Məhkəmə qərarları › İş №3(3-6)-2892/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2892/2026

16.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2892/2026 16.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Məhkəmə iclas katibi Zeynalov Samir Elxan oğlunun katibliyi, Inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər Idarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri X7, X5 və X3 iştirakları ilə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyəti və onun direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Azərbaycan Respublikası IXM-nin 469-1-ci maddəsi ilə təqsirli bilinib inzibati cərimə edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin barəsində tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-in işçisi X2 ##.##.2026-cı il tarixdə xəsarət alması faktı araşdırılarkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin tələbləri pozularaq işəgötürən tərəfindən C.Mehralıyevin ##.##.2026 tarixdən ##.##.2026-cı il tarixədək istehsalatda baş vermiş bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmasının təmin edilmədiyi məlum olmuşdur. Nəticədə hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC tərəfindən Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 barəsində tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-in işçisi X2 ##.##.2026-cı il tarixdə xəsarət alması faktı araşdırılarkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin tələbləri pozularaq işəgötürən tərəfindən C.Mehralıyevin ##.##.2026 tarixdən ##.##.2026-cı il tarixədək istehsalatda baş vermiş bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmasının təmin edilmədiyi məlum olmuşdur. Nəticədə hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 tərəfindən Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə təqsirli bilinərək 5000 (beş min) manat məbləğində cərimə edilməsi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya qaydasında şikayət verərək, Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və barəsində inzibati icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, məhkəmə qərarında müdafiə tərəfinin IXM-in 469-1-ci maddəsinin Qeyd hissəsinə əsaslanan arqumenti ətraflı əks etdirilsə də, qərarın əsaslandırıcı hissəsində həmin arqumentə hüquqi qiymət verilməmişdir. Qeyd hissəsinə əsasən, şəxs bu maddədə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyətə cəlb olunduqda 20 gün ərzində xeyrinə icbari sığorta müqaviləsi bağlanmalı olan şəxsin icbari sığortalanmasını təmin etməlidir və həmin müddətdə eyni əmələ görə təkrar məsuliyyətə cəlb olunmur. Bu müddəanın sistematik təfsirindən görünür ki, qanunverici 469-1-ci maddə üzrə məsuliyyəti pozuntunun aşkar edildiyi anda işçinin hələ də icbari sığorta ilə təmin edilmədiyi vəziyyətlə əlaqələndirmişdir. Əks təqdirdə Qeyd hissəsində nəzərdə tutulan 20 günlük müddət və həmin müddətdə sığortalanmanın təmin edilməsi öhdəliyi hüquqi məzmununu itirərdi. Hazırkı işdə isə DƏMX tərəfindən araşdırma aparıldığı və ##.##.2026-cı il tarixdə protokollar tərtib edildiyi vaxt X2 artıq ##.##.2026-cı il tarixdən qüvvədə olan icbari sığorta təminatı ilə əhatə olunmuşdur. Buna görə də birinci instansiya məhkəməsi IXM-in 469-1-ci maddəsinin mətnini və Qeyd hissəsini birlikdə təhlil etmədən yalnız keçmiş dövrə aid elektron qeydiyyat tarixlərinə əsaslanmaqla maddəni genişləndirici qaydada tətbiq etmişdir. Qərarda xüsusilə göstərilmişdir ki, texniki problem ##.##.2026-cı il tarixdən ##.##.2026-cı il tarixədək olan dövrü izah etsə də, ##.##.2026-cı il tarixdən ##.##.2026-cı il tarixədək olan dövr izah edilməmişdir. Halbuki məhz həmin dövr yeni işçinin qüvvədə olan müqaviləyə daxil edilməsinin rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş 15 iş günlük müddətin daxilində olmuşdur. Məhkəmə bu müddəanın hüquqi nəticəsini ümumiyyətlə qiymətləndirməmişdir. “xxxx” Sığorta Şirkəti ASC-nin ##.##.2026-cı il tarixli ****-** nömrəli məktubu təsdiq edir ki, QH**********/* nömrəli Əlavənin bağlanması üzrə proseslər icra edilmiş, lakin mərkəzləşdirilmiş elektron informasiya sistemində yaranmış texniki səbəblərdən təsdiq prosesi başa çatdırılmamışdır. Texniki problem aradan qaldırıldıqdan sonra eyni dəyişikliklər QH**********/* nömrəli Əlavə ilə rəsmiləşdirilmişdir. Beləliklə, iş materialları Şirkətin sığorta öhdəliyindən yayınmasını deyil, mövcud sığorta münasibətinə yeni işçinin daxil edilməsi üzrə başlanılmış prosesin texniki səbəbdən gec tamamlanmasını göstərir. Məhkəmə isə bu halların hüquqi əhəmiyyətini qiymətləndirmədən elektron sistemdə ##.##.2026-cı il tarixinin görünməsini avtomatik olaraq ##.##.2026-##.##.2026-cı il tarixlərində “işçinin icbari sığortalanmaması” kimi qəbul etmişdir. Hazırkı iş üzrə nə DƏMX, nə də birinci instansiya məhkəməsi Şirkətin və ya Baş Direktorun konkret hansı qəsdli və ya ehtiyatsız hərəkətinin inzibati xəta təşkil etdiyini müəyyən etməmişdir. Əksinə, iş materialları göstərir ki, Şirkət yeni işçinin mövcud sığorta müqaviləsinə daxil edilməsi üçün sığortaçıya müraciət etmiş, müvafiq əlavə hazırlanmış və imzalanmış, sonrakı gecikmə isə elektron sistemdə yaranmış texniki problemlə bağlı olmuşdur. DƏMX tərəfindən inzibati icraat zamanı yol verilmiş prosessual pozuntulara və təqdim edilmiş sübutlara birinci instansiya məhkəməsi lazımi hüquqi qiymət verməmişdir. Şirkətin nümayəndələri DƏMX-in çağırışına uyğun olaraq müəyyən edilmiş vaxtda gəlmiş, DƏMX əməkdaşları ilə keçirilmiş görüşdə iştirak etmiş, izahat vermiş, sənədlər və yazılı etirazlar təqdim etmişlər. Buna baxmayaraq, protokollarda nümayəndələrin protokolun tərtibində iştirak etmədiyi qeyd edilmiş, təqdim olunan sübut və etirazlar protokollarda əks etdirilməmişdir. Birinci instansiya məhkəməsi müdafiə tərəfinin bu prosessual pozuntular barədə arqumentlərini, o cümlədən nümayəndələrin faktiki iştirakına baxmayaraq protokollarda əks qeyd aparılması və təqdim edilmiş sübutların araşdırılmaması məsələsini qərarın əsaslandırıcı hissəsində təhlil etməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarında IXM-in 469-1-ci maddəsinin tətbiqi ilə bağlı mahiyyət etibarilə oxşar hüquqi vəziyyət qiymətləndirilmiş və qüvvədə olan icbari sığorta müqaviləsinin mövcudluğu, işçinin sonradan həmin müqavilə ilə əhatə olunması və hadisənin sığorta təminatının qüvvədə olduğu dövrdə baş verməsi nəzərə alınaraq inzibati xəta tərkibinin olmadığı qənaətinə gəlinmişdir. Həmin qərar hazırkı iş üzrə məhkəmə üçün məcburi presedent olmasa da, eyni hüquq normasının oxşar faktiki hallara tətbiqi baxımından əhəmiyyətli hüquqi yanaşmanı əks etdirir. Birinci instansiya məhkəməsi bu qərarın hazırkı işdən hansı əsaslarla fərqləndiyini göstərməmiş və ona ümumiyyətlə hüquqi qiymət verməmişdir. Nəticə etibarilə, iş materialları əsasında IXMin 469-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi və Şirkətin və onun Baş Direktorunun həmin xətanın törədilməsində təqsiri qanunvericiliyə uyğun olaraq sübuta yetirilməmişdir. Apellyasiya icraatında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri X7, X5 və X3 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun çıxış etdilər və məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Apellyasiya icraatında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər Idarəsinin nümayəndəsi X1 bildirdi ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsinin qərarı qanuni, əsaslı və ədalətlidir. Odur ki, məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC ilə "xxxx" Sığorta Şirkəti ASC arasında bağlanmış ##.##.2024-cü il tarixli, ************** nömrəli istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinə əsasən, sığortalı Qanunun 13-cü maddəsinə uyğun müəyyən edilmiş sığorta tarifləri əsasında hesablanan sığorta haqqını ödədiyi müqabilində, sığortaçı Qanunun 3.1-ci maddəsinə uyğun olaraq müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi olan Qoşmada nəzərdə tutulmuş sığorta olunanların istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətini itirməsinə və ya ölümünə görə Qanunun 18-ci maddəsində müəyyən edilmiş qaydada sığorta ödənişinin verilməsi öhdəliyini götürmüşdür. Iş materiallarında olan barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC ilə X2 arasında bağlanmış ##.##.2026-cı il tarixli əmək müqaviləsinə əsasən, X2 "Heydər Əliyev adına Dərin Özüllər" Zavodunda metal konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı vəzifəsində işə başlamışdır. Iş materiallarında olan barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər Idarəsinə ünvanlanmış ##.##.2026-cı il tarixli məktubdan görünür ki, X2 ##.##.2026-cı il tarixdə saat 20:40 radələrində iş vaxtı iş ərazisində əmək funksiyasını icra edərkən ehtiyatsızlıq nəticəsində "sol əlin 2-ci barmağının 1-ci falanqasının əzilməsi" xəsarətini almışdır. Iş materiallarında olan yuxarıda göstərilən ##.##.2024-cü il tarixli, ************** nömrəli icbari sığorta müqaviləsinə QH**********/* nömrəli Qoşmadan görünür ki, X2 ##.##.2026-cı il tarixdən ##.##.2027-ci il tarixədək sığorta təminatına alınmışdır. Iş materiallarında olan "xxxx" Sığorta Şirkəti ASC-nin ##.##.2026-cı il tarixli, ****-** nömrəli məktubuna əsasən, həmin Qoşmaya QH**********/* nömrəli Əlavənin bağlanması üzrə proseslər icra edilmiş, lakin mərkəzləşdirilmiş elektron informasiya sistemində yaranmış müəyyən texniki səbəblərdən Əlavənin təsdiqi prosesi başa çatdırılmamışdır. Texniki xəta aradan qaldırıldıqdan sonra barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC ilə ##.##.2026- cı il tarixdə QH**********/* nömrəli Əlavə imzalanmış və X2 həmin tarixdən ##.##.2027-ci il tarixədək müqavilə şərtlərinə uyğun olaraq sığorta təminatına alınmışdır. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsinə əsasən “Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə–vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən 1-ci hissəsinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi törədilmiş inzibati xətanın xarakterini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC və direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 barəsində Azərbaycan Respublikası IXM-nin 469-1-ci maddəsinin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməsində haqlı olmuşdur. Belə ki, işçi X2 ilə işəgötürən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC ilə aralarında bağlanmış əmək müqaviləsinin 4.14-cü bəndində “Işəgötürən işçini istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığortalamalıdır” cümləsi qeyd edilməklə kifayətlənilmiş, Əmək Məcəlləsinin 225-ci maddəsinin 1-ci hissəsinin tələbinə əsasən əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumat qeyd olunan əmək müqaviləsində göstərilməmişdir. Bundan əlavə, iş materiallarında olan olan "xxxx" Sığorta Şirkəti ASC-nin ##.##.2026-cı il tarixli, ****-** nömrəli məktubunda işçi X2 istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması texniki səbəbdən ##.##.2026-cı il tarixdən ##.##.2026-cı il tarixədək baş tutmadığı, texniki xəta aradan qaldırıldıqdan sonra isə X2 ##.##.2026-cı il tarixdən ##.##.2027-ci il tarixədək sığorta təminatına alındığı qeyd olunmuşdur. Göründüyü kimi, işçi X2 əmək fəiliyyətinə başladığı tarixdən (##.##.2026-cı il) deyil, ##.##.2026-cı il tarixdən sığorta təminatına alınmışdır. Həmçinin, ##.##.2026-cı il tarixdən ##.##.2026-cı il tarixədək müddət ərzində işçi X2 istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmaması texniki səbəblərlə izah edilsə də, işçi X2 işə qəbul olunduğu ##.##.2026-cı il tarixdən ##.##.2026-cı il tarixədək müddət ərzində istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmaması izah edilə bilməmişdir. Qeyd edilməlidir ki, əməli törətmiş şəxsin (fizki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Hərəkət və yaxud hərəkətsizlik – davranışın iradəvi aktıdır, buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə göstərilən hərəkətlərin edilməsinin faktiki imkanları müəyyən olunmalıdır. Apelyasiya icraatında aparılan araşdırma zamanı birinci instansiya məhkəməsinin iş üzrə qanuni və əsaslı nəticəyə gəldiyi təsdiq edilir. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi qənaət ilə razılaşaraq, qeyd edir ki, göründüyü kimi birinci instansiya məhkəməsi təqdim edilmiş materialları kifayət qədər araşdırıb, hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyəti və direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Azərbaycan Respublikasının IXM-nin 469-1-ci maddəsində nəzərdə tutulan əməli törətməsinin sübuta yetirilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası IXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası IXM-nin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası IXM-nin 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xətadır və Məcəllənin 14cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) zərərli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, yaxud bu nəticələrin baş verəcəyini lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu xəta ehtiyatsızlıqdan törədilmiş xəta hesab olunur. Inzibati xətalar qanunvericiliyin müddəaları baxımından aşkardır ki, insan və vətəndaş hüquqları və azadlıqları, iqtisadi maraqları, idarəçilik qaydalarının qorunması, qanunçuluğun möhkəmləndirilməsi və inzibati xətaların qarşısını almaq üçün qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlik prinsipləri təmin edilməli, dövlət orqanları isə öz növbəsində inzibati xətaların törədilməsinin qarşısının alınması, buna kömək edən səbəbləri və şəraitin aşkar edilməsi, aradan qaldırılması, qanunlara ciddi əməl etmək üçün tədbirlərin icra edilməsini təşkil etməlidirlər. Həm qəsdən törədilən inzibati xəta həm də ehtiyatsızlıqdan törədilənin inzibati xətaya görə qanunvericiliklə müəyyən olunmuş qaydada prosedur qaydalar gözlənilməklə dövlət məcburetmə tədbirləri tətbiq edilir və hər iki hal inzibati xəta törədən şəxs barəsində yaranmış arzuolunmaz hüquqi nəticələrə, yəni inzibati xəta törədən şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq etməsinə səbəb olur. "Icbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, bu Qanunun 8.1-1-ci və 8.1-2-ci maddələrinin tələbləri nəzərə alınmaqla, elektron sənəd formasında tərtib edilmiş və gücləndirilmiş elektron imza vasitəsilə təsdiq edilmiş müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. Həmin Qanunun 8.1-1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi yalnız bu Qanunda nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlandığı və həmin sistemin informasiya ehtiyatında mövcud olduğu halda etibarlıdır. Qanununun 9.1.-ci maddəsinə əsasən icbari sığorta şəhadətnaməsi icbari sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir. Bu Qanunun 50-1.0.3-cü maddəsi istisna olmaqla, bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri üzrə sığorta şəhadətnaməsi “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq elektron sənəd formasında tərtib edilir. Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta hadisəsi – (xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı olan şəxslərə münasibətdə istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində icbari sığorta müqaviləsinin qüvvədə olduğu dövr ərzində) sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi, yaxud ölümü ilə əlaqədar “Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında Qanun”a görə sığorta ödənişinin faydalanan şəxsə ödənilməsi üçün əsas olan haldır. “Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 2. Əsas anlayışlar 2.0.9. istehsalat – fiziki şəxsin işləri, xidmətləri (bundan sonra – əmək funksiyalarını) haqqı ödənilməklə yerinə yetirdiyi iş yeri; 2.0.10. istehsalatda bədbəxt hadisə – sığorta olunanın əmək funksiyalarını yerinə yetirərkən xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı olan şəxsin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halı; 2.0.11. peşə xəstəliyi – əlverişsiz və zərərli istehsalat amillərinin sığorta olunanın orqanizminə təsiri nəticəsində baş verən xroniki və ya kəskin xəstəlik; 2.0.12. sığorta hadisəsi – istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində (bu Qanunun 2-1.2-ci maddəsində nəzərdə tutulmuş sığorta olunanlara münasibətdə icbari sığorta müqaviləsinin qüvvədə olduğu dövr ərzində) sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi, yaxud ölümü ilə əlaqədar bu Qanuna görə sığorta ödənişinin faydalanan şəxsə ödənilməsi üçün əsas olan hal; 2.0.13. sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə, sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı maddi itkilərin bərpası məqsədilə faydalanan şəxsə verilən pul təzminatı;... Maddə 2-1. Icbari sığortanın aidiyyəti ...2-1.2. Bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulmuş sığorta olunanlar istisna olmaqla, digər sığortalılarda çalışan şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə və fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər bu Qanunun 2.0.5-ci maddəsində nəzərdə tutulmuş yerli hüquqi şəxslərdə icbari sığorta olunurlar. Maddə 3. Sığorta olunanlar 3.1. Bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulmuş sığorta olunanlar istisna olmaqla, aşağıdakı şəxslər bu Qanunun əsasında bağlanılan icbari sığorta müqaviləsi üzrə icbari sığorta olunmalıdırlar: 3.1.1. hüquqi şəxslə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq bağlanılmış əmək müqaviləsi və ya mülkihüquqi müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxslər. “Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta tariflərinin müəyyən edilməsi” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2010-cu il tarixli *** nömrəli qərarına əsasən, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta tarifləri fəaliyyət növünün risk dərəcəsinə görə 14 qrupda müəyyən edilir. Göstərilənlərə əsasən, birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC tərəfindən X2 barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-də ##.##.2026-cı il tarixdən əmək müqaviləsi bağlayaraq işə başlamışdır. Iş materiallarından, tərəfin izahatı və məhkəmənin sorğusundan alınan nəticədən görünür ki, işçi X2 ##.##.2026-cı il tarixdən ##.##.2026-cı il tarixdən sığorta olunmadan işləməsi əsası ilə MMC-nin və onun direktorunun Azərbaycan Respublikası IXMnin 469-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması nəticəsinə gəlməklə qanuni və əsaslı qərar qəbul etmişdir. Törədilmiş inzibati xətaya görə təyin edilmiş tənbehə gəldikdə məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC və direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq maddənin sanksiyasında ədalətli tənbeh tətbiq etmişdir. Azərbaycan Respublikası IXM-nin 134.1.1-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarını ləğv edib, işin icraatına xitam verilməsinə əsas ola biləcək hər hansı hal müəyyən edilmədiyindən, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası IXM-nin 134.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDI: barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti təmin edilməsin. barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyəti və direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Azərbaycan Respublikası IXM-nin 469-1-ci maddəsi ilə təqsirli bilinib inzibati cərimə edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar