Məhkəmə qərarları › İş №3(3-6)-2888/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2888/2026

10.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2888/2026 10.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Məhkəmə iclas katibi X2 katibliyilə, Protokol tərtib etmiş şəxs Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Yanında X4, X1 Üzrə Dövlət Xidmətinin Bakı Regional Idarəsinin baş mütəxəssisi Şahid, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Yanında X4, X1 Üzrə Dövlət Xidmətinin nümayəndələri nümayəndə2 və nümayəndə1 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının IXM-nin 231.3-cü maddəsinin törədilməsinə dair barəsində toplanmış material üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Yanında X4, X1 Üzrə Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X4, X1 üzrə Dövlət Xidməti tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası IXM-nin 231.3-cü maddəsi ilə MN seriyalı ******* nömrəli, ##.##.2026-cı il tarixli “Inzibati xəta haqqında” protokol tərtib edilmiş və inzibati tənbeh tədbiri görülməsindən ötrü material aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Inzibati xəta haqqında protokola əsasən ünvan 3 ünvanında yerləşən yaşayış evində (inv 2910) “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanuna uyğun olaraq razılaşdırılmamış təmir işlərinin aparılması nəticəsində qanunun tələblərini pozmuşdur. Bununla da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası IXM-nin 231.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası IXM-nin 231.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin *(*-*)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası IXMnin 231.3cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində inzibati cərimə edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarının ləğv edilməsi, iş yenidən araşdırmanın aparılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə “Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 231.3-cü maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Yanında X4, X1 Üzrə Dövlət Xidməti apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarının ləğv edilməsini, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində inzibati tənbeh vermə haqqında yeni qərarın çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri qismində göstərilmişdir ki, məhkəmə qərarda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X4, X1 üzrə Dövlət Xidmətinin nümayəndəsinin çıxışının məzmununu qeyd etməyərək subyektiv qərar çıxarmışdır. Belə ki, məhkəmə iclasında inzibati xətanın Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən qeyd edilən tarixdə və məhz sonuncu tərəfindən törədilməsi ilə bağlı sübutlar təqdim edilmişdir. Lakin məhkəmə bu arqumentləri nəzərə almadan işə xitam vermişdir. Belə ki, Dövlət Xidməti məhkəmə iclasında təmir işləri aparılan obyektin mülkiyyətçisi X3 obyekti Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə icarəyə verməsi ilə bağlı müqavilə təqdim etmiş və həmin müqavilədə təmir işləri aparılan ünvan 3 ünvanında yerləşən yaşayış evinin sonuncuya icarəyə verilməsi aydın ifadə edilmişdir. Bundan əlavə məkhəməyə təqdim edilən ##.##.2026-cı il tarixli sözügedən obyektdə çəkilmiş fotoşəkillərdən görünür ki, divarlar yaşıl rəngdədir və divarlar rənglənmə prosesindədir, divarda olan dairəvi arakəsmə hələ açıq vəziyyətdədir. Lakin ##.##.2026-cı il tarixdə həmin obyektdə çəkilən şəkillərdən artıq görünür ki, Dövlət Xidməti ilə razılaşdırmadan divarlar tam rənglənərək yaşıl rəngdən ağ rəngə boyanmış, divarda olan dairəvi arakəsməyə isə alçipan quraşdırılaraq arakəsmə bağlanmış və astar üzlük işləri aparılmışdır. Qeyd edilən şəkillər 16 mart tarixində abidə mühafizəçisi Şahid tərəfindən çəkilərək “Whatsapp” tətbiqi vasitəsilə Bakı Regional Idarəsinin baş mütəxəssisi Mirşamxal Həsənliyə göndərilmişdir, bununla bağlı da məhkəməyə sübutlar təqdim edilmişdir. Bundan əlavə Şahid məhkəmə iclasında şahid kimi ifadə verərək, ünvan 1 ünvanında yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən icarə müqaviləsi əsasında icarəyə götürülmüş qeyri-yaşayış sahəsinə təmir işlərinin aparıldığını, obyektə təmir işlərinin dayandırılması barədə 13 fevral tarixində xəbərdarlıq verilməsinə və qanunvericiliyin tələblərinə əsasən belə işlərin layihəsinin yalnız Mədəniyyət Nazirliyi ilə razılaşdırıldıqdan sonra aparılmasının mümkünlüyünün izah edilməsinə baxmayaraq ##.##.2026-cı il tarixdə baxış zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən işlərin davam etdirildiyini müəyyən etdiyini bildirmişdir. Eyni zamanda, Şahid izahatında ##.##.2026-cı il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndələrinin protokolu imzalamaqdan və izahat verməkdən imtina etdiyini bildirmiş, odur ki, inzibati xəta haqqında protokol Dövlət Xidmətinin ##.##.2026-cı il tarixli, *-**-*/*-**-***/**** nömrəli məktubu ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-in hüquqi ünvanına göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclaslarının heç birində iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Göründüyü kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC bu işlə bağlı olan bütün məhkəmə instansiyalarının bütün məhkəmə iclaslarından xəbərdar olunmalarına baxmayaraq iştirak etməmiş, özlərini müdafiə edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdirlər. Beləcə, məhkəmənin çəkişmə prinsipi pozulmasına baxmayaraq və tam, hərtərəfli sübutlar təqdim olunmasına baxmayaraq məhkəmə bu sübutlara qiymət verməmiş, bu barədə məhkəmə qətnaməsində hər hansı bir qeyd aparmamış və işə xitam vermişdir. Halbuki, məhkəmə qərarlarında qeyd edilənlər onların tərəfindən təqdim edilən sübutlarla öz ifadəsini tapır, hakim isə öz subyektiv mülahizəsinə əsasən onların mötəbərliyini şübhə altına almış, onları qanunsuz adlandırmış və sanki qeyd edilən sübutlar mövcud olmamış kimi davranaraq qeyd edilən xətanın baş vermədiyi qənaətinə gəlmişdir. Beləcə, qeyd edilən iş üzrə ədalət mühakiməsinin tələbləri pozularaq dövlət mühafizəsində olan tarix və mədəniyyət abidəsinə qanunsuz müdaxilələrə rəvac verilmiş, inzibati xətanı törədən şəxslərin cəzasız qalması ilə nəticələnən yanaşma formalaşdırılaraq, analoji hüquq pozuntularının törədilməsi üçün əlverişli cəzasızlıq mühiti yaradılmışdır. Xüsusilə qeyd edilməlidir ki, dövlət mühafizəsində olan tarix və mədəniyyət abidəsinə qanunsuz müdaxilələr digər inzibati xətalardan fərqli olaraq, nəticələrinin sonradan tam aradan qaldırılmasının və abidənin əvvəlki vəziyyətinə qaytarılmasının mümkünsüzlüyü ilə səciyyələnir. Abidənin tarixi-mədəni və maddi dəyərinə vurulan zərər yalnız fiziki müdaxilənin aradan qaldırılması ilə tam bərpa edilə bilməz. Bu baxımdan, belə müdaxilələrə vaxtında və adekvat hüquqi qiymət verilməməsi gələcəkdə daha ağır və geridönməz nəticələrin yaranmasına, abidənin ilkin tarixi-mədəni xüsusiyyətlərinin itirilməsinə və onun gələcək nəsillərə olduğu kimi çatdırılması imkanının məhdudlaşmasına səbəb ola bilər. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxs Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Yanında X4, X1 Üzrə Dövlət Xidmətinin Bakı Regional Idarəsinin baş mütəxəssisi Şahid inzibati xəta haqqında protokolu müdafiə etdiyini bildirdi və məhkəmədən məhkəmədən apellyasiya qaydasında verilmiş şikayətin təmin edilməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini, hüququ şəxsin məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Yanında X4, X1 Üzrə Dövlət Xidmətinin nümayəndələri nümayəndə2 və nümayəndə1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmədən apellyasiya qaydasında verilmiş şikayətin təmin edilməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini, hüququ şəxsin məsuliyyətə cəlb edilməsini xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat bildirməmişdir. Məhkəmə inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etdi. Inzibati iş üzrə materialları araşdıraraq, məhkəmə hesab edir ki, şikayət təmin olunmamalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ****/**** saylı qərarı qüvvədə saxlanılmalıdır. Iş materiallarında olan: Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X4, X1 üzrə Dövlət Xidmətinin Bakı Regional Idarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş ## #### 2026-cı il tarixli aktdan görünür ki, ##.##.2026-cı il tarixində ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2001-ci il tarixli *** nömrəli Qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülmüş abidəyə - yaşayış evinə (2910 inventar nömrəli) baxış keçirilən zaman abidənin qeyri-yaşayış sahəsində “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq razılaşdırılmadan təmir işlərinin aparıldığı faktı aşkar edilmişdir. Təmir vaxtı divarların rənglənməsi, alçipanla arakəsmə quraşdırılması və astar, üzlük işlərinin aparılması müşahidə olunmuşdur. Baxış zamanı fotoşəkillər çəkilərək akta əlavə edilmişdir. ## ###### 2026-cı il tarixli Azərbaycan Respublikasının “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanununun tələblərinin pozulmasına dair xəbərdarlıq məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli *** nömrəli Qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi (inv №****) dövlət qeydiyyatına götürülmüş qeyriyaşayış sahəsində razılaşdırılmamış təmir işlərinin aparılması faktının qeydə alınması və abidədə təmin işlərinə başlanılmadan əvvəl (başladığı halda dayandırılaraq) abidəyə xələl gətirilməməsi şərti ilə görüləcək işlərin razılaşdırılması üçün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X4, X1 üzrə Dövlət Xidmətinə müraciət edilməsinin vacibliyi qeyd edilmiş və Abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyini pozan şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət, inzibati, intizam və mülki məsuliyyət daşımaları ilə bağlı xəbərdarlıq olunmuşdur. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X4, X1 üzrə Dövlət Xidməti tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, ##.##.2026-cı il tarixli protokol əsasında Azərbaycan Respublikası IXM-nin 231.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 231.3-cü maddəsi Mədəni və təbii irsin, o cümlədən “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi üzrə tələblərin pozulmasına görə məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.10-cu maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Inzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. 100.5-ci maddəsinə əsasən protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 100.1.8-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilir. Qanunvericilik inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlarının göstərilməsini imperativ norma kimi müəyyən etmişdir. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X4, X1 üzrə Dövlət Xidmətinin Bakı Regional Idarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində tərtib edilmiş MN seriyalı ******* nömrəli, ##.##.2026-cı il tarixli “Inzibati xəta haqqında” protokolda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən ünvan 3 ünvanında yerləşən yaşayış evində (inv 2910) “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanuna uyğun olaraq razılaşdırılmamış təmir işlərinin aparılması göstərilsə də, qeyd olunan protokolda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsinin izahatı göstərilməmiş, protokol cəmiyyətin nümayəndəsi tərəfindən imzalanmamışdır. Bundan başqa tərtib olunmuş ## #### 2026-cı il tarixli aktda da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCnin nümayəndəsinin izahatı göstərilməmiş, protokol cəmiyyətin nümayəndəsi tərəfindən imzalanmamışdır. Bundan başqa, məhkəmə etmişdir ki, hazırki iş üzrə inzibati xətanın törədilməsi faktının təsdiqi kimi ## #### 2026-cı il tarixli akta əlavə edilmiş fotoşəkillərə istinad olunsa da, məhkəmə iclasında fotoşəkillərə baxış keçirilən zaman həmin fotoşəkillərin konkret olaraq nə vaxt və harada çəkilməsini, fotoşəkillərdə göstərilən ərazinin hansı quruma məxsus olmasını və qeyd olunan fotoşəkillərin hansı texniki vasitə ilə çəkilməsini müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi, inzibati xəta haqqında material tərib edilərkən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinin tələbləri pozulmuşdur. Apellyasiya baxışında məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxs Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Yanında X4, X1 Üzrə Dövlət Xidmətinin Bakı Regional Idarəsinin baş mütəxəssisi Şahid izahatında göstərmişdir ki, hüquqi şəxsə 15 gün əvvəldən yazılı formada xəbərdarlıq təqdim olunmuşdur. 2-3 dəfə xəbərdarlıq təqdim olunmuş, lakin heç bir məhəl qoyulmamışdır. 2026-cı il ## ####da hüquqi şəxsin nümayəndəsinin iştirakı ilə protokol tərtib olunmuş, nümayəndə imza çəkərək protokolun sürətini əldə etmişdir. Protokolda hadisənin baş vermə vaxtı və yeri qeyd olunmamış. Hadisə 16 martdan daha əvvəl baş vermişdir. 2026-cı il ## ####da onlar yaxınlaşdığı zaman, təmir işləri davam etmişdir. Lakin fevral ayında hadisəni aşkar etmiş, işlərin dayandırılması ilə bağlı xəbərdarlıq etmişlər. Vətəndaş layihə təqdim edəcəyini bildirmiş, lakin bununla bağlı aktlaşdırma aparılmamışdır. Hüquqi şəxsin nümayəndəsi olan xanım həmin zaman orada əyləşmiş, onu idarəyə dəvət etmişlər. Poçt bildirişi və sms göndərilməmişdir. Protokol həmin obyektdə tərtib olunmuşdur. Protokol tərtib edən zaman orada əyləşən xanım protokolu imza etməkdən imtina etdiyini bildirmişdir. Nümayəndə olan xanımın etibarnaməsi olmamışdır. Apellyasiya baxışında məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxs Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Yanında X4, X1 Üzrə Dövlət Xidmətinin Bakı Regional Idarəsinin baş mütəxəssisi nümayəndə1 izahatında göstərmişdir ki, inzibati xəta haqqında protokol tərtib edilməzdən qabaq xəbərdarlıq edilmiş, protokol birbaşa tərtib olunmamışdır. Lakin xəbərdarlığa məhəl qoyulmadığı üçün protokol tərtib olunmuşdur. Protokol tərtib olunan zaman hüquqi şəxsin nümayəndəsinin iştirakı üçün lazımi tədbirlər görülmüş, lakin nümayəndə iştirak etməmişdir. Fevral ayında xəbərdarlıqdan sonra işlər dayandırılmış, Bununla bağlı akt tərtib edilməmişdir. Hüquqi şəxsin nümayəndəsinin protokol tərtib edilən zaman iştirakının təmin olunması ilə bağlı cəhd göstərilmiş, telefonla məlumat verilmişdir. Lakin nümayəndə iştirak etməmişdir. Göründüyü kimi səlahiyyətli orqan tərəfindən kifayət qədər araşdırma aparılmamış, hüquqi şəxsin nümayəndəsinin iştirakı təmin edilməmiş, iş üzrə əhəmiyyət kəsb edən sübutlar əldə olunmamış və nəticədə qanunvericiliyin tələblərinə zidd inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə vəziyyətdə natamam sübutlarla iş üzrə inzibati xəta tərkibinin olması barədə yekun nəticəyə gəlinməsi mümkün deyil. Məhkəmə verilmiş şikayətlə bağlı qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Şəxsin təqsirini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən həmin şəxs barəsində qəbul edilmiş qərarı əsaslı və qanuni hesab edilə bilməz. Inzibati xətanı törətməməsi ilə bağlı sübutetmə yükünün şikayət vermiş şəxsə keçməsi ilə bağlı dəlillər ilə əlaqədar məhkəmə qeyd edir ki, bu dəlil əsassızdır. Belə ki, şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Şikayətin digər dəlilləri formal mülahizələr əsasında verilmiş və əsaslandırılmamışdır. Odur ki, şikayətin dəlilləri əsassızdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə görə, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 105.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir 109.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 134.1.1-cü maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Iş üzrə toplanmış sübutları, işdə iştirak edən şəxslərin izahatlarını və apellyasiya şikayətinin dəlillərini birlikdə qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən şikayət təmin olunmamalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- **)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Yanında X4, X1 Üzrə Dövlət Xidməti tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar