Məhkəmə qərarları › İş №3(3-6)-2867/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2867/2026

08.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2867/2026 08.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Məhkəmə iclas katibi Zeynalov Samir Elxan oğlunun katibliyi, X5 etibarnamə üzrə nümayəndəsi X6 iştirakı ilə, «xxxx» ASC-nin vəzifəli şəxsi X1 barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından X5 tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Protokolu tərtib edən orqan icra məmuru Ismayıl Babayev tərəfindən “xxxx» ASCnin vəzifəli şəxsi X1 barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında ## ### 2026-cı il tarixli MN ******* saylı protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2022-ci il tarixli qərarının icrasından “xxxx” ASC-nin sədri X1 icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və icra sənədi üzrə tələbi yerinə yetirməkdən boyun qaçırmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə “xxxx» ASC-nin vəzifəli şəxsi X1 barəsində Azərbaycan Respublikası IXMin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə qərarından narazı qalan X5 apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərarın ləğv olunmasını, şəxsin məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, birinci instansiya məhkəməsi icra sənədinin uzun müddət yerinə yetirilməməsini, icra məmurunun ardıcıl qanuni tələblərini və borclunun öz məktublarında göstərdiyi müddətlərin çoxdan başa çatmasını düzgün qiymətləndirməmiş, yalnız yenidən möhlət istənilməsi faktına əsaslanaraq inzibati xəta tərkibinin olmadığı nəticəsinə gəlmişdir. Halbuki möhlət barədə müraciətin verilməsi həmin müraciətin təmin olunması demək deyil və özlüyündə qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasını dayandırmır. Ona və ailə üzvlərinə məxsus JN-390, Kod-******** nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə rəsmiləşdirilmiş, Xızı rayonu, Giləzi kəndində yerləşən 2,50 ha torpaq sahəsinin üzərində cavabdeh qurum tərəfindən yaşıllaşdırma salınmışdır. Məhkəmə araşdırmalarının yekununda Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli, 2- *(***)-***/**** nömrəli qərarı ilə həmin ərazinin boşaldılması, orada əkilmiş bitki və ağacların yerləri dəyişdirilməklə ərazidən çıxarılması və torpaq sahəsinin əvvəlki vəziyyətdə mənə və ailə üzvlərimə qaytarılması vəzifəsi “xxxx” ASC-nin üzərinə qoyulmuşdur. Cavabdeh tərəf iş üzrə apellyasiya və kassasiya şikayətləri verməklə qanunda nəzərdə tutulmuş məhkəmə müdafiəsi vasitələrindən istifadə etmiş, nəticədə torpaq sahəsinin ona qaytarılması barədə yekun və məcburi məhkəmə aktı qüvvədə saxlanılmışdır. Buna baxmayaraq, cavabdehin hərəkətsizliyi üzündən o, təxminən 20 ildir ki, öz əmlakından faktiki istifadə edə, ona sahiblik edə və onun barəsində sərəncam verə bilmir. Qanuni qüvvəyə minmiş qərardan sonra eyni məsələni yeni-yeni möhlət müraciətləri ilə qeyri- müəyyən vaxta qədər uzatmaq hüquqi müəyyənlik və yekun məhkəmə aktının məcburiliyi ilə uzlaşmır. Məhkəmədən rəsmi qaydada əldə etdiyi “xxxx” ASC-nin ##.##.2024-cü il tarixli, *-**-**/**- ***/**** nömrəli məktubundan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarı icra olunması üçün ##.##.2024-cü ildə poçt vasitəsilə ASCyə daxil olmuşdur. Həmin məktubda ağacların vegetasiya dövründə olması, 2024-cü ilin “Yaşıl Dünya naminə Həmrəylik Ili” elan edilməsi və Azərbaycanın COP29 tədbirinə hazırlaşması əsas göstərilərək qərarın icrasının 5 ay uzadılması xahiş edilmişdir. Bu məktub cavabdehin qərarın məzmunundan, icra öhdəliyindən və həmin öhdəliyin yerinə yetirilməli olmasından ən geci ##.##.2024-cü ildən rəsmi surətdə xəbərdar olduğunu birbaşa təsdiq edir. Cavabdehin özünün istədiyi 5 aylıq müddət hətta ##.##.2024-cü il tarixindən hesablansa belə, ən geci ##.##.2025-ci ildə başa çatmışdır. Məktubda istinad edilən COP29 tədbiri isə 11 -## ###### 2024-cü il tarixlərində keçirilərək yekunlaşmışdır. Deməli, həm cavabdehin istədiyi müddət, həm də həmin müddətin əsaslandırılması üçün göstərilən xüsusi tədbir inzibati xəta haqqında protokolun tərtib olunduğu ##.##.2026-cı ildən bir ildən artıq əvvəl bitmişdir. Birinci instansiya məhkəməsi bu mühüm xronologiyaya heç bir hüquqi qiymət verməmişdir. Iş materiallarından görünür ki, icra sənədi üzrə ##.##.2025-ci ildə icraata başlanılmış və həmin tarixdə könüllü icra barədə bildiriş verilmişdir. Bundan sonra icra məmuru ##.##.2026-cı və ##.##.2026-cı il tarixlərində borclu ASC-yə yazılı xəbərdarlıqlar göndərmiş, lakin tələblər yenə yerinə yetirilməmişdir. Yalnız bundan sonra, ##.##.2026-cı ildə ASC-nin vəzifəli şəxsi X1 barəsində MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə, protokol bir dəfə verilmiş qısa müddətin təsadüfi buraxılmasına görə deyil, rəsmi bildiriş və təkrar xəbərdarlıqlardan sonra da davam etdirilən icra etməməyə görə tərtib olunmuşdur. Cavabdehin ##.##.2026-cı il tarixli məktubu və daha sonra Sumqayıt Inzibati Məhkəməsinə ünvanladığı, icranın 2026-cı ilin noyabr ayınadək uzadılmasına dair ərizəsi də icranın dayandırılması barədə qüvvədə olan məhkəmə aktı deyil. Iş materiallarında həmin ərizənin təmin olunması, icraya yeni möhlət verilməsi və ya icra icraatının qanunda nəzərdə tutulmuş qaydada dayandırılması haqqında qərar göstərilməmişdir. Məhkəmə isə müraciətin mövcudluğunu onun təmin olunmasına bərabər tutmuş və bununla borcluya birtərəfli ərizə verməklə məcburi icradan yayınmaq imkanı yaratmışdır. Cavabdehin istinad etdiyi hallar mütləq və aradan qaldırılması mümkün olmayan icra mümkünsüzlüyünü təsdiq etmir. Əksinə, cavabdeh özü ağacların xüsusi texnika vasitəsilə köçürülməsinin mümkün olduğunu, hətta ağacların bir qisminin artıq çıxarıldığını bildirmişdir. Işdə xüsusi texnikanın əldə edilməsi və ya icarəsi üçün görülmüş real tədbirlər, satınalma və ya icarə sorğuları, icra qrafiki, podrat müqavilələri, maliyyə ayrılması, mütəxəssis rəyi və ya ağacların konkret hansı hissəsinin hansı tarixdə köçürüləcəyini göstərən sənəd yoxdur. Texniki təşkilatlanmanın uzun müddət həyata keçirilmə məsi cavabdehin öz fəaliyyət sahəsinə aid idarəetmə məsələsidir və mənim mülkiyyət hüququmun qeyri-müəyyən müddətə məhdudlaşdırılmasına çevrilə bilməz. Qərarda ictimai rezonans ehtimalı və ağacların məhv edilməsinin arzuolunmazlığına dair cavabdehin ümumi mülahizələri də üzrlü səbəb kimi qəbul edilmişdir. Halbuki yekun məhkəmə aktı ağacların məhv edilməsini deyil, onların yerlərinin dəyişdirilməklə ərazidən çıxarılmasını tələb edir. Cavabdehin əvvəlcədən məhkəmələrdə irəli sürdüyü və yekun qərarın qəbulundan sonra hüquqi qüvvəsini itirmiş etirazların icra mərhələsində yenidən əsas kimi qəbul olunması qərarın mahiyyətcə mübahisələndirilməsinə və icrasız qalmasına gətirib çıxarır. Nəticədə birinci instansiya məhkəməsinin yanaşması qanuni qüvvəyə minmiş qərarı faktiki olaraq nəticəsiz qoyur: borclu əvvəlcə apellyasiya və kassasiya hüquqlarından istifadə edir, sonra COP29 və vegetasiya dövrünə görə 5 ay istəyir, həmin müddət bitdikdən sonra isə növbəti vegetasiya dövrünə istinad etməklə yeni möhlət tələb edir. Bu ardıcıllıq obyektiv mümkünsüzlük deyil, icranın mərhələli şəkildə uzadılmasıdır. Onun 20 ilə yaxın davam edən əmlakdan məhrumluğu qarşısında cavabdehin qeyri-müəyyən gələcəyə yönəlmiş və konkret icra planı ilə təsdiqlənməyən vədlərinə üstünlük verilməsi ədalətli və qanuni nəticə hesab edilə bilməz. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və Protokolu tərtib edən orqan nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə iclasının barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və Protokolu tərtib edən orqan nümayəndəsinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdıraraq, proses iştirakçılarının çıxışını dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin «xxxx» ASC-nin vəzifəli şəxsi X1 barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsinə dair mübahisələndirilən *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, Sumqayıt Inzibati Məhkəməsinin ## ####### 2022-ci il tarixli, 2- *(***)-****/**** nömrəli qərarı dəyişdirilmiş, JN-390, Kod-******** nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı"na əsasən Xızı rayonu, Giləzi kəndində yerləşən 2,50 ha torpaq sahəsində salınmış yaşıllaşdırma ərazisinin boşaldılması, orada əkilən bitki və ağacların yerləri dəyişdirilməklə həmin ərazidən çıxarılması, torpaq sahəsinin əvvəlki vəziyyətdə X3 və ailə üzvlərinə qaytarılması vəzifəsi cavabdeh "xxxx” Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulmuşdur. Icraata başlamaq haqqında ##.##.2025-ci il tarixli qərardan görünür ki, Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında ##.##.2025-ci il tarixli bildirişdən görünür ki, Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2022-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi xahiş olunmuşdur. Icra məmuru tərəfindən ##.##.2026-cı il və ##.##.2026-cı il tarixlərdə borclu "xxxx” Açıq Səhmdar Cəmiyyətinə yazılı qaydada xəbərdarlıq edilmişdir. "xxxx” Açıq Səhmdar Cəmiyyətinin Protokolu tərtib edən orqannə ünvanladığı ##.##.2026-cı il tarili məktubda qeyd edilmişdir ki, icra sənədində göstərilən ərazidə Azərbaycan Respublikası Prezidentinin magistral avtomobil yollarının kənarlarında yaşıllıq zolaqlarının salınması ilə bağlı müvafiq Sərəncamına əsasən 2010-2011-ci illərdə 3542 ədəd müxtəlif cinsli ağac əkilmiş və becərilmişdir. Sözügedən ağaclar hazırda iriölçülü olub uzun illər ərzində dövlət vəsaiti və böyük insan əməyi hesabına yetişdirilmişdir. Qeyd olunan miqdarda iriölçülü ağacların köçürülməsi, habelə ərazinin əvvəlki vəziyyətinə - bataqlaşmış, şoranlaşmış və məişət tullantıları ilə çirklənmiş vəziyyətinə qaytarılması faktiki olaraq mümkün hesab edilmir. Belə ki, ağacların köçürülməsi yalnız xüsusi təyinatlı texnikalardan istifadə olunmaqla həyata keçirilə bilər. Hazırda ölkə üzrə bu cür texnikaların məhdud sayda olması yaşıllıqların qısa müddət ərzində köçürülməsini obyektiv səbəblərdən mümkünsüz edir. Xüsusilə qeyd etmək istərdik ki, məhkəmə qərarının icrası məqsədilə ərazinin ağacların kəsilməsi və ya kökündən çıxarılaraq məhv edilməsi yolu ilə təmizlənməsi yalnız texniki baxımdan münikün variant kimi görünür. Lakin bu hal ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayacaq, geniş ictimai rezonans doğura biləcək müzakirələrə səbəb ola biləcəkdir ki, bunun nəticələrini əvvəlcədən proqnozlaşdırmaq çətindir. Məhkəmə qərarına və vətəndaşın torpaq sahəsi üzərində mülkiyyət hüququna dərin hörmətlə yanaşaraq, eyni zamanda küllü miqdarda dövlət vəsaiti və insan əməyinin nəticəsi olan yaşıllıqların qorunmasının vacibliyini nəzərə alaraq, ağacların vegetasiya dövrü bitdikdən sonra, yəni sükunət dövründə köçürülməsini məqsədəmüvafiq hesab edirik. Yuxarıda göstərilənləri nəzərə alaraq, ağacların köçürülməsi işlərinin həyata keçirilməsi üçün 2026cı ilin may-noyabr aylarınadək müddət verilməsini xahiş edir. "xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Sumqayıt Inzibati Məhkəməsinə ünvanlanmış ərizədən görünür ki, ağacların köçürülməsi yalnız xüsusi təyinatlı texnikalardan istifadə olunmaqla həyata keçirilə bilər. Hazırda ölkə üzrə bu cür texnikaların məhdud sayda olması yaşıllıqların qısa müddət ərzində köçürülməsini obyektiv səbəblərdən mümkünsüz edir. Əlavə olaraq bildiririk ki, yaşıllıqlar salınmış ərazilərdə yaşayan vətəndaşların, ətraf kənd və qəsəbə sakinlərinin Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsinə əsasən sağlam ətraf mühitdə yaşamaq hüquqi təmin edilərək Konstitusiyada təsbit olunan ətraf mühitin qorunması vəzifəsi həyata keçirilir. Xüsusilə qeyd etmək istərdik ki, məhkəmə qərarının icrası məqsədilə ərazinin ağacların kəsilməsi və ya kökündən çıxarılaraq məhv edilməsi yolu ilə təmizlənməsi yalnız texniki baxımdan mümkün variant kimi görünür. Lakin bu hal ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayacaq, geniş ictimai rezonans doğura biləcək müzakirələrə səbəb ola biləcəkdir ki, bunun nəticələrini əvvəlcədən proqnozlaşdırmaq çətindir. Mübahisəli ərazidəki ağacların bir qismi çıxarılmış, isti yay günləri olduğu üçün digər ağacların köçürülməsi mümkün olmamışdır. Məhkəmə qərarına və vətəndaşın torpaq sahəsi üzərində mülkiyyət hüququna dərin hörmətlə yanaşaraq, eyni zamanda küllü miqdarda dövlət vəsaiti və insan əməyinin nəticəsi olan yaşıllıqların qorunmasının vacibliyini nəzərə alaraq, ağacların köçürülməsi işlərinin həyata keçirilməsi üçün 2026-cı ilin noyabr ayınadək müddət verilməsini xahiş edilmişdir. Azərbaycan Respublikası IXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd etmişdir ki, inzibati qərarın icrasının mümkünsüz olması ilə bağlı barəsində icraat aparılan vəzifəli şəxs X1 tərəfindən həm icra şöbəsinə müraciət ünvanlanmış, həm də qərarın icrasına möhlət verilməsi ilə bağlı qərarı qəbul edən məhkəməyə müraciət ünvanlanmışdır. Göründüyü kimi vəzifəli şəxs qərarın icrasından boyun qaçırmamaqla obyektiv səbəbdən – xüsusi texnikanın olmamasına görə ərazinin boşaldılmasının qeyrimümkün olmasına istinad edir. Nə qədər ki, hazırda vəzifəli şəxs qərarın icrasına möhlət verilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir, belə olan halda məhkəmə hesab edir ki, hazırkı mərhələdə vəzifəli şəxsin əməlində icra sənədinin icrasından qərəzli şəkildə yayınma halı müəyyən edilmir. Iş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi «xxxx» ASC-nin vəzifəli şəxsi X1 barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq Azərbaycan Respublikası IXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair işin icraatına xitam vermişdir. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, irəli sürülmüş dəlillər şəxsin qərəzli olaraq inzibati məsuliyyətə cəlb olunmasına xidmət edir və həmin dəlillər şəxsin inzibati məsuliyyətə cəlb olunması üçün əsaslı hesab oluna bilməz. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə görə, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.2-ci maddələrinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 109.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, birinci instansiya məhkəməsi «xxxx» ASC-nin vəzifəli şəxsi X1 barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair işin icraatına xitam vermişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə gəldiyi nəticələr işin faktiki hallarına uyğundur, həmin qərarla «xxxx» ASC-nin vəzifəli şəxsi X1 barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qanuni və düzgün nəticəyə gəlmişdir, şikayətdə göstərilənlər qərarın ləğv edilməsinə əsas olmadığından şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDI: X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. «xxxx» ASC-nin vəzifəli şəxsi X1 barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar