Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2879/2026 16.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Məhkəmə iclas katibi Zeynalov Samir Elxan oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq Idarəsinin nümayəndəsi X1 iştirakı ilə, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Abdulhüseyn oğlu barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər idarəsindən “xxxx” MMC-nin Azərbaycan Respublikası IXM-in 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair ## #### 2026-ci il tarixli, MN seriyalı ******* nömrəli və vəzifəli şəxsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair ## #### 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokollar baxılması üçün məhkəməyə daxil olmuşdur. Protokollarda qeyd edilmişdir ki, vətəndaş X2 müraciəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli ünvanında qeydiyyatda olan “xxxx” MMC-yə və MMC-in direktoruna ə ##.##.2026-cı il tarixli *-**-*/*-*****/**** nömrəli məktubunda qeyd olunan sənədlərin 7 iş günü ərzində DƏMX-nin Bakı Şəhər Idarəsinə təqdim edilməsi tələb olunmuş, məktub ##.##.2026-cı il tarixdə çatdırılmasına baxmayaraq Idarəyə natamam formada təqdim edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarı ilə “xxxx” MMC barəsində və “xxxx” MMC-in direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Abdulhüseyn oğlu barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata IXM-in 53.2-ci maddəsinə əsasən xitam verilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq Idarəsi apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsini, vəzifəli şəxs və hüquqi şəxsin məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir: X2 şikayəti əsasında Xidmətin Bakı şəhər Idarəsi aparılan araşdırma zamanı "xxxx" MMC-yə ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktub göndərilərək vətəndaşın müraciətinə dair məlumatların və məktubda göstərilən sənədlərin 7 (yeddi) iş günü müddətində Xidmətin Bakı şəhər Idarəsinə verilməsi tələb olunmuşdur. "xxxx" MMC tərəfindən sənədlər təqdim edilməmişdir. Göründüyü kimi qanunvericilikdə müvafiq maddə ilə inzibati məsuliyyət təkcə sənədlərin təqdim edilməməsinə görə yox, həm də sənədlərin tam, düzgün və vaxtında təqdim edilməməsinə görə yaranır. Xidmətin Bakı şəhər Idarəsi tərəfindən müəyyən edilmiş müddət ərzində sənədlər tam təqdim edilmədiyindən inzibati xəta törədilmiş hesab edilir. Həmçinin, inzibati xəta haqqında protokol tərtib olunan dövrdə müvafiq sənədlər hələ də təqdim olunmadığı üçün inzibati xəta tərkibi yarandığından bundan sonrakı mərhələdə hüquq pozuntusunun aradan qaldırılmasının məsuliyyəti aradan qaldırması yalnız qanunla müəyyən edildiyi halda mümkün ola bilərdi. Məhkəmənin inzibati xətanın törədilməsində təqsirliliyin sübuta yetirilməməsi ilə bağlı qənaəti qanunaziddir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsi tərəfindən mötəbər sübutların qiymətləndirilməsi düzgün aparılmadığından işin faktiki hallarına uyğun olmayan əsassız nəticəyə gəlinmişdir. Xidmətin Bakı şəhər Idarəsi tərəfindən inzibati xəta haqqında protokollar tərtib edilərkən "xxxx" MMC-nin və "xxxx" MMC-nin vəzifəli şəxsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməllərində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olduğu aşkar edilmiş və sübuta yetirilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq Idarəsinin nümayəndəsi X1 verilmiş apellyasiya şikayətini müdafiə edərək, onu dəlillərinə uyğun qaydada çıxış edərək, məhkəmədən şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat bildirməmişdir. Odur ki, məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etdi. Şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilərək, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Abdulhüseyn oğlu barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi əsası ilə inzibati icraata xitam verilməlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Işə əlavə edilmiş Azərbaycan Respublikası X3 Xidmətinin Bakı şəhər Idarəsinə təqdim edilməsi məqsədilə ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli sorğu məktubundan görünür ki, X2 müraciəti ilə əlaqədar vətəndaşın müraciətində göstərilən hallara münasibət bildirilməsi, habelə ona aid sənədlərin 7 (yeddi) iş günü müddətində təqdim edilməsi xahiş olunmuşdur. Həmin məktub ##.##.2026-cı il tarixdə poçt vasitəsilə cavabdehə çatdırılmış, eyni zamanda X5 sistemi vasitəsilə də göndərilmişdir. Bununla belə, cavabdeh tərəfindən sorğuda tələb olunan sənədlər, o cümlədən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı sənədlər, iş vaxtı uçotu cədvəlləri, əmək haqqının hesablanması və ödənilməsini təsdiq edən sənədlər, son haqqhesabın hesablanması və ödənilməsinə dair sənədlər, habelə vətəndaşın müraciətində göstərilən hallara münasibəti əks etdirən cavab məktubu təqdim edilməmişdir. “ASAY EKSPRESS”-dən əldə edilən qəbzdən görünür ki, Azərbaycan Respublikası X3 Xidməti tərəfindən “xxxx” MMC-yə təqdim edilmiş məktub ##.##.2026-cı il tarixdə çatdırılmışdır. “xxxx” MMC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə təqdim olunan 0406/26 və ****/** nömrəli məktublardan görünür ki, ##.##.2026-cı il və ##.##.2026-cı il tarixində X2 barəsində tələb olunan sənədlər göndərilmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Odur ki, məhkəmə apellyasiya şikayətinin dəlillərini əsaslı sayaraq hesab edir ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Abdulhüseyn oğlunun Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri iş materiallarında olan sübutlarla ilə tam sübuta yetirilir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi yanlış olaraq təqsirliliyinin sübuta yetirilmədiyi qənaətinə gəlmişdir. Halbuki məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta hadisəsi və inzibati xəta tərkibinin əlamətləri faktiki olaraq mövcud olsa da, hüquqi və vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb etmək mümkün deyil. Çünki iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Inzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən Inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. . Belə ki, iş materiallarında olan inzibati xəta haqqında protokollar ## #### 2026-cı il tarixində tərtib edilmişdir. Istinad edilən əməl isə ##.##.2026-cı il tarixli sorğuda qeyd olunan sənədlərin natamam formada təqdim edilməsi olmuşdur. Inzibati xəta haqqında protokolda da qeyd edilmişdir ki, məktub ##.##.2026-cı il tarixində çatdırılmışdır. Belə olan halda qanunvericiliklə nəzərdə tutulmuş dörd aylıq müddət ötmüş hesab olunur. Bununla belə, məhkəmə hesab edir ki, cəmiyyətin və onun vəzifəli şəxsinin IXMnin 539.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürülmüşdür. Hüququn fundamental prinsiplərindən biri olan hüquqi müəyyənlik prinsipi tələb edir ki, şəxslər qeyri-müəyyən müddət ərzində məsuliyyətə cəlb edilmə təhlükəsi altında qalmasınlar. Bu prinsip, Avropa Insan Hüquqları Məhkəməsinin presedent hüququnda da dəfələrlə vurğulandığı kimi, qanunun aliliyinin tərkib hissəsidir və şəxslərə öz hərəkətlərinin hüquqi nəticələrini proqnozlaşdırmaq imkanı verir. Inzibati məsuliyyətə cəlbetmə müddətləri məhz bu prinsipə xidmət edir. IXM-nin 38.1-ci maddəsinə əsasən, bu Məcəllədə sadalanan bir sıra xətalar üzrə bir il, digər xətalar üzrə isə dörd ay müddət müəyyən edilmişdir. Hazırkı xətaya da 4 aylıq müddət şamil edilməlidir. IXM-nin 539.3-cü maddəsinin dispozisiyasına əsasən məsuliyyət bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə yaranır. Normanın mətnindən göründüyü kimi, qanunverici məlumatın tam, düzgün və ya vaxtında təqdim edilməməsi cəzalandırır. Konstitusiya Məhkəməsi qərarlarında qeyd etmişdir ki, Konstitusiyanın 71-ci maddəsinin VIII hissəsindəki müddəa qanunçuluq prinsipini ifadə edərək, cinayət və cəzanın qanuna əsaslanmasını tələb etməklə yanaşı (nullum crimen sine lege və nulla poena sine lege prinsipləri), qanunun genişləndirici təfsirinin qadağan edilməsini (lex stricta) və qanunvericiliyin aydın və müəyyən olmasını (lex certa) tələb edir (Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair" ## ###### 2020-ci il tarixli Qərarı). Inzibati məsuliyyət normalarının məhdudlaşdırıcı təfsiri tələbi və IXM-nin 8.3-cü maddəsi nəzərə alınmaqla, hərəkətsizliyin başa çatdığı an qərarın surətinin rəsmi çatdırılmasından sonrakı yeddi günlük müddətin bitməsinə bağlanmalıdır. Məktub ##.##.2026-cı il tarixində çatdırıldığından göstərilən müddət 2026-cı il ###ın ##-də başa çatmış, heç bir tədbir görülmədiyindən inzibati xəta ##.##.2026-cı il tarixində törədilmiş hesab olunmalıdır. Yəni, bu müddət ərzində hüquqi şəxs məlumatları Əmək Müfəttişliyinə təqdim etməli idi. Bundan sonrakı dövrdə davam edən vəziyyət isə xətanın deyil, onun nəticəsinin uzanmasıdır. Buna görə də IXM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş dörd aylıq müddət ##.##.2026-cı il tarixindən hesablanmalı və ##.##.2026-cı il tarixində başa çatmış hesab edilməlidir. Beləliklə, dörd aylıq müddət hazırkı qərarın qəbulunadək başa çatmışdır. Konstitusiya Məhkəməsi öz qərarlarında göstərmişdir ki, normanın mümkün olan bütün təfsiri variantları sırasından məhkəmələr yalnız konstitusiyaya uyğun olana üstünlük verməlidirlər, əgər normanın təfsiri konstitusion norma və prinsiplərin pozulmasına gətirib çıxarırsa, onun konkret işə tətbiq olunması yolverilməzdir (Konstitusiya Məhkəməsi # #### 2022-ci il tarixli Qərarı). Bu göstərişi rəhbər tutan məhkəmə hüquqi müəyyənlik prinsipinə cavab verən təfsirə üstünlük verir. Fərqli nəticəyə gətirə bilən yeganə yanaşma, yəni xətanın aşkara çıxarılma anının protokolun tərtibi tarixi ilə eyniləşdirilməsi, yuxarıda göstərilən səbəblərdən konstitusion prinsiplərlə uzlaşmadığından rədd edilir. Beləliklə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Abdulhüseyn oğlu inzibati xətanı törətməkdə təqsirli hesab edilsə də, iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Abdulhüseyn oğlu Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, apellyasiya şikayəti qalan hissədə təmin edilməməli, inzibati xəta haqqında iş üzrə icraata müddət keçdiyinə görə xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.3 və 135.1.4-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilsin. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Abdulhüseyn oğlu Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Abdulhüseyn oğlunun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2879/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2879/2026
16.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver