Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2866/2026 16.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Məhkəmə iclas katibi Zeynalov Samir Elxan oğlunun katibliyi, Inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər Idarəsinin nümayəndəsi X4 iştirakı ilə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Inzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC tərəfindən X9 və X1 ##.##.2026-cı il və ##.##.2026-cı il tarixlərində, habelə ##.##.2026-cı il tarixindən ##.##.2026-cı il tarixinədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri göstərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsi və barəsində 20.000 (iyirmi min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməsi, vəzifəli şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsi və barəsində 3.000 (üç min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(5-94)-6003/2026 nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, işdə olan inzibati xəta haqqında protokol və onun əsasında çıxarılmış məhkəmə qərarı qanunsuz yoxlamanın nəticələrinə əsaslanır. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olaraq, X13 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən aparılmış yoxlama X18 Reyestrində qeydiyyata alınmamış və yoxlamanın başlanmasından 5 gün əvvəl müəssisəyə məlumat verilməmişdir. Məhkəmə bu halı IXM-nin 99.2-ci maddəsi ilə əsaslandırmağa çalışsa da, sahibkarlıq subyektində həyata keçirilən hər hansı yoxlama tədbiri xüsusi qanunun tələblərinə tabedir. Prosedur qaydaları kobud şəkildə pozulmaqla, sahibkarın hüquqları məhdudlaşdırılmaqla əldə edilmiş sübutlar IXM-nin 76.1 və 84.1-ci maddələri baxımından mötəbər hesab edilə bilməz və hüquqi qüvvəyə malik deyildir. Inzibati xətanın subyektiv cəhəti, yəni təqsir məsələsi düzgün müəyyən edilməmişdir. IXM-nin 12-ci maddəsinə əsasən, şəxs yalnız özünün təqsirli hərəkəti nəticəsində törətdiyi inzibati xətaya görə məsuliyyət daşıyır. Qərarda iddia olunur ki, X9 və X1 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. Lakin nəzərə alınmamışdır ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin bu şəxslərlə əmək müqaviləsi bağlamaq niyyəti olmuş, ancaq Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilən sertifikasiya prosesindəki obyektiv ləngimələr və problemlər buna qanunvericilik baxımından mane olmuşdur. Belə ki, həmin vaxt həkimlərin klinikada işləməsi komkret olaraq sübuta yetirilmir. Belə sosial şəbəklərdən götürülən fotoşəkillərin həmin dövrə aid olmasını sübut edən heş dəlil işlə əlavə edilməmişdir. Bundan başqa göründüyü kimi məhkəmə sübutların qiymətləndirilməsində birtərəfliliyə yol verilmişdir. Məhkəmə xətanın törədilməsini yalnız 142 Çağrı Mərkəzinə edilən zəngə əsaslandırmışdır. Lakin həmin sənədlər Əmək Məcəlləsinin 7.1-ci maddəsində nəzərdə tutulan "müntəzəm və daxili intizam qaydalarına tabe olmaqla" həyata keçirilən əmək funksiyasını birmənalı şəkildə sübut etmir. Müfəttiş tərəfindən qeyd olunan tarixlərdə həkimlərin müəssisədə müntəzəm iş başında olması şəxsən müşahidə edilməmişdir. Sosial şəbəkə paylaşımları isə ümumi xarakter daşıyır və konkret olaraq yoxlama dövründə əmək münasibətlərinin mövcudluğunu təsdiq etmir. Tətbiq edilmiş cəzanın ədalətliliyi və mütənasibliyi prinsipi pozulmuşdur. Səhiyyə Nazirliyinin daxili problemlərinin və sertifikasiya sistemindəki boşluqların bədəli olaraq, həm hüquqi şəxsə ən ağır sanksiya ilə, həm də vəzifəli şəxsə eyni xətaya görə əlavə olaraq ağır cərimə tətbiq edilməsi ədalətli deyildir. Məhkəmə işin yüngülləşdirici hallarını, o cümlədən müəssisənin obyektiv çətinliklərini lazımi qaydada nəzərə almamışdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər Idarəsinin nümayəndəsi X4 verilmiş şikayətə etiraz edərək məhkəmədən şikayətin təmin edilməməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə əvvəlcədən məlumat verməmişdir. Odur ki, məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etdi. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(5-94)-6003/2026 nömrəli, ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər Idarəsinin baş əmək müfəttişi X6 tərəfindən tərtib edilmiş ## ### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC tərəfindən X9 və X1 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən ##.##.2026-cı il və ##.##.2026-cı il tarixlərində, habelə ##.##.2026-cı il tarixindən ##.##.2026-cı il tarixinədək işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər; bu fakt xxxx publik hüquqi şəxsi tərəfindən aparılan xidməti yoxlama materialları və 142 Çağrı Mərkəzinin sorğusunun nəticələri ilə təsdiq edilmişdir; Səhiyyə Nazirliyinin «xxxx» publik hüquqi şəxsinin ## ###### 2026-cı il tarixli, *-**-*/*- ****/**** nömrəli məktubundan görünür ki, «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən ünvan 1 99-113 ünvanında yerləşən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-yə məxsus özəl tibb müəssisəsində ##.##.2026-##.##.2026-cı il tarixlərində xidməti yoxlama keçirilmiş, yoxlama zamanı müəssisədə Umbatov Samir (X2 Vərəqəsi DYI 0022862) və Xanbutayeva Gülmira (FIN: 14W9RPZ) adlı şəxslər tərəfindən əmək müqaviləsi olmadan özəl tibb fəaliyyəti ilə məşğul olma faktı müəyyən edilmişdir; X13 Xidmətinin Bakı şəhər Idarəsinin ## ##### 2026-cı il tarixli, 3- **-*/*-*****/**** nömrəli bildirişindən görünür ki, inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak etmək üçün barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC və onun direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 ##.##.2026-cı il tarixdə, saat 12:00-a Xidmətin Bakı şəhər Idarəsinə, habelə videokonfrans vasitəsilə iştirak imkanı təmin edilməklə dəvət olunmuş, bildiriş ünvana poçt vasitəsilə göndərilərək ##.##.2026-cı il tarixdə hüquqi şəxs tərəfindən qəbul edilmişdir; DƏMX-in ****** nömrəli müraciət materiallarından və ****** nömrəli tapşırıq üzrə əksəlaqənin nəticəsindən görünür ki, X9 barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2da nevropatoloq kimi üç ilə yaxın müddətdə işlədiyini, sığorta ilə gələn vətəndaşları qəbul etdiyini bildirmişdir; barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin ##.##.2026-cı il və ##.##.2026-cı il tarixli baxış vərəqələrindən görünür ki, X7 və X5 adlı xəstələr həkim Xanbutayeva Gülmira tərəfindən qəbul edilmiş, müayinə planı və təyinatlar həmin həkim tərəfindən imzalanmışdır; barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin ##.##.2026-cı il tarixli baxış vərəqəsindən görünür ki, X3 adlı xəstə həkim Samir Umbatov tərəfindən qəbul edilmiş, müayinə planı və rəy həmin həkim tərəfindən imzalanmışdır; FC*********** nömrəli əmək müqaviləsi bildirişindən görünür ki, Umbatov Samir barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-də ##.##.2020-ci il tarixdən hakimotolarinqologiya vəzifəsində işə qəbul edilmiş, ##.##.2024-cü il tarixli ***-K nömrəli əmrlə əmək müqaviləsinə ##.##.2024- cü il tarixindən Əmək Məcəlləsinin 68.2-ci maddəsinin «a» bəndi əsasında xitam verilmişdir; **W*RPZ****** nömrəli əmək müqaviləsi bildirişindən və ##.##.2022-ci il tarixli X**/** nömrəli əmrdən görünür ki, X9 «xxxx» MMCdə hakim-nevrologiya (Həkim EEQ) vəzifəsində çalışmış, əmək müqaviləsinə ##.##.2022-ci il tarixindən Əmək Məcəlləsinin 68.2-ci maddəsinin «a» bəndi əsasında xitam verilmişdir; barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin rəsmi internet səhifəsindən (realhospital.az) və sosial şəbəkə hesablarından götürülmüş çıxarışlardan görünür ki, Samir Umbatov Cəmiyyətin həkim heyəti sırasında, müəssisənin ünvanı (Zahid Xəlilov küçəsi 99) göstərilməklə təqdim edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən Əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Həmin məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə məsuliyyət nəzərdə tutur. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC tərəfindən X9 və X1 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri faktı aşkar edilmişdir. Bununla da, hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyəti və onun direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 tərəfindən Azərbaycan Respublikası IXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapmışdır. Qeyd edilənlərə əsasən, məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi törədilmiş inzibati xətanın xarakterini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası IXM-nin 192.1-ci maddəsinin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməsində haqlı olmuşdur.Odur ki, şikayətin dəlilləri əsassızdır. Qeyd edilməlidir ki, əməli törətmiş şəxsin (fizki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Hərəkət və yaxud hərəkətsizlik – davranışın iradəvi aktıdır, buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə göstərilən hərəkətlərin edilməsinin faktiki imkanları müəyyən olunmalıdır. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi qənaət ilə razılaşaraq qeyd edir ki, hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının IXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsinin sübuta yetirilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Həmçinin qeyd olunur ki, əməli inzibati hüquqpozmaya aid edildiyindən, onun törədilməsinə görə qanun inzibati qaydada tənbeh növünü nəzərdə tutur. Azərbaycan Respublikası IXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası IXM-nin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası IXM-nin 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xətadır və Məcəllənin 14cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) zərərli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, yaxud bu nəticələrin baş verəcəyini lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu xəta ehtiyatsızlıqdan törədilmiş xəta hesab olunur. Inzibati xətalar qanunvericiliyin müddəaları baxımından aşkardır ki, insan və vətəndaş hüquqları və azadlıqları, iqtisadi maraqları, idarəçilik qaydalarının qorunması, qanunçuluğun möhkəmləndirilməsi və inzibati xətaların qarşısını almaq üçün qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlik prinsipləri təmin edilməli, dövlət orqanları isə öz növbəsində inzibati xətaların törədilməsinin qarşısının alınması, buna kömək edən səbəbləri və şəraitin aşkar edilməsi, aradan qaldırılması, qanunlara ciddi əməl etmək üçün tədbirlərin icra edilməsini təşkil etməlidirlər. Həm qəsdən törədilən inzibati xəta həm də ehtiyatsızlıqdan törədilənin inzibati xətaya görə qanunvericiliklə müəyyən olunmuş qaydada prosedur qaydalar gözlənilməklə dövlət məcburetmə tədbirləri tətbiq edilir və hər iki hal inzibati xəta törədən şəxs barəsində yaranmış arzuolunmaz hüquqi nəticələrə, yəni inzibati xəta törədən şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq etməsinə səbəb olur. Göstərilənlərə əsasən, birinci instansiya məhkəməsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin rəhbərliyi tərəfindən vətəndaş X9 və X1 barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC tərəfindən qanunvericiliyin tələbləri pozularaq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilməsi əsası ilə MMC-nin Azərbaycan Respublikası IXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması nəticəsinə gəlməklə qanuni və əsaslı qərar qəbul etmişdir. Törədilmiş inzibati xətaya görə təyin edilmiş tənbehə gəldikdə məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq maddənin sanksiyasında ədalətli tənbeh tətbiq etmişdir. Azərbaycan Respublikası IXM-nin 134.1.1-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(5-94)-6003/2026 nömrəli, ##.##.2026-cı il tarixli qərarını ləğv edib, işin icraatına xitam verilməsinə əsas ola biləcək hər hansı hal müəyyən edilmədiyindən, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası IXM-nin 134.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDI: barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(5-94)-6003/2026 nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2866/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2866/2026
16.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver