Məhkəmə qərarları › İş №3(3-6)-2868/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2868/2026

07.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2868/2026 07.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Məhkəmə iclas katibi Zeynalov Samir Elxan oğlunun katibliyi, Protokolu tərtib edən orqan etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, «xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından «xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Protokolu tərtib edən orqan Miqrasiya Nəzarəti Baş Idarəsi tərəfindən hüquqi şəxs “xxxx” MMC-nin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Inzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi hüquqi şəxs “xxxx” MMC tərəfindən iş icazəsi alınmadan Özbəkistan Respublikası vətəndaşı, ##.##.2004-cü il təvəllüdlü Mamedov Emin Arif oğlunun haqqı ödənilən əmək fəaliyyətinə cəlb olunması göstərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə hüquqi şəxs “xxxx” MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15.000 (on beş min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Həmin qərardan «xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya qaydasında şikayət verib məhkəmənin qərarının qanunsuz və əsassız olduğunu, bu səbəbdən qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya qaydasında verilmiş şikayət onunla əsaslandırılmışdır ki, iş materiallarında olan sübutlar arasında əmək münasibətlərinin dövrünə dair ciddi ziddiyyət mövcuddur və bu ziddiyyət məhkəmə tərəfindən araşdırılmadan, aradan qaldırılmadan qərar qəbul edilmişdir. Məhkəmə qərarında Mamedov Emin Arif oğlunun “xxxx” MMC-də zal müdiri (restoran) vəzifəsində haqqı ödənilən əmək fəaliyyətinə cəlb edildiyi qənaətinə, digər sübutlarla yanaşı, Dövlət Miqrasiya Xidmətinin təqdim etdiyi Əmək müqaviləsi üzrə elektron çıxarışa əsaslanaraq gəlmişdir. Həmin çıxarışa görə, əmək müqaviləsinin bağlanma tarixi ##.##.2026-cı il, xitam tarixi isə ##.##.2026-cı il kimi göstərilmişdir. Eyni zamanda, məhkəmə qərarının əsaslandığı digər sübut — Mamedov Emin Arif oğlunun ##.##.2026-cı il tarixli, Dövlət Miqrasiya Xidmətinə verdiyi izahatında bilavasitə əks olunub ki, o, məhz “##.##.2026-cı il tarixdən” cəmiyyətdə əmək fəaliyyətinə cəlb edilmişdir. Yəni, rəsmi elektron çıxarışda əmək müqaviləsinin xitam tarixi kimi göstərilən tarix, şəxsin öz izahatında əmək fəaliyyətinin başlanğıcı kimi göstərilmişdir. Bu iki sübut bir-birini qarşılıqlı şəkildə istisna edir və eyni faktı — əmək münasibətlərinin mövcud olduğu dövrü — fərqli, uzlaşmayan şəkildə təsdiqləyir. Bundan əlavə, iş materiallarından göründüyü kimi, yoxlama və protokolun tərtib olunması ##.##.2026-cı il tarixdə baş vermişdir, yəni Dövlət Miqrasiya Xidmətinin təqdim etdiyi rəsmi elektron çıxarışda göstərilən xitam tarixindən (##.##.2026) 26 gün sonra. Belə olan halda, dövlət orqanının öz rəsmi sənədinə əsasən, yoxlama aparıldığı tarixdə “xxxx” MMC ilə Mamedov Emin Arif oğlu arasında rəsmi qeydiyyatdan keçmiş hər hansı əmək müqaviləsi artıq mövcud olmamışdır. IXM-in 76.1-ci və 84.1-ci maddələrinə əsasən, hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanaraq sübutları qiymətləndirməlidir. Bir-birini istisna edən iki sübutun heç bir izahat, ekspertiza və ya əlavə araşdırma olmadan eyni vaxtda “bir-birini təsdiqləyən” sübut kimi qəbul edilməsi bu tələbin kobud şəkildə pozulmasıdır. Belə ziddiyyət aradan qaldırılmadan, əmək münasibətlərinin dəqiq hansı dövrü əhatə etdiyi və deməli, iş icazəsi tələb olunan əmək fəaliyyətinin yoxlama tarixinə faktiki mövcud olubolmadığı sübuta yetirilmiş hesab edilə bilməz. 2. Əmək müqaviləsi üzrə elektron çıxarışın etibarlılığı barəsində əvvəllər eyni məhkəmə tərəfindən baxılmış mülki iş üzrə qəbul edilmiş qərar lazımınca qiymətləndirilməmişdir. Iş materiallarından və məhkəmə qərarından göründüyü kimi, “xxxx” MMC-nin ## ###### 2025-ci il tarixli, **/K nömrəli əmri ilə Mamedov Emin Arif oğlunun zal müdiri vəzifəsi üzrə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən ##.##.2025-ci il tarixindən xitam verilmişdir. Bu əmr Əmək və X2 ##.##.2026-cı il tarixindən yeni qeydiyyat kimi daxil edilmiş, nəticədə sistemdə süni surətdə yeni əmək münasibəti — ##.##.2026-cı il tarixli müqavilə — formalaşmışdır. Tərəflər arasında bağlanmış və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə təsdiqlənmiş ##.##.2026-cı il tarixli Barışıq sazişinə əsasən, məhz bu qeydiyyatın etibarsızlığı — yəni sistemə ##.##.2026-cı il tarixindən daxil edilmiş məlumatın həqiqətə uyğun olmadığı və əmək münasibətlərinə faktiki xitamın ##.##.2025-ci il tarixində baş verdiyi — qarşılıqlı razılıqla təsbit edilmiş, bu əsasda mülki iş üzrə yekun məhkəmə aktı çıxarılaraq iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi bu arqumenti yalnız “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə istinadla, barışıq sazişinin yalnız mübahisə tərəfləri üçün mülkihüquqi öhdəlik yaratdığını və dövlətin publik-hüquqi tələbini məhdudlaşdıra bilmədiyini əsas gətirərək rədd etmişdir. Hesab edir ki, bu qiymətləndirmə natamamdır: mübahisə mediasiya qaydasında deyil, məhz məhkəmə icraatı çərçivəsində həll olunmuş və nəticədə mülki-hüquqi kateqoriyalı, qanuni qüvvəyə minmiş məhkəmə aktı qəbul edilmişdir. Həmin məhkəmə aktı ilə təsdiqlənmiş fakt — yəni Əmək və X4 ##.##.2026 – ##.##.2026-cı il tarixli qeydiyyatın texniki xəta nəticəsində yarandığı — sadəcə tərəflər arasında yeni öhdəlik yaratmır, əksinə, artıq mövcud olan sənəddə (elektron çıxarışda) əks olunmuş məlumatın etibarlılığına şübhə yaradır. Bu isə birbaşa məhz həmin elektron çıxarışın inzibati xəta işində əsas sübut kimi istifadə edilməsinin düzgünlüyünə təsir edən hal olub, məhkəmə tərəfindən ayrıca qiymətləndirilməli idi, halbuki bu edilməmişdir. 3. Yoxlama zamanı alınmış ilkin izahatın etibarlılığı barəsində arqument formal əsasla, faktiki ziddiyyət araşdırılmadan rədd edilmişdir Birinci instansiya məhkəməsində “xxxx” MMC-nin nümayəndəsi bildirmişdir ki, yoxlama zamanı əcnəbi vətəndaş Mamedov Emin Arif oğlundan alınmış ilkin izahat etibarsızdır, belə ki, mətn dil səddi və hüquqi biliklərin olmaması səbəbindən şəxsin özü tərəfindən yazılmamış, ona oxunmadan və izah edilmədən imzalanmışdır. Məhkəmə bu arqumenti yalnız Mamedov Emin Arif oğlunun ##.##.2026-cı il tarixli, fərqli sənəddə — Dövlət Miqrasiya Xidmətinə şəxsən verdiyi izahatında Azərbaycan dilini sərbəst bildiyini və tərcüməçiyə ehtiyacı olmadığını bildirməsinə əsaslanaraq rədd etmişdir. Hesab edir ki, bu əsaslandırma məntiqi baxımdan natamamdır: istinad edilən izahat ##.##.2026-cı il tarixlidir və Dövlət Miqrasiya Xidmətinin şəxsin özünün fərdi məsuliyyəti ilə bağlı ayrıca icraatı (IXM-in 575.1.4cü maddəsi üzrə) çərçivəsində alınmışdır, halbuki mübahisə mövzusu olan “ilkin izahat” ##.##.2026-cı il tarixdə, “xxxx” MMC-yə qarşı ayrıca inzibati icraat çərçivəsində, fərqli şəraitdə alınmışdır. Bir sənədin etibarlılığının başqa tarixdə, başqa icraat çərçivəsində tərtib olunmuş başqa sənədlə “təsdiqlənməsi” doğru deyil və bu iki sənəd arasındakı əlaqə məhkəmə tərəfindən əsaslandırılmamışdır. Bu da yenə IXM-in 76.1-ci və 84.1-ci maddələrinin tələb etdiyi hərtərəfli və obyektiv qiymətləndirmə prinsipinin pozulmasına dəlalət edir. Məhkəmə iclasında çıxış edən Protokolu tərtib edən orqan etibarnamə üzrə nümayəndəsi Nümayəndə apellyasiya qaydasında verilmiş şikayətə etiraz edərək, məhkəmədən şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat bildirməmişdir. Odur ki, məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etdi. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb hesab edir ki, verilmiş şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarıbda olan: Protokolu tərtib edən orqan Miqrasiya Nəzarəti Baş Idarəsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “xxxx” MMC (VÖEN: **********; hüquqi ünvan: AZ1129, ünvan 1) tərəfindən iş icazəsi alınmadan Özbəkistan Respublikası vətəndaşı, ##.##.2004-cü il təvəllüdlü Mamedov Eminin haqqı ödənilən əmək fəaliyyətinə cəlb olunması faktı müəyyən edilmişdir; Protokolu tərtib edən orqan Miqrasiya Nəzarəti Baş Idarəsinin ##.##.2026-cı il tarixli, 03/9190/di qeydiyyat nömrəli bildirişindən görünür ki, “xxxx” MMC ##.##.2026-cı il tarixdə, saat 11:00-da IXM-in 578.1-ci maddəsi üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində Miqrasiya nəzarəti baş idarəsinə dəvət olunmuş, iş üzrə mövcud sübutların təqdim edilməsi təklif olunmuşdur; Dövlət Miqrasiya Xidmətinin təqdim etdiyi Əmək müqaviləsi üzrə elektron çıxarışından görünür ki, müqavilənin bağlanma tarixi ##.##.2026-cı il, işəgötürən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********), işçi MAMEDOV EMIN ARIF OGLI (FIN: F4EE3), işçinin vəzifəsi zal müdiri, restoran, xitam tarixi isə ##.##.2026-cı il göstərilmişdir; Özbəkistan Respublikası vətəndaşı Mamedov Emin Arif oğlunun ## #### 2026-cı il tarixdə Protokolu tərtib edən orqan verdiyi izahatından görünür ki, o, ##.##.2026-cı il tarixədək (##.##.2026-cı il tarixdən) “xxxx” MMC tərəfindən zal müdiri (restoran) vəzifəsində əmək fəaliyyətinə cəlb edildiyini bildirmişdir; Özbəkistan Respublikası vətəndaşı Mamedov Emin Arif oğlunun FA******* nömrəli pasportundan və MYI № ******* seriyalı Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsindən görünür ki, icazənin verilmə tarixi ##.##.2026-cı il, etibarlılıq müddəti isə ##.##.2026-cı il tarixinədəkdir; Protokolu tərtib edən orqan ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından və MN seriyalı ******* nömrəli protokolundan görünür ki, Özbəkistan Respublikası vətəndaşı Mamedov Emin Arif oğlu iş icazəsi olmadan Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmasına görə IXM-in 575.1.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində 300 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmiş və həmin cərimə ##.##.2026-cı il tarixdə tam ödənilmişdir; Vergi ödəyicisinin dövlət reyestri məlumatlarından görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti VÖEN ********** ilə uçotda olan, hüquqi ünvanı AZ1129, ünvan 1 olan, qanuni təmsilçisi X1 olan müstəqil hüquqi şəxsdir; Mamedov Emin Arif oğlu tərəfindən “xxxx” MMC-yə yazdığı ## ###### 2025-ci il tarixli ərizəsində ## ###### 2025-ci il tarixdən tutduğu vəzifədən azad edilməsini və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir; “xxxx” MMC-nin ## ###### 2025-ci il tarixli, **/K nömrəli əmrindən görünür ki, Emın Arıf oglu Mamedovun zal müdirinin əmək müqaviləsinə ##.##.2025-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilməsi qərara alınmışdır; ##.##.2026-cı il tarixli, MŞB/**/****-***** nömrəli Barışıq sazişindən görünür ki, tərəflər **/K nömrəli əmrin Əmək və X2 ##.##.2026-cı il tarixindən daxil edilməsinin etibarsız hesab edilməsi, əmək münasibətlərinə xitam tarixinin ##.##.2025-ci il kimi yerləşdirilməsi və Mamedov Emin Arif oğlu tərəfindən ona ödənilmiş əmək haqlarının 10 gün ərzində qaytarılması barədə razılığa gəlmişlər; Mamedov Emin Arif oğlu həmin sazişə imza etməklə ##.##.2025-ci il tarixindən “xxxx” MMC-də əmək fəaliyyətinin olmamasını və ona əsassız əmək haqqı ödənildiyini qəbul etmişdir; “xxxx” MMC-nin ****** nömrəli mədaxil qəbzindən və Mamedov Emin Arif oğlunun öz əli ilə yazdığı qeyddən görünür ki, o, cəmiyyətə olan 4047,27 manat borcunu təsdiq etmiş və həmin borcu ##.##.2026-cı il tarixdə cəmiyyətə ödəmişdir; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(*-**)-****/**** nömrəli mülki işi üzrə məlumatdan görünür ki, iş üzrə yekun məhkəmə aktı çıxarılmış və iddia təmin edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə hesab etmişdir ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, əcnəbi vətəndaşın yazılı izahatı, Dövlət Miqrasiya Xidmətinin məktubu və bildirişi, əmək müqaviləsi üzrə elektron çıxarış, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs “xxxx” MMC tərəfindən iş icazəsi alınmadan Özbəkistan Respublikası vətəndaşı, ##.##.2004-cü il təvəllüdlü Mamedov Emin Arif oğlu Azərbaycan Respublikasının ərazisində zal müdiri (restoran) vəzifəsində haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilmişdir. Bununla da, hüquqi şəxs “xxxx” MMC tərəfindən Azərbaycan Respublikası IXM-nin 578.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapmışdır. Məhkəmə şikayətin dəlillərini təhlil edərək, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar və məcəllənin 83.1-ci maddəsinə əsasən, icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin həll edilməsi üçün zəruri olan əlavə məlumatların tələb edilməsi barədə qərardad qəbul edə bilər. Həmin məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub- olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin məcəllənin 78.1.-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı iş üzrə ona məlum olan hallar və işdə olan sübutlar üzrə şifahi və ya yazılı formada verilən məlumatlardan ibarətdir. 78.2. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı inzibati xəta haqqında protokolda, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiq edilməsi haqqında protokolda, inzibati xəta haqqında işə baxma ilə əlaqədar iclas protokolunda göstərilir. Həmin məcəllənin 106.0-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: işin baxılması onun səlahiyyətinə aiddirmi; işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; işin icraatını rədd edən hallar mövcuddurmu; mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən isə inzibati xətalar haqqında işə baxılmasına hazırlıq mərhələsində hakim tərəfindən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarıla bilər. Bu halda məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilir. Inzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokolun tərtib olunmasının qaydası dəqiq göstərilmişdir və inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakim həmin protokolun məhz bu normanın tələblərinə uygun tərtib edilib-edilmədiyini yoxlayır. Belə ki, Inzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: protokolun tərtib edildiyi tarix və yer, protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və s. Halbuki apellyasiya şikayəti üzrə işə baxılan məhkəmə iclasında müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokolun qüsurlu və natamam olmasına baxmayaraq, birinci instansiya məhkəməsi inzibati xəta haqqında materialı icraata qəbul etmiş və hüquqi şəxsin barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Belə ki, inzibati xəta haqqında protokolda “xxxx” MMC tərəfindən törədilməsi istinad edilən inzibati xətanın baş vermə yeri və tarixi göstərilməmişdir. Inzibati məsuliyyətin əsasını təşkil edən hadisənin başvermə yeri və tarixi ilə bağlı iş materiallarında aradan qaldırılmamış ziddiyyət mövcuddur. Həmin ziddiyyətin hansı sübut əsasında aradan qaldırıldığı və nə ilə təsdiq olunduğu müəyyən edilmir. Halbuki inzibati xəta haqqında iş üzrə sübut edilməli olan halların dairəsinə inzibati xətanın hadisəsi və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar daxildir. Bu hallar yalnız ehtimala və ya təsdiqlənməmiş məlumata əsaslanmaqla müəyyən edilə bilməz. Inzibati xəta haqqında protokolda qeyd edilir ki, “xxxx” MMC tərəfindən iş icazəsi alınmadan Özbəkistan Respublikası vətəndaşı, ##.##.2004-cü il təvəllüdlü Mamedov Eminin baytar həkimi vəzifəsində haqqı ödənilən əmək fəaliyyətinə cəlb olunması faktı barəsində inzibati xəta haqqında icraat aparılan Mamedov Eminin izahatı ilə müəyyən edilmişdir. Daha sonra isə qeyd edilir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Mamedov Eminin yazılı izahatında zal müdiri (restoran) vəzifəsində işlədiyini bildirmişdir. Göründüyü kimi protokoldan müəyyən edilmir ki, əslində barəsində inzibati xəta haqqında icraat aparılan şəxs deyil, şahid olan Mamedov Emin hansı işə cəlb edilmişdir (inzibati orqanın nümayəndəsi bu barədə verilən suala texniki qüsur olması kimi cavab vermişdir). Inzibati xəta haqqında protokol tərtib olunarkən barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı təmin edilməmiş (inzibati orqanın nümayəndəsinə bununla bağlı ünvanlanmış suala cavabında bildirişin formal göndərildiyini etiraf etmiş), bununla da inzibati xəta haqqında hüquqi şəxsin müdafiə hüququ təmin edilmədən nümayəndəsinin izahatı alınmamış, sübutlarının təqdim edilməsi üçün imkan yaradılmamış, hərtərəfli, tam və obyektiv araşdırma aparmadan inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan əlavə inzibati xəta haqqında iş üzrə araşdırma aparılan zaman əslində barəsində inzibati xəta haqqında icraat aparılan şəxs deyil, şahid qismində cəlb edilməli şəxs olan Özbəkistan vətəndaşı Mamedov Emin Arif oğlundan izahatı tərcüməçinin iştirakı ilə alınmamış, onun inzibati xəta haqqında iş üzrə şahid qismində dəvət edilərək hüquq və vəzifələrinin, o cümlədən bildiyi dildə ifadə vermək hüququnun izah edilməsi, bilə-bilə yalan ifadə verməyə görə məsuliyyətinin izah edilməklə bu barədə müvafiq qəbzin alınması da iş üzrə müəyyən edilmir. Bunun əksinə məhkəməyə göndərilmiş protokolda istinad olunmuş və əlavə edilmiş Mamedov Emin Arif oğlunun izahatı hüquqi şəxs “xxxx” MMC barəsində inzibati xəta haqqında iş üzrə araşdırma aparılan zaman alınmamış, Mamedov Eminin özü barəsində iş icazəsi olmadan Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmasına görə IXM-in 575.1.4-cü maddəsi ilə ## #### 2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə araşdırma aparılan zaman alınmış izahatdır. Bundan əlavə Emin Mamedov ## #### 2026-cı il tarixində Protokolu tərtib edən orqan verdiyi izahatında ##.##.2026-cı il tarixindən ##.##.2026-cı il tarixinədək əmək fəaliyyətinə cəlb edildiyini bildirsə də, iş materiallarında olan ##.##.2026-cı il tarixli, MŞB/**/****-***** nömrəli Barışıq sazişinin 2-ci bəndində qeyd edilmişdir ki, Mamedov Emin Arif oğlu ##.##.2025-ci il tarixindən “xxxx” MMC ilə faktiki olaraq əmək münasibətlərinə xitam verildiyini, həmin tarixdən ona ödənilən əmək haqqının əsassız ödənildiyini qəbul etmişdir. “xxxx” MMC tərəfindən tərtib olunmuş ##.##.2025-ci il tarixli, **/K nömrəli əmrdən də göründüyü kimi “xxxx” MMC-nin Zal müdirinin Əmək müqaviləsinə ##.##.2025-ci il tarixindən AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Tərəflər arasında bağlanmış və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə təsdiqlənmiş ##.##.2026-cı il tarixli Barışıq sazişinə əsasən, məhz bu qeydiyyatın etibarsızlığı, yəni sistemə ##.##.2026-cı il tarixindən daxil edilmiş məlumatın həqiqətə uyğun olmadığı və əmək münasibətlərinə faktiki xitamın ##.##.2025-ci il tarixində baş verdiyi qarşılıqlı razılıqla təsbit edilmiş, bu əsasda mülki iş üzrə yekun məhkəmə aktı çıxarılaraq iddia təmin edilmişdir. Bu hallar isə onu göstərir ki, Emin Mamedovun ## #### 2026-cı il tarixli izahatında göstərildiyi kimi “xxxx” MMC tərəfindən əmək fəaliyyətinə ##.##.2026-cı il tarixindən ##.##.2026-cı il tarixinədək deyil, qanuni qüvvəsini almış məhkəmə aktı ilə müəyyən edilmiş ##.##.2025-ci il tarixədək işə cəlb edildiyi sübut edilməsindən azad olunan fakt olsa da, protokola şahid kimi onun dindirilmiş ifadəsi əlavə edilməmişdir. Hüquqi şəxsin iştirakı isə təmin edildiyi halda həmin sənədlərlə bu ziddiyyətlər aradan qaldırılmış olardı. Göründüyü kimi səlahiyyətli orqan tərəfindən kifayət qədər araşdırma aparılmamış, hüquqi şəxsin nümayəndəsinin iştirakı təmin edilməmiş, iş üzrə əhəmiyyət kəsb edən sübutlar əldə olunmamış və nəticədə qanunvericiliyin tələblərinə zidd inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə vəziyyətdə natamam sübutlarla iş üzrə yekun nəticəyə gəlinməsi mümkün deyil və materialın inzibati orqana qaytarılması üçün əsas yaradır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, səlahiyyətli orqan tərəfindən inzibati araşdırma düzgün aparılmadığından, qeyd edilən ziddiyyətli məqamlara aydınlıq gətirilməsi məqsədilə inzibati xəta haqqında materiala səlahiyyətli orqan tərəfindən yenidən baxılmalı, inzibati araşdırmanın gedişatından asılı olaraq qanuna uyğun qərar qəbul edilməlidir. Çünki hazırkı halda iş materiallarında olan sübutlar işin faktiki hallarını tam göstərmədiyi üçün konkret olaraq yekun nəticəyə gəlinməsi mümkünsüzdür. IXM-in 134.1.4-cü maddəsinə əsasən Bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 137.3-cü maddəsinə əsasən Bu Məcəllənin 134.1.4-cü və 134.1.5-ci maddələrinə əsasən qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edildikdə, inzibati xəta haqqında işə bu Məcəllə ilə müəyyən edilmiş müddətlərdə yenidən baxılır. Belə olan halda qanunun sadalanan tələbləri və işin həqiqi halları baxımından məhkəmə qənaətə gəlir ki, «xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən apellyasiya qaydasında verilmiş şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı və ##.##.2026-cı il tarixli mübahisələndirilən qərarı ləğv edilməli, material yenidən araşdırma aparılması üçün Protokolu tərtib edən orqan qaytarılmalıdır. Şərh olunanlara əsasən və IXM-in 134.1.4-cü maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: «xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilsin. Material yenidən araşdırma aparılması üçün Protokolu tərtib edən orqan qaytarılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar