Məhkəmə qərarları › İş №3(3-6)-2870/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2870/2026

14.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2870/2026 14.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Məhkəmə iclasının katibi Zeynalov Samir Elxan oğlunun katibliyi, Azərbaycan Republikası Daxili Işlər Nazirliyi Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinin nümayəndəsi Nümayəndə iştrakları ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinərək cərimə edilməsinə dair Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından Azərbaycan Republikası Daxili Işlər Nazirliyi Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsi tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Qərardan şikayət verən orqan (şəxs) şikayət ilə məhkəməyə müraciət edərək Bakı şəhər DYPI-nin inzibati tənbeh vermə haqqında IXP ******* saylı, ##.##.2026-cı il tarixli protokol əsasında qəbul edilmiş TP ******* saylı, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) şikayətini müdafiə etdi və izahatında göstərdi ki, ##.##.2026-ci il tarixdə idarə etdiyi “Changan Qiyuan Q07” markalı **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Əmircan qəsəbəsində hərəkətdə olarkən yol ayrıcını keçmiş və DYP əməkdaşı onu salayaraq yola ayrıcını keçmə qaydasını pozduğunu və protokol tərtib olunacağını bildirdi. O, DYP əməkdaşına yol ayrıcında olan avtomobilin sürətinin çox az olduğu və ümümiyyətlə onun digər avtomobilə maneə yaratmadığını bildirsə də, DYP əməkdaşı heç bir əsas olmadan “Qazel” markalı avtomobilin ona görə istiqamətini dəyişdiyini bildirib ona protokol tərtib etdi. DYP əməkdaşı dayandığı yerdən ümumiyyətlə “Qazel” markalı avtomobilin onunla arasında olan məsafəni və ya onun istiqamətini dəyişdiyini görə bilməzdi. Yazdığı protokolu qərarsız saxlayaraq məsələnin onun iştirakl ilə araşdırılacağını bildirsə də 10 gün sonra heç bir araşdırma olmadan qərar qəbul edildi. Odur ki, Bakı şəhər DYPI-nin R X3 tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, TP ******* saylı inzibati qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə şikayətin təmin edilməsi, Bakı şəhər DYPI-nin Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair IXP ******* saylı, ##.##.2026-cı il tarixli protokol əsasında qəbul edilmiş TP ******* saylı, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan Bakı şəhəri BPI-nin X1 Idarəsi apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarının ləğv edilməsini və ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarıın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin hakimi qərarda göstərmişdir ki, Bakı şəhər DYP-yə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin etməmiş, məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirməmiş, işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. Məhkəmə, Bakı şəhər DYPI-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Halbuki bununla əlaqədar Idarəyə məhkəməyə çağırılma haqqında bildiriş daxil olmamışdır. Göründüyü kimi hakim inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısı olan vəzifəli şəxs və ya səlahiyyətli nümayəndəsinin gəlməməsi səbəblərini aydınlaşdırmadan hesab etmişdir ki, iclasın keçirilməsi mümkündür. Bununla da ədalətli araşdırma hüququnu pozaraq formal mülahizələrə uyğun qərar qəbul etmişdir. Göründüyü kimi hakim tərəfindən kobud prosessual pozuntulara yol verilmişdir. Inzibati xəta haqqında protokol və qərar qanunvericiliyin tələblərinə uyğun qaydada tərtib edilmiş rəsmi sənədlərdir. Hakim tərəfindən bu sənədlərin sübut əhəmiyyətini əsassız olaraq zəiflətmiş və onları kifayət qədər qiymətləndirməmişdir. Məhkəmə qərarında əsasən belə nəticəyə gəlinmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) inzibati xəta törətməsi ilə razılaşmadığından, onun barəsində əlavə foto, video və digər sübutlar olmadan protokol tərtib edilə bilməzdi. Bu yanaşma inzibati xəta haqqında işlər üzrə sübutların qiymətləndirilməsi qaydalarının həddindən artıq məhdud və birtərəfli şərh edilməsinə gətirib çıxarır. Inzibati xəta haqqında protokol özü-özlüyündə hüquqi qüvvəyə malik prosessual sənəd olmaqla, inzibati xəta hadisəsinin və onun törədilməsi hallarının müəyyən edilməsinə xidmət edir. Protokolun sübut kimi qiymətləndirilməsi onun digər sübutlarla birlikdə iş üzrə bütün halların məcmusu əsasında araşdırılmasını tələb edir. Şəxsin protokolla razılaşmaması isə avtomatik olaraq həmin protokolun hüquqi və sübut əhəmiyyətini aradan qaldırmır. Əks halda inzibati məsuliyyətə cəlb olunan şəxsin istənilən etirazı protokolun etibarsızlığı üçün müstəqil əsas kimi qəbul edilmiş olardı ki, bu da inzibati icraatın məqsəd və prinsiplərinə uyğun deyildir. Iş materiallarından və məhkəmə qərarının özündən görünür ki, inzibati xəta yol hərəkətinə nəzarət edən DYP əməkdaşı tərəfindən bilavasitə müşahidə edilmişdir. DYP əməkdaşının xidməti vəzifəsinin icrası zamanı yol hərəkəti qaydalarının pozulmasını bilavasitə müşahidə etməsi inzibati xəta haqqında protokolun tərtib edilməsi üçün hüquqi əsaslardan biridir. Məhkəmə isə DYP əməkdaşının müşahidəsinin hansı səbəbdən mötəbər sübut hesab edilmədiyini, əməkdaşın hadisəni görmək imkanının konkret olaraq nə üçün mümkün olmadığını və protokolda göstərilən halların hansı faktlarla təkzib edildiyini ətraflı əsaslandırmamışdır. Şikayətçi tərəfindən “DYP əməkdaşı digər avtomobilin istiqamətini dəyişməsini görə bilməzdi” məzmununda subyektiv fikir bildirilməsi həmin əməkdaşın müşahidəsini avtomatik olaraq etibarsız sübuta çevirmir. Belə bir nəticəyə gəlmək üçün hadisə yerinin sxemi, yolayrıcının quruluşu, əməkdaşın dayanma nöqtəsi, nəqliyyat vasitələrinin hərəkət istiqamətləri, məsafələr və digər faktiki hallar araşdırılmalı idi. Lakin məhkəmə bu halların heç birini tam şəkildə araşdırmadan DYP əməkdaşının müşahidəsini faktiki olaraq kənarlaşdırmışdır. Məhkəmə qərarında qeyd edilir ki, şikayətçi tərəfindən təqdim edilmiş videogörüntüdən avtomobilin artıq yolayrıcına daxil olduğu və digər avtomobilə maneə yaratmadığı müəyyən olunur. Lakin videogörüntünün müəyyən bir hissəsində nəqliyyat vasitəsinin yolayrıcına daxil olması onun yolayrıcını keçmə qaydalarını pozmadığını avtomatik şəkildə təsdiq etmir. Yolayrıcının keçilməsi zamanı nəqliyyat vasitəsinin digər hərəkət iştirakçılarına maneə yaradıbyaratmaması, digər nəqliyyat vasitəsinin hərəkət istiqamətini dəyişməsinin hansı səbəbdən baş verməsi, yolayrıcının həmin anda faktiki vəziyyəti və sürücünün manevrinin digər nəqliyyat vasitəsinin hərəkətinə təsiri kompleks şəkildə müəyyən edilməli idi. Şikayətçinin təqdim etdiyi videoregistrator görüntüsünün hadisəni tam və fasiləsiz əks etdirib-etdirmədiyi, görüntünün hadisədən əvvəlki və sonrakı vəziyyəti əhatə edib- etmədiyi də məhkəmə tərəfindən araşdırılmamışdır. Belə olan halda yalnız şikayətçinin təqdim etdiyi görüntüyə əsaslanaraq inzibati xəta hadisəsinin mövcud olmadığını qəti şəkildə müəyyən etmək düzgün deyildir. Qərardan şikayət verən orqan (şəxs) yolayrıcını keçərkən digər nəqliyyat vasitəsinin onun hərəkətinə görə istiqamətini dəyişdirməsi DYP əməkdaşı tərəfindən yol hərəkəti qaydasının pozulması kimi qiymətləndirilmişdir. Şikayətçi isə digər nəqliyyat vasitəsinə maneə yaratmadığını bildirmişdir. Bu iki ziddiyyətli mövqe arasında həqiqətin müəyyən edilməsi üçün məhkəmə tərəfindən hadisə yerinin konkret yol şəraiti, yolayrıcının quruluşu, nəqliyyat vasitələrinin hərəkət trayektoriyası və təqdim edilmiş video görüntünün bütünlükdə məzmunu araşdırılmalı idi. Lakin məhkəmə bu halların hər birinə dair obyektiv araşdırma aparmadan, yalnız videogörüntüdə digər avtomobilin tormozlamasının görünməməsini əsas götürmüşdür. Halbuki yolayrıcının keçilməsi qaydasının pozulması üçün mütləq şəkildə digər nəqliyyat vasitəsinin tormozlaması tələb olunan hal kimi qəbul edilə bilməz. Məhkəmə qərarında inzibati xəta hadisəsinin mövcud olmadığı deyil, əsasən həmin hadisənin əlavə foto-video materiallarla təsdiq edilmədiyi göstərilmişdir. Bu isə özlüyündə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün kifayət qədər əsas hesab edilə bilməz. Iş materiallarında DYP əməkdaşının hadisəni bilavasitə müşahidə etməsi, protokol tərtib etməsi və inzibati xətanın konkret halları göstərməsi mövcuddur. Şikayətçi tərəfindən təqdim edilən videogörüntü isə yalnız onun mövqeyini əks etdirən sübut olmaqla, hadisənin DYP əməkdaşı tərəfindən müəyyən edilmiş bütün hallarını tam şəkildə təkzib edən mütləq və qəti sübut kimi qiymətləndirilə bilməz. Bu səbəbdən məhkəmənin iş üzrə bütün halları hərtərəfli, tam və obyektiv araşdırması barədə nəticəsi ilə razılaşmaq mümkün deyildir. Göründüyü kimi hakim yuxarıda sadalanan halların heç biri araşdırılaraq həmin hallara hüquqi qiymət verilmədən formal yanaşma edib qanuni və əsaslı qərarı ləğv etməklə kobud səhvə yol vermişdir. Məhkəmə iclasında çıxış edən Azərbaycan Republikası DIN Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinin nümayəndəsi Nümayəndə şikayəti müdafiə edərək, apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunmasını və ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılması xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq şikayətçi Qərardan şikayət verən orqan (şəxs) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə əvvəlcədən məlumat verməmişdir. Odur ki, məhkəmə şikayətçinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etdi. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş şikayət təmin edilməməli və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhər DYPI-nin inzibati tənbeh vermə haqqında IXP ******* saylı, ##.##.2026-cı il tarixli protokol əsasında qəbul edilmiş TP ******* saylı, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) istifadəsində olan “CHANGAN QIYUAN Q07 PLUG-IN Hibrid” minik markalı **-OJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi, 220 K istiqamətində hərəkətdə olarkən yolayrıcını keçmə qaydalarının pozulması müəyyən edilmişdir. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, Bakı şəhər DYPI-nin inzibati tənbeh vermə haqqında IXP ******* saylı, ##.##.2026-cı il tarixli protokol əsasında qəbul edilmiş TP ******* saylı, ##.##.2026-cı il tarixli qərar qəbul edilsə belə, həmin inzibati xətaya dair foto materiallar əlavə edilməmiş, protokolda qeyd edilən “CHANGAN QIYUAN Q07 PLUG-IN Hibrid” minik markalı **-OJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi, 220 K istiqamətində hərəkətdə olarkən yolayrıcını keçmə qaydalarının pozulması müəyyən edilməmişdir. Bundan əlavə şikayətçi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən təqdim edilmiş videogörüntüdən görünür ki, “CHANGAN QIYUAN Q07 PLUG-IN Hibrid” minik markalı 90- OJ- 030 dövlət qeydiyyat nişanlı minik avtomobil artıq yol ayrıcına girmiş, protokol tərtib edilmiş şəxs öz avtomobili ilə hər hansı avtomobilə maneə olmadığı, digər avtomobilin isə hər hansı tormozlama etdiyi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görəaltmış manat məbləğində cərimə edilir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunmur. Qərardan şikayət verən orqan (şəxs) yol hərəkəti qaydalarını pozmadığını bildirmiş, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında qərar ləğv edilməli və əməldə inzibati xəta tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Belə ki, şəxs inzibati xəta törədilməsi ilə razılaşmamış, belə bir vəziyyətdə hər hansı bir digər sübut olmadan şəxs barədə inzibati protokol çıxarılmışdır. Şəxs protokolla razılaşdıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Lakin göründüyü kimi şəxs inzibati xəta törətməsi ilə razılaşmadığı şəraitdə, göstərilən əməlin şəxs tərəfindən törədilib-törədilməməsini, törədildiyi təqdirdə təqsirin mövcud olubolmadığı müəyyən etmək üçün əlavə sübut toplamadan kifayətlənib, inzibati xəta haqqında protokol tərtib etmişdir. Şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması, təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X4 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Həmçinin səlahiyyətli orqanı qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədibtörətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Şəxs bildirmişdir ki, törədilməsi iddia edilən hadisə ilə bağlı faktı təsdiq edən hər hansı sübut (aidiyyəti foto, video material) mövcud deyildir. Belə ki, barəsində tərtib edilmiş cərimə qərarı barədə məlumatlar “ASAN ödəniş" informasiya sisteminə yüklənilsə də, lakin orada faktla bağlı sübutlar (faktı təsdiq edən aidiyyəti foto və video material) yoxdur. Həmin protokoldakı əməlin şəxs tərəfindən törədilməsini təsdiq edən IXM-nin 76-cı maddəsində sadalanmış digər sübut növləri mövcud olmalıdır. Lakin iş üzrə məhkəməyə belə bir sübut səlahiyyətli orqan tərəfindən təqdim edilməmişdir. Çünki məhkəmə hazırkı işə baxılması ilə əlaqədar şəxsin təqsirini müəyyən edən sübutları qərar qəbul etmiş səlahiyyətli orqandan tələb etmiş, lakin məhkəməyə əlavə hər hansı bir sübut, o cümlədən təqsirli bilindiyi inzibati xətanın şəxs tərəfindən törədilməsini təsdiq edən hər hansı foto görüntü təqdim edilməmişdir. Ona görə də əməlin mövcudluğu ilə razılaşmadığı şəraitdə tərtib edilmiş mübahisəli protokol əsasında, digər hər hansı bir sübut olmadığı şəraitdə şəxsin inzibati xəta törətməsində aradan qaldırılmamış şübhələr mövcud olmaqdadır. Inzibati xətanı törətməməsi ilə bağlı sübutetmə yükünün şikayət vermiş şəxsə keçməsi ilə bağlı şikayətin dəlili ilə əlaqədar məhkəmə qeyd edir ki, bu dəlil əsassızdır. Belə ki, şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Şikayətin digər dəlilləri formal mülahizələr əsasında verilmiş və əsaslandırılmamışdır. Odur ki, şikayətin dəlilləri əsassızdır. Iş üzrə toplanmış sübutları, işdə iştirak edən şəxslərin izahatlarını və apellyasiya şikayətinin dəlillərini birlikdə qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış, qanuni və əsaslı olaraq, Qərardan şikayət verən orqan (şəxs) barəsində Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında qərarı ləğv etmiş və əməldə inzibati xəta tərkibi olmadığına görə iş üzrə icraata xitam vermişdir. Ona görə də məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən şikayət təmin olunmamalı və Qərardan şikayət verən orqan (şəxs) barəsində Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) barəsində Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar