Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2887/2026 11.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Məhkəmə iclas katibi Zeynalov Samir Elxan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin etibranamə üzrə nüməyəndəsi Hüseynov Hicran Rüstəm oğlunun iştirakları ilə, «xxxx” Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Protokolu tərtib edən orqan “xxxx” QSC barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə ##.##.2026-cı il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. Inzibati xəta haqqında həmin protokoldan görünür ki, "xxxx" QSC tərəfindən 21328.74 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə ## ##### 2024-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 21328.74 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta ## ##### 2026-cı il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə “xxxx” QSC barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş ##.##.2026-cı il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan Azərbaycan Respublikası Mərkəzi Bankı apellyasiya şikayəti verərək, Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsi və "xxxx" QSC barəsində EP ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokol üzrə 21328,74 ABŞ dolları məbləğində köçürməyə münasibətdə inzibati cərimə növündə tənbeh tətbiq edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir: Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-****/**** nömrəli qərarı ilə "xxxx" QSC barəsində tərtib olunmuş protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş və bunu iş materiallarında olan ##.##.2024-cü il tarixli ************** nömrəli gömrük bəyannaməsinə (bundan sonra - GB) əsasən malların idxal edilməsi ilə əsaslandırılmışdır. Mərkəzi Bankın Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin elektron informasiya sistemində yerləşdirilən elektron gömrük bəyannamələri, həmçinin idxal müqavilələri üzrə həyata keçirilmiş ödənişlər barədə məlumatlara baxış imkanı mövcuddur və bu məlumatlar xidməti zərurətlə əlaqədar olaraq yoxlanılır. Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli qərarında istinad olunmuş gömrük bəyannaməsinin yoxlanması nəticəsində müəyyən edilmişdir ki, həmin GB baxılan iş üzrə icra olunmuş köçürmə ilə əlaqəli deyildir. Nəsimi Rayon Məhkəməsi əsassız olaraq gömrük bəyannaməsini nəzərə alaraq avans köçürməsi üzrə malların idxal edildiyi nəticəsinə gəlmişdir. Belə ki, məhkəmə hazırkı avans köçürməsi ilə bəyannamə arasındakı faktiki bağlılığı araşdırmamış və bəyannamənin rekvizitlərinin avans köçürməsi zamanı təqdim edilmiş rekvizitlərə uyğun olmadığını nəzərə almamışdır. Belə ki, GB-in 44-cü qrafasında (mala dair təqdim olunan sənədlər) qeyd edilmiş müqavilə (4011 nömrəsi altında) və invoys (8001 nömrəsi altında) avans ödənişi zamanı göstərilən müqavilə və invoysla eynilik təşkil etmir ki, bu da malların idxal edilməsi qənaətinə gəlməyə əsas vermir. Bu səbəbdən məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə tərəfindən QSC barəsində ##.##.2024-cü il tarixli köçürmə üzrə idxalı həyata keçirilməyən və ya geri qaytarılmayan 21328,74 ABŞ dolları məbləğində vəsaitə münasibətdə inzibati cərimə tətbiq edilməli idi. Hakimin sözügedən işin faktiki hallarına düzgün qiymət verməməsi nəticədə yanlış qərarın qəbul edilməsinə gətirib çıxarmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs «xxxx” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Hüseynov Hicran Rüstəm oğlu apellyasiya şikayətinə etiraz edərək məhkəmədən təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş səlahiyyətli orqan Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə şikayətə Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilərək, «xxxx” Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi əsası ilə inzibati icraata xitam verilməlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Işə əlavə edilmiş sənədlərdə “xxxx” ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına göndərilmiş KB-***/*-****/**** nömrəli, # ### 2026-cı il tarixli məlumatdan görünür ki, "Azərbaycan Respublikasının rezident və qeyrı-rezidentlərinin xarici valyula əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezident və qeyrirezidentlər tərəfindən qabaqcadan ödəniş aparıldığı gündən 2 il müddətində malların ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməyən müştərilərin siyahısında “xxxx” QSC-nin adı qeyd olunmuşdur. ##.##.2024-cü il tarixli köçürmə haqqında ərizədən görünür ki, “xxxx” QSC tərəfindən ##.##.2023-cü il tarixli müqavilə üzrə ## ###### 2024-cü il tarixdə 21328.74 ABŞ dolları məbləğində pul göndərilmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X1 ## ###### 2020-ci il tarixli **/* saylı qərarı ilə «Azərbaycan Respublikası Mərkəzi Bankının Idarə Heyətinin 2016-cı il ## ###### tarixli **/* nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları»nda dəyişikliklər edilmiş, qərarın 4.3.1.3-cü yarımbəndi aşağıdakı redaksiyada verilmişdir. “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Protokolu tərtib edən orqan təqdim edilir. Məhkəmə apellyasiya şikayətinin dəlili ilə bu hissədə razılaşaraq qeyd edir ki, Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli qərarında istinad olunmuş gömrük bəyannaməsinin yoxlanması nəticəsində müəyyən edilmişdir ki, həmin GB baxılan iş üzrə icra olunmuş köçürmə ilə əlaqəli deyildir. Məhkəmə əsassız olaraq gömrük bəyannaməsini nəzərə alaraq avans köçürməsi üzrə malların idxal edildiyi nəticəsinə gəlmişdir. Belə ki, məhkəmə hazırkı avans köçürməsi ilə bəyannamə arasındakı faktiki bağlılığı araşdırmamış və bəyannamənin rekvizitlərinin avans köçürməsi zamanı təqdim edilmiş rekvizitlərə uyğun olmadığını nəzərə almamışdır. Belə ki, GB-in 44-cü qrafasında (mala dair təqdim olunan sənədlər) qeyd edilmiş müqavilə (4011 nömrəsi altında) və invoys (8001 nömrəsi altında) avans ödənişi zamanı göstərilən müqavilə və invoysla eynilik təşkil etmir ki, bu da malların idxal edilməsi qənaətinə gəlməyə əsas vermir. Bu səbəbdən məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. Qeyd edilənlərə əsasən «xxxx” Qapalı Səhmdar Cəmiyyətinin əməlində ##.##.2024-cü il tarixli köçürmə üzrə idxalı həyata keçirilməyən və ya geri qaytarılmayan 21328,74 ABŞ dolları məbləğində vəsaitə münasibətdə inzibati xəta tərkibi var. Odur ki, məhkəmə apellyasiya şikayətinin dəlillərini əsaslı sayaraq hesab edir ki, «xxxx” Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri iş materiallarında olan sübutlarla ilə tam sübuta yetirilir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi yanlış olaraq inzibati xəta hadisəsinin olmaması qənaətinə gəlmişdir. Halbuki məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta hadisəsi və inzibati xəta tərkibinin əlamətləri faktiki olaraq mövcud olsa da, hüquqi şəxsi inzibati məsuliyyətə cəlb etmək mümkün deyil. Çünki iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Inzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Belə ki, iş materiallarında olan ##.##.2026-cı il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokoldan müəyyən edilir ki, hüquqi şəxs tərəfindən xəta ##.##.2026-cı il tarixində törədilmişdir. Inzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.6-cı maddəsi: bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda. Beləliklə «xxxx” Qapalı Səhmdar Cəmiyyəti inzibati xətanı törətməkdə təqsirli hesab edilsə də, iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, «xxxx” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, inzibati xəta haqqında iş üzrə icraata müddət keçdiyinə görə xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.3 və 135.1.4-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən apellyasiya qaydasında verilmiş şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilsin. «xxxx” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən «xxxx” Qapalı Səhmdar Cəmiyyətinin barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2887/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2887/2026
11.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver