Məhkəmə qərarları › İş №3(3-6)-2869/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2869/2026

07.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2869/2026 07.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi və məruzəsi, Məhkəmə iclas katibi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs), Bakı şəhəri Baş Polis Idarəsinin X1 Idarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) barəsində Bakı şəhər X1 Idarəsi tərəfindən JXP******* nömrəli protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından Bakı şəhəri Baş Polis Idarəsinin X1 Idarəsi tərəfindən verilmiş şikayətə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2026-cı il tarixli TP ******* saylı qərarın qanunsuz hesab olunaraq ləğv olunmasına və başlanmış inzibati icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilməsi, Bakı şəhər X1 Idarəsi tərəfindən JXP******* nömrəli protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan Bakı şəhəri Baş Polis Idarəsinin X1 Idarəsi apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi və inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, məhkəmə qərarında müəyyən edilmişdir ki, nəqliyyat vasitəsi parklanma yerini tərk edərkən avtobus zolağına daxil olmuş və daha sonra qırıq-qırıq xəttdən həmin zolağı tərk etmişdir. Məhkəmə bu halı əsas götürərək şikayətçi tərəfindən hər hansı yol hərəkəti qaydasının pozulmadığı qənaətinə gəlmişdir. Lakin belə nəticə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinin IV hissəsinin məzmunundan irəli gəlmir. Avtobus zolağı qırıq-qırıq nişanlama xətti ilə ayrılmışdırsa, nəqliyyat vasitələrinin dönərkən həmin zolağa keçməsinə, habelə belə yerlərdə yola girərkən və hərəkət hissəsinin sağ kənarında sərnişinlərin minməsi və düşməsi üçün həmin zolağa keçməsinə icazə verilir. Məhkəmə isə Qərardan şikayət verən orqan (şəxs) parklanma yerindən çıxaraq avtobus zolağına daxil olmasını avtomatik olaraq həmin istisnaya aid etmişdir. Halbuki “yola girərkən” ifadəsinin konkret iş üzrə tətbiqi üçün nəqliyyat vasitəsinin hərəkət trayektoriyası, avtobus zolağında faktiki hərəkət məsafəsi, zolaqda qalma müddəti, hərəkətin zəruri olubolmaması və digər hallar araşdırılmalı idi. Təkcə parklanma yerindən çıxma faktı avtobus zolağında hərəkətin qanunla icazə verilmiş hal olduğunu təsdiq etmir. Məhkəmə şikayətçinin təqdim etdiyi sənədlərə əsasən ##.##.2026-cı il tarixdə saat 12:48-də AzParking proqramı vasitəsilə parklanma haqqının ödənildiyini və parklanmanın başa çatdırıldığını müəyyən etmişdir. Lakin parklanmanın saat 12:48-də başa çatdırılması həmin şəxsin saat 12:50-də avtobus zolağında hərəkət etmədiyini sübut edən bir hal deyildir. Əksinə, məhkəmənin özündə müəyyən etdiyi faktlara əsasən nəqliyyat vasitəsi parklanma yerini tərk edərək avtobus zolağına daxil olmuşdur. Bu səbəbdən AzParking məlumatı yalnız nəqliyyat vasitəsinin müəyyən vaxtda parklanma ərazisindən çıxmasını təsdiq edən əlavə məlumat kimi qiymətləndirilə bilər və özlüyündə IXM-in 327.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın olmadığını sübut etmir. Bakı şəhəri Baş Polis Idarəsinin X1 Idarəsinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında şikayəti müdafiə edərək, ona uyğun izahat verərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etmişdir. Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinə etiraz edərək, məhkəmədən şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə verilən şikayətə baxılarkən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)- ****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının və ##.##.2026-cı il tarixli qərardadının qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayıb hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı və icraata qəbul edilmə barədə qərardadı ləğv edilməli və şikayət geri qaytarılmalıdır. Ilk növbədə qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Iş materiallarında olan şikayət ərizəsinə nəzər yetirdikdə müəyyən olunur ki, şikayət onu verən şəxs tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsinin “inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar” müddəası yalnız həmin Məcəllənin 53-cü maddəsində göstərilən, mahiyyəti üzrə işə baxmadan və sübutları qiymətləndirmədən icraatı rədd edən halları ehtiva edir. Həmin qərara əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəlləsi) XLVII fəsli məhkəmələrin hökm və qərarlarına apellyasiya qaydasında yenidən baxılmasına dair prosessual münasibətləri tənzimləyir. Cinayət-Prosessual Məcəlləsində apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi qaydasına, apellyasiya şikayətinə və ya apellyasiya protestinə dair tələblərə, həmçinin apellyasiya şikayətinin və apellyasiya protestinin verilməsinin nəticələrinə dair müddəalar öz əksini tapmışdır (385, 387 və 389-cu maddələr). Həmin qərarda qeyd edilir ki, mübahisəli hallar qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqeyə uyğun olaraq, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protestin verilməsi ilə bağlı məsələlər cinayət-prosessual qanunvericiliyinin analoji normaları əsasında həll edilsin. Göründüyü kimi birinci instansiya məhkəməsi imzalanmamış şikayət ərizəsini geri qaytarmalı olduğu halda, icraata qəbul etmiş və mahiyyəti üzrə baxaraq iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul etmişdir. Qeyd olunanlara əsaslanaraq məhkəmə belə hesab edir ki, Bakı şəhəri Baş Polis Idarəsinin X1 Idarəsi tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı və ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməli və Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhər X1 Idarəsi tərəfindən JXP******* nömrəli protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayət geri qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.2ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Bakı şəhəri Baş Polis Idarəsinin X1 Idarəsi tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Qərardan şikayət verən orqan (şəxs) barəsində Bakı şəhər X1 Idarəsi tərəfindən JXP******* nömrəli protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı və ##.##.2026-cı il tarixli qərardadı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhər X1 Idarəsi tərəfindən JXP******* nömrəli protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayəti geri qaytarılsın. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar