Məhkəmə qərarları › İş №3(3-6)-2871/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2871/2026

07.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2871/2026 07.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Məhkəmə iclas katibi Zeynalov Samir Elxan oğlunun katibliyi, Tələbkar Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından müdafiəçi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Təqdim edilmiş materiallara əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Icra Şöbəsi tərəfindən AR IXM-nin 528.1-ci maddəsi ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Icra Şöbəsindən daxil olmuş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e- *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli icra sənədini qərəzli olaraq icra etməmişdir. Bununla da, o, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(5-103)-5948/2026 nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə ##.##.1986-cı il təvəllüdlü Ağdaş rayonu, Orta Ləki Ərazi dairəsi ünvanında qeydiyyatda olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə qərarından narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(5-103)- 5948/2026 nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir: Müslümovun əməlində IXMnin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur — icra sənədinin «üzrsüz səbəbdən» icra edilməməsi sübuta yetirilməmişdir. Icra sənədi ilə cavabdehlərdən müştərək qaydada 13.500 manat, habelə 131 manat dövlət rüsumu və 300 manat vəkil xərci tutulmalı olduğu halda, icra məmuru Ə.M.Eminov özü məhkəmə iclasında borcun 9.224 manat təşkil etdiyini bildirmişdir. Yəni icraat müddətində borcun 4.000 manatdan çox hissəsi ödənilmiş, icra məmurunun izahatına görə, icra işi ilə bağlı borcluların əmək haqlarına və pensiyalarına yönəlmə olmuşdur, yəni icra sənədi üzrə tutulma faktiki olaraq aparılır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs borcunu ödəməkdən yayınmadığını, hər ay hissə-hissə ödənişlər etdiyini, sonuncu dəfə 200 manat ödədiyini bildirmiş, bu ödənişi tələbkarın nümayəndəsi də təsdiq etmişdir. Beləliklə, iş üzrə söhbət icra sənədinin ümumiyyətlə icra edilməməsindən deyil, borclunun real maddi imkanları çərçivəsində hissə-hissə icra edilməsindən gedir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs rəsmi olaraq işləyir və onun aylıq əmək haqqı cəmi 200 (iki yüz) manat təşkil edir. Buna baxmayaraq, o, borc üzrə hər ay 100 (yüz) manat, yəni aylıq gəlirinin yarısını ödəyir. Bundan əlavə, inzibati xəta haqqında protokol tərtib edildikdən sonra, məhkəmə iclası zamanı borcundan daha 200 manat ödəniş etmişdir. Şəxsin aylıq gəlirinin 50 faizini borcun ödənilməsinə yönəltməsi icradan boyun qaçırmanın deyil, əksinə, məhkəmə aktının icrası üçün ondan asılı olan bütün mümkün tədbirlərin görülməsinin göstəricisidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs evlidir, himayəsində azyaşlı uşaqları vardır və göstərilən əmək haqqı ailənin gəlir mənbəyidir. Onun borcu bir dəfəyə və ya daha böyük məbləğlərlə ödəmək imkanı obyektiv olaraq yoxdur. Ödəniş qabiliyyətinin belə məhdudluğu qanunvericilik və Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən hüquqi mövqeyi baxımından «üzrsüz səbəb» sayıla bilməz. Birinci instansiya məhkəməsi bu halları qərarın təsviri hissəsində sadalasa da, onlara heç bir hüquqi qiymət verməmiş və nə üçün davam edən ödənişlərə baxmayaraq səbəbi üzrsüz saydığını əsaslandırmamışdır. Icra sənədi üzrə öhdəlik müştərəkdir, lakin qalıq borcun məhz Müslümovun davranışı ilə əlaqələndirilməsi əsaslandırılmamışdır. Icra sənədinə əsasən 13.500 manat məbləğ üç şəxsdən — Müslümov Həbib Müslüm oğlu, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və X1 müştərək qaydada tutulmalıdır. Inzibati məsuliyyət isə şəxsi xarakter daşıyır və hər bir borclunun öz davranışına görə yaranır. Iş üzrə borc məhz müştərək qaydada ödənilir — ödənişlər yalnız müdafiə etdiyim şəxs tərəfindən deyil, digər borclular tərəfindən də edilir, o cümlədən onların əmək haqqından və təqaüdündən tutulma aparılır. Bu hal icra məmurunun öz izahatı ilə də təsdiq olunur: o, məhkəmə iclasında «icra işi ilə bağlı borcluların əmək haqlarına və pensiyaya yönəlmə olmuşdur» deyə bildirmişdir. Deməli, icra sənədi üzrə icra prosesi real olaraq davam edir və qalıq borcun mövcudluğu heç bir halda şəxsin təqsirli hərəkəti (hərəkətsizliyi) ilə əlaqələndirilə bilməz. Məhkəmə isə müştərək öhdəliyin xüsusiyyətlərini nəzərə almamış, digər borclular barəsində hansı icra hərəkətlərinin görüldüyünü, onlardan nə qədər tutulduğunu araşdırmamış və məsuliyyəti yalnız bir borclunun üzərinə qoymuşdur. Əvvəlki inzibati tənbehdən sonra borcluya icra üçün yeni müddət təyin edilməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə eyni icra sənədi üzrə artıq IXM-nin 528.1-ci maddəsi ilə cərimə edilmişdir. Lakin iş materiallarında həmin qərardan sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edildiyini və bu barədə ona bildiriş təqdim edildiyini təsdiq edən heç bir sənəd yoxdur. Borcluya bildirişin təqdim edilməsi sübut olunmamış, barəsində axtarış isə əsassız verilmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi Nümayəndə apellyasiya qaydasında verilmiş şikayətə etiraz edərək, məhkəmədən şikayətin təmin edilməməsini, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, Suraxanı rayon icra şöbəsinin nümayəndəsi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə iclasının Suraxanı rayon icra şöbəsinin nümayəndəsi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(5-103)-5948/2026 nömrəli, ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli icra sənədinin surətindən görünür ki, iddia təmin edilmiş, cavabdehlər Müslümov Həbib Müslüm oğlu, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və X1 müştərək qaydada 13500 (on üç min beş yüz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməli, iş üzrə ödənilmiş 131 manat məbləğində dövlət rüsumu və hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş 300 manat məbləğində pul vəsaiti cavabdehlər Müslümov Həbib Müslüm oğlu, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və X1 müştərək qaydada tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir; Icraata başlama haqqında ##.##.2026-cı il tarixli qərardan görünür ki, Suraxanı Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli icra sənədinə əsasən iş üzrə icraata başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs göndərilmişdir. Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə olunmuşdur. Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 528.1-1-ci maddəsi ilə şəxsin əməlində tərkib olmadığına görə iş üzrə icraat xitam verilmişdir. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilərək törətmiş olduğu inzibati xətanın xarakterini, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə qətnaməsini icra etməməsini, iş üzrə sübutlarla müqayisəli şəkildə qiymətləndirərək belə nəticəyə gəlmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Iş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq onu Azərbaycan Respublikası IXM-in 528.1-ci maddəsi ilə tənbeh etmişdir. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Məhkəmələrin bütün qərarları qəbul olunduğu gündən bir aydan gec olmayaraq anonimləşdirilməklə elektron qaydada yayılmalıdır. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Insan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə ## #### 1997-ci il tarixli Qərarında vurğulayır ki, razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı. Həmçinin Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə # ### 2002-ci il tarixli Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə bildirməyi zəruri hesab edir ki, şəxs barəsində Inzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilmişdir, şikayətdə göstərilən dəlillər ləğv üçün əsas deyildir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunculuq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə həmçinin təyin olunmuş inzibati tənbehlə bağlı hesab edir ki, birinci instansiya məhkəməsi törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə iş üzrə sübutları qiymətləndirərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh edilməsi barədə düzgün və ədalətli nəticəyə gəlmişdir. Təyin olunmuş inzibati tənbeh inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğundur. Ona görə də, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsi üçün əsaslar müəyyən edilmədiyindən şikayət təmin edilməməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(5-103)-5948/2026 nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilməməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(5-103)- 5948/2026 nömrəli, ##.##.2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar