Məhkəmə qərarları › İş №3(3-6)-2872/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2872/2026

14.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2872/2026 14.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Məhkəmə iclasının katibi Zeynalov Samir Elxan oğlunun katibliyi, Azərbaycan Republikası Daxili Işlər Nazirliyi Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinin nümayəndəsi Nümayəndə iştrakları ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinərək cərimə edilməsinə dair Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından Azərbaycan Republikası Daxili Işlər Nazirliyi Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsi tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Qərardan şikayət verən orqan (şəxs) həmin şikayət ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Bakı şəhər DYPI-nin inzibati tənbeh vermə haqqında IXP ******* saylı, ##.##.2026cı il tarixli protokol əsasında qəbul edilmiş TP ******* saylı, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati icraata xitam verilməsini xahiş edilmişdir. Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) şikayətini müdafiə etdi və izahatında göstərdi ki, Bakı şəhəri DYPI-nin R X3 tərəfindən ##.##.2026-cı il tarixli TP ******* nömrəli qərarla Azərbaycan Respublikası IXM-nin 327.2- ci maddəsi ilə onun istifadəsində “Taksi 4 London” markalı ** KL *** dövlət nişanlı avtomobillə bağlı inzibati tənbeh verilmə haqqında qərar təkrarən qəbul edilmişdir. Bildirir ki, o, inzibati xəta törətməmişdir və Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərini pozmamışdır. Ona inzibati xəta haqqında məlumat verilməmişdir. Bundan əlavə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(5-103)- ****/**** saylı, ##.##.2026-cı il tarixli qərarına əsasən aparılan araşdırma zamanı onun iştirakı və məlumatı olmamışdır. Odur ki, məhkəmədən Bakı şəhər DYPI-nin inzibati tənbeh vermə haqqında IXP ******* saylı, ##.##.2026-cı il tarixli protokol əsasında qəbul edilmiş TP ******* saylı, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati icraata xitam verilməsini xahiş edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə şikayətin təmin edilməsi, Bakı şəhər DYPI-nin Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair IXP ******* saylı, ##.##.2026-cı il tarixli protokol əsasında qəbul edilmiş TP ******* saylı, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan Bakı şəhəri BPI-nin X1 Idarəsi apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarının ləğv edilməsini və ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarıın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin hakimi qərarda göstərmişdir ki, Bakı şəhər DYP-yə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin etməmiş, məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirməmiş, işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. Məhkəmə, Bakı şəhər DYPI-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Halbuki bununla əlaqədar Idarəyə məhkəməyə çağırılma haqqında bildiriş daxil olmamışdır. Göründüyü kimi hakim inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısı olan vəzifəli şəxs və ya səlahiyyətli nümayəndəsinin gəlməməsi səbəblərini aydınlaşdırmadan hesab etmişdir ki, iclasın keçirilməsi mümkündür. Bununla da ədalətli araşdırma hüququnu pozaraq formal mülahizələrə uyğun qərar qəbul etmişdir. Inzibati xəta haqqında protokol və qərar qanunvericiliyin tələblərinə uyğun qaydada tərtib edilmiş rəsmi sənədlərdir. Hakim tərəfindən bu sənədlərin sübut əhəmiyyətini əsassız olaraq zəiflətmiş və onları kifayət qədər qiymətləndirməmişdir. Məhkəmə qərarında əsasən ona istinad etmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) inzibati xəta törətməsi ilə razılaşmadığından, onun təqsirini təsdiq edən əlavə foto və video materiallar təqdim edilməli idi. Lakin məhkəmənin bu nəticəsi Azərbaycan Respublikası IXM-in sübutlara dair müddəaları ilə uzlaşmır. IXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin və ya səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktiki məlumatlar sübut hesab olunur. Qanunvericilikdə sübutların konkret növləri müəyyən edilmiş və inzibati xəta haqqında protokol da sübut vasitələrindən biri kimi nəzərdə tutulmuşdur. Beləliklə, qanunda inzibati xəta haqqında protokolun yalnız foto və ya video materiallarla birlikdə sübut hesab edilməsi barədə tələb yoxdur. Birinci instansiya məhkəməsi isə protokolda göstərilən məlumatların mötəbərliyini ayrıca araşdırmadan və onun sübut əhəmiyyətini hüquqi əsaslarla aradan qaldırmadan, yalnız foto-video materialların təqdim edilməməsini qərarın ləğvi üçün əsas hesab etmişdir. Məhkəmə qərarında şəxsin inzibati xəta törətməsi ilə razılaşmadığına xüsusi əhəmiyyət vermişdir. Lakin şəxsin protokolda göstərilən inzibati xətanı inkar etməsi həmin şəxsin təqsirinin olmadığı barədə avtomatik nəticəyə gəlməyə əsas vermir. Şəxsin izahatı iş üzrə sübutlardan yalnız biridir və digər sübutlarla birlikdə qiymətləndirilməlidir. Əks yanaşma o demək olardı ki, inzibati məsuliyyətə cəlb edilən şəxs xətanı törətmədiyini bildirdikdə, inzibati xəta haqqında protokol və digər materiallar heç bir hüquqi əhəmiyyət daşımır. Bu isə inzibati xəta haqqında işlər üzrə icraatın mahiyyətinə və sübutların qiymətləndirilməsi qaydalarına uyğun deyil. Məhkəmə qərarında foto və video materialların iş materiallarına əlavə edilməməsi əsas arqumentlərdən biri kimi göstərilmişdir. Lakin inzibati xəta haqqında iş üzrə sübutların yalnız foto və video görüntülərdən ibarət olması barədə qanunda imperativ tələb mövcud deyildir. Əgər inzibati xəta digər qanuni sübutlarla müəyyən edilə bilirsə, yalnız foto və video materialın mövcud olmaması qərarın avtomatik olaraq qanunsuz hesab edilməsinə səbəb ola bilməz. Məhkəmə isə foto-video materialların olmamasını digər sübutların hüquqi qüvvəsini araşdırmadan və onların niyə kifayət etmədiyini əsaslandırmadan qərarın ləğvinə əsas etmişdir. Qərardan şikayət verən orqan (şəxs) istifadəsində olan **-KL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi Azərbaycan Respublikası IXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Inzibati xəta haqqında protokolda həmin hal konkret şəkildə göstərilmiş və şəxs həmin əməllə bağlı inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmə isə həmin əməlin baş vermədiyini təsdiq edən hər hansı konkret sübut müəyyən etməmişdir. Bu səbəbdən inzibati tənbeh haqqında qərarın yalnız foto-video materialların olmaması əsası ilə ləğv edilməsi düzgün deyildir. Göründüyü kimi hakim yuxarıda sadalanan halların heç biri araşdırılaraq həmin hallara hüquqi qiymət verilmədən formal yanaşma edib qanuni və əsaslı qərarı ləğv etməklə kobud səhvə yol vermişdir. Məhkəmə iclasında çıxış edən Azərbaycan Republikası DIN Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinin nümayəndəsi Nümayəndə şikayəti müdafiə edərək, apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunmasını və ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılması xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq şikayətçi Qərardan şikayət verən orqan (şəxs) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə əvvəlcədən məlumat verməmişdir. Odur ki, məhkəmə şikayətçinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etdi. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş şikayət təmin edilməməli və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Iş materiallarında olan Bakı şəhər DYPI-nin inzibati tənbeh vermə haqqında IXP ******* saylı, ##.##.2026-cı il tarixli protokol əsasında qəbul edilmiş TP ******* saylı, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) istifadəsində olan “Taksi 4London Taxis” minik markalı **-KL-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri, Səbail rayonu, 3B Bülbülə prospekti istiqamətində svetaforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi müəyyən edilmişdir. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, Bakı şəhər DYPI-nin inzibati tənbeh vermə haqqında IXP ******* saylı, ##.##.2026-cı il tarixli protokol əsasında qəbul edilmiş TP ******* saylı, ##.##.2026-cı il tarixli qərar qəbul edilsə belə, həmin inzibati xətaya dair foto materiallar əlavə edilməmiş, protokolda qeyd edilən “Taksi 4London Taxis” minik markalı **-KL-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri, Səbail rayonu, 3B Bülbülə prospekti istiqamətində hərəkətdə olarkən svetaforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi müəyyən edilməmişdir. Belə ki, şəxs inzibati xəta törədilməsi ilə razılaşmamış, belə bir vəziyyətdə hər hansı bir digər sübut olmadan şəxs barədə inzibati protokol çıxarılmışdır. Şəxs protokolla razılaşdıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Lakin göründüyü kimi şəxs inzibati xəta törətməsi ilə razılaşmadığı şəraitdə, göstərilən əməlin şəxs tərəfindən törədilib-törədilməməsini, törədildiyi təqdirdə təqsirin mövcud olubolmadığı müəyyən etmək üçün əlavə sübut toplamadan kifayətlənib, inzibati xəta haqqında protokol tərtib etmişdir. Şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması, təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X4 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Həmçinin səlahiyyətli orqanı qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədibtörətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Şəxs bildirmişdir ki, törədilməsi iddia edilən hadisə ilə bağlı faktı təsdiq edən hər hansı sübut (aidiyyəti foto, video material) mövcud deyildir. Belə ki, barəsində tərtib edilmiş cərimə qərarı barədə məlumatlar “ASAN ödəniş" informasiya sisteminə yüklənilsə də, lakin orada faktla bağlı sübutlar (faktı təsdiq edən aidiyyəti foto və video material) yoxdur. Həmin protokoldakı əməlin şəxs tərəfindən törədilməsini təsdiq edən IXM-nin 76-cı maddəsində sadalanmış digər sübut növləri mövcud olmalıdır. Lakin iş üzrə məhkəməyə belə bir sübut səlahiyyətli orqan tərəfindən təqdim edilməmişdir. Çünki məhkəmə hazırkı işə baxılması ilə əlaqədar şəxsin təqsirini müəyyən edən sübutları qərar qəbul etmiş səlahiyyətli orqandan tələb etmiş, lakin məhkəməyə əlavə hər hansı bir sübut, o cümlədən təqsirli bilindiyi inzibati xətanın şəxs tərəfindən törədilməsini təsdiq edən hər hansı foto görüntü təqdim edilməmişdir. Həmçinin şəxs bildirmişdir ki, Bakı şəhəri DYPI-nin R X3 tərəfindən ##.##.2026-cı il tarixli TP ******* nömrəli qərarla Azərbaycan Respublikası IXM-nin 327.2-ci maddəsi ilə onun istifadəsində “Taksi 4 London” markalı ** KL *** dövlət nişanlı avtomobillə bağlı inzibati tənbeh verilmə haqqında qərar təkrarən qəbul edilmişdir. Bildirir ki, o, inzibati xəta törətməmişdir və Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərini pozmamışdır. Ona inzibati xəta haqqında məlumat verilməmişdir. Ona görə də əməlin mövcudluğu ilə razılaşmadığı şəraitdə tərtib edilmiş mübahisəli protokol əsasında, digər hər hansı bir sübut olmadığı şəraitdə şəxsin inzibati xəta törətməsində aradan qaldırılmamış şübhələr mövcud olmaqdadır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görəaltmış manat məbləğində cərimə edilir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunmur. Qərardan şikayət verən orqan (şəxs) yol hərəkəti qaydalarını pozmadığını bildirmiş, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Inzibati xətanı törətməməsi ilə bağlı sübutetmə yükünün şikayət vermiş şəxsə keçməsi ilə bağlı şikayətin dəlili ilə əlaqədar məhkəmə qeyd edir ki, bu dəlil əsassızdır. Belə ki, şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Şikayətin digər dəlilləri formal mülahizələr əsasında verilmiş və əsaslandırılmamışdır. Odur ki, şikayətin dəlilləri əsassızdır. Iş üzrə toplanmış sübutları, işdə iştirak edən şəxslərin izahatlarını və apellyasiya şikayətinin dəlillərini birlikdə qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış, qanuni və əsaslı olaraq, Qərardan şikayət verən orqan (şəxs) barəsində Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında qərarı ləğv etmiş və əməldə inzibati xəta tərkibi olmadığına görə iş üzrə icraata xitam vermişdir. Ona görə də məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən şikayət təmin olunmamalı və Qərardan şikayət verən orqan (şəxs) barəsində Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) barəsində Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar