Məhkəmə qərarları › İş №3(3-6)-2881/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2881/2026

07.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2881/2026 07.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Məhkəmə iclas katibi Zeynalov Samir Elxan oğlunun katibliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti Idarəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, «xxxx» Firmasının Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati icraat haqqında iş aparılan «xxxx» Firması tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 3- cü Ərazi Dövlət Yanğın Nəzarəti Idarəsi «xxxx» Firması barəsində IXM-nin 518.1-ci maddəsi ilə MN ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Inzibati xəta haqqında protokoldan görünür ki, «xxxx» Firması tərəfindən ##.##.2026-cı il tarixdə ünvan 1 ünvanında yerləşən «xxxx» Firmasına məxsus yüksək mərtəbəli binada keçirilən yoxlama zamanı məlum olmuşdur ki, YTQ №*-2001, B-1.94, 8.4:10.4 bəndlərinin tələbləri pozulmuşdur. Nəticədə «xxxx» Firması tərəfindən IXM-nin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(5-97)-2820/2026 nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə «xxxx» Firması (VÖEN: **********) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 518.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və barəsində 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə qərarından narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «xxxx» Firması apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(5-97)-2820/2026 nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir: Inzibati xəta haqqında protokol X5 pozulması ilə bağlıdır. Təqdim edilmiş inzibati protokol onunla əsaslandırılır ki, inzibati pozuntu ünvan 1 ünvanında yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Firmasına məxsus yüksək mərtəbəli binada aşkar edilmişdir və "xxxx" Firması tərəfindən yol verilmişdir. Lakin qeyd olunan pozuntunun məhz "xxxx" Firması tərəfindən bir-başa törədildiyi və ya ona aid edilməli olduğu kimi hadisənin mövcudluğu üçün mühüm olan dəlilləri qeyd etməmişdir. Çünki belə bir hal mövcud deyildir. Mövcud olsa belə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Firmasına aidiyyəti yoxdur. Inzibati xəta haqqında protokolu tərtib edən, qeyd olunan xətanın "xxxx "Firmasına aid edilməsini, binanın onun tərəfindən inşaa edildiyinə əsaslamışsa, yanılmışdır. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Firması binanın balans saxlayanı deyil, binanı inşa edəndir. Protokolda adı çəkilən ünvan 1 ünvanında yerləşən yüksək mərtəbəli bina "xxxx" Firmasına məxsus deyil, onun tərəfindən inşa edilmişdir. Binanın inşası 2008-ci ildə tamamlanmış, istismara təhvil verilmiş və bütün sahələri ayrı-ayrı şəxslərin, bina sakinlərinin mülkiyyətindədir. Həmin binada “xxxx” Firmasıa məxsus hər hansı sahə yoxdur. Bina təhvilində X6 riayyət edildiyi ilə bağlı Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin xüsusi rəyi mütləqdir və binanın təhvili onun müsbət rəyi ilə baş tutmuşdur. Binada yanğın təhlükəsislik qaydalarına əməl edilməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Firmasına tikinti müddətində aiddir. Binanın təhvilində yanğın təhlükəsisliyi ilə bağlı çatışmazlığın olduğu söylənilə bilməz. Çünki binanın təhvili zamanı yanğın təhlükəsizlyi ilə bağlı FHN-nin iradı olmamış və tam riayyət edildiyinə dair müsbət rəy vermişdir. Hazırda binanın inşaası tamamlanmış, istismara təhvil veriləndən 18 il keçəndən sonra binanın hansısa hissəsində yanğın təhlükəsizlik qaydalarına riayyət edilmədiyi kimi halları binanı tikən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Firmasının adın yazıla bilməz. Əgər belə bir hal hazırda aşkar edilmişsə, bu sahənin sahibinə aiddir. Bu baxımdan protokol yanlış şəxsə tərtib edilmişdir. Inzibati xəta ilə bağlı məhkəmə qərar qəbul edərkən, həmin qərarın çıxarılmasına əsas olmuş Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti Idarəsi tərəfindən təqdim edilmiş ##.##.2025-ci il il tarixli MN ******* nömrəli protokolun qanuna uyğunluğu yoxlanılmalı idi. Çünki, inzibati xəta haqqında protokol, inzibati qərarın qəbul edilməsi üçün sübut vasitəsidir. Onunla bağlı hər hansı şübhələr, barəsində inzibati icraat aparılan şəxsin xeyrinə şərh olunmalıdır. Lakin qərar qəbul edən hakim buna diqqət etməmişdir. Digər tərəfdən də Firmanın iştirakı olmadığından, münasibətlərin tam aydınlaşdırılması mümkün olmamışdır. Göründüyü kimi məhkəmə həqiqəti əks etdirməyən inzibati protokola əsaslanaraq qərar qəbul etmişdir. Ümumiyyətlə mövcud olmayan, mövcud olduğu halda belə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Firmasına aidiyyəti olmayan inzibati xəta ilə bağlı icraatı həyata keçirmişdir və bu da öz növbəsində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Firmasına münasibətdə ədalətsiz qərar qəbul edilməsi ilə nəticələnmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti Idarəsinin etibarnamə üzrə nümayəndəsi X1 apellyasiya şikayətinə etiraz edərək, məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə iclasının barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(5-97)-2820/2026 nömrəli, ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən ## ### 2026-cı il tarixli KY********* nömrəli çıxarışdan görünür ki, «xxxx» Firması tərəfindən “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilib-edilməməsinin yoxlanılması müəyyən edilmişdir. Yoxlamanın müddəti ##.##.2026 – ##.##.2026-cı il; “Yanğın-texniki müayinənin aparılması haqqında” Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin *-**-**/Q-****/**** saylı, ##.##.2026-cı il tarixli, qərarından görünür ki, «xxxx» Firmasında yoxlamanın aparılması qərara alınmışdır; ##.##.2026-cı il tarixli, **** nömrəli yanğın-texniki müayinə Aktından görünür ki, YTQ 01-2001. bənd-1.9.2, YTQ 01-2001, bənd-3.1.3.3, YTQ 01-2001, bənd-8.3,8.4, YTQ 01- 2001, bənd- 1.4.4, YTQ 01-2001, bənd-10.4, YTQ 01-2001, bənd 1.4, YTQ 01-2001, bənd 6.1, YTQ 01-2001, bənd 8.4, YTQ 01-2001, bənd 4.4, YTQ 01-2001, bənd- 7.4, və YTQ – nin digər bəndlərinin tələbləri pozulmuşdur. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi «xxxx» Firması barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilərək törətmiş olduğu inzibati xətanın xarakterini, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə qətnaməsini icra etməməsini, iş üzrə sübutlarla müqayisəli şəkildə qiymətləndirərək belə nəticəyə gəlmişdir ki, «xxxx» Firması inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Belə ki, Inzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün əsas olan sənədlər, o cümlədən "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri"ndən ## ### 2026-cı il tarixli KY********* nömrəli çıxarış və "Yanğın-texniki müayinənin aparılması haqqında" *-**-**/Q-****/**** saylı, ##.##.2026-cı il tarixli Qərar, yoxlamanın qanuniliyini və planlı (növbəti) xarakter daşıdığını təsdiq edir. Bu sənədlər "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq, yoxlamanın hüquqi əsaslarla həyata keçirildiyini sübuta yetirir. ##.##.2026-cı il tarixli, **** nömrəli "Yanğın-texniki müayinə Aktı" ilə cəmiyyətə məxsus obyektdə bir sıra X4nın pozulduğu müəyyən edilmişdir. Həmin pozuntular, xüsusilə: yanğın xəbərverici siqnalizasiya sisteminin sazlığına dair aktın olmaması, təxliyə planlarının hazırlanmaması, yanğınsöndürmə balonlarının və göstərici nişanların "X4"nın (YTQ 01-2001. bənd-1.9.2, YTQ 01-2001, bənd-3.1.3.3, YTQ 01-2001, bənd-8.3,8.4 və s), pozuntular, birbaşa olaraq IXM-in 518.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan əməlin obyektiv cəhətini təşkil edir. Həmin aktda Cəmiyyətin nümayəndəsinin pozuntularla bağlı izahat verməkdən imtina etməsi qeyd olunmuşdur ki, bu da onun öz hüquqlarından istifadə etməsinin bir forması kimi qiymətləndirilir, lakin pozuntu faktını aradan qaldırmır. Iş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi «xxxx» Firması barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq onu Azərbaycan Respublikası IXM-in 518.1-ci maddəsi ilə tənbeh etmişdir. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun: 6-cı maddəsinə əsasən yanğın təhlükəsizliyi tələblərinə riayət etmək, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun müvafiq qurumlarının, habelə onların vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirmək, yanğın təhlükəsizliyinin təmin edilməsi tədbirlərini işləyib hazırlamaq və həyata keçirmək, yanğına qarşı təbliğat aparmaq, habelə öz işçilərinə yanğın təhlükəsizliyi tədbirlərini öyrətmək, yanğından müdafiə sistemlərini və vasitələrini, o cümlədən ilkin yanğınsöndürmə vasitələrini saz vəziyyətdə saxlamaq, onların başqa məqsədlərlə istifadə olunmasına yol verməmək, yanğından mühafizə bölmələrini bu Qanunla və digər qanunvericilik aktları ilə nəzərdə tutulmuş qaydada yaratmaq və saxlamaq yanğın təhlükəsizliyi sahəsində müəssisələrin vəzifəsidir. 36-cı maddəsinə əsasən bu Qanunun tələblərinin pozulması Azərbaycan Respublikasının Mülki, Inzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyətə səbəb olur Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə bildirməyi zəruri hesab edir ki, şəxs barəsində Inzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilmişdir, şikayətdə göstərilən dəlillər ləğv üçün əsas deyildir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunculuq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə həmçinin təyin olunmuş inzibati tənbehlə bağlı hesab edir ki, birinci instansiya məhkəməsi törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə iş üzrə sübutları qiymətləndirərək «xxxx» Firmasının Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh edilməsi barədə düzgün və ədalətli nəticəyə gəlmişdir. Təyin olunmuş inzibati tənbeh inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğundur. Ona görə də, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsi üçün əsaslar müəyyən edilmədiyindən şikayət təmin edilməməli, «xxxx» Firmasının Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)- ****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilməməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDI: «xxxx» Firması tərəfindən verilmiş şikayət təmin edilməsin. «xxxx» Firmasının Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(5-97)-2820/2026 nömrəli, ##.##.2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar