsi ilə bağlı müvafiq funksionallıq mövcuddur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında ## ##### 2026-cı il tarixli, MN seriyalı ******* saylı qərara əsasən Qərardan şikayət verən orqan (şəxs) tərəfindən vətəndaş X3 ##.##.2022-ci il tarixli əmək müqaviləsinə işəgötürən tərəfindən Azərbaycan Respublikası ƏM-nin 79-cu maddəsinin tələbləri pozularaq əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə ##.##.2026-cı il tarixdə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “b” bəndi əsas göstərilərək xitam verildiyindən IXM-nin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müddət təyin olunmaqla şərti olaraq 1700 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Məhkəmə qeyd edir ki, məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi hüquqi şəxs «xxxx» MMC-nin rəhbəri tərəfindən yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə riayət olunmaqla işçi X3 ştat vahidinin ixtisara düşməsi barədə ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubu göndərilməklə MMCnin ##.##.2025-ci il tarixli, *** nömrəli əmrinə əsasən ştat cədvəlinə edilmiş dəyişiklik nəticəsində tutduğu vəzifə üzrə ştat vahidinin ##.##.2025-ci il tarixindən etibarən ixtisara düşəcəyi və bu səbəbdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinin xəbərdarlıq verildiyi gündən 4 təqvim həftəsi sonra ləğv ediləcəyi barədə məlumat verilmişdir. Daha sonra işçi X3 adına ##.##.2025-ci il tarixindən ##.##.2026-cı il tarixədək Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş Idarəsi, ##.##.2026-cı il tarixindən ##.##.2026-cı il tarixədək “X7” MMC, ##.##.2026-cı il tarixindən ##.##.2026-cı il tarixədək * saylı Şəhər Poliklinikası, ##.##.2026- cı il tarixindən ##.##.2026-cı il tarixinədək xəstəlik vərəqələri açılmış və ##.##.2026-cı il tarixdə xəstəlik vərəqəsinin müddəti bitdiyindən onunla bağlanmış əmək müqaviləsinə ##.##.2026-cı il tarixdə xitam verilmişdir. Məhkəmə şikayət ərizəsini və məhkəmə iclasında tədqiq edilmiş sübutları araşdıraraq belə qənaətə gəlmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər Idarəsinin hüquqi şəxs «xxxx» MMCnin rəhbəri Qərardan şikayət verən orqan (şəxs) tərəfindən işçi X3 ##.##.2022-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 79-cu maddəsinin tələbləri pozularaq əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə ##.##.2026-cı il tarixdə xitam verilməsi barədə gəldiyi nəticə əsassız olmaqla yanaşı şəxsin lüzumsuz olaraq cərimə edilməsinə səbəb olmuşdur. Əlavə olaraq qeyd edilməlidir ki, X3 əmək müqaviləsinə xitam verilməsi barədə əmr ƏMASa daxil edilən zaman onun adına aktiv xəstəlik vərəqəsi olmamışdır. Üstəlik, həmin elektron sistemdə aktiv xəstəlik vərəqəsi olan şəxslə əmək müqaviləsinə xitam verilməsi zamanı müvafiq məhdudiyyətin tətbiq edilməsini təmin edən funksionallığın mövcudluğu barədə səlahiyyətli orqanın özünün məhkəməyə təqdim etdiyi məlumat bu halı təsdiq edir. Beləliklə, məhkəmə hesab edir ki, şəxsin adına əmək müqaviləsinə xitam verildiyi tarixdə aktiv xəstəlik vərəqəsi mövcud olsaydı, ƏMAS informasiya sistemində tətbiq edilən texniki məhdudiyyət səbəbindən həmin əmək müqaviləsinə xitamın rəsmiləşdirilməsi mümkün olmazdı. Bu isə öz növbəsində, xitam əmri sistemə daxil edilən zaman X3 adına aktiv xəstəlik vərəqəsinin mövcud olmadığını təsdiq edən əlavə obyektiv hal kimi qiymətləndirilir. Odur ki, iş materiallarında əmək müqaviləsinə xitam verildiyi ##.##.2026-cı il tarixində X3 adına aktiv xəstəlik vərəqəsinin olmaması, həmçinin bu halın Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən məhkəməyə ünvanlamış ## #### 2026-cı il tarixli, *-**-*/*-*****/**** saylı sorğuya cavab məktub ilə təsdiqlənməsi nəzərə alındıqda şəxsin əməlində Azərbaycan Respublikası IXM-nin 192.6-cı maddəsinin tərkib əlamətlərinin olması öz təsdiqini tapmır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əməlin inzibati xəta hesab olunması üçün vacib şərtlərdən biri də, həmin əməlin təqsirli sayılmasıdır. Yəni, əməl qəsdən və ya ehtiyatsızlıqdan törədilməlidir ki, inzibati xəta hesab olunsun. Lakin, hazırkı iş üzrə «xxxx» MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) təqsiri müəyyən olunmur və yuxarıda qeyd olunan hallar sonucunun təqsirsiz olmasına dəlalət edir. Ona görə də, birinci instansiya məhkəməsi «xxxx» MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) barəsində IXM-in 192.6-cı maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlinməsində ədalətli qərar qəbul etmişdir. Iş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi «xxxx» MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq hüquqi şəxs barəsində Azərbaycan Respublikası IXM-in 192.6-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair işin icraatına xitam vermişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, şikayətdə qeyd edilən hallar əsassızdır və qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə görə, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.2-ci maddələrinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 109.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə gəldiyi nəticələr işin faktiki hallarına uyğundur, həmin qərarla «xxxx» MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qanuni və düzgün nəticəyə gəlmişdir, şikayətdə göstərilənlər qərarın ləğv edilməsinə əsas olmadığından şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDI: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər Idarəsi tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar