Məhkəmə qərarları › İş №3(3-6)-2874/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2874/2026

16.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2874/2026 16.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Qarayeva Mehriban Cəfər qızının sədliyi ilə, Məhkəmə iclasının katibi Zeynalov Samir Elxan oğlunun katibliyi ilə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların Istifadəsinə və X1 Xidməti * saylı Bakı Regional Bölməsinin nümayəndəsi nümayəndə1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 264.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsi və barəsində 2500 (iki min beş yüz) manat cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən apellyasiya icraatı qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baхaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların Istifadəsinə və X1 Xidməti * saylı Bakı Regional Bölməsinin vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 264.0.2-ci maddəsi ilə tərtib edilmiş eyni tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar ## #### 2026-cı il tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallardan görünür ki, ##.##.2026-cı il tarixdə Suraxanı rayonu, S.Bəhlulzadə küçəsində yerləşən vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus qeyri-yaşayış obyektində su təsərrüfatı qurğularının (kanalizasiya sistemi) və avadanlığının zədələnməsi, onların istismar qaydalarına riayət edilməməsi faktı müəyyən edilmişdir. Buna görə də vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 264.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 264.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 2500 (iki min beş yüz) manat cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Məhkəmənin qərarından narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində də qeyd etdiyi kimi o, təqsirli bilindiyi inzibati xətai törətməmiş və kanalizasiya xəttinə qanunsuz qoşulma halı da mövcud deyil və monitorinq zamanı iştirakı təmin edilməmişdir. Eyni zamanda adına olan VÖEN bağlı olduğu üçün barəsində vəzifəli şəxs kimi inzibati tənbeh tətbiq oluna bilməz. Çünki həmin vaxtı vöeni bağlı olmuşdur. Bu səbəbdən də məhkəmənin qərarı qanunsuz və əsassızdır. O, təqsirsizdir və barəsində inzibati xəta haqqında iş üzrə icraata xiatm verilməlidir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək məhkəmədən şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların Istifadəsinə və X1 Xidməti * saylı Bakı Regional Bölməsinin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq və fikirləri dinləməklə Bakı Apellyasiya Məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan aktlardan və fotoşəkildən görünür ki, ##.##.2026-cı il tarixdə Suraxanı rayonu, S.Bəhlulzadə küçəsində yerləşən vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus qeyri-yaşayış obyektində su təsərrüfatı qurğularının (kanalizasiya sistemi) və avadanlığının zədələnməsi, onların istismar qaydalarına riayət edilməməsi nəticəsində faktı müəyyən edilmişdir. Iş materiallarında olan Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin çıxarışından görünür ki, ********** nömrəli VÖEN Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsusdur və hazırda aktivdir. Iş materiallarında olan ## #### 2026-cı il tarixli, ****** nömrəli aktdan görünür ki, monitorinq zamanı ##.##.2026-cı il tarixdə Suraxanı rayonu, S.Bəhlulzadə küçəsində yerləşən vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus qeyriyaşayış obyektində su və çirkab suların axıdılması xidmətindən istifadə olunmuşdur. Çirkab suların axıdılması xidmətindən istifadə etməsinə baxmayaraq kanalizasiya şəbəkəsinə müvafiq icazə sənədləri olmadan qanunsuz qoşulması halı qanun pozuntusu olması vətəndaşa izah olunmuşdur. Vətəndaş yazılı izahat verərək qeyd olunan halı təsdiqləmiş, akt tərtib olunmuş və ərazidə çəkilmiş fotoşəkillər və video akta əlavə olunmuşdur. Iş materiallarında olan ## ##### 2026-cı il tarixli, *** nömrəli Sərəncamdan görünür ki, monitorinq və nəzarət tədbirləri böyük məsləhətçi-müfəttiş nümayəndə2 həvalə olunmuşdur. Iş materiallarında olan ## #### 2026-cı il tarixli, **/** nömrəli aktdan görünür ki, vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə akt tərtib olunmuş və sonuncu həmin akta imza etməkdən imtina etmişdir. Iş materiallarında olan ##.##.2026-cı il tarixli monitorinq aktından görünür ki, ##.##.2026-cı il tarixdə Suraxanı rayonu, S.Bəhlulzadə küçəsində yerləşən vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus qeyri-yaşayış obyektində su təsərrüfatı qurğularının (kanalizasiya sistemi) və avadanlığının zədələnməsi, onların istismar qaydalarına riayət edilməməsi faktı müəyyən edilmişdir. Iş materiallarında olan müqavilədən görünür ki, ünvan 1 ünvanında olan qeyriyaşayış sahəsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsusdur. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində iştirak edən X2 izahatında bildirmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus Suraxanı rayonu, S.Bəhlulzadə küçəsində yerləşən obyektdə çəkilən kanalizasiya xətti ilə bağlı heç bir rəhbər şəxsin və ya onların özünün məlumatları olmamış və heç bir sənədləşmə işi aparılmadan kanalizasiya xətti çəkilmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 264.0.2-ci maddəsinə əsasən su təsərrüfatı qurğularının və avadanlığının zədələnməsinə, onların istismar qaydalarına riayət edilməməsinə görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Birinci instansiya məhkəməsi barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsya istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab etmişdir ki, vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikası IXM-in 264.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi mötəbər sübutlarla öz təsdiqini tapır. Apellyasiya qaydasında verilmiş şikayətin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların Istifadəsinə və X1 Xidməti * saylı Bakı Regional Bölməsi qanunvericiliyin tələblərinə riayət edərək, öz üzərinə düşən bütün vəzifələri yerinə yetirib araşdırma aparmış və nəticədə əsaslı olaraq hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikası IXM-in 264.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şikayət ərizəsində göstərilən xüsusatların özünü müdafiə xarakteri daşıması və işin həqiqi halları ilə uyğunluq təşkil etməməsi, şikayətçinin qərarın ləğvi üçün əsas ola biləcək hər hansı dəliləri məhkəməyə təqdim edə bilməməsi, onun barəsində sanksiya həddində inzibati tənbeh tətbiq edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Qeyd edilməlidir ki, əməli törətmiş şəxsin (fizki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Hərəkət və yaxud hərəkətsizlik – davranışın iradəvi aktıdır, buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə göstərilən hərəkətlərin edilməsinin faktiki imkanları müəyyən olunmalıdır. Həmçinin qeyd olunur ki, əməli inzibati hüquqpozmaya aid edildiyindən, onun törədilməsinə görə qanun inzibati qaydada tənbeh növünü nəzərdə tutur. Azərbaycan Respublikası IXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası IXM-nin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası IXM-nin 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xətadır və Məcəllənin 14-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) zərərli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, yaxud bu nəticələrin baş verəcəyini lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu xəta ehtiyatsızlıqdan törədilmiş xəta hesab olunur. Inzibati xətalar qanunvericiliyin müddəaları baxımından aşkardır ki, insan və vətəndaş hüquqları və azadlıqları, iqtisadi maraqları, idarəçilik qaydalarının qorunması, qanunçuluğun möhkəmləndirilməsi və inzibati xətaların qarşısını almaq üçün qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlik prinsipləri təmin edilməli, dövlət orqanları isə öz növbəsində inzibati xətaların törədilməsinin qarşısının alınması, buna kömək edən səbəbləri və şəraitin aşkar edilməsi, aradan qaldırılması, qanunlara ciddi əməl etmək üçün tədbirlərin icra edilməsini təşkil etməlidirlər. Həm qəsdən törədilən inzibati xəta, həm də ehtiyatsızlıqdan törədilənin inzibati xətaya görə qanunvericiliklə müəyyən olunmuş qaydada prosedur qaydalar gözlənilməklə dövlət məcburetmə tədbirləri tətbiq edilir və göstərilən hər iki hal inzibati xəta törədən şəxs barəsində yaranmış arzuolunmaz hüquqi nəticələrə, yəni inzibati xəta törədən şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq etməsinə səbəb olur. Azərbaycan Respublikası IXM-nin 134.1.1-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə də, Bakı Apellyasiya Məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən nəticə etibarı ilə düzgün və əsaslı qərar qəbul edildiyindən, məhkəmənin həmin qərarı dəyişdirilmədən saxlanılmalı və verilmiş apellyasiya qaydasında şikayət təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, Bakı Apellyasiya Məhkəməsi QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar