Məhkəmə qərarları › İş №3(3-6)-2873/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2873/2026

07.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2873/2026 07.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Məhkəmə iclas katibi Zeynalov Samir Elxan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)- ****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Bakı şəhəri Suraxanı rayon Polis Idarəsinin 30-cu PŞ tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməyinə dair ##.##.2026-cı il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, ##.##.2026-cı il tarixdə Zərərçəkmiş şəxs döyülməsi ilə bağlı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə protokol tərtib olunaraq məhkəməyə təqdim olunmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə qərarından narazı qalan zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(5-103)-5506/2026 nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv edilərək şəxs barəsində inzibati həbs seçilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir: Iş üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Buna baxmayaraq, məhkəmə nəticə hissəsində 300 manat, yəni IXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş minimum cəriməni tətbiq etmişdir. Qərarda 300 manat məbləğində cərimənin seçilməsinin konkret səbəbləri, bu məbləğin işin xarakterinə və törədilmiş əməlin konkret hallarına nə üçün uyğun hesab edildiyi ətraflı əsaslandırılmamışdır. Məhkəmə yalnız “inzibati xətanın xarakterini, iş üzrə sübutlar qiymətləndirərək” cərimə tətbiq edilməli olduğu qənaətinə gəldiyini göstərmişdir. Lakin cərimənin məhz minimum həddə müəyyən edilməsinin fərdiləşdirilmiş əsaslandırılması qərardan aydın görünmür. Məhkəmənin özü tərəfindən məsuliyyəti yüngülləşdirən hər hansı hal müəyyən edilmədiyi halda, minimum məbləğdə cərimənin seçilməsinin ayrıca və konkret əsaslandırılması zəruri idi. Iş üzrə müəyyən edilmiş hal ondan ibarətdir ki, ona qarşı fiziki zorakılıq tətbiq edilmişdir. Hadisə Bakı şəhəri, Hövsan qəsəbəsində yerləşən *** saylı məktəbdə baş vermişdir. Hadisənin təhsil müəssisəsində baş verməsi öz-özlüyündə ayrıca ağırlaşdırıcı hal kimi irəli sürülmür, lakin əməlin konkret şəraitinin və xarakter.irry qiymətləndirilməsi zamanı nəzərə alınmalı faktiki haldır. Məhkəmə tərəfindən müəyyən edilmiş döymə faktı, fiziki təsirin nəticəsi olaraq bədəndə xəsarətin müəyyən edilməsi, hadisənin baş verdiyi yer və iş üzrə toplanmış digər sübutlar birlikdə qiymətləndirildikdə, tətbiq edilmiş minimum cərimənin niyə kifayət hesab edildiyi məsələsi xüsusi əsaslandırma tələb edirdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında özünü təqsirli bilməmiş ona qarşı fiziki hərəkət etdiyini iddia etmişdir. Lakin məhkəmə həmin müdafiə mövqeyini qəbul etməmiş və nəticə etibarilə ona qarşı döymə xarakterli zorakı hərəkət törətdiyini müəyyən etmişdir. Belə olan halda, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmədə hadisənin qarşılıqlı münaqişə şəraitində baş verdiyini bildirməsi, lakin məhkəmənin həmin izahat əsasında onun məsuliyyətini yüngülləşdirən hal müəyyən etməməsi də nəzərə alınmalıdır. Başqa sözlə, məhkəmə tərəfindən onun özünü təqsirli hesab etməməsi, hadisəyə dair özünəməxsus izahat verməsi məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edilməmişdir. Buna görə də minimum cərimənin tətbiqinə əsas verən hər hansı xüsusi yüngülləşdirici hal qərarda göstərilməmişdir. Hazırkı işdə məhkəmə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmadığını müəyyən etmişdir. Lakin bununla yanaşı, tətbiq edilmiş minimum cərimənin seçilməsinin konkret və fərdiləşdirilmiş əsaslandırılması verilməmişdir. Tənbeh seçilərkən əməlin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və işin konkret halları məcmu şəkildə qiymətləndirilməli və tətbiq ediləcək tənbeh yalnız formal olaraq sanksiyanın daxilində seçilməməlidir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinə etiraz edərək, məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(5-103)-5506/2026 nömrəli, ##.##.2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmalarına baxmayaraq zərərçəkmiş şəxs və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə iclasının zərərçəkmiş şəxs və səlahiyyətli orqanın nümayəndəsinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(5-103)-5506/2026 nömrəli, ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş; Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası IXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məsələsinə baxılması üçün qərarın surəti ayrılmış material ilə birlikdə Suraxanı RPI-nin 30-cu PŞ-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi X1 tərəfindən verilən ##.##.2026-cı il tarixli, *** saylı rəydən görünür ki, Zərərçəkmiş şəxsbədənində müəyyən edilmiş xəsarət üst dodaq nahiyəsində sorulmaqda olan qançır küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən ##.##.2026-cı il tarixdə və şəraitdə yetirilə bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət öz əli çatan nahiyədə yerləşir, bu səbəbdən həmin xəsarətin şəxsin özü və kənar şəxs tərəfindən yetirilməsi mümkündür, lakin xəsarətin daha dəqiq hansı şəraitdə yetirilməsinin təyini təhqiqat və istintaq yolu ilə müəyyən edilməsi daha məqsədə müvafiqdir. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilərək törətmiş olduğu inzibati xətanın xarakterini, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, iş üzrə sübutlarla müqayisəli şəkildə qiymətləndirərək belə nəticəyə gəlmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Iş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq onu Azərbaycan Respublikası IXM-in 157-ci maddəsi ilə tənbeh etmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə bildirməyi zəruri hesab edir ki, şəxs barəsində Inzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilmişdir, şikayətdə göstərilən dəlillər ləğv üçün və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs cəzasını ağırlaşdırmağa əsas deyildir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunculuq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə həmçinin təyin olunmuş inzibati tənbehlə bağlı hesab edir ki, birinci instansiya məhkəməsi törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə iş üzrə sübutları qiymətləndirərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 157ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh edilməsi barədə düzgün və ədalətli nəticəyə gəlmişdir. Təyin olunmuş inzibati tənbeh inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğundur. Ona görə də, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsi üçün əsaslar müəyyən edilmədiyindən şikayət təmin edilməməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(5-103)-5506/2026 nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilməməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDI: Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar