Məhkəmə qərarları › İş №3(3-6)-2897/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2897/2026

08.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2897/2026 08.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Məhkəmə iclasının katibi Zeynalov Samir Elxan oğlunun katibliyi ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından şikayətçi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası DIN Baş Dövlət Yol Polisi Idarəsinin ## ### 2026-cı il tarixli inzibati xəta haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Qərara əsasən Qərardan şikayət verən orqan (şəxs) IXM-nin 327.4-cü maddəsi ilə təqsirli bilinib 150 manat məbləğində cərimə edilmişdir. Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) şikayətini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsininin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ilə barəsində qəbul edilmiş ##.##.2025-ci il tarixli, EQ******** nömrəli inzibati xəta haqqında qərar iş üzrə mühüm əhəmiyyət kəsb edən faktiki halların araşdırılmaması və inzibati xətanın sübuta yetirilməməsi səbəbindən ləğv edilmiş, iş yenidən baxılması üçün AR DIN Baş Dövlət Yol Polisi Idarəsinə göndərilmişdir. Lakin cavabdeh orqan tərəfindən aparılmış yenidən baxılma icraatı zamanı məhkəmə qərarında göstərilmiş məcburi göstərişlərin və halların araşdırılması təmin edilməmiş, nəticədə ##.##.2026-cı il tarixli yeni qərar əvvəlki qərarın məzmununun formal təkrarı kimi qəbul edilmişdir. Nizami Rayon Məhkəməsinin ##.##.2026- cı il tarixli qərarında iş üzrə mühüm əhəmiyyət kəsb edən halların araşdırılmadığı müəyyən edilmişdir. Xüsusilə hadisə yerində yolun təmir olunması, yol nişanlanma xətlərinin mövcudluq vəziyyəti və hərəkətin nizamlayıcı polis əməkdaşı tərəfindən tənzimlənməsi hallarının araşdırılması zəruri hesab edilmişdir. Buna baxmayaraq, cavabdeh orqan həmin halları araşdırmadan, onu icraatda iştirak etməyə dəvət etmədən, izahatını almadan və heç bir yeni sübut toplamadan yenidən eyni nəticəyə gəlmişdir. Beləliklə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarının icrası formal xarakter daşımış, göstəriş verilən hallar aradan qaldırılmamışdır. Yenidən baxılma zamanı AR IXM-in 104-cü maddəsinin və "inzibati icraat haqqında" Qanunun 30, 31-ci maddələrinin tələbləri kobud şəkildə pozulmuş, onun prosesdə iştirakı təmin edilməmişdir. Hüququnda olan arqumentlər, vəsatətlər və dəlillər obyektiv qiymətləndirilməmişdir. Şəxsin dinlənilmək hüququ təmin edilmədən qəbul olunan inzibati akt qanunsuz hesab edilməlidir. Cavabdeh orqanın ##.##.2026-cı il tarixli qərarında məhkəməyə şikayət vermək üçün "iyirmi günlük" müddət göstərilmişdir. Halbuki AR IXM-in 128.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işlər üzrə qərardan şikayət verilməsi müddəti 10 (on) gündür. Dövlət orqanının rəsmi sənəddə vətəndaşa qanunda nəzərdə tutulmayan yanlış müddət göstərməsi müdafiə hüququnun həyata keçirilməsinə mənfi təsir göstərən və orqanın işə qeyri-ciddi yanaşmasını sübut edən aşkar prosessual pozuntudur. Məhkəmənin əvvəlki qərarında inzibati xətanın törədilməsini təsdiq edən sübutların yetərsizliyi qeyd olunsa da, DYP bu çatışmazlığı aradan qaldırmamış, eyni elektron məlumatı təkrar əsas gətirmişdir. AR IXM-in 9-cu (Təqsirsizlik prezumpciyası) maddəsinə əsasən, şəxsin təqsirliliyinə dair aradan qaldırılması mümkün olmayan şübhələr onun xeyrinə şərh edilməlidir. Sübut olunmamış ittihamla şəxsin məsuliyyətə cəlb edilməsi hüququn fundamental prinsiplərinə ziddir. Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə iş üzrə sübutların yetərsizliyi və mühüm əhəmiyyət kəsb edən halların araşdırılmaması müəyyən edilərək materiallar yenidən baxılması üçün inzibati orqana qaytarılmışdır. Lakin cavabdeh orqan tərəfindən aparılmış təkrar icraat zamanı məhkəmənin göstərişləri yerinə yetirilməmiş, iş üzrə yeni sübutlar əldə edilməmiş, hadisənin faktiki halları araşdırılmamış və əvvəlki qərarın məzmunu faktiki olaraq təkrar edilmişdir. Belə olan halda iş üzrə mövcud şübhələrin aradan qaldırılması üçün inzibati orqana əlavə imkan artıq verilmiş hesab edilməlidir. Təkrar baxılma zamanı da şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər və mötəbər sübutlar əldə olunmadığından, AR IXM-in 9-cu maddəsində nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyasının tələblərinə uyğun olaraq bütün şübhələr mənim xeyrinə şərh edilməli və iş üzrə icraata xitam verilməlidir. Sözügedən ərazidə qısa müddət ərzində eyni hadisə ilə bağlı çoxsaylı sürücülərin inzibati məsuliyyətə cəlb edilməsi həmin yol sahəsində hərəkətin təşkili ilə bağlı obyektiv problemlərin mövcudluğunu göstərir. Bu hal cavabdeh orqan tərəfindən hər bir şəxs üzrə fərdi qaydada araşdırma aparılmasının zəruriliyini daha da artırırdı. Bundan əlavə, cavabdeh orqanın istinad etdiyi qərar və sübutlar şəxsi elektron kabinetində əks olunmamış, foto və video materiallarla tanış olmaq imkanı təmin edilməmişdir. Nəticədə ona qarşı irəli sürülmüş ittihamın əsasları ilə tam şəkildə tanış olmaq və müdafiə hüququmdan səmərəli istifadə etmək imkanı məhdudlaşdırılmışdır. Belə olan halda cavabdeh orqan tərəfindən təqdim edilən sübutların mötəbərliyi və kifayətliliyi ciddi şübhə doğurur və həmin şübhələr AR IXMin 9cu maddəsinə uyğun olaraq onun xeyrinə şərh edilməlidir. Belə olan halda cavabdeh orqan tərəfindən təqdim edilən sübutların mötəbərliyi və kifayətliliyi ciddi şübhə doğurur və həmin şübhələr AR IXM-in 9-cu maddəsinə uyğun olaraq onun xeyrinə şərh edilməlidir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası DIN Baş Dövlət Yol Polisi Idarəsinin ## ### 2026cı il tarixli inzibati xəta haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası DIN Baş Dövlət Yol Polisi Idarəsinin ## ### 2026-cı il tarixli, inzibati xəta haqqında qərarından şikayətinin təmin edilməməsi, həmin qərar dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə qərarından narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv olunmasını, şikayətinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinə verilmiş şikayətin dəlilləri ilə eynilik təşkil edərək tərtib olunmuş və əlavə olaraq bildirilmişdir ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmadan qərar qəbul etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq proses iştirakçıları məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə əvvəlcədən məlumat verməmişdir. Odur ki, məhkəmə proses iştirakçılarının iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etdi. Şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb, məhkəmə hesab edir ki, şikayət təmin olunmamalı, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası DIN Baş Dövlət Yol Polisi Idarəsinin ## ### 2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, “Hyundai” markalı **-JX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası DIN Baş Dövlət Yol Polisi Idarəsinin EQ******** nömrəli qərarından şikayət verməsindən sonra Bakı şəhəri Nizami Rayon məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə həmin qərar ləğv edilmiş və iş araşdırılması üçün Azərbaycan Respublikası DIN Baş Dövlət Yol Polisi Idarəsinə göndərilmişdir. Azərbaycan Respublikası DIN Baş Dövlət Yol Polisi Idarəsində işə yenidən baxılarkən törədilmiş yol hərəkəti qayda pozuntusu tam olaraq sübuta yetirilmişdir. Nəticədə Azərbaycan Respublikası IXM-nin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə vətəndaş Qərardan şikayət verən orqan (şəxs) barəsində 150 (yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Iş materiallarına əlavə edilmiş foto-şəkillərlə Qərardan şikayət verən orqan (şəxs) qeyd olunan inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur, sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq IXM-nin 327.4-cü maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, Qərardan şikayət verən orqan (şəxs) birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməsi, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməsi xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş və bunun əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsində inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdən biri kimi göstərilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi verilmiş şikayəti təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırmış və Qərardan şikayət verən orqan (şəxs) IXM-nin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi və onun barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi ilə bağlı səlahiyyətli orqanın gəlmiş olduğu qənaətlə razılaşaraq sonuncunun həmin qərardan vermiş olduğu şikayəti təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinin tələblərinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və yaxud hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və inzibati qaydada tənbeh edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xətanı törətmiş şəxs barəsində tətbiq edilən tənbeh ədalətli olmalı, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən və hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl inzibati xəta hesab edilir. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, onun və ya başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, xətanı törədən şəxsin təqsirini və ya işin düzgün həllinə əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakim və səlahiyyətli orqanın əsaslana bildiyi faktiki məlumatlar sübutlar sayılır. Bunlar maddi sübutlar, icraat aparılan şəxsin, zərərçəkmişin və şahidlərin izahatları ilə, şəxsin təqsirini təsdiq edən digər sənədlərlə, ekspertizanın rəyləri ilə, inzibati protokolla və bu Məcəllə ilə müəyyən olunmuş digər protokollarla, eləcə də mötəbər sənədlərlə müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası IXM-nin 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə-yüz əlli manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci hissələrinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar; 64-cü maddəsinin İ hissəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir; 69-cu maddəsinin VII hissəsinin 1-ci bəndinə əsasən 1.1—1.3 üfiqi nişanlanma xətlərini kəsib keçmək qadağandır; 5-ci bəndinə əsasən 1.11 xəttini qırıq xətt tərəfdən, habelə yalnız ötməni və ya yandan keçməni başa çatdırdıqdan sonra bütöv xətt tərəfdən kəsib keçməyə icazə verilir. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2017-ci il tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin” Siyahısının 2.4-cü bəndinə əsasən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 322.0.8, 323, 326-1, 327.1 – 327.5, 329 – 331, 332.1 – 332.3, 338.1 – 338.6, 339.1 (fiziki şəxslər barədə) maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi adından dövlət yol polisinin yol hərəkətinə nəzarət fəaliyyətinə cəlb edilmiş Baş Dövlət Yol Polisi Idarəsinin, dövlət yol polisi idarələrinin şöbə rəisləri və onların müavinləri, bölmə rəisləri, xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektorları və inspektorları, baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, böyük mühəndisləri və mühəndisləri, ərazi polis orqanlarının dövlət yol polisi şöbələrinin, bölmələrinin, qruplarının baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, inzibati təcrübə üzrə baş inspektorları və inspektorları, böyük mühəndisləri və mühəndisləri, axtarış üzrə baş inspektorları və inspektorları, yol nəqliyyat hadisəsi üzrə baş inspektorları və inspektorları, təbliğat inspektorları, alay komandirləri və onların müavinləri, qərargah rəisləri, bölük komandirləri və onların müavinləri, tağım komandirləri, yol patrul xidməti baş inspektorları və inspektorları baxır. Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar qanuni qüvvəyə minir. Ona görə də məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən şikayət təmin olunmamalı və Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası DIN Baş Dövlət Yol Polisi Idarəsinin ## ### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin təmin edilməməsi və həmin qərarın dəyişdirilmədən saxlanılmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar