Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2880/2026 16.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Məhkəmə iclas katibi Zeynalov Samir Elxan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil, Inzibati xəta haqqında protokolu tərtib etmiş Protokolu tərtib edən orqan etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin vəzifəli şəxsi Ağayev Rəvan Islam oğlu barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından Protokolu tərtib edən orqan Hüquq Idarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Protokolu tərtib edən orqan xxxx” MMC (VÖEN **********) və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin vəzifəli şəxsi Ağayev Rəvan Islam oğlu (FIN:4XJJ9V2) barəsində Azərbaycan Respublikası IXM-in 529.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmələrinə dair ## ### 2026-cı il tarixli, MN 2467695 və ## ### 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə daxil olmuşdur. ## ### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati cərimə olunan şəxsin əmək haqqı aldığı iş yerinə Ağayev Rəvan Islam oğlunun əmək haqqından tutulması üçün ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli icrası məcburi göstəriş göndərilmiş, lakin işəgötürən tərəfindən icrası məcburi göstəriş icra edilməmişdir. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin vəzifəli şəxsi Ağayev Rəvan Islam oğlu (FIN:4XJJ9V2) Azərbaycan Respublikası IXM-in 529.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. ## ### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati cərimə olunan şəxsin əmək haqqı aldığı iş yerinə Ağayev Rəvan Islam oğlunun əmək haqqından tutulması üçün ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli icrası məcburi göstəriş göndərilmiş, lakin hüquqi şəxs tərəfindən icrası məcburi göstəriş icra edilməmişdir. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası IXM-in 529.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC (VÖEN **********) və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin vəzifəli şəxsi Ağayev Rəvan Islam oğlu barəsində Azərbaycan Respublikası IXM-nin 529.1-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata IXM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilməsi qərara alınmışdır. Məhkəmə qərarından narazı qalan Protokolu tərtib edən orqan Hüquq Idarəsi apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərarın ləğv olunmasını və hüquqi şəxsin və vəzifəli şəxsin məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir: Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsi ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin vəzifəli şəxsi Ağayev Rəvan Islam oğlu barəsində ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 1000 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş və həmin qərar qüvvəyə minmişdir. Ağayev Rəvan Islam oğlunun “xxxx" MMC -də rəsmi işləməsi və əməkhaqqı alması ilə əlaqədar X4 Xidməti IXM-nın 150-ci maddəsinin tələblərinə əsasən ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar üzrə 1000 manat məbləğində cərimənin ödənilməsinin təmin edilməsi məqsədi ilə “xxxx" MMC -nin rəhbərliyinə ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli xəbərdarlıq məktub ünvanlamışdır. Sadalanan tədbirlərə baxmayaraq “xxxx" MMC və onun direktoru Ağayev Rəvan Islam oğlu tərəfindən Xidmətin qanuni göstərişinə əsasən 3000 manat cərimənin ödənilməsi ilə əlaqədar hər hansı vəsaitin köçürülməsi təmin edilməmişdir. Göründüyü kimi X4 Xidməti tərəfindən ##.##.2026-cı il tarixli, MN ******* nömrəli və ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun tərtib edilməsinə səbəb inzibati məsuliyyətə cəlb edilmiş şəxsin cəriməsinin tutulması üçün işəgötürənin IXM-nın 150.1 -ci maddəsinin tələblərini saymayaraq heç bir tədbir görməməsi olmuşdur. Həmçinin, işəgötürənlərin bu kimi hərəkətləri şəxsin törətdiyi əmələ görə məsuliyyət daşıması və qanunlara əməl etmək ruhunda tərbiyələndirilməsi yolunda maneələr törədir, habelə heç bir lüzum olmadan Icra orqanlarının işinin əsassız artmasına gətirib çıxarır. Belə ki, hərəkətsizliklə ifadə olunan xətanın törədilmə anı hüquqi öhdəliyin yaranmasından və onun icrası üçün verilmiş ağlabatan müddətin nəticəsiz başa çatmasından sonrakı anla deyil, qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamı ilə başlayır və icra edilən anadək davam edir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2028-ci il tarixli plenum qərarına əsasən “Uzanan hüquqpozuntuları” isə (cinayət, xəta) başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. “Uzanan hüquqpozuntusu”-nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. Inzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. “Uzanan hüquqpozuntulan”nm bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda - qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında - subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Nəticə etibarı ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin qərarında istinad etdiyi inzibati tənbeh vermə müddəti keçdiyindən iş üzrə icraata xitam verilməsi məsələsi mövcud deyildir. Həmçinin məhkəmə qərarının əsaslandırma hissəsində qeyd edir ki, “xxxx” MMC tərəfindən inzibati xətanın törədildiyi gündən yəni ##.##.2026-cı il tarixdən 4 aylıq müddət keçdiyindən onun barəsində inzibati tənbeh verilə bilməz. Halbuki, ## #### 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas olmuş hal ayrıca tərkib, 529.1-1-ci maddə ilə tərtib edilmiş inzibati xəta haqqında protokol ayrıca tərkibə əsaslanır. 529.1-1-ci maddə ilə protokolun tərtib edilməsinə əsas Məcəllənin 150.5.1 -ci maddəsində nəzərdə tutulmuş subyektlər(onun əməkhaqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana) tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsidir. Məhkəmə iclasında iştirak edən Protokolu tərtib edən orqan nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və hüquqi şəxsin məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdıraraq, proses iştirakçılarının çıxışını dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC -nin vəzifəli şəxsi Ağayev Rəvan Islam oğlu barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 529.1- 1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair mübahisələndirilən *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, ## ### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 150.5.1ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati cərimə olunan şəxsin əmək haqqı aldığı iş yerinə Ağayev Rəvan Islam oğlunun əmək haqqından tutulması üçün ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli icrası məcburi göstəriş göndərilmiş, lakin işəgötürən tərəfindən icrası məcburi göstəriş icra edilməmişdir. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin vəzifəli şəxsi Ağayev Rəvan Islam oğlu (FIN:4XJJ9V2) Azərbaycan Respublikası IXM-in 529.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. ## ### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati cərimə olunan şəxsin əmək haqqı aldığı iş yerinə Ağayev Rəvan Islam oğlunun əmək haqqından tutulması üçün ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli icrası məcburi göstəriş göndərilmiş, lakin hüquqi şəxs tərəfindən icrası məcburi göstəriş icra edilməmişdir. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası IXM-in 529.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. ##.##.2025-ci il tarixli, MN ******* saylı “inzibati tənbeh vermə” haqqında elektron qərardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ilə X2, X3 arasında minimum əmək haqqından aşağı məbləğdə əmək haqqının mövcud olması səsəbi ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Ağayev Rəvan Islam oğlu IXM-nin 192.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir və barəsində 1000 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Iş materiallarında olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** saylı məktubdan görünür ki, Protokolu tərtib edən orqan tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemi üzərindən aparılan təhlillər zamanı əldə edilmiş məlumatlar əsasında məlum olmuşdur ki, tərəfinizdən işçi(lər)lə bağlanılmış əmək müqavilələrində qanunvericiliklə müəyyən edilmiş minimum əməkhaqqı normasından aşağı əməkhaqqı məbləği göstərilmiş, nəticədə "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Ağayev Rəvan Islam oğlu Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin (bundan sonra - AR IXM) 192.3- cü maddəsi ilə təqsirli bilinərək barəsində Protokolu tərtib edən orqan (bundan sonra - Xidmət) tərəfindər ##.##.2025-ci il tarixli MN******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qəbu edilmişdir. Qeyd olunanlara əsasən "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Ağayev Rəvan Islam oğlunun əmək haqqından hər ay 25% tutulmaqla 1000 manat məbləğində inzibati cərimənin ödənilməsinin təmin edilməsi və tutulmanın həyata keçirilməyə başlanması barədə təsdiqedici sənədlər əlavə edilməklə 3 (üç) iş gün ərzində Xidmətə yazılı formada məlumat verilməsi xahiş edilmişdir. Həmin məktubun elektron izləmə kodundan (SS980173165AZ) görünür ki, sözügedən məktub ##.##.2026-cı il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC”-yə çatdırılmışdır. Əmək müqaviləsinin surətindən görünür ki, əmək haqqı hər ayın 30-u tarixində verilməsi qeyd edilmişdir. Iş materiallarında olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış ##.##.2026-cı il tarixli məktubdan görünür ki, ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktub göndərilmiş, lakin hazırki vaxta qədər tutulmanın həyata keçirilməməsi qeyd edilmişdir. Məhkəmə iclasında araşdırma zamanı müəyyən edilmişdir ki, Əmək Müfəttişliyinin ##.##.2025-ci il tarixli elektron qərarı ilə hüquqi şəxsin direktoru barəsində IXM-nin 192.3cü maddəsi üzrə 1000 manat məbləğində inzibati cərimə tətbiq edilmiş, həmin qərar qanuni qüvvəyə minmiş, lakin könüllü qaydada icra edilməmişdir. Bundan sonra Xidmət IXM-nin 150.5.1-ci maddəsinə istinadən ##.##.2026-cı il tarixli məktubla cərimənin vəzifəli şəxsin əməkhaqqından hər ay 25 faiz tutulmaqla ödənilməsinin təmin edilməsini və bu barədə üç iş günü ərzində məlumat verilməsini hüquqi şəxsdən tələb etmiş, poçt izləmə məlumatına əsasən həmin məktub ##.##.2026-cı il tarixində rəsmi qaydada çatdırılmışdır. Əmək müqaviləsinin surətindən görünür ki, əmək haqqı ayda bir dəfə, hər ayın 30-u tarixində ödənilir. Lakin, tutulma həyata keçirilməmiş, qərarın surəti IXM-nin 150.6-cı maddəsində nəzərdə tutulmuş qaydada səbəblər göstərilməklə geri qaytarılmamış, Əmək Müfəttişliyinə hər hansı məlumat verilməmişdir. Əmək Müfəttişliyi ##.##.2026-cı il tarixli məktubu ilə tutulmanın həyata keçirilmədiyini qeyd etmiş, ##.##.2026-cı il tarixində isə hər iki subyekt barəsində inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin və onun direktoru Ağayev Rəvan Islam oğlu barəsində IXM-nin 529.1-1-ci maddəsi ilə tərtib edilmiş ## ### 2026-cı il tarixli, MN ******* nömrəli və ## ### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar üzrə inzibati məsuliyyətə cəlb etmə müddətləri keçdiyindən icraata xitam verilməlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, bu Məcəllədə sadalanan bir sıra xətalar üzrə bir il, digər xətalar üzrə isə dörd ay müddət müəyyən edilmişdir. Hazırkı xətaya da 4 aylıq müddət şamil edilməlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsinin dispozisiyasına əsasən məsuliyyət bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə yaranır. Normanın mətnindən göründüyü kimi, qanunverici cərimə məbləğinin tutulub-tutulmamasını deyil, qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsini cəzalandırır. Məhkəmənin qənaətinə görə, qərarın surətini almış işəgötürənin iki yolu var idi: tutulmanı təşkil edərək bu barədə məlumat vermək və ya qərarın surətini müəyyən edilmiş qaydada geri qaytarmaq. Belə ki, IXM-nin 150.6-cı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilən fiziki şəxs işdən çıxdıqda və ya inzibati cəriməni onun əməkhaqqından, yaxud digər gəlirlərindən tutmaq imkanı olmadıqda, işəgötürən üç günədək müddətdə inzibati məsuliyyətə cəlb edilən şəxsin yeni iş yerini göstərməklə (əgər bu mümkündürsə), ödəmənin mümkünsüzlüyünün səbəblərini, eləcə də ödəmə olmuşdursa, bu barədə müvafiq qeyd aparılmaqla, inzibati cərimə barədə qərarın surətini onu qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarır. Göründüyü kimi, bu mexanizmdə qanunvericinin işəgötürən üçün nəzərdə tutduğu yeganə müddət üç günədək olan müddətdir və Müfəttişliyin qərarında da həmin müddətə istinad edilmişdir. Inzibati məsuliyyət normalarının məhdudlaşdırıcı təfsiri tələbi və IXM-nin 8.3-cü maddəsi nəzərə alınmaqla, hərəkətsizliyin başa çatdığı an qərarın surətinin rəsmi çatdırılmasından sonrakı üç günlük müddətin bitməsinə bağlanmalıdır. Məktub ##.##.2026- cı il tarixində çatdırıldığından göstərilən müddət 2026-cı il ######ın #-da başa çatmış, heç bir tədbir görülmədiyindən inzibati xəta ##.##.2026-cı il tarixində törədilmiş hesab olunmalıdır. Yəni, bu müddət ərzində hüquqi şəxs tutulmanı qeydə almalı və Əmək Müfəttişliyinə məlumat verməli idi. Bundan sonrakı dövrdə davam edən vəziyyət isə xətanın deyil, onun nəticəsinin uzanmasıdır. Buna görə də IXM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş dörd aylıq müddət ##.##.2026-cı il tarixindən hesablanmalı və ##.##.2026-cı il tarixində başa çatmış hesab edilməlidir. Hesab edilsə belə ki, tutulma məktubun çatdırıldığı tarixdən sonrakı ilk əməkhaqqı ödənişinin həyata keçirilməli olduğu tarixdən hesablanmalıdır, bu halda belə nəticə dəyişmir. Əmək müqaviləsinə əsasən əmək haqqı hər ayın 30-u tarixində ödənilir, qərarın surətinin çatdırılmasından sonrakı ilk ödəniş 2026-cı ilin fevral ayına təsadüf edir və həmin ödənişdə də tutulma aparılmamışdır. Bu halda hərəkətsizlik ən geci 2026-cı il martın əvvəlində başa çatmış, dörd aylıq müddət isə 2026-cı il iyulun əvvəlində, yəni işin məhkəmədə baxılması üçün IXM-nin 111-ci maddəsi ilə müəyyən edilmiş dövr ərzində və hər bir halda hazırkı qərarın qəbulundan əvvəl bitmişdir. Həmçinin, hətta baxılan əməlin uzanan inzibati xəta kimi qiymətləndirilməsi ehtimalında da nəticə dəyişməz qalır. IXM-nin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı vaxtdan hesablanır. Xətanın aşkara çıxarıldığı vaxt dedikdə, səlahiyyətli orqanın hüquqpozma faktının mövcudluğundan xəbərdar olduğu və bu pozuntunu törədən şəxsi müəyyən etmək üçün kifayət qədər məlumata malik olduğu anı başa düşür. Hazırkı işdə icra tələbini və üç iş günü müddətində məlumat verilməsi şərtini Xidmət özü müəyyən etmiş, ilkin xətanı Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemi üzərindən apardığı təhlillər nəticəsində aşkar etdiyini öz məktubunda göstərmiş, yəni icranın vəziyyətinə nəzarət imkanına malik olmuşdur. Belə olan halda qərarın icra edilməməsi faktı Xidmət üçün onun özünün müəyyən etdiyi müddətin və ya çatdırılmadan sonrakı ilk əməkhaqqı dövrünün nəticəsiz bitdiyi andan, yəni ən geci 2026-cı il fevralın sonu, martın əvvəlindən aşkar olmuşdur. Xidmətin ##.##.2026-cı il tarixli təkrar məktubu xətanın aşkara çıxarılma anı və ya xətanın başa çatdığı an deyil, artıq mövcud olan məlumatlılığın təsdiqidir. Aşkara çıxarılma anının protokolun tərtib edildiyi tarixlə eyniləşdirilməsi isə səlahiyyətli orqana protokolun tərtibini gecikdirmək yolu ilə cəlb etmə müddətini öz mülahizəsi ilə uzatmaq imkanı verərdi. Beləliklə, hər bir halda dörd aylıq müddət hazırkı qərarın qəbulunadək başa çatmışdır. Iş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq fiziki və hüquqi şəxs barəsində Azərbaycan Respublikası IXM-in 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair işin icraatına müddət keçdiyindən xitam vermişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, şikayətdə qeyd edilən hallar əsassızdır və qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə görə, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.2-ci maddələrinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 109.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə gəldiyi nəticələr işin faktiki hallarına uyğundur, həmin qərarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qanuni və düzgün nəticəyə gəlmişdir, şikayətdə göstərilənlər qərarın ləğv edilməsinə əsas olmadığından şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDI: Protokolu tərtib edən orqan Hüquq Idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin vəzifəli şəxsi Ağayev Rəvan Islam oğlu barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2880/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2880/2026
16.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver