Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2898/2026 08.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Məhkəmə iclas katibi Zeynalov Samir Elxan oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhəri Nizami Rayon Polis Idarəsinin X1 şöbəsinin yol-patrul xidməti inspektoru, R X2 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhəri Nizami Rayon Polis Idarəsinin X1 Şöbəsinin ## ### 2026-cı il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ## ### 2026-cı il tarixdə, saat 20:20 radələrində Bakı şəhəri, Nizami rayonu, Ə.Əzimzadə küçəsi ilə mülkiyyətində olan **-SO-*** dövlət qeydiyyat nişanlı KIA K5 markalı avtomobillə hərəkətdə olarkən Nizami RPI DYPŞ-nin 99- YP- 278 dövlət qeydiyyat nişanlı yol patrul avtomobili tərəfindən dayandırılmışdır. Dayandırılma səbəbini soruşduqda qanunvericiliyə uyğun olaraq dayandırılma səbəbi bildirilmədən və sənədlərini tələb edilmədən ondan qanunsuz olaraq YPX avtomobilinə əyləşməyi tələb olunmuşdur. YPX avtomobilinə əyləşdirildikdən sonra ona Səbuhi adı ilə müraciət olunmuş, o isə adının Səbuhi deyil Samir olduğunu qeyd edərək şəxsiyyəti təsdiq edən şəxsiyyət vəsiqəsini və digər təsdiqedici sənədləri təqdim etməyinə baxmayaraq adının Səbuhi olduğu bildirilmişdir. Hər hansı bir hüquqi əsas və qanunauyğun səbəb olmadan, "şəxsiyyətin müəyyən edilməsi" əsassız bəhanəsi ilə avtomobilini yol kənarında saxlanılaraq qanunsuz olaraq təxminən saat 20:35 radələrində Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsində yerləşən Nizami rayonu 25-ci Polis Bölməsinə aparılmışdır. Şəxsiyyəti məlum olduğu halda Polis bölməsində səbəbi ona bildirilmədən və hər hansı bir rəsmiləşdirilmə prosedurları aparılmadan, təqdim etdiyi şəxsiyyəti təsdiq edən sənədlərə vizual baxış keçirilməklə dırnaqarası yoxlamadan sonra o, narazılıq edib haqlı etirazını bildirdikdə Cəbrayıllı Ilqar adlı YPX əməkdaşı "polis əməkdaşlarını aldatdığına görə sənə kəmər yazacam" deyə bildirmişdir. O, hər hansı bir inzibati xəta törətmədiyi, protokolun qanunsuz olduğunu və protokoldan şikayət edəcəyini bildirsə də, Polis Bölməsində olan zaman saat 20:57-də barəsində IXM-nin 329.1.-ci maddəsi ilə IXP******* nömrəli əsassız və qanunsuz protokol tərtib edilmiş və ##.##.2026-cı il tarixdə ona sözügedən protokol üzrə inzibati tənbeh vermə barədə qərar qəbul edilməsinə dair SMS xəbərdarlıq göndərilmişdir. ##.##.2026-cı il tarixli qanunsuz və əsassız protokol rəhbər tutulmaqla qəbul edilmiş inzibati tənbeh vermə barədə ##.##.2026-cı il tarixli qərar aşağıda şərh olunan hüquqi və faktiki əsaslara görə qanunvericiliyin tələblərinə ziddir və ləğv edilməlidir. Tərəfindən, iddia olunan və Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradan hər hansı qanunazidd əməl törədilməmişdir. Onun həmin inzibati xətanı törətməyi faktı iş materialları ilə öz təsdiqini tapmır və bu halı təsdiq edən mötəbər, kifayət qədər və yol verilən sübutlar mövcud deyildir. Inzibati xətanın törədilməsini təsdiq edən xüsusi texniki vasitələrlə əldə olunmuş foto, video görüntülər təqdim edilməmişdir. IXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və 8.3-cü maddəyə əsasən şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Yol patrul xidməti naryadı tərəfindən dayandırıldıqdan sonra qanunvericiliyin tələblərinə uyğun dayandırılmanın səbəbi mənə bildirilməmiş, habelə sənədlərin təqdim edilməsi tələb edilməmişdir. Bu hal "Yol hərəkəti haqqında" Qanunun 85-ci maddəsinin 3-cü bəndinin və "Yol-patrul xidməti haqqında Təlimat"ın 7.7-ci bəndinin tələblərinin birbaşa pozulmasıdır. Törədildiyi iddia edilən inzibati xətaya görə dərhal tərtib olunmalı olan protokol saat 20:20 radələrində dayandırıldığı Nizami rayonu, Ə.Əzimzadə küçəsində deyil, tam qanunsuz olaraq aparıldığı Nizami rayonu, K.Balakişiyev küçəsində yerləşən polis bölməsində olarkən saat 20:57-də tərtib edilmişdir. Bu, IXM-nin 101.1-ci maddəsinin (protokolun fakt aşkar edildikdən dərhal sonra tərtib edilməsi) tələbinə ziddir. Protokol tərtib edilərkən ona qanunvericiliklə nəzərdə tutulmuş qaydada hüquq və vəzifələri də izah edilməmişdir. Inzibati xəta haqqında iş üzrə icraat zamanı işə baxılmanın vaxtı və yeri barədə qanunvericiliyin tələblərinə uyğun olaraq məlumatlandırılmağı təmin edilməmişdir. Işə baxılması ## ### 2026-cı il tarixinə təyin edilsə də, sözügedən iclas barədə bildiriş yalnız ## ### 2026-cı il tarixdə ona təqdim olunmuşdur. IXM-nin 60.3-cü maddəsinə əsasən bildiriş şəxslərə müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilməlidir. Bu prosessual qayda pozuntusu onun qanunla təmin olunmuş müdafiə hüququndan istifadə etmək imkanını tamamilə məhdudlaşdırmışdır. Ayrıca, iş üzrə iclasın ## ### 2026-cı il tarixinə təyin olunmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərar ## ### 2026-cı il tarixdə (iclas günündən bir gün sonra) qəbul edilmişdir. Yuxarıda göstərdiklərini nəzərə alaraq, Bakı şəhəri Nizami RPI DYPŞ-nin inzibati tənbeh vermə barədə IXP seriyalı ******* nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhəri Nizami Rayon Polis Idarəsinin X1 Şöbəsinin ## ### 2026-cı il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinin təmin edilməməsi, həmin qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan narazı qalan barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinə təqdim edilmiş şikayətin dəlilləri ilə eynilik təşkil edir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxs X2 apellyasiya şikayətinə etiraz edərək, məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq şikayətçi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat bildirməmişlər. Odur ki, məhkəmə şikayətçinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etdi. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Nizami Rayon Polis Idarəsinin X1 Şöbəsinin ## ### 2026-cı il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “KIA Optima Minik” markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Qərardan şikayət verən orqan (şəxs) Kamil Balakişiyev küçəsində hərəkətdə olarkən ## ### 2026-cı il tarixdə, saat 20:57-də “təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə” görə, Azərbaycan Respublikası IXM-nin 329.1ci maddəsi ilə 40 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə qırx manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, Qərardan şikayət verən orqan (şəxs) təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməsi məsələsi araşdırılmamış, onun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi qərarda əsaslandırılmamışdır. Belə ki, şikayətçi Qərardan şikayət verən orqan (şəxs) məhkəmədə verdiyi izahatında bildirmişdir ki, ## ### 2026-cı il tarixdə, saat 20:20 radələrində Bakı şəhəri, Nizami rayonu, Ə.Əzimzadə küçəsi ilə mülkiyyətində olan **-SO-*** dövlət qeydiyyat nişanlı KIA K5 markalı avtomobillə hərəkətdə olarkən Nizami RPI DYPŞ-nin 99- YP-278 dövlət qeydiyyat nişanlı yol patrul avtomobili tərəfindən dayandırılmışdır. Dayandırılma səbəbini soruşduqda qanunvericiliyə uyğun olaraq dayandırılma səbəbi bildirilmədən və sənədlərini tələb edilmədən ondan qanunsuz olaraq YPX avtomobilinə əyləşməyi tələb olunmuşdur. YPX avtomobilinə əyləşdirildikdən sonra ona Səbuhi adı ilə müraciət olunmuş, o isə adının Səbuhi deyil Samir olduğunu qeyd edərək şəxsiyyəti təsdiq edən şəxsiyyət vəsiqəsini və digər təsdiqedici sənədləri təqdim etməyinə baxmayaraq adının Səbuhi olduğu bildirilmişdir. Hər hansı bir hüquqi əsas və qanunauyğun səbəb olmadan, "şəxsiyyətin müəyyən edilməsi" əsassız bəhanəsi ilə avtomobilini yol kənarında saxlanılaraq qanunsuz olaraq təxminən saat 20:35 radələrində Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsində yerləşən Nizami rayonu 25-ci Polis Bölməsinə aparılmışdır. Şəxsiyyəti məlum olduğu halda Polis bölməsində səbəbi ona bildirilmədən və hər hansı bir rəsmiləşdirilmə prosedurları aparılmadan, təqdim etdiyi şəxsiyyəti təsdiq edən sənədlərə vizual baxış keçirilməklə dırnaqarası yoxlamadan sonra o, narazılıq edib haqlı etirazını bildirdikdə Cəbrayıllı Ilqar adlı YPX əməkdaşı "polis əməkdaşlarını aldatdığına görə sənə kəmər yazacam" deyə bildirmişdir. O, hər hansı bir inzibati xəta törətmədiyi, protokolun qanunsuz olduğunu və protokoldan şikayət edəcəyini bildirsə də, Polis Bölməsində olan zaman saat 20:57-də barəsində IXM-nin 329.1.-ci maddəsi ilə IXP******* nömrəli əsassız və qanunsuz protokol tərtib edilmiş və ##.##.2026-cı il tarixdə ona sözügedən protokol üzrə inzibati tənbeh vermə barədə qərar qəbul edilməsinə dair SMS xəbərdarlıq göndərilmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında Bakı şəhəri Nizami RPI DYPŞ-nin nümayəndəsi YPX inspektoru X2 şikayətlə razılaşmayaraq, izahatında göstərmişdir ki, ## ### 2026-cı il tarixdə digər ekipaj üzvü X3 ilə birlikdə **-YP-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobillə Ə.Əzimzadə küçəsində xidmətdə olarkən, saat 20:20 radələrində **-SO-*** dövlət qeydiyyat nişanlı "KIA" markalı avtomobilin sürücüsünün hərəkət zamanı təhlükəsizlik kəmərini bağlamadığını bilavasitə vizual olaraq aşkar etmişlər. Avtomobil dayandırıldıqdan sonra şəxsən özü sürücüyə yaxınlaşmış, "Yol hərəkəti haqqında" Qanunun 85-ci maddəsinin və Yol-Patrul Xidməti haqqında Təlimatın tələblərinə müvafiq olaraq özünü təqdim edərək dayandırılma səbəbini (təhlükəsizlik kəmərindən istifadə edilməməsi faktını) sürücüyə rəsmi şəkildə bildirmişdir. Sürücünün təqdim etdiyi sürücülük vəsiqəsindəki fotoşəklin onun faktiki üz cizgiləri və siması ilə uzlaşmaması, kənar şəxsə aid olması şübhəsini doğurduğu üçün prosessual qaydalara uyğun olaraq əraziyə post-patrul naryadı dəvət olunmuş və sürücü sənədlərin qanuniliyinin və şəxsiyyətinin yoxlanılması məqsədilə 25-ci Polis Bölməsinə aparılmışdır. Bölmədə şəxsin daxili işlər orqanlarının rəsmi foto-baza məlumatları əsasında Qərardan şikayət verən orqan (şəxs) olduğu tam təsdiqləndikdən sonra onun törətdiyi kəmər xətası ilə bağlı IXM-nin 329.1-ci maddəsi ilə protokol rəsmiləşdirilmişdir. Həmçinin, icraat zamanı sürücüyə IXM-nin 100.3-cü maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, onun daxili müdafiə hüququ məhdudlaşdırılmamış, protokola qarşı etdiyi şifahi etirazları sənəddə qeyd olunmuşdur. Xətaya dair obyektiv halların tam təsdiq olunduğunu bildirərək, inzibati tənbeh qərarının dəyişdirilmədən saxlanılmasını məqsədəuyğun hesab etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Nizami RPI DYPŞ-nin YPX inspektoru X3 izahatında göstərmişdir ki, ## ### 2026-cı il tarixdə, saat 20:20 radələrində Ə.Əzimzadə küçəsində xidmət apararkən **-SO-*** dövlət qeydiyyat nişanlı "KIA Optima" markalı nəqliyyat vasitəsini idarə edən sürücünün təhlükəsizlik kəmərindən istifadə etmədiyini vizual olaraq aşkar etmiş və nəqliyyat vasitəsinə qanuni dayandırma əmri vermişdir. Sürücü avtomobili dayandırdıqdan sonra dərhal kəməri taxmağa cəhd göstərmiş, yoxlama zamanı təqdim etdiyi sürücülük vəsiqəsindəki fotoşəkil ilə şəxsin vizual görkəmi arasında ciddi fərqlər (faktiki sima ilə şəkil arasında oxşarsızlıq) müəyyən edilmişdir. Sürücünün şifahi olaraq özünü Qərardan şikayət verən orqan (şəxs) kimi təqdim etməsinə baxmayaraq, vəsiqədəki məlumatların başqa şəxsə (Səbuhi adlı şəxsə) aid olması barədə şübhələr yarandığından və şəxsiyyəti yerindəcə tam dəqiqləşdirmək real imkan xaricində olduğundan, şəxs hüquqi statusuna uyğun olaraq Nizami rayonu 25-ci Polis Bölməsinə dəvət edilmişdir. Bölmədə daxili inteqrasiya olunmuş dövlət informasiya sistemləri (ehtiyatları) və elektron planşet bazası vasitəsilə aparılmış biometrik və sənədli yoxlamalardan sonra şəxsin həqiqətən də Qərardan şikayət verən orqan (şəxs) olduğu qəti surətdə müəyyən edilmişdir. Şəxsiyyətin tam eyniləşdirilməsi prosesi yekunlaşdıqdan sonra, onun Ə.Əzimzadə küçəsində təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməsi xətasına dair IXM-nin 329.1-ci maddəsinin tələblərinə uyğun olaraq saat 20:57-də Kamil Balakişiyev küçəsində yerləşən bölmə binasında rəsmi inzibati xəta protokolu tərtib olunmuşdur. Xidməti planşet və avtomobil sistemindəki səs və video yazıların aqibətinə gəldikdə isə bildiriş qeydində əks olunduğu kimi, qanunla müəyyən edilmiş daxili saxlama müddəti bitdikdən və rəsmi protokol elektron sistemə inteqrasiya edildikdən sonra video/səs yaddaşı qanunauyğun qaydada silinmişdir. Inzibati tənbeh vermə haqqında qərarın tam obyektiv və qanuni olduğunu vurğulayaraq, şikayətin təmin edilməməsini və qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Belə ki, şəxs inzibati xəta törədilməsi ilə razılaşmamış, belə bir vəziyyətdə hər hansı bir digər sübut olmadan şəxs barədə inzibati protokol çıxarılmışdır. Şəxs protokolla razılaşdıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Lakin göründüyü kimi şəxs inzibati xəta törətməsi ilə razılaşmadığı şəraitdə, göstərilən əməlin şəxs tərəfindən törədilib-törədilməməsini, törədildiyi təqdirdə təqsirin mövcud olubolmadığı müəyyən etmək üçün əlavə sübut toplamadan kifayətlənib, inzibati xəta haqqında protokol tərtib etmişdir. Şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması, təqsirinin olubolmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X5 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Həmçinin səlahiyyətli orqanı qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədibtörətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Şəxs bildirmişdir ki, törədilməsi iddia edilən hadisə ilə bağlı faktı təsdiq edən hər hansı sübut (aidiyyəti foto, video material) mövcud deyildir. Həmin protokoldakı əməlin şəxs tərəfindən törədilməsini təsdiq edən IXM-nin 76-cı maddəsində sadalanmış digər sübut növləri mövcud olmalıdır. Lakin iş üzrə məhkəməyə belə bir sübut səlahiyyətli orqan tərəfindən təqdim edilməmişdir. Çünki məhkəmə hazırkı işə baxılması ilə əlaqədar şəxsin təqsirini müəyyən edən sübutları qərar qəbul etmiş səlahiyyətli orqandan tələb etmiş, lakin məhkəməyə əlavə hər hansı bir sübut, o cümlədən təqsirli bilindiyi inzibati xətanın şəxs tərəfindən törədilməsini təsdiq edən hər hansı foto görüntü təqdim edilməmişdir. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsinin Qərardan şikayət verən orqan (şəxs) ünvanladığı ##.##.2026-cı il tarixli, 3-13-44-7/2Q-47029 nömərli məktubda qeyd edilmişdir ki, X1nin xidməti fəaliyyətini tənzimləyən normativ hüquqi aktların tələbləri barədə ətraflı məlumat verilmiş, araşdırma zamanı onu müvəqqəti olaraq yol hərəkətində iştirakdan əsassız kənarlaşdırdıqlarına görə aidiyyati YPX inspektorları intizam tənbehinə layiq görülmüşdür. Belə olan halda Qərardan şikayət verən orqan (şəxs) təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməsi ilə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 329.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilməmişdir. Odur ki, şikayətinin dəlilləri əsaslıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin Qərardan şikayət verən orqan (şəxs) inzibati tənbeh vermə haqqında qərardan şikayətinin təmin edilməməsinə dair *(*-**)-****/**** saylı ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən onun təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 134.1.3-cü maddəsini rəhbər tutaraq, Qərara aldı: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti təmin edilsin. Qərardan şikayət verən orqan (şəxs) inzibati tənbeh vermə haqqında qərardan şikayətinin təmin edilməməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin. Şikayət təmin edilsin. Qərardan şikayət verən orqan (şəxs) barəsində Bakı şəhəri Nizami Rayon Polis Idarəsinin X1 Şöbəsinin ## ### 2026-cı il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən onun təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2898/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2898/2026
08.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver