Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2877/2026 15.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Məhkəmə iclas katibi Zeynalov Samir Elxan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və müdafiəçisi “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili X5, Bakı şəhəri Nərimanov Rayon Dövlət X2 yol-patrul xidməti inspektoru, R X1, Bakı şəhəri Nərimanov Rayon Dövlət X2 etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə cərimə edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 333.1, 327.7 və 329.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsi tərəfindən ## #### 2026-cı il tarixli, IXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nərimanov Rayon Məhkəməsinə daxil olmuşdur. Həmin protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2026-cı il tarix saat 11:06 radələrində “SKODA OCTAVIA” minik markalı **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsini idarə edərkən IXM-nın 327.7, 329.3, 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və onun barəsində 400 (dörd yüz) manat cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi, IXM-nin 327.7 və 329.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surətinin Bakı şəhəri Nərimanov RPInin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir: O, faktiki olaraq saat 12:00 radələrində Nərimanov rayonu ərazisində 654 çağırış nömrəli YPX avtomobilinin inspektoru Sadiq tərəfindən saxlanılmışdır. Yerində alkotesterlə yoxlanış zamanı aparatın guya "0.4 promil" göstərdiyini bildirmişdirlər. O, spirtli içkini qəbul etmədiyini israrla bildirmişdir. Lakin inspektorlar AR IXM-nin 91-ci maddəsinin tələblərini kobud şəkildə pozaraq, ona heç bir hüququnu izah etməmişdirlər. Onlar aparatın çekini uzadaraq "Bu sadəcə cihazın test kağızıdır, inzibati sənəd deyil, bura qol çək ki, cihaz bunu göstərib" deməklə onu aldatmışdırlar. Inspektorlar ona "Razı deyilsənsə, gedək tibbi müayinəyə" deyə təklif etməmişdirlər. Birinci instansiya məhkəməsi onun bu aldanılaraq atdığı imzanı "sərxoşluğun etirafı" kimi qiymətləndirməklə ciddi hüquqi səhvə yol vermişdir. Bu aldatma prosesi və hüquqların izah edilməməsi faktı hadisə yerindəki səs yazısı ilə tam sübuta yetirilir. Imza atdıqdan sonra "sənədlərini otaqdan götür" deyərək onu xidməti otağa dəvət etmişdirlər. Orada inspektor Sənan Tutayev onun onsuz da 17 cərimə balının olduğunu bildirərək, onu şantaj etməyə başlamışdır. Onlar açıq şəkildə bildirmişdilər ki: "Sənin onsuz da 17 balın var, sərxoşluq yazsaq sürücülük hüququndan məhrum olacaqsan. Bizə 500 (beş yüz) manat ver, məsələni bağlayaq." O, 0.4 promilin yalan olduğunu və rüşvət verməyəcəyini qəti şəkildə bildirdikdən sonra, onlar qəsdən bu qanunsuz protokolu tərtib etmişdirlər.Bundan sonra müxtəlif orqanlarına müraciət etmiş və hazırda Nərimanov Rayon Prokurorluğunda bunla bağlı araşdırma aparılır. Əgər o, doğrudan da "sərxoş" idisə, AR IXM-nin 96.1.1-ci maddəsinin imperativ tələbinə uyğun olaraq nəqliyyat vasitəsinin idarə edilməsindən dərhal kənarlaşdırılmalı idi. Lakin inspektorlar ona qarşı heç bir idarəetmədən kənarlaşdırma tədbiri görməmiş və ona maşınını idarə edərək getməyə şərait yaratmışdırlar. Bununla kifayətlənməyən inspektorlar, rüşvət ala bilmədikləri üçün sistemi aldadaraq protokolun vaxtını qəsdən 11:06:00 olaraq geriyə çəkib saxtalaşdırmışlar. Halbuki, təqdim etdiyi təhlükəsizlik kamerası görüntülərində idarə etdiyi **-AZ- *** nömrəli avtomobil saat 11:29:25 və 11:30:04-də tam fərqli bir ərazidə sərbəst şəkildə park vəziyyətindədir. Bu inkaredilməz alibi sübut edir ki, saat 11:06-da hər hansı bir əməliyyat aparılmamışdır. Inspektorların qanunsuzluqlarından dərhal sonra, öz təqsirsizliyini sübut etmək üçün öz təşəbbüsü ilə Respublika Narkoloji Mərkəzinə getmişdir. Saat 13:45-də verilmiş bioloji analizlərin nəticəsinə əsasən onda 0.0 promil, yəni mütləq ayıqlıq halı təsdiq edilmişdir. Bu rəsmi tibbi sənəd birinci instansiya məhkəməsinin istinad etdiyi 0.4 promil yalanını kökündən darmadağın edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi X5 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun çıxış etdilər və məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, mübahisələndirilən qərarın ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nərimanov Rayon Dövlət X2 etibarnamə üzrə nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, məhkəmədən şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Dövlət X2 yol-patrul xidməti inspektoru, R X1 tərtib etmiş olduğu protokolu müdafiə etdiyini bildirdi və məhkəmədən şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb hesab edir ki, apellyasiya qaydasında verilmiş şikayət təmin edilməli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv olunaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə saat 11:06 radələrində “SKODA OCTAVIA” minik markalı **- AZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən polis tərəfindən saxlanılmış, sərxoşluq vəziyyətinin tibbi müayinəsi nəticəsində sərxoş olması müəyyən olunmuşdur. Bununla da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılşamayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 333-cü maddəsinin “Qeyd” hissəsində göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını göstərdiyi halda şəxsin alkoqoldan istifadə olunması nəticəsində sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2014-cü il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin İ hissəsinin 8-ci bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. ## #### 2026-cı il tarixli, IXP seriyalı ******* saylı inzibati xəta haqqında protokolda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2026-cı il tarixdə saat 11:06 radələrində “SKODA OCTAVIA” minik markalı **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsini idarə edərkən IXM-nın 327.7, 329.3, 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi qeyd edilmişdir. Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında mömrəsiz protokolda ##.##.2026-cı il tarixdə saat 11:26-da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 0,4 promil sərxoş vəziyyətində olmasının nömrəsiz xüsusi texniki vasitə ilə müəyyən edildiyi və özünün əl yazısı ilə etiraf etdiyi yazılmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yol hərəkəti qaydalarını pozmadığını bildirmiş, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Göründüyü kimi şəxs inzibati xəta törətməsi ilə razılaşmadığı şəraitdə, göstərilən əməlin şəxs tərəfindən törədilib-törədilməməsini, törədildiyi təqdirdə təqsirin mövcud olub-olmadığı müəyyən etmək üçün əlavə sübut toplamadan kifayətlənib, inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunması, təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X4 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Həmçinin səlahiyyətli orqanı qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədibtörətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Şəxs bildirmişdir ki, törədilməsi iddia edilən hadisə ilə bağlı faktı təsdiq edən hər hansı sübut (aidiyyəti foto, video material) mövcud deyildir. Belə ki, barəsində protokol tərtib edilsə də, lakin orada faktla bağlı sübutlar (faktı təsdiq edən aidiyyəti foto və video material) yoxdur. Həmin protokoldakı əməlin şəxs tərəfindən törədilməsini təsdiq edən IXM-nin 76-cı maddəsində sadalanmış digər sübut növləri mövcud olmalıdır. Lakin iş üzrə məhkəməyə belə bir sübut səlahiyyətli orqan tərəfindən təqdim edilməmişdir. Çünki məhkəmə hazırkı işə baxılması ilə əlaqədar şəxsin təqsirini müəyyən edən sübutları qərar qəbul etmiş səlahiyyətli orqandan tələb etmiş, lakin məhkəməyə əlavə hər hansı bir sübut, o cümlədən təqsirli bilindiyi inzibati xətanın şəxs tərəfindən törədilməsini təsdiq edən hər hansı foto görüntü təqdim edilməmişdir. Ona görə də əməlin mövcudluğu ilə razılaşmadığı şəraitdə tərtib edilmiş mübahisəli protokol əsasında, digər hər hansı bir sübut olmadığı şəraitdə şəxsin inzibati xəta törətməsində aradan qaldırılmamış şübhələr mövcud olmaqdadır. Odur ki, şikayətin dəlilləri əsaslıdır. Apellyasiya baxışı zamanı təqdim edilmiş foto-şəkillərdən görünür ki, **-AZ-*** dövlət qeydiyyat nişanlı, “SKODA OCTAVIA” minik markalı nəqliyyat vasitəsi ##.##.2026-cı il tarixində saat 11:00:16-dan 11:29:25-ə qədər hərəkətsiz formada dayanmış, 11:29:25-dən sonra hərəkətə başlamışdır. Apellyasiya baxışı zamanı təqdim edilmiş */***** nömrəli, ##.##.2026-cı il tarixli, “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, müayinə ##.##.2026-cı il tarixdə, 13:45-də keçirilmiş və müayinə aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ayıq olmuş, alkoqol qəbulu əlamətləri olmamışdır. Apellyasiya baxışı zamanı işin hərtərəfli, tam və obyektiv araşdırılması məqsədi ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə YPX inspektoru X1 aralarında olmuş danışıqlara dair xüsusi texniki vasitələrlə qeydə alınmış səs yazıları, video görüntülər və təhlükəsiz şəhər xidmətinin kameraları görüntülərinin təqdim edilməsi ilə bağlı sorğu verilmişdir. Iş materiallarına əlavə edilmiş Nərimanov Rayon Polis Idarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli arayışdan görünür ki, vətəndaş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə YPX inspektoru X1 aralarında olmuş danışıqlara dair xüsusi texniki vasitələrlə qeydə alınmış səs yazıları, video görüntülər və təhlükəsiz şəhər xidmətinin kameraları həmin tarixdən uzun müddət keçdiyinə görə arxivdə qalmamış, bu səbəbdən qeyd olunanları əldə etmək mümkün olmamışdır. Inzibati xətalar haqqında işlər üzrə icraatın başlanmasını və inzibati araşdırmanın keçirilməsini təsdiqləyən əsas element inzibati protokolun mövcudluğudur. IXM-in 410-cu maddəsinə əsasən protokolda bu sənədin tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasınınadı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan IXM-in müvafiq maddəsi və s. məlumatlar göstərilir. Inzibati xətalar haqqında işlər üzrə icraat prosesində inzibati protokol (prokurorun qərarı) vacib prosessual sənəddir. Belə ki, xəta törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsinə dair ittiham məhz inzibati protokol (prokurorun qərarı) əsasında yaranır. Bu prosessual sənəd olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraatın növbəti, yəni inzibati xətaya dair işə baxılması mərhələsinə keçmək mümkün deyil. (“Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun # #### 2015-ci il tarixli qərarı). Inzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: protokolun tərtib edildiyi tarix və yer, protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və s. Inzibati məsuliyyətin əsasını təşkil edən hadisənin başvermə yeri və tarixi ilə bağlı iş materiallarında aradan qaldırılmamış ziddiyyət mövcuddur. Həmin ziddiyyətin hansı sübut əsasında aradan qaldırıldığı və nə ilə təsdiq olunduğu müəyyən edilmir. Halbuki inzibati xəta haqqında iş üzrə sübut edilməli olan halların dairəsinə inzibati xətanın hadisəsi və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar daxildir. Bu hallar yalnız ehtimala və ya təsdiqlənməmiş məlumata əsaslanmaqla müəyyən edilə bilməz. Iş materiallarında olan IXP ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokolda xətanın baş verdiyi yer və törədilmə vaxtı əks olunmamışdır. Eyni zamanda inzibati xətanın törədilmə vaxtı kimi 11:06 qeyd edilmişdir. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən təqdim edilmiş foto-şəkillərdə isə nəqliyyat vasitəsinin ##.##.2026-cı il tarixində saat 11:00:16-dan 11:29:25-ə qədər hərəkətsiz formada dayandığı müəyyən edilmişdir. Bundan əlavə şəxs sərxoş vəziyyətdə idisə, o, AR IXM-nin 96.1.4-cü maddəsinin imperativ tələbinə uyğun olaraq nəqliyyat vasitəsinin idarə edilməsindən dərhal kənarlaşdırılmalı idi. Lakin şəxsə qarşı heç bir idarəetmədən kənarlaşdırma tədbiri görülməmiş, avtomobil müvəqqəti dayanacağa yerləşdirilməmişdir. Göründüyü kimi məhkəmə baxışı zamanı inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş izahatlarla, eyni zamanda məhkəməyə təqdim edilmiş foto-şəkillərdən də müəyyən olunur ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Inzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 114.2.1-ci maddəsinə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş materialları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən edilmədiyindən, apellyasiya şikayəti təmin edilməli, iş üzrə icraata inzibati xətada təqsirliliyi sübuta yetirilməməsi əsası ilə xitam verilməlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin; 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 333.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada cərimə edilməsinə dair ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata təqsirliliyi sübuta yetirilməməsi əsası ilə xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 134.1.3-cü maddəsini rəhbər tutaraq, Qərara aldı: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti təmin edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 333.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada cərimə edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-in 333.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası IXM-in 53.2-ci maddəsinə əsasən, yəni təqsirliliyi sübuta yetirilməməsi əsası ilə xitam verilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2877/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2877/2026
15.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver