Məhkəmə qərarları › İş №3(3-6)-2894/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-2894/2026

07.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-2894/2026 07.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Qarayeva Mehriban Cəfər qızı, Məhkəmə iclas katibi Zeynalov Samir Elxan oğlunun katibliyi ilə, «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 276-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən keçirib, MÜƏYYƏN ETDIM : Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə X5 və X4 Agentliyi tərəfindən hüquqi şəxs «xxxx» QSC-nin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 276- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, «xxxx» QSC-nin Bərdə şəhəri, Bakı küçəsində yerləşən **i saylı YDS-də istismar olunan 3 (üç) ədəd yanacaq çəni və 2 (iki) ədəd maye-qaz çəni təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrində qeydiyyatdan keçirilməmişdir. Nəticədə, «xxxx» QSC tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 276-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-99)-3373/2026 nömrəli qərarı ilə «xxxx» QSC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 276- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 5000 (beş min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Həmin qərardan «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 apellyasiya şikayəti verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-99)- 3373/2026 nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqdim edilmiş materialı nəzərdən keçirib hesab edirəm ki, qərardan «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 tərəfindən verilmiş şikayət Azərbaycan Respublikası IXM-nin 130-cu maddəsinin tələblərinə əməl edilməsi üçün materiallarla birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinin tələbinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. IXM-nin 57-1.1.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə bu Məcəllənin 57-1.1-ci maddəsində göstərilən sənədlər və onların əlavələri barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron kabinetində dərhal yerləşdirilir və elektron ünvanına (olduğu halda) göndərildikdə məlumatlandırılmış sayılır. Iş materiallarından göründüyü kimi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-99)-3373/2026 nömrəli qərarı ##.##.2026-cı il tarixində, saat 19:12də hüquqi şəxsin elektron kabinetinə yerləşdirilmiş, lakin «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 tərəfindən Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə həmin qərardan şikayət ##.##.2026-cı il tarixdə elektron məhkəmə informasiya sistemi vasitəsi ilə verilmişdir. Aşkar haldır ki, şikayət verilməsi üçün qanunla müəyyən edilmiş 10 (on) günlük müddət buraxılmışdır. IXM-nin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Yuxarıda qeyd edilənləri nəzərə alıb hesab edirəm ki, şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi məsələsinin həlli məqsədilə şikayət material ilə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 130-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDIM: «xxxx» QSC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 276-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından «xxxx» QSC-nin nümayəndəsi X1 tərəfindən verilmiş şikayət Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 130-cu maddəsinin tələblərinin yerinə yetirilməsi üçün material ilə birlikdə həmin məhkəməyə qaytarılsın. Qərardad qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar