Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2884/2026 03.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəyev Ziya Əziz oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, Müdafiəçi “Verdiktum” Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(5-97)-4710/2026 nömrəli, ##.##.2026-cı il tarixli qərarından müdafiəçi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Bakı şəhəri Nərimanov RPI-in 18-ci Polis Şöbəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-in 510.1 maddəsi ilə ##.##.2026-cı il tarixli, MN ******* nömrəli və IXM-in 535.1-ci maddəsi ilə ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Inzibati xəta haqqında yuxarıda qeyd edilən protokollara əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə F.X.Xoyski küçəsi 98 ünvanında yerləşən Tofiq Bəhramov adına stadionda polis əməkdaşları ilə mübahisə edib, söyüş və təhqir ifadələri işlətmiş, həmçinin polisə qarşı tabesizlik göstərmişdir. Bununla da, o, IXM-in 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(5-97)-4710/2026 nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXMin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsi, IXM-in 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə, IXM-in 535.1-ci maddəsi ilə barəsində 01 (bir) ay müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsi, həbsetmənin əvvəlinin ## ###### 2026-cı il tarixdən, saat 20:30-dan hesablanması, həbsetmə ilə bağlı qərarın icrasının Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Inzibati X10 Mərkəzinə tapşırılması qərara alınmışdır. Məhkəmə qərarından narazı qalan müdafiəçi Vəkil apellyasiya şikayəti verərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(5-97)-4710/2026 nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv edərək iş üzrə icraata xitam verilməsini, bu mümkün olmadıqda, qərar dəyişdirilərək barəsində tətbiq edilmiş 1 (bir) ay müddətinə inzibati həbs tənbeh tədbiri daha yüngül tənbeh növü ilə (cərimə ilə) əvəz edilməsini və ya həbs müddəti çəkilmiş müddətlə məhdudlaşdırılaraq azadlığa buraxılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir: Hadisə ##.##.2026-cı il saat 20:40-da baş vermiş və şəxs bölməyə gətirilmişdir. Polis əməkdaşının izahatına görə, o, həmin gün buraxılmış, ##.##.2026-cı ildə yenidən dəvət olunaraq saat 20:30-da inzibati qaydada tutulmuşdur. Materiallara isə inzibati tutulma haqqında protokoldan başqa 25-i tarixdə faktiki saxlanılması haqqında sənəd daxil edilməmişdir. IXM-in 89.5-ci maddəsinə əsasən, tutma müddəti şəxsin protokol tərtib edilmək üçün gətirildiyi ilk andan hesablanmalıdır. Hüqalarını müdafiə etdiyim şəxs avqut ayının 25-də saxlanılıb buraxılması, ertəsi gün yenidən saxlanılaraq həbs protokolu tərtib edilməsi faktiki azadlığın məhdudlaşdırılması vaxtının düzgün hesablanmaması və prosessual müddətlərin pozulması şübhəsi yaradır. Bundan başqa raportda və polis izahatında stadionda Fələstin bayrağının qaldırılması və təxribat cəhdi qeyd olunsa da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs üzərində yalnız "Ya Əli" yazılı köynək olduğunu, heç bir iğtişaş törətmədiyini və tabesizl'ık göstərmədiyini bildirmişdir. IXM-in 510.1-ci (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddələri üzrə təqsiri iliyi sübut etmək üçün təkcə polisin və ya bir nəfər şahidin şifahi ifadəsi kifayət etməməlidir, ictimai yerdə (stadionda) baş verən hadisə üzrə videomüşahidə kameralarının yazıları, digər işdə marağı olmayan şahid ifadələri və ya polisin böhtan/söyüş ifadələrini təsdiqləyən obyektiv sübutlar işə əlavə olunmamışdır. Məhkəmə qərarında şəxsin "heç bir inzibati xətaya yol vermədiyini" bildirməsini "heç bir sübuta söykənməyən dəlil" kimi qiymətləndirmişdir. Məhkəmə qərarında hüquqlarını müdafiə etdiyi şəxsin təqsirini təsdiq edən obyektiv və şübhə doğurtnayan sübutlar təqdim edilməmişdir. Məhkəmə yalnız maraqlı tərəf olan polis əməkdaşının izahatına və bitərəf tərəf hesab edilməsi şübhə doğuran şahid ifadəsinə əsaslanmışdır. Hadisənin ictimai yerdə Tofiq Bəhramov adına Stadionun girişində baş verməsinə baxmayaraq, ərazidəki videokamera görüntüləri (təhlükəsizlik kameraları) tələb olunub tədqiq edilməmişdir. Iş materiallarından və polis inspektorunun ifadəsindən görünür ki, hadisə ##.##.2026-cı il tarixdə baş vermiş, o polis şöbəsinə aparıldıqdan sonra buraxılmışdır Daha sonra ##.##.2026-cı il tarixdə saat 20:3O-da yenidən tutulmuşdur. Hadisə günü Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs faktiki azadlığının məhdudlaşdırılması və növbəti gün yenidən tutulması prosessual müddətlərin və şəxsi toxunulmazlıq hüququnun pozulması ilə müşayiət olunmuşdur. Məhkəmə onun əvvəllər inzibati məsuliyyətə cəlb olunmamasını IXM-in 32-ci maddəsinə əsasən yüngülləşdirici hal kimi qəbul etmiş, ağırlaşdırıcı halların olmadığını müəyyən etmişdir. Lakin buna baxmayaraq, məhkəmə IXM-in 535.1-ci maddəsinin sanksiyasında alternativ olaraq nəzərdə tutulmuş cərimə tənbehini tətbiq etməkdən imtina edərək, birbaşa ən ağır tənbeh növü olan 1 ay müddətinə həbs cəzası təyin etmişdir. Halbuki, qanuni iş yerinin olması “Irşad Electronics”də mühafizəçi, ailənin tək övladı olduğunu, ilk dəfə inzibatı məsuliyyətə cəlb olunduğunu və xətanın ağır fəsadlar törətməməsi nəzərə alınaraq inzibati həbs növündə tənbeh tədbiri seçilməsi həddindən artıq sərt və qeyri-mütənasib qərardır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ifadısində bildirmişdir ki, onunla eyni vaxt saxlanılan, idman çantasında stadiona Fələstin bayrağı keçirməyə cəhd edən şəxsi tanımamış, ümumiyyətlə belə hərəkətlərə yaxşı baxmamışdır. Lakin məhkəmə bu hallara fikir verməyərək qanunsuz və əsasız qərar qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və müdafiəçisi Vəkil apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun çıxış etdilər və məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barəsində qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat bildirməmişdir. Odur ki, məhkəmə protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etdi. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(5-97)-4710/2026 nömrəli, ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsinin 18-ci Polis Şöbəsinin rəisi, polis R Rı Məhşur Hüseynova polis nəfərləri Ə.Mənsimov və V.Məşədiyev tərəfindən ünvanlanmış raportdan görünür ki, ##.##.2026-cı il tarixdə, saat 20:40-da Tofiq Bəhramov adına stadionda futbol tədbiri zamanı Bakı şəhəri Yasamal RPI-in əməkdaşları tərəfindən saxlanılan vətəndaşlar digər ölkənin bayrağını qaldıraraq və insanları da özünə cəlb edərək asayişi pozmağa cəhd etmiş, bu səbəbdən də həmin şəxslər avtopatrula əyləşdirilərək 18-ci polis şöbəsinə gətirilmiş və təhvil verilmişdir. Şöbədə məlum olmuşdur ki, həmin şəxslər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, X4, X1, X2r. Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsinin 18-ci Polis Şöbəsinin rəisi, polis R Rı Məhşur Hüseynova ünvanlanmış, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən yazılmış ##.##.2026-cı il tarixli izahatdan görünür ki, Tofiq Bəhramov adına Respublika Stadionuna daxil olarkən üzərində “Ya Əli” yazısı olan köynəklə saxlanılmış və polis əməkdaşları tərəfindən bölməyə gətirilmişdir. “Inzibati qaydada tutma haqqında” ## ###### 2026-cı il tarixli protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ###### 2026-cı il tarixdə, saat 20:30-da tutulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, 3(5-97)- ****/**** nömrəli qərarından görünür ki, X2 IXM-in 510.1 və 535.1- ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və IXM-ın 535.1-ci maddəsi ilə barəsində 1 (bir) ay, IXM-ın 510.1-ci maddəsi ilə 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmiş, IXM-in 34.3-cü maddəsi nəzərə alınmaqla daha ciddi xətaya görə sanksiya çərçivəsində inzibati həbsin müddəti qəti olaraq 1 ay həddində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində “polisə qarşı söyüş söymək”lə bağlı hissəyə münasibətdə etiraz edərək, bildirmişdir ki, o cür, yəni üzərində “Ya Əli” yazılı köynək geyinmiş, o sözün mənasını dərk edən bir şəxs heç vaxt söyüşlə fikrini ifadə edə bilməz. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi rayon Polis Idarəsinin 5-ci Polis Şöbəsinin R X3 ifadəsində göstərmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs polis şöbəsinə gətirilərkən, növbətçi hissədə növbədə olmuş və xidməti vəzifəsini yerinə yetirmişdir. F.İ.Azayev şöbədə polis əməkdaşlarına qarşı aqressiv davranmışdır. Sonuncu tərəfindən uca səslə nalayiq ifadələr işlədilmişdir. F.İ.Azayev “mən buradan çıxandan sonra görərsiniz nə edərəm” və buna oxşar məzmunlu ifadələr səsləndirmişdir. O həmin ifadələri hədə-qorxu xarakterli ifadələr kimi qəbul etmişdir. Polis əməkdaşları F.İ.Azayevdən qanuni tələblərə tabe olmağı tələb etsələr də, sonuncu tabesizlik göstərmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid çıxış edərək bildirmişdir ki, ##.##.2026-cı il tarixdə Tofiq Bəhramov adına Respublika Stadionunda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs üzərində “Ya Əli” yazısı olan köynəklə stadiona gəlmiş və polis əməkdaşları bunun təxribat xarakterli əməl ola biləcəyindən şübhələnərək, ona suallar ünvanlamış, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs isə bu suallara cavab verərkən söyüş və təhqir ifadələri işlətmiş, həmçinin polisin qanuni tələblərinə tabe olmayaraq onlara qarşı tabesizlik göstərmişdir Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməsi, törətmiş olduğu inzibati xətanın xarakterini, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, şəxsin əməlini iş üzrə sübutlarla müqayisəli şəkildə qiymətləndirərək belə nəticəyə gəlmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2004-cü il tarixli Qərarında qeyd edilir ki, ictimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə, təqsirkar şəxsin əməli Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinə müvafiq olaraq, xırda xuliqanlığa görə inzibati məsuliyyətə səbəb olur. Ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. “Polis haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Həmin Qanunun 17-ci maddəsinə əsasən üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək və s. hüquqları vardır. Iş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq onu Azərbaycan Respublikası IXM-in 510.1 və 535.1-ci maddələri ilə tənbeh etmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə bildirməyi zəruri hesab edir ki, işdə olan sübutlar şübhə doğurmur, onları təkzib edən hər-hansı sübut mövcud deyil, şikayətdə göstərilən dəlillər formal xarakterlidir və birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunculuq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 510.1-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə həmçinin təyin olunmuş inzibati tənbehlə bağlı hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini məsuliyyətini yüngülləşdirən hal kimi, ağırlaşdıran halların isə olmamasını, habelə IXM-nin 34.3-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 510.1 və 535.1-ci maddəsi ilə təqsirli bilərək, ona daha ciddi xəta hesab edilən 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh edilməsi barədə düzgün və ədalətli nəticəyə gəlmişdir. Təyin olunmuş inzibati tənbeh inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğundur. Ona görə də, birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsaslar müəyyən edilmədiyindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək inzibati həbs edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(5-97)-4710/2026 nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilməməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDI: Barəsində inzibati icraat haqqında iş aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(5-97)-4710/2026 nömrəli, ##.##.2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2884/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2884/2026
03.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver