Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2896/2026 08.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Məhkəmə iclas katibi Zeynalov Samir Elxan oğlunun katibliyi ilə, Protokol tərtib edən şəxs Nizami rayon DYPŞ Yol patrul xidməti inspektoru, R X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati icraat haqqında iş aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhəri Nizami Rayon Polis Idarəsindən daxil olmuş ##.##.2026-cı il tarixli, IXP ******* nömrəli inzibati xəta haqqında protokolda görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 342.5-ci və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və 400 (dörd yüz) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Məhkəmə qərarından narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir: Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı bir sıra pozuntularla qəbul edilmişdir. Belə ki, kifayət qədər əsaslar olduğu halda onun şikayətinə düzgün baxılmamış, yalnış məlumatlar qeyd edilməklə, barəsində 400 manat cərimə tətbiq edilmişdir. Məhkəmə iş materiallarını kifayət qədər araşdırmadan bu cür nəticəyə gəlmişdir. Belə ki, barəsində inzibati xəta haqqında protokol tərtib edən zaman polis əməkdaşı tərəfindən aldadılmışdır. O, içkili olmadığı halda onu içkili kimi rəsmiləşdirmişdir. Ona imza etməyini bildirmişdir. O, təsir altında olmuşdur. Ona bildirmişdilər ki, prosedur qaydalarına riayət et, heç nə olmayacaq. Sonda onu həkim müayinəsindən keçirəcəklərini desələr də, etməmişdirlər. Həkim müayinəsindən keçdiyi zaman içkili olmadığının aşkar olunacağını və təqsirsizliyinin sübuta yetirələcəyini düşünərək dediklərini etçmişdir. Polis əməkdaşlarının verdikləri vədə əsasən məhkəmə zamanı da xeyrinə olan halları bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun çıxış etdi və məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən protokol tərtib edən şəxs Nizami rayon DYPŞ Yol patrul xidməti inspektoru, R X1 apellyasiya şikayətinin əsassız olduğunu, birinci instansiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu bildirdi. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: Iş materiallarında olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixli izahatından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, saat 08:05- də etibarnamə ilə idarə etdiyi avtomaşınla Mikayıl Əliyev küçəsində hərəkətdə olan zaman arxa stop işıq siqnalı yanmadığı üçün YPX ona saxlama işarəsi verdi. Sənədlərinə baxış zamanı ondan spirtli içki iyisi gəldiyi üçün onu alkotester vasitəsi ilə müayinə etmişdir. Alkotesterin nəticəsi 0.4 promil qalıq aşkarlandı. O səmimi olaraq, ötən gün spirtli içki – pivə içdiyini bildirmişdir (1 litr). Alkotester nəticəsi ilə razıdır. Həkim narkoloq müayinəsinə ehtiyac yoxdur. Alkotester nəticəsi və izahatı bu fakt üçün kifayət edir. Bir daha bu cür vəziyyətdə avtomaşın idarə etməyəcəyinə söz verir. Izahat şəxsin imzası ilə təsdiq edilmişdir. Iş materiallarında olan ##.##.2026-cı il tarixli, IXP******* nömrəli Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokoldan görünür ki, V-2106 markalı, ** ZY *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs spirtli içki qəbul etməsi özünü aşkar biruzə verdiyindən, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün Ultimed markalı ****** nömrəli sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitədən istifadə edilmişdir. Müayinə nəticəsində vətəndaş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs spirtli içki qəbul etməsi müəyyən olunmuşdur. Şəxsin izahatı – alkotesterlə müayinə olunmuşdur. 0,4 promill onda sərxoşluq aşkar olundu. 1 litr pivə qəbul etdiyini bildirmişdir. Həkim müayinəsinə getməkdən öz istəyi ilə imtina edir. IXP******* nömrəli Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokol onu tərtib etmiş YPX inspektoru, R X1, hal şahidlərinin və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs imzası ilə təsdiq edilmişdir. Iş materiallarında olan ##.##.2026-cı il tarixdə saat 08:23-də tərtib edilmiş "Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə" aktdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs idarə etdiyi "Vaz 2106" markalı, ** ZY *** dövlət qeydiyyat nişanlı avtomobil mühafizə olunan duracağa yerləşdirilmişdir. Iş materiallarında olan ##.##.2026-cı il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs saat 11:40 radələrində müayinə olunmuş, ağızdan alkoqolun və ya digər maddənin iyinin gəlməsi – iyi yoxdur, nəfəs verilən havada və orqanizmin bioloji mühitlərində alkoqolun olması hissəsində - 0,00 promilli və müayinənin nəticəsi olaraq – ayıqdır, alkoqol qəbulu əlamətləri yoxdur şəklində qeyd edilmişdir. Iş materiallarında olan ****** nömrəli, ##.##.2026-cı il tarixli alkotester cihazının qəbzi (çap olunmuş müayinə çıxarışı) görünür ki, müayinənin nəticəsi - alkoqolun miqdarı 0,480% (promilli) müəyyən edilmişdir. Iş materiallarında olan BD ****** nömrəli sürücülük vəsiqəsindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2032-ci il tarixədək “B1, B, C1, C” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük hüququ vardır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında izahatında irəli sürdüyü dəlillər işin faktiki halları ilə təkzib olunur, belə ki, həmin şəxsin alkoqoldan istifadə etməsi və bunun nəticəsində sərxoş vəziyyətdə avtomobil idarə etməsi faktı yerində olmaqla xüsusi texniki vasitənin vasitəsi ilə müəyyən olunmuşdur, bu nəticənin şübhə altına alınması üçün əsaslar yoxdur. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi, törətmiş olduğu inzibati xətanın xarakterini, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, şəxsin alkoqoldan istifadə olunması nəticəsində sərxoşluq vəziyyətində avtomobil idarə etməsini, iş üzrə sübutlarla müqayisəli şəkildə qiymətləndirərək belə nəticəyə gəlmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, ****** nömrəli, ##.##.2026-cı il tarixli alkotester cihazının qəbzi (çap olunmuş müayinə çıxarışı) və digər sənədlərlə sübuta yetirilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs " Vaz 2106 " markalı, ** ZY *** dövlət qeydiyyat nişanlı avtomobili ##.##.2026-cı il tarixində alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsini təsdiq edir. Ona görə məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hazırda irəli sürdüyü dəlilləri onun inzibati məsuliyyətdən yayınmağa cəhd etməsi kimi qiymətləndirərək nəzərə almır. Iş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq onu Azərbaycan Respublikası IXM-in 333.1-ci maddəsi ilə tənbeh etmişdir. Azərbaycan Respublikası IXM-in 327.7-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1- 1, 327.1-2, 327.2 - 327.6, 327.8, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.2–346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır. Azərbaycan Respublikası IXM-in 329.3-cü maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə otuz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası IXM-in 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası IXM-nin 333-cü maddəsinin “Qeyd” hissəsində göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını göstərdiyi halda şəxsin alkoqoldan istifadə olunması nəticəsində sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2014-cü il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin İ hissəsinin 8-ci bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Apellyasiya şikayətinin cərimə cəzasının azaldılmasına dair dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyasında 400 (dörd yüz) manat cərimə nəzərdə tutulduğundan cərimənin azaldılması və ya hissə-hissə ödənilməsinin müəyyən edilməsinə dair dəlillər əsassızdır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə bildirməyi zəruri hesab edir ki, şəxs barəsində Inzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilmişdir, şikayətdə göstərilən dəlillər qərarın ləğvi üçün əsas deyil. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunculuq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə həmçinin təyin olunmuş inzibati tənbehlə bağlı hesab edir ki, birinci instansiya məhkəməsi törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə iş üzrə sübutları qiymətləndirərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh edilməsi barədə düzgün və ədalətli nəticəyə gəlmişdir. Təyin olunmuş inzibati tənbeh inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğundur. Ona görə də, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsi üçün əsaslar müəyyən edilmədiyindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilməməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDI: Barəsində inzibati icraat haqqında iş aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2896/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2896/2026
08.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver