Məhkəmə qərarları › İş №3(3-6)-2883/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2883/2026

15.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2883/2026 15.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Məhkəmə iclas katibi Zeynalov Samir Elxan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXMnin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası IXM-in 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il saat 08:14 radələrində “Lexus IS 250-minik” markalı, 99- FH-740 dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti ilə Z.Bünyadov prospekti istiqamətindən üzü Ak.H.Əliyev küçəsi istiqamətində 4 zolaqdan ibarət avtomobil yolunda sağdan 4-cü zolaqla 40 km/saat sürətlə düzünə hərəkət edərkən Azadlıq prospekti ilə Ak.H.Əliyev küçələrinin kəsişməsinə çatan zaman piyada keçidində piyadalara yol verən “Chevrolet Cobalt-minik” markalı **-YX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə düzgün ara məsafəsi saxlaya bilməmiş, idarə etdiyi avtomobilin ön hissəsi ilə qeyd olunan avtomobilin arxa hissəsinə çırpılmış, zərbənin təsirindən “Chevrolet Cobalt-minik” markalı **-YX-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə piyada keçidi ilə yolu keçməyə çalışan piyada Zərərçəkmiş şəxs vurması nəticəsində sonuncunun ehtiyatsızlıqdan sağlamlığına yüngül zərər vurulmasına səbəb olmuşdur. Bununla da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsi və 300 (üç yüz) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Məhkəmə qərarından narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir: iş üzrə məhkəmə-tibbi ekspertizası düzgün keçirilməmişdir. Ekspert zərərçəkmiş şəxsi görmədən, onu müayinə etmədən, onun xəsarəti olmadığı halda əsassız olaraq yüngül xəsarət aldığını yazmışdır. Halbuki, zərərçəkmiş şəxs cəmi yarım saat ambulator müayinə alaraq evə buraxılmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun çıxış etdi və məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə əvvəlcədən məlumat verməmişdir. Odur ki, məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etdi. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. HK-*N-***/***-**** nömrəli raportdan görünür ki, ##.##.2026-cı il tarixdə saat 08:52də Ak.H.Əliyev küçəsi ilə Azadlıq prospektinin kəsişməsində piyada vurulmuşdur. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## #### 2026-cı il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 328.7-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə materialın aidiyyəti üzrə göndərilməsi qərara alınmışdır. Məhkəmə-tibbi ekspertizasının ##.##.2026-cı il tarixli ***-M nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs adına tərtib edilmiş tibbi sənəddə qeyd edilən xəsarət - başın səthi travması, saidin səthi travması, aşıq baldır oynağı və ayaq nahiyəsinin səthi travfması küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən ##.##.2026-cı il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər. Dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş yüngül zərər vurmaya aiddir. Iş üzrə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsinə verdiyi izahatından görünür ki, ##.##.2026-cı il tarixdə Ak. H.Əliyev küçəsi ilə Azadlıq prospektinin kəsişməsində piyada keçidi ilə avtomobil yolunu keçmək istəyən zaman “Lexus IS 250-minik” markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobilin “Chevrolet Cobalt-minik” markalı, **-YX-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılması səbəbindən sonuncu nəqliyyat vasitəsi ona dəymiş və xəsarət almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsinə verdiyi izahatından görünür ki, ##.##.2026-cı il tarixdə saat təxminən 08:14 radələrində etibarnamə əsasında idarə etdiyi “Lexus IS 250-minik” markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti ilə Z.Bünyadov prospekti istiqamətindən üzü Ak. H.Əliyev küçəsi istiqamətində 4 zolaqdan ibarət avtomobil yolunda sağdan 4-cü zolaqla 40 km/saat sürətlə düzünə hərəkət edərkən Azadlıq prospekti ilə Ak. H.Əliyev küçələrinin kəsişməsinə çatan zaman svetoforun hərəkəti qadağan edən qırmızı işığının yandığını görüb avtomobilini dayandırmış, hərəkətə icazə verən yaşıl işıq yandıqdan sonra sola dönmə işığını yandıraraq avtomobilin sükanını Ak. H.Əliyev küçəsi istiqamətində sola döndərib hərəkətə başlamışdır. Bu zaman piyada keçidində piyadalara yol verən “Chevrolet Cobalt-minik” markalı, **-YX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə düzgün ara məsafəsi saxlaya bilməmiş, idarə etdiyi avtomobilin ön hissəsi ilə qeyd olunan avtomobilin arxa hissəsinə çırpılmış, zərbənin təsirindən “Chevrolet Cobalt-minik” markalı **-YX-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi piyada keçidi ilə yolu keçməyə çalışan piyadanı vurmuşdur. Bundan sonra hadisə yerinə TTYS-nin həkim briqadası və Nərimanov RPI-nin əməkdaşları gələrək onun iştirakı ilə araşdırma aparmışdır. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinənin nəticəsindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs alkoqol qəbulu əlamətləri müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq onu Azərbaycan Respublikası IXM-in 327.8-ci maddəsi ilə tənbeh etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təyin edilmiş tənbeh tədbiri ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası IXM-in 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılması inzibati xəta kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası IXM-nin Məcəlləsinin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi IXM-in 327.8-ci maddəsinə əsasən inzibati xəta kimi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən ekspert rəyinin əsassız olması qeyd edilsə də, iş materiallarında həmin rəyin əsassız olması ilə bağlı hər hansı bir sübut mövcud deyil və həmin rəy sübut qismində qiymətləndirilir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə-tibbi ekspertizasının rəyi, hadisə yerinə baxış keçirilməsi haqqında protokol, iş materiallarında olan izahatlar və digər sübutlarla tam təsdiq olunur. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə bildirməyi zəruri hesab edir ki, şəxs barəsində Inzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilmişdir, şikayətdə göstərilən dəlillər qərarın ləğvi və ya dəyişdirilməsi üçün əsas deyil. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunculuq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə həmçinin təyin olunmuş inzibati tənbehlə bağlı hesab edir ki, birinci instansiya məhkəməsi törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə iş üzrə sübutları qiymətləndirərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh edilməsi barədə düzgün və ədalətli nəticəyə gəlmişdir. Təyin olunmuş inzibati tənbeh inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğundur. Ona görə də, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsi üçün əsaslar müəyyən edilmədiyindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı dəyişdirilməməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDI: Barəsində inzibati icraat haqqında iş aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar