Məhkəmə qərarları › İş №3(3-6)-2889/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2889/2026

10.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2889/2026 10.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Məhkəmə iclas katibi Zeynalov Samir Elxan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs «xxxx» MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi və vəkili nümayəndə2, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, “xxxx” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-nin 192.6-cı maddəsi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq Idarəsi tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: “xxxx” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi və vəkili nümayəndə2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər Idarəsinin qəbul etdiyi ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı ilə şikayətin təmin edilməsi, “xxxx” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-nin 192.6-cı maddəsi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Qərardan narazı qalan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq Idarəsi apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarının ləğv edilməsini və inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Şikayəti onunla əsaslandırılmışdır ki, tərəf ümumi yığıncağın qərarı ilə işçinin işdən kənarlaşdırmasını qeyd etsədə rəsmiləşdirilməsi işçinin təşəbbüsü ilə (Əmək məcəlləsinin 68.2a bəndi) qeyd olunmuşdur. Beləliklə, yuxarıda sadalanan qanun pozuntularına yol verdiyinə görə, Xidmətin Bakı şəhər Idarəsi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində IXM-nin 192.6-cı maddəsi ilə ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edilməklə inzibati xəta haqqında iş üzrə icraatlar başlanılmış, sözügedən protokollar (əlavə olunmuş iş materialları) üzrə işlərə baxılma zamanı ##.##.2026-cı il tarixli MN ******* nömrəli “Inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərar qəbul edilmişdir. Göründüyü kimi məhkəmə tərəfindən araşdırma və sübutların qiymətləndirilməsi obyektiv aparılmamış, sözügedən inzibati xətanın aşkarlanmasına səbəb olmuş şikayət və vətəndaşın müraciətinə isə ümumiyyətlə, etinasız yanaşılmışdır. Məhkəmə sadəcə bir tərəfin, xüsusilə vəzifəli şəxsə münasibətdə qərardan şikayət vermiş şəxsin özünümüdafiə xarakterli mülahizələrinə əsaslanaraq birtərəfli qaydada qanunazidd qərar çıxarmışdır. Beləliklə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər Idarəsinin ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı tam qanuni və əsaslıdır. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Eyni zamanda, Qərardan şikayət verən orqan (şəxs) Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsi ilə müəyyən edilmiş işəgötürən (tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs) anlayışına uyğun əmək müqaviləsi bağlamaq səlahiyyətinə malik şəxs olduğundan, Inzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin subyekti (işəgötürən) olması sübut edilir. Qərardan şikayət verən orqan (şəxs) təqsiri yuxarıda qeyd olunmuş mötəbər, qanuni və etibarlı sənəd və dəlillərlə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında çıxış edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq Idarəsinin nümayəndəsi X1 şikayətin dəlillərinə uyğun çıxış etdi və məhkəmədən şikayətin təmin edilməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini, inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs «xxxx» MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi və vəkili nümayəndə2 apellyasiya qaydasında verilmiş şikayətə etiraz edərək, məhkəmədən şikayətin təmin edilməməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ****/**** saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə apellyasiya şikayəti ilə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ləğv olunaraq inzibati xəta haqqında iş yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməlidir. Iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən tərtib edilmiş ## ### 2026-cı il tarixli, MN ******* saylı qərardan görünür ki, vətəndaş Cəlilov Elman Eldar oğlu ilə “xxxx” MMCnin vəzifəli şəxsi arasında bağlanmış əmək müqaviləsinə ##.##.2025-ci il tarixində qanunvericiliyin tələbləri pozulmaqla AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndi ilə xitam verildiyi müəyyən edildiyi üçün Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və 1700 manat məbləğində cərimə olunmuşdur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə nəzərdə tutulan xətanı törətməyə görə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsi üçün qanuni əsaslar yoxdur. Qanunvericiliyin tələbindən də göründüyü kimi, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin icra orqanının rəhbəri (direktoru) vəzifəsini icra edən Cəlilov Elman Eldar oğlu ilə əmək münasibətlərinə xitam verilməsi məsələsi Əmək Məcəlləsi ilə deyil, Mülki Məcəllə ilə tənzimlənir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün halları araşdırmadan, işin düzgün həlli üçün lazım olan sübutları toplamadan barəsində inzibati xəta haqqında icraat aparılan şəxs «xxxx» MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə əsassız qərar qəbul etmişdir. Bununla da birinci instansiya məhkəməsi gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmadan inzibati xəta haqqında iş üzrə icraata xitam verməklə prosessual hüquq pozuntusuna yol vermişdir. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin icra orqanının rəhbəri (direktoru) vəzifəsini icra edən Cəlilov Elman Eldar oğlu ilə əmək münasibətlərinə xitam verilməsi məsələsinin Əmək Məcəlləsi ilə deyil, Mülki Məcəllə ilə tənzimlənməsi və əməlində IXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmamasına istinad etməsi düzgün deyil. Azərbaycan Respublikası IXM-nin 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti haqqında Əsasnamə”nin 1.1-ci bəndindən görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Inzibati xətalar qanunvericiliyin müddəaları baxımından aşkardır ki, inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunmalı və bu baxımdan iqtisadi maraq, idarəçilik qaydalarının mühafizə olunması, qanunçuluğun möhkəmləndirilməsi və inzibati xətaların qarşısını almaq üçün qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlik prinsipləri təmin edilməlidir. Həmçinin, dövlət orqanları öz növbəsində inzibati xətaların törədilməsinin qarşısının alınması, buna kömək edən səbəbləri və şəraitin aşkar edilməsi, qanunlara ciddi əməl etmək üçün tədbirlərin icra edilməsini təmin etməlidirlər. Inzibati xətanın anlayışından bəhs edilən IXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin IXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə qeyd edir ki, şikayətçi “xxxx” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi və nümayəndə2 Cəlilov Elman Eldar oğlunun ümumi yığıncağın qərarı ilə işçinin işdən kənarlaşdırmasını qeyd etsə də, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi həmin xitamın “ƏMAS” alt sistemində işçinin təşəbbüsü ilə (Əmək Məcəlləsinin 68.2a bəndi) rəsmiləşdirildiyini bildirmişdir. Həmin halı da şikayətçinin nümayəndəsi etiraf edərək işçinin öz ərizəsi olmadığı halda işçinin öz təşəbbüsü ilə (Əmək Məcəlləsinin 68.2a bəndi) əmək müqaviləsinə xitam verilməsinin formal olaraq rəsmiləşdirildiyini, lakin əslində işçinin ümumi yığıncağın qərarı ilə işdən kənarlaşdırıldığını, yalnız rəsmiləşdirməni “ƏMAS” alt sistemində buna imkan vermədiyindən məcburiyyət qarşısında qalıb edildiyini göstərmişdir. Hazırki halda iş materiallarında bu ziddiyyətin aradan qaldırılması üçün mötəbər sübutlar mövcud deyildir. Birinci instansiya məhkəməsi iş materiallarında kifayət qədər sübutların olmamasını, ziddiyyətlərin olmasını nəzərə almadan və həmin ziddiyyətlərin aradan qaldırılması üçün kifayət qədər araşdırma aparmadan iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul etmişdir. Məhkəmə Cəlilov Elman Eldar oğlunun məhkəmə iclasında iştirakını təmin edərək, əmək müqaviləsinə xitam verilməsinin səbəbini və əsasını aydınlaşdırılmalı, inzibati orqandan “ƏMAS” alt sistemində işçinin əmək müqaviləsinə xitam verilməsinin əsaslarını araşdırmalı, ziddiyyətlər aradan qaldırılmalı, yalnız bundan sonra hansı qanunvericiliyin tətbiq edilməsi ilə məsələsinə baxaraq yekun qərara gəlməlidir. Qərarda konkret sübutlar göstərilmədiyi üçün məhkəmə belə bir qərarı IXM-nin tələblərinə uyğun çıxarılmış araşdırılmanın nəticəsi olan qərar kimi hesab edə bilməz. Qərarda şəxsin ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan konkret hansı əməli (hərəkət və ya hərəkətsizlik) törətməsi göstərilməli, həmin əməlin hansı sübutlarla müəyyən edilməsi qeyd edilməli və həmin əməlin IXM-in hansı maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta olması qərarda öz əksini tapmalıdır. Göründüyü kimi, işə baxan birinci instansiya məhkəməsi bu hallara əhəmiyyət vermədən Azərbaycan Respublikası IXM-nin 75-ci maddəsi baxımından qanunvericiliklə müəyyən edilmiş tələblərə əməl etməmiş, nəticədə Məcəllədə nəzərdə tutulmuş hüquq və vəzifələrinin realizə olunmasına maneə yaranmış, apellyasiya icraatında həmin nöqsanların aradan qaldırılması mümkün olmamışdır. Odur ki, qərar ləğv edilərək iş yenidən araşdırılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 48-ci maddəsinə görə, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsaslardır. Qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq Idarəsi tərəfindən apellyasiya qaydasında verilmiş şikayəti qismən təmin edilməli, “xxxx” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-nin 192.6-cı maddəsi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilməli, iş yenidən baxılıb qərarın təsviri hissəsində sadalanan məsələlər aydınlaşdırılmaqla nəticəsindən asılı olaraq müvafiq qərar qəbul edilməsi üçün həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası IXM-nin 134.1.4-cü maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq Idarəsi tərəfindən apellyasiya qaydasında verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilsin. Iş materialları yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar