Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2893/2026 16.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Məhkəmə iclas katibi Zeynalov Samir Elxan oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) inzibati tənbeh vermə haqqında qərardan şikayətinin qismən təmin edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*- **)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər Idarəsinin ##.##.2026-cı il tarixli MN ******* saylı qərarından şikayət verərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsi xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, "xxxx" MMC-nin (VÖEN: **********) direktoru vəzifəsində çalışır. Müəssisənin sabiq işçisi X2 ## ###### 2025-ci il tarixində əmək funksiyalarının icrası zamanı xəsarət alması barədə etdiyi müraciət əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər Idarəsində (DƏMX) araşdırma aparılmışdır. DƏMX tərəfindən ## ### 2026-cı il tarixli məktubla bildirilmişdir ki, istehsalatda baş verən bədbəxt hadisənin gizlədilməsi və ya hadisə baş verən gün aidiyyəti orqana məlumat verilməməsinə görə Inzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə inzibati xətanın əlamətləri müəyyən edilmişdir. Həmin məktubla o, ## ### 2026-cı il tarixində inzibati xəta haqqında protokolun tərtib edilməsində iştirak etmək üçün dəvət olunmuşdur. ## ### 2026-cı il tarixində DƏMX-nin Bakı şəhər Idarəsinin baş məsləhətçi-baş əmək müfəttişi tərəfindən onun iştirakı olmadan barəsində MN ******* nömrəli Inzibati xəta haqqında Protokol tərtib edilmişdir. Protokolda qeyd olunmuşdur ki, işəgötürən tərəfindən ## ###### 2025-ci il tarixli bədbəxt hadisə barədə DƏMX-ə hadisə baş verən gün məlumat verilməmiş və bununla da Inzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinin tələbləri pozulmuşdur. Tərtib edilmiş həmin protokol ## ### 2026-cı il tarixli (3- 17-5/2-62603/2026) məktubla göndərilmişdir. Daha sonra, ## #### 2026-cı il tarixində inzibati xəta haqqında işə baxılaraq barəsində MN ******* nömrəli "Inzibati tənbeh vermə haqqında Qərar" qəbul edilmişdir. Həmin qərara əsasən, Inzibati Xətalar Məcəlləsinin 555.1- ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək barəsində 1000 (min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Sözügedən qərar DƏMX tərəfindən ## #### 2026-cı il tarixli məktubla poçta təqdim edilmiş və zərfin üzərindəki poçt möhürünə əsasən, sənəd ## #### 2026-cı il tarixində poçt şöbəsi vasitəsilə daxil olmuşdur. Aşağıdakılara əsasən hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı Şəhər Idarəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı maddi və prosessual hüquq normalarının kobud şəkildə pozulması şəraitində qəbul edildiyindən ləğv edilməli və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməlidir. Belə ki,qərarın ləğv olunması üçün əsas ondan ibarətdir ki, əməldə inzibati xəta hadisəsi mövcud deyildir. Süleyman Zeynalovla bağlı istehsalatda bədbəxt hadisə baş verməmişdir. Iş materialları ilə işçi S.Zeynalovun iş yerində xəsarət almasını sübut edən heç bir sübut yoxdur. X3 Xidmətinin Bakı şəhər Idarəsinin ##.##.2026-cı il tarixli məktubunda açıq şəkildə qeyd olunur ki, araşdırma yalnız sabiq işçi X2 müraciəti əsasında başladılmışdır. AR Inzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən işəgötürənə qarşı inzibati tənbeh tədbirinin görülməsi üçün xəsarətin məhz iş yerində və əmək funksiyalarının icrası zamanı baş verdiyi təkzibolunmaz faktlarla (kamera görüntüləri, digər işçilərin şahid ifadələri, iş yerinə baxış protokolu və s.) sübuta yetirilməlidir. Iş materiallarında ##.##.2025-ci il tarixində iddia olunan hadisəni təsdiqləyən heç bir obyektiv sübut yoxdur. DƏMX iddia olunan "bədbəxt hadisəni" yalnız birtərəfli qaydada, heç bir sübutla dəstəklənməyən müraciətə əsaslanaraq mütləq həqiqət kimi qəbul etmiş və əsassız olaraq cərimə qərarı vermişdir. Işçi xəstəlik vərəqəsi açdırarkən orada xəsarət istehsalatda bədbəxt hadisə kimi nəzərə alınmamışdır. Qüvvədə olan qanunvericiliyə və səhiyyə qaydalarına əsasən, vətəndaş xəsarət alaraq tibb müəssisəsinə müraciət etdikdə, xəsarətin mənşəyi (məişət xəsarəti, istehsalat xəsarəti və s.) xəstənin ilkin müraciəti və izahatı əsasında xəstəlik vərəqəsində (bülletendə) rəsmiləşdirilir. S.Zeynalov iddia edilən tarixdə (##.##.2025) və ya ondan sonra tibb müəssisəsinə müraciət edərkən açılmış xəstəlik vərəqəsində xəsarətin "istehsalatda bədbəxt hadisə" nəticəsində baş verdiyi qeyd edilməmişdir. Işçi aylar sonra subyektiv mülahizələrlə fikrini dəyişərək DƏMX-ə müraciət etmişdir. DƏMX isə tibbi sənədlərdəki rəsmi və ilkin qeydləri (xəsarətin istehsalatla bağlı olmamasını) nəzərə almadan, qərəzli yanaşma nümayiş etdirərək hadisəni istehsalat xəsarəti kimi tövsif etmişdir. DƏMX istehsalatda bədbəxt hadisə faktının təhqiqatını aparmadan qərar qəbul etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş qaydalara əsasən, istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqatı üçün xüsusi komissiya yaradılmalı, hadisə yeri müayinə edilməli və nəticədə müvafiq akt (lz-1 forması) tərtib olunmalıdır. Lakin DƏMX-nin Bakı şəhər Idarəsinin ##.##.2026-cı il tarixli protokolunda və bunun ardınca qəbul edilmiş 01,06.2026-cı il tarixli qərarında heç bir təhqiqat materialına və ya komissiya rəyinə istinad edilmir. Ortada qanuni qaydada aparılmış və təsdiqini tapmış "istehsalatda bədbəxt hadisə aktı" olmadığı halda, işəgötürəni mövcudluğu sübuta yetirilməmiş bir hadisəni "gizlətməkdə" ittiham etmək və Inzibati Xətalar Məcəlləsinin 555.1- ci maddəsi ilə 1000 AZN məbləğində cərimələmək prosessual qaydaların kobud şəkildə pozulmasıdır. DƏMX təhqiqat aparmaq əvəzinə, birbaşa cəza tətbiq etmək yolunu seçmişdir ki, bu da qərarın ləğvi üçün birbaşa əsasdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı Şəhər Idarəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı ##.##.2026-cı il tarixli qərarı ilə şikayətin təmin olunması, Qərardan şikayət verən orqan (şəxs) inzibati tənbeh verilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər Idarəsinin ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq Idarəsi apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi və Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ##.##.2026-cı il il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir: sözügedən məhkəmə qərarında Qərardan şikayət verən orqan (şəxs) hadisə baş verən gün bu barədə məlumatının olması, həmçinin işəgötürən kimi onun məhz hesab olunması inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqan tərəfindən mötəbər sübutla təsdiq edilməməsi nəticəsinə gəlməsi və bununla bağlı X3 Xidmətinin Bakı şəhər Idarəsinin inzibati tənbeh vermə haqqında ##.##.2026-cı il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi tamamilə əsassızdır. Işin mahiyyəti bundan ibarətdir ki, "xxxx" MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) tərəfindən X2 ##.##.2025-ci il tarixdə iş vaxtı xəsarət alması ilə nəticələnmiş istehsalatda bədbəxt hadisə barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə məlumat verməmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 217-ci maddəsinin 1-ci hissəsinə əsasən “Işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur.” Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.7-ci bəndinə əsasən “Işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü X3 Xidmətinin yerli bölməsinə (və ya birbaşa X3 Xidmətinin aparatına), Fövqəladə Hallar Nazirliyinə (Bədbəxt hadisə təhlükə potensiallı obyektlərdə qəza nəticəsində baş vermişsə) məlumat verməyə borcludur. Eyni zamanda yuxarı mərkəzi icra hakimiyyəti orqanına və Respublika Həmkarlar Ittifaqı Konfederasiyasına (əgər işçilər bu həmkarlar təşkilatının üzvüdürlərsə), bədbəxt hadisənin baş verməsi tarixindən 3 (üç) iş günü müddətində isə sığortaçıya məlumat verilməlidir. Məlumat telefonla, teleqrafla və ya elektron formada bu Qaydalarda göstərilən 3-cü əlavəyə uyğun verilir. Yuxarıda göstərilənlərə əsasən, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Əmək Məcəlləsinin 217-ci maddəsinin və Qaydaların tələbləri pozulmuş, hadisə barədə X3 Xidmətinə məlumat verilməmişdir. Sadalananlardan belə bir nəticəyə gəlmək olur ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 217.1-ci maddəsinin və Qaydaların tələbləri pozulmuşdur. Qərardan şikayət verən orqan (şəxs) əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 555.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur və sübuta yetirilmişdir. Məhz bu səbəbdən də qanunvericiliyə əsasən Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən bu maddələr ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. Bakı şəhəri Nizami rayon Məhkəməsinin qərarında əsaslandığı mülahizələr isə ziddiyətlidir və əsassızdır, sübutlar düzgün qiymətləndirilməmişdir. Öz növbəsində qərarda işin hallarına və qanunvericiliyin tələblərinə uyğun düzgün nəticə çıxarılmamış və düzgün qərar qəbul olunmamışdır. "xxxx" MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinin tələblərinin pozulması və DƏMX-in Bakı şəhər Idarəsi tərəfindən qanunvericiliyin tələblərinə tam riayət olunması öz təsdiqini tapır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi X1 məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)- ****/**** saylı ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq şikayətçi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə əvvəlcədən məlumat verməmişdir. Odur ki, məhkəmə şikayətçinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etdi. Məhkəmə iş materiallarını və şikayətin dəlillərini araşdıraraq, hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş şikayət təmin edilməli, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli, Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməməli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı Şəhər Idarəsinin MN ******* nömrəli, ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi inzibati xəta haqqında toplanmış materialları işin faktiki halları ilə birlikdə tam, hərtərəfli və obyektiv şəkildə araşdırmadan, iş üzrə inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək icraata xitam verilməsi barədə qərar qəbul etməklə haqlı olmamış və düzgün nəticəyə gəlməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər Idarəsinin qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, "xxxx" MMC-nin sabiq işçisi X2 ##.##.2025-ci il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə baş vermiş, lakin işəgötürən Qərardan şikayət verən orqan (şəxs) tərəfindən hadisə baş verən gün DƏMX-ə məlumat verilməmişdir. Bu səbədən Qərardan şikayət verən orqan (şəxs) IXM-nin 555.1-ci maddəsi ilə təqsirli bilinib 1000 manat məbləğində cərimə edilmişdir. Iş materiallarına əlavə edilmiş X2 ##.##.2026-cı il tarixli ərizəsindən görünür ki, o, ##.##.2025-ci il tarixdə “Alov Qüllələri”ndə xidmətdə olan zaman ayağının boş çuxura düşərək xəsarət alması ilə bağlı araşdırma aparılmasını xahiş edir. Iş materiallarına əlavə edilmiş “xxxx” MMC Saf Hospital tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, ** nömrəli arayışdan görünür ki, X2 ##.##.2026-cı il tarixində “xxxx” MMC Saf Hospital klinikasına sol aşıq-baldır nahiyəsində olan ağrı şikayəti ilə müraciət etmiş, travmatoloqun qəbulunda olmuş, rentgen müayinəsindən keçmişdir. Ona “Solaşıq-baldır və sol dirsəyin yumşaq toxumalarının əzilməsi” diaqnozu qoyulmuşdur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, inzibati xəta haqqında qərarda hadisənin başvermə tarixi ##.##.2025-ci il göstərildiyi halda, işçinin ilkin ərizəsində, pretenziyada hadisənin ##.##.2025-ci il tarixində, “Alov Qüllələrin”də xidmətə çıxa bilməməsi barədə ərizəsində ##.##.2025-ci il tarixində baş verdiyi qeyd edilmişdir. Beləliklə, inzibati məsuliyyətin əsasını təşkil edən hadisənin başvermə tarixi ilə bağlı da iş materiallarında aradan qaldırılmamış ziddiyyət mövcuddur. Həmin ziddiyyətin hansı sübut əsasında aradan qaldırıldığı və qərarda göstərilən ##.##.2025-ci il tarixinin nə ilə təsdiq olunduğu müəyyən edilmir. Məhkəmədə dindirilmiş X2 ifadəsində ##.##.2025-ci il tarixdə “Alov Qüllələri”ndə xidmətdə olan zaman ayağının boş çuxura düşərək xəsarət almasını bildirmişdir. Bakı Şəhəri Səbail Rayon Prokurorluğunun ##.##.2026-cı il tarixli məktubundan görünür ki, X2 ## ###### 2025-ci il tarixdə, saat 04 radələrində mühafizəçi işlədiyi “xxxx” MMC-nin ünvan 1 ünvanında yerləşən “Alov Qüllələri” adlanan binanın 2-ci mərtəbəsində yerləşən xidməti postunda öz ehtiyatsızlığından yıxılaraq yüngül dərəcəli bədən xəsarətləri alması faktına görə toplanılmış materialda texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarının pozulması cinayətinin əlamətləri mövcud olmadığından material aidiyyəti üzrə araşdırmanın davam etdirilməsinin təmin edilməsi üçün Səbail Rayon Polis Idarəsinə göndərilmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iş materialları ilə Qərardan şikayət verən orqan (şəxs) işçi X2 iş vaxtı ərzində ##.##.2025-ci il tarixdə xəsarət alması barədə hadisə baş verdiyi gün X3 Xidmətinə məlumat verməməsi faktı öz təsdiqini tapdığı halda, birinci instansiya məhkəməsinin həmin sübutları görməzdən gəlib, heç bir hüquqi qiymətləndirmə aparmadan, inzibati xəta haqqında materialın araşdırılması üçün səlahiyyətli orqana göndərilməsi barədə qərarı anlaşılan hesab edilə bilməz. TƏTBIQ EDILƏN HÜQUQ Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 212. Əməyin mühafizəsinin dövlət tərəfindən tənzimlənməsi
1. Əməyin mühafizəsinə dair vahid dövlət siyasəti müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.
2. Müvafiq icra hakimiyyəti orqanı: əməyin mühafizəsi sahəsində vahid dövlət siyasətini hazırlayır və həyata keçirir, əmək şəraitini yaxşılaşdırmaq və əməyin mühafizəsini təmin etmək sahəsində müvafiq icra hakimiyyəti orqanlarının, işəgötürənlərin vəzifələrini müəyyənləşdirir, sağlam və təhlükəsiz əmək şəraitini təmin etmək sahəsində onların fəaliyyətini əlaqələndirir və ona nəzarət edir; həmkarlar ittifaqları və işəgötürənlərin nümayəndəli orqanları ilə məsləhətləşməklə əmək şəraitinin və əməyin mühafizəsinin yaxşılaşdırılmasına dair proqramları təsdiq edir, onların yerinə yetirilməsini təşkil və təmin edir; əməyin mühafizəsi vasitələrinin istehsalı barəsində müəssisələrə dövlət sifarişini müəyyən edir, bu vasitələrin hazırlanması və istehsalı üzrə müəssisələr yaradılmasına dair qərarlar qəbul edir; əməyin mühafizəsi sahəsində elmi tədqiqat işini təşkil edir və əlaqələndirir, müəyyən edilmiş qaydada təsdiq olunmuş milli proqramları həyata keçirir, bu işlərin maliyyələşdirilməsi qaydasını və şərtlərini müəyyən edir; əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanmasını təşkil edir; əməyin mühafizəsi üzrə respublikada vahid dövlət statistika hesabatının aparılması qaydasını müəyyən edir. Maddə 217. Istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydaları
1. Işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur.
2. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır.
3. Bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır.
4. Bədbəxt hadisənin baş vermə faktını gizlədən, aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçıran işəgötürən, onun səlahiyyətli vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır.
5. Bədbəxt hadisələrin araşdırılmasının, uçotunun aparılması bu maddədə nəzərdə tutulmuş qaydalar əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş "Istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları": 1.2. Işçilərin səhhətinin pozulması aşağıdakı hallarda təhqiq edilməlidiəmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən ... 1.8. Istehsalatda bədbəxt hadisələrin təhqiqatının vaxtında aparılmasına müvafiq şəraitin yaradılmasına, IZ formalı aktın düzgün tərtib edilməsinə, bədbəxt hadisənin başvermə səbəblərinin aradan qaldırılması üzrə tədbirlərin yerinə yetirməsinə işəgötürən cavabdehdir. Bədbəxt hadisələri törədən səbəblərin aradan qaldırılması üzrə nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsinə nəzarəti X3 Xidməti həyata keçirir. 1.9. Bədbəxt hadisənin təhqiq edilməsinə əsas işəgötürənin, zərərçəkənin, mətbuat vasitələrinin, hüquq-mühafizə orqanlarının, tibb müəssisələrinin, respublikada fəaliyyət göstərən əməyin mühafizəsinə nəzarət orqanlarının və həmkarlar ittifaqları təşkilatlarının bədbəxt hadisənin baş verməsi haqqında yazılı və yaxud şifahi məlumatı ola bilər. Bu halda məlumat araşdırılır və lazımi hallarda bədbəxt hadisənin təhqiqatının aparılması üçün komissiya yaradılır.
2. Istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması 2.1. Ağırlıq dərəcəsindən asılı olmayaraq bütün növ xəsarətlər, bir nəfərin həlak olması və qrup halında baş vermiş bədbəxt hadisələrin təhqiqatı X3 Xidmətinin rəisinin (və ya onun tapşırığı ilə X3 Xidmətinin yerli bölməsinin) əmri ilə yaradılmış komissiya tərəfindən aparılır 2.2. Xəsarətlə nəticələnmiş bədbəxt hadisələrin təhqiqatını aparmaq üçün tərkibi: sədr- X3 Xidmətinin vəzifəli şəxslərindən, üzvlər- işəgötürənin və müəssisənin həmkarlar ittifaqı təşkilatının nümayəndələrindən ibarət Təhqiqat komissiyası yaradılır. Təhqiqat komissiyasının yaradılmasına əsas bədbəxt hadisə barədə X3 Xidmətinə işəgötürən tərəfindən verilən məlumat ola bilər. Əgər gizlədilmiş bədbəxt hadisə halı dövlət nəzarət orqanları, həmkarlar təşkilatı tərəfindən aşkar edilərsə və yaxud belə məlumat mətbuatdan, radio və televiziya proqramlarından, digər mənbələrdən daxil olarsa, bədbəxt hadisənin gizlədilmə səbəbləri X3 Xidməti tərəfindən araşdırılır və lazımi hallarda işəgötürənin iştirakı olmadan bu Qaydalara müvafiq bədbəxt hadisənin təhqiqatının aparılmasını təşkil edir. 2.3. Işəgötürən tərəfindən bu Qaydaların 1.7-ci bəndində nəzərdə tutulmuş orqanlara haqqında məlumat verilməmiş, həmçinin əmək qabiliyyətinin dərhal itirilməsi ilə nəticələnməmiş bədbəxt hadisə baş verdiyi vaxtdan sonra işçi əmək qabiliyyətini itirərsə (ölərsə), zərərçəkənin, yaxud onun mənafeyini təmsil edən şəxsin ərizəsi əsasında, ərizə verilən gündən bir ay müddətində həmin bədbəxt hadisə bu Qaydalara əsasən təhqiq edilir. 2.4. Müəssisədə başqa təşkilat tərəfindən onun tapşırığını yerinə yetirmək və xidməti vəzifələrini icra etmək üçün göndərilmiş işçi ilə baş vermiş bədbəxt hadisə, müəssisənin və zərərçəkənin mənsub olduğu təşkilatın nümayəndəsinin iştirakı ilə təhqiq edilir. IZ formalı aktın 3-cü bəndində işçini göndərən təşkilatın adı göstərilir. Bədbəxt hadisə zərərçəkənin mənsub olduğu təşkilat tərəfindən uçota alınır. 2.7. Zərərçəkənin əmək qabiliyyətinin müvəqqəti itirilməsi vaxtı qurtaran kimi, hadisə baş vermiş müəssisənin (bölmənin) rəhbəri IZ formalı aktın bədbəxt hadisənin nəticələri haqqında 14-cü bəndini doldurur və bu barədə X3 Xidmətinə məlumat göndərir (əlavə 3). 2.8. Işəgötürən tərəfindən müvəqqəti olaraq işləmək üçün başqa təşkilata göndərilmiş və yaxud əvəzçilik üzrə çalışan işçi ilə baş vermiş bədbəxt hadisənin təhqiqatı, bu işçinin müvəqqəti işlədiyi, yaxud əvəzçilik üzrə çalışdığı təşkilatın və əsas iş yerinin nümayəndələrinin iştirakı ilə aparılır və hadisə baş vermiş müəssisə tərəfindən uçota alınır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsi: 198.1.5-ci maddəsinə əsasən əməyin mühafizəsi qaydalarının pozulmasına, yəni: normal əmək və istirahət rejiminə riayət edilməməsinə, o cümlədən əmək qanunvericiliyinin tələbləri pozulmaqla işçinin iş vaxtından artıq işlərə cəlb edilməsinə görə - beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. 555.1-ci maddəsinə görə “Istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə-min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinin tələblərinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və yaxud hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və inzibati qaydada tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xətanı törətmiş şəxs barəsində tətbiq edilən tənbeh ədalətli olmalı, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən və hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl inzibati xəta hesab edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, onun və ya başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, xətanı törədən şəxsin təqsirini və ya işin düzgün həllinə əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakim və səlahiyyətli orqanın əsaslana bildiyi faktiki məlumatlar sübutlar sayılır. Bunlar maddi sübutlar, icraat aparılan şəxsin, zərərçəkmişin və şahidlərin izahatları ilə, şəxsin təqsirini təsdiq edən digər sənədlərlə, ekspertizanın rəyləri ilə, inzibati protokolla və bu Məcəllə ilə müəyyən olunmuş digər protokollarla, eləcə də mötəbər sənədlərlə müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə də yuxarıda qeyd olunan iş materiallarına nəzər saldıqda müəyyən olunur ki, Qərardan şikayət verən orqan (şəxs) işəgötürənin vəzifələrini pozmaqla normal əmək və istirahət rejiminə riayət edilmədən işçi X2 iş vaxtı ərzində xəsarət alması barədə hadisə baş verdiyi gün X3 Xidmətinə məlumat verməmişdir. Göründüyü kimi inzibati orqan iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdıraraq əsaslı olaraq inzibati xəta haqqında iş üzrə fiziki şəxsin barəsində inzibati tənbeh tədbiri tətbiq etmişdir. Ona görə də apellyasiya qaydasında verilmiş şikayətin dəlilləri əsaslıdır. Azərbaycan Respublikası IXM-nin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilə bilər. Azərbaycan Respublikası IXM-nin 135.1.2-ci maddəsinin tələblərinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması qəbul olunmuş qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı ##.##.2026-cı il tarixli mübahisələndirilən qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilməməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı Şəhər Idarəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 134.1.2; 135.1.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər Idarəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz.