Məhkəmə qərarları › İş №3(3-6)-2890/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2890/2026

16.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2890/2026 16.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Məhkəmə iclas katibi Zeynalov Samir Elxan oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs Qaradağ rayon icra şöbəsinin icra məmuru X3, X4 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Bakı şəhər Qaradağ rayon Icra Şöbəsinin icra məmuru X3, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində protokol tərtib edərək, Qaradağ rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ####### 2002-ci il tarixli icra sənədinin icrasına mane olduğuna görə Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Icra Şöbəsindən daxil olmuş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ####### 2002-ci il tarixli icra sənədini qərəzli olaraq icra etməmişdir. Bununla da, o, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(5-96)-2923/2026 nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Məhkəmə qərarından narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(5-96)-2923/2026 nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir: Ailəsi 1993-cü ildə Ağdam rayonunun Sarıhacılı kəndindən erməni işğalı nəticəsində məcburi köçkün düşmüşdür. Rayonu tərk etdikdən sonra ilk dövrlərdə Bərdə rayonu ərazisində çox ağır şəraitdə, daha sonra Bakı şəhərinə gələrək Yasamal rayonu BDU-nun tələbə yataqxanasında müvəqqəti məskunlaşmışdır. BDU yataqxanasında 4 nəfərlik ailə üzvləri, xüsusən də böyüməkdə olan qız və oğlan uşaqları dözülməz yaşayış şəraitini nəzərə alaraq sığınacaq yerlərini dəyişməyə məcbur qalmışdırlar. ## ######## 1997-ci il tarixdən etibarən heç bir yaşayış yerləri olmadığı üçün ünvan 1 ünvanında sığınacaq taparaq məskunlaşmışdırlar. Bu məskunlaşma Bakı Şəhər IH-nin ## ######## 2002-ci il tarixli *-**** saylı məktubu və "xxxx" ASC-nin ## ###### 2002-ci il tarixli **/*** saylı məktubuna əsasən rəsmən müvəqqəti qeydiyyata alınmışdır və hazırkı vaxta qədər burada qanuni əsaslarla yaşayırlar. Icraat zamanı qarşı tərəf və icra məmurları tamamilə əsassız olaraq iddia edirlər ki, guya onlara dövlət tərəfindən ev təklif olunmuş, lakin bu təklifdən imtina etmişdirlər. Bu iddia tamamilə yalan, uydurma və həqiqətdən uzaqdır. Indiyə qədər heç bir ev təklif olunmamış və hər hansı təklifdən imtina faktı mövcud olmamışdır. Bunu rəsmən sübut edən hüquqmüəyyənedici sənəd - Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil Istismar Departamentinin məhz ## ###### 2026-cı il tarixdə verdiyi *** saylı rəsmi arayışıdır. Bu rəsmi arayış birmənalı olaraq təsdiq edir ki, ailəyə dövlət tərəfindən bu günə qədər heç bir ev və ya mənzil ayrılmamışdır, mənzillə təmin olunmamış və növbədədir. Qaradağ Rayon Icra və Probasiya Şöbəsinin məmurları tərəfindən onun Qaradağ Rayon Məhkəməsinin qətnaməsini "qəsdən yerinə yetirməməyim" barədə məhkəməyə verilən məlumatlar tamamilə qərəzlidir. Icra məmurları heç bir rəsmi sənədə əsaslanmadan, tamamilə özlərinin şəxsi və maddi maraqları üçün, iddiaçı X2 xeyrinə hərəkət edərək məhkəməyə əsassız, rəsmi sənədsiz və yalan məlumatlar təqdim etmişdir. Onlar bu qanunsuz yollarla hazırda yeganə sığınacaqları olan mənzildən küçəyə atmaq istəyirlər. Iddiaçı X2 ailəsinin göstərilən yaşayış sahəsindən çıxarılmasına dair müraciəti əsasında Qaradağ Rayon Məhkəməsinin # ####### 2002-ci il tarixli qətnaməsi ilə çıxarılma qərarı verilsə də, məhkəmə məcburi köçkün ailəsi olan onların acınacaqlı vəziyyətini nəzərə alaraq, bu çıxarılmanın icrasını torpaqlarımız işğaldan azad olunanadək və ya mənzil şəraitləri yaxşılaşdırılanadək - yəni birlikdə başqa yaşayış yerində rəsmən təmin olunanadək dayandırılması barədə qətnamə çıxarmışdır. Iddiaçı bu qərardan apelyasiya şikayəti versə də, Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin Mülki Işlər üzrə Kollegiyası IMK-****/**** saylı müvafiq qətnaməsi ilə birinci instansiya məhkəməsinin çıxardığı icranın təxirə salınması qərarını tamamilə dəyişdirilmədən qüvvədə saxlamışdır. Qüvvədə olan məhkəmə qərarlarına görə icranın həyata keçirilmə şərti onların evlə təmin olunmaqlarıdır. Departamentin *** saylı arayışı isə evlə təmin olunmadıqları və heç bir təklifdən imtina etmədikləri qəti surətdə təsdiqləyir. Icranın dayandırılması qərarı (IMK- 4093/2002) tam qüvvədə olduğu halda, icra məmurunun onu cərimələməsi birbaşa qanunsuzluqdur. X1 Əliyevin fərmanları və AR Prezidenti cənab Ilham Əliyevin ## ### 2018-ci il tarixli *** nömrəli Fərmanına əsasən, məcburi köçkünlərin mənzillə təmin olunmadan sığmacaqlardan çıxarılması birmənalı qadağandır. Iddiaçı E.Bəşirovun Səbail Rayon Icra Hakimiyyətinin ## #### 1993-cü il tarixli ***** saylı sərəncamına əsasən Badamdar qəsəbəsində 216 kv.m torpaq sahəsi var və orada özünə 2 mərtəbəli böyük xüsusi mülk tikmişdir. Yaşamaq üçün şəxsi evi ola-ola, heç bir mülkiyyəti olmayan məcburi köçkün ailəsini küçəyə atmaq istəməsi hüquqa və ədalətə ziddir. Məhkəmə iclasında iştirak edən X4 Bayraməli oğlu apellyasiya qaydasında verilmiş şikayətə etiraz edərək, məhkəmədən şikayətin təmin edilməməsini, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra şöbəsinin icra məmuru X3 tərtib etmiş olduğu protokolu müdafiə etdiyini bildirdi və məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə iclasının barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(5-96)-2923/2026 nömrəli, ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: Qaradağ rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ####### 2002-ci il tarixli icra vərəqəsinə əsasən, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yerləşən mənzildən çıxarılması qət edilmişdir. Həmin icra sənədi icra olunması üçün Qaradağ rayon icra və probasiya şöbəsinə göndərilmiş, qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul olunaraq ## ### 2024-cü il tarixdə tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır. Azərbaycan Respublikası Qaçqınların və X6 Üzrə Dövlət Komitəsinin Müvəqqəti məskunlaşma komissiyasının sədri Fuad Hüseynov tərəfindən Bakı şəhəri, Qaradağ rayon Icra şöbəsinin böyük icra məmuru, R Səbuhi Bağırova ünvanlanmış ## #### 2025-ci il tarixli, ******/****-**-** saylı məktubda göstərilmişdir ki, məhkəmə qətnaməsinin icrası ilə əlaqədar, X2 ona məxsus mənzilin boşaldılıb özünə geri təhvil verilməsi tələbi ilə bağlı müraciətlərini nəzərə alaraq, sözügedən ünvanda məskunlaşan Ağdam rayonunun Sarıhacılı kəndindən olan məcburi köçkün Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 4 nəfər ailə üzvləri ilə birgə dövlət tərəfindən ## ### 2025-ci il tarixdə Komitənin hazırda olan boş mənzil fondundan, məcburi köçkünlər üçün salınmış Biləsuvar rayonunda * saylı qəsəbədə 12 sot həyətyanı sahəsi olan ** nömrəli 2 otaqlı fərdi yaşayış evi ilə təmin olunması təklif olundu. Lakin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təklif olunmuş mənzilə köçməkdən imtina etmişdir. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilərək törətmiş olduğu inzibati xətanın xarakterini, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə qətnaməsini icra etməməsini, iş üzrə sübutlarla müqayisəli şəkildə qiymətləndirərək belə nəticəyə gəlmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Iş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq onu Azərbaycan Respublikası IXM-in 528.1-ci maddəsi ilə tənbeh etmişdir. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Məhkəmələrin bütün qərarları qəbul olunduğu gündən bir aydan gec olmayaraq anonimləşdirilməklə elektron qaydada yayılmalıdır. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Insan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə ## #### 1997-ci il tarixli Qərarında vurğulayır ki, razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı. Həmçinin Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə # ### 2002-ci il tarixli Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə bildirməyi zəruri hesab edir ki, şəxs barəsində Inzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilmişdir, şikayətdə göstərilən dəlillər ləğv üçün əsas deyildir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunculuq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə həmçinin təyin olunmuş inzibati tənbehlə bağlı hesab edir ki, birinci instansiya məhkəməsi törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə iş üzrə sübutları qiymətləndirərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh edilməsi barədə düzgün və ədalətli nəticəyə gəlmişdir. Təyin olunmuş inzibati tənbeh inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğundur. Ona görə də, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsi üçün əsaslar müəyyən edilmədiyindən şikayət təmin edilməməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(5- 96)-2923/2026 nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilməməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)- ****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar