Məhkəmə qərarları › İş №3(3-6)-2885/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2885/2026

03.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2885/2026 03.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Məhkəmə iclasının katibi Mirzəyev Ziya Əziz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi “Mərkəz” vəkil bürosunun vəkili Vəkil iştirakları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati qaydada həbs olunması barədə Pirallahı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Inzibati xəta haqqında protokol tərtib edən şəxs Pirallahı Rayon Polis Idarəsinin polis inspektoru X2 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-in 510.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair ## ######## 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Inzibati xəta haqqında MN seriyalı ******* saylı, ##.##.2026-ci il tarixli protokola əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 2026-cı ilin iyun ayında Tik-Tok sosial şəbəkəsində X1 ünvanına etik normadan kənar nalayiq ifadə yazıb paylaşım etməklə cəmiyyətə qarşı açıq hörmətsizlik etmişdir. Bununla da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 510.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Pirallahı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-in 510.2ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilməsi, məhkəmə iclas zalından həbs edilməsi və həbsetmənin əvvəlinin ## ######## 2026-cı il tarixdən hesablanması, qərarın icrasının X3 X7 həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil apellyasiya şikayəti verərək, Pirallahı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar işin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmaması, sübutların kifayət qədər yoxlanılmaması və qiymətləndirilməməsi nəticəsində qəbul edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona istinad edilən əməli şəxsən törətməsi mötəbər və kifayət edən sübutların məcmusu ilə təsdiq olunmadığından onun inzibati məsuliyyətə cəlb edilməsi üçün zəruri hüquqi və faktiki əsaslar mövcud deyildir. Hazırkı iş üzrə həll edilməli olan əsas məsələ “TikTok” sosial şəbəkəsində müəyyən nalayiq ifadənin mövcud olub-olmaması deyil, həmin ifadənin məhz Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən yazılıb-yazılmamasıdır. Bu iki hal hüquqi baxımdan eyniləşdirilə bilməz. Sosial şəbəkədə hər hansı istifadəçi adından müəyyən ifadənin görünməsi həmin ifadənin arxasında konkret fiziki şəxsin dayandığını avtomatik olaraq təsdiq etmir. Iş üzrə təqdim edilmiş videogörüntülərdə “TikTok” sosial şəbəkəsində canlı yayımın aparıldığı, həmin yayımda müxtəlif istifadəçilərin iştirak etdiyi və şərhlərin real vaxt rejimində ekranda əks olunduğu görünür. Lakin müəyyən istifadəçi hesabından yazılmış şərhin videogörüntüdə əks olunması həmin hesabın konkret olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən idarə edildiyini və mübahisəli ifadəni şəxsən onun yazdığını təsdiq edən müstəqil sübut sayıla bilməz. Istifadəçi adının konkret şəxsin adı ilə uyğunluğu hesabın həmin şəxs tərəfindən yaradıldığını və idarə edildiyini öz-özlüyündə sübut etmir. Belə bir nəticəyə gəlmək üçün hesabın qeydiyyat məlumatlarının, ona bağlı telefon nömrəsinin və ya elektron poçt ünvanının, hesabın idarə edilməsinə dair digər texniki məlumatların və yaxud hesabın məhz Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən faktiki idarə edildiyini təsdiq edən digər obyektiv sübutların araşdırılması zəruri idi. Məhkəmə qərarından isə belə bir texniki və obyektiv identifikasiyanın aparıldığı görünmür. Bu halda yalnız sosial şəbəkədə görünən istifadəçi hesabına əsaslanmaqla şəxsin həmin hesabdan yazılmış bütün məlumatların müəllifi hesab edilməsi fərdi məsuliyyət prinsipinə uyğun deyildir. Birinci instansiya məhkəməsinin qərarının özündə qeyd edilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında özünü təqsirli bilməmiş və səhifəsinin başqa şəxslər tərəfindən oğurlandığını, X1 ünvanına etik normadan kənar nalayiq ifadə yazıb paylaşmadığını bildirmişdir. Bu izahat işin nəticəsi üçün bilavasitə əhəmiyyətli olan müdafiə arqumentidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs belə bir mövqe bildirməsi qarşısında həmin versiyanın həqiqiliyinin obyektiv şəkildə yoxlanılması tələb olunurdu. Lakin qərarda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hesabının üçüncü şəxslərin nəzarətinə keçməsi barədə müdafiə versiyasının hansı konkret sübut əsasında təkzib edildiyi göstərilməmişdir. Müdafiə tərəfinin irəli sürdüyü versiyanı sadəcə inandırıcı hesab etməmək onun yanlış olduğunu sübut etmək demək deyildir. Məhkəmə həmin versiyanı mötəbər sübutlarla təkzib etməli və bundan sonra şəxsin təqsiri barədə nəticəyə gəlməli idi. Hazırkı işin əsasını elektron mühitdə baş vermiş hadisə təşkil etdiyindən elektron məlumatların mənbəyi, bütövlüyü və konkret şəxslə əlaqəsinin müəyyənləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Videogörüntüdə müəyyən şərhin görünməsi həmin şərhin müəllifinin şəxsiyyətinin müəyyən edilməsi üçün kifayət deyildir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati xəta haqqında protokolun tərtib edilməsi onun təqsirinin müəyyən edilmiş hesab olunması üçün kifayət deyildir. Inzibati xəta haqqında protokol da iş üzrə digər materiallarla birlikdə araşdırılmalı və onun əsaslandığı faktiki məlumatların mötəbərliyi yoxlanılmalıdır. Protokolu tərtib etmiş polis əməkdaşının mübahisəli ifadənin yazılması anını şəxsən müşahidə etmədiyi halda, protokolda həmin ifadənin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən yazıldığının göstərilməsi özlüyündə müəllifliyi sübut edən müstəqil fakt deyil. Belə halda protokolun əsaslandığı ilkin məlumatların haradan əldə edilməsi, onların mötəbərliyi və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxslə əlaqəsi ayrıca müəyyən edilməli idi. IXMin 510.2-ci maddəsi üzrə şəxsin məsuliyyətə cəlb edilməsi üçün həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməlin mövcudluğunun müəyyənləşdirilməsi ilə yanaşı, həmin əməlin məhz məsuliyyətə cəlb edilən şəxs tərəfindən törədildiyi də sübuta yetirilməlidir. Inzibati xəta tərkibinin subyekti müəyyən edilmədən yalnız müəyyən ifadənin sosial şəbəkədə mövcudluğuna əsaslanmaqla konkret fiziki şəxsin inzibati məsuliyyətə cəlb edilməsi mümkün deyildir. Hazırkı iş üzrə isə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs konkret ifadənin müəllifi olması ehtimaldan kənar, mötəbər sübutlarla müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona istinad edilən əməli törətməsi lazımi qaydada sübuta yetirilmədiyindən birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Bununla belə, apellyasiya instansiyası məhkəməsi iş üzrə icraata xitam verilməsi üçün kifayət qədər əsas olmadığı qənaətinə gəldiyi halda, müdafiə tərəfi olaraq tətbiq edilmiş inzibati həbsin daha yüngül inzibati tənbeh növü ilə əvəz edilməsini alternativ tələb kimi irəli sürürük. Birinci instansiya məhkəməsinin qərarında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məsuliyyətini ağırlaşdıran hər hansı halın müəyyən edilmədiyi göstərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və müdafiəçisi Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməməmiş və səbəbləri barədə məlumat bildirməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə toplanmış materialları nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Pirallahı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xətanın tərkibi olmadığı əsası ilə xitam verilməlidir. Belə ki, iş materiallarında olan inzibati xəta haqqında MN seriyalı ******* saylı, ##.##.2026-ci il tarixli protokola əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 2026-cı ilin iyun ayında Tik-Tok sosial şəbəkəsində X1 ünvanına etik normadan kənar nalayiq ifadə yazıb paylaşım etməklə cəmiyyətə qarşı açıq hörmətsizlik etmişdir. Bununla da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 510.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, toplanmış sübutlarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 510.2-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə, birinci instansiya məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsinin tərkibinin olması barədə gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsinə əsasən internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Təhlil edilən inzibati xəta tərkibinin obyektiv cəhətini təşkil edən, yəni internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən əməllər aşağıdakı əlamətləri özündə əks etdirir: 1) əxlaqsız ifadələrin səsləndirilməsi; 2) və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsi; 3) yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsi. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlinə münasibətdə sonuncunun internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən məhz həmin hərəkətlərin edilməsi öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib edilmişdir. Belə ki, iş materiallarında olan “TikTok” sosial şəbəkisəndən olan fotoşəkildən müəyyən edilir ki, “ozunu qoruya bilsen exlaqli namuslu qadin ve insan olarsan.oki ozune rahat is ve semereli heyat dusunsen geleceyden xebersiz kecmisindeki kimi kimle nece geldi orda.icimin hirsi esebi soyumaz Tanri bele qebul etmez seni.kaski aramizda ki ayrilig olumun olardi bilerdimki yoxsan...yasini azaltmagla sirin gorunmeyle sacinla ozunle yalanlarinla tam monikani xatirlatdin.mene qarsi robot olardin valik rolunu tam oynadin.indi gorum Allah ya size verecey ya mene.allah analara can sagligi versin senki daxil.gozumu acdi ne oldugnu dedi varolsun...indi gorey kimden ne qeder gedecey.sanki bilmirem her atdimini ozune ayridigin zamani bele bilirem...indi senin aci cekme zamanindi.yas bitdi sukur oldun...neyin catmadi F aişə...” sözləri yazılmışdır. Iş materiallarında olan “TikTok” sosial şəbəkəsindən olan fotoşəkildən müəyyən edilir ki, “Kaski bizi olum ayirardi...beynimde mesum kimi qalardin fAISE kimi yox...” sözləri yazılmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında özünü təqsirli bilməmiş və səhifəsinin başqa şəxslər tərəfindən oğurlandığını, X1 ünvanına etik normadan kənar nalayiq ifadə yazıb paylaşmadığını bildirmişdir. Inzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair inzibati xəta tərkibinin obyektiv cəhətinə aid ictimai-təhlükəli əməli, onun nəticəsini, ictimai-təhlükəli əməllə nəticə arasındakı səbəbli əlaqəni, habelə zamanı, məkanı və xətanın edilmə üsulunu, xətanın törədildiyi şəraiti xarakterizə edən əlamətləri sübuta yetirilmir. Belə ki, hüquq nəzəriyyəsinə görə inzibati xəta tərkibinin obyektiv cəhəti – müəyyən zamanda və məkanda, müəyyən şəraitdə baş verən, mövcud ictimai münasibətlərə ziyan vuran ictimai-təhlükəli qəsdin zahiri cəhətidir. Inzibati xəta tərkibinin obyektiv cəhəti onu konkretləşdirən əlamətlərdən biridir. Obyektiv cəhət subyektin ictimai-təhlükəli əməlini, yetirdiyi zərəri xarakterizə edir. Inzibati xəta tərkibinin obyektiv cəhətinin daha qabarıq nəzərə çarpan xarici əlamətlərindən qanuna bütün hallarda ancaq “hərəkət” və “hərəkətsizlik” məfhumları daxil edilmişdir. Hərəkət insan davranışının fəal, hərəkətsizlik isə passiv formasıdır. Inzibati xəta tərkibinin obyektiv cəhətini həm də ictimai təhlükəli nəticə, əməllə nəticə arasında səbəbli əlaqə, zaman, məkan, edilmə üsulları, baş verdiyi şərait və əməlin törədilməsində istifadə edilən alət və vasitələr əhatə edir. Inzibati xəta tərkibinin obyektiv cəhətinin əlamətləri zəruri və fakultativ əlamətlərə bölünür. Bu bölgü ona görə aparılır ki, zəruri əlamətlər bütün tərkiblərinə daxil edilir. Fakultativlər isə yox. Zəruri əlamətlərə aiddir: hərəkət və hərəkətsizlik. Fakultativ əlamətlərə aiddir: səbəbli əlaqə, nəticə, zaman, məkan, üsul, şərait. Göründüyü kimi tərtib olunmuş protokolda şəxs tərəfindən maddənin dispozisiyasında nəzərdə tutulan əxlaqsız ifadələrin səsləndirilməsi və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsi, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsi kimi hərəkətlərin edilməsi müəyyən edilmədiyindən onun Inzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə təqsirləndirilməsini şübhəli hala çevirir. Belə olduğu halda əməlin inzibati xəta olması şübhələrə əsaslana bilməz ki, IXM-in 8-ci maddəsinə təqsirsizlik prezumpsiyasına əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilməlidir. Məhkəmə bildirir ki, Inzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmçinin qeyd olunmalıdır ki, Inzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan, yəni qəsdən və ya ehtiyatsızlıqdan törədilən və inzibati məsuliyyətə səbəb olan əməl inzibati xəta hesab olunur. Göstərilənlərə əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı halda, birinci instansiya məhkəməsinin hakimi işin faktiki hallarına düzgün qiymət verməyərək düzgün olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Pirallahı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclas zalından dərhal azad edilməlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati qaydada icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilsin. Pirallahı rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin X3 Saxlanılma Mərkəzinə həvalə edilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar