Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-2902/2026 11.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hüseynov Telman Qulaməli oğlunun sədrliyi, Feyzullazadə Əli Elşən oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2025-ci il tarixli, EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair verdiyi vəsatətin rədd edilməsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadından verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2025-ci il tarixli, EQ ******** saylı qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) 50 manat miqdarında cərimə edilmişdir. Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2025-ci il tarixli, EQ ******** saylı qərarından şikayət verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmişdir. Vəsatini onunla əsaslandırmışdır ki, o, məhkəməyə şikayətlə müraciət edərək xahiş etmişdir ki, DYP tərəfindən barəsində ##.##.2025-ci il tarixli, EQ ******** saylı inzibati xəta barədə protokolla verilmiş inzibati tənbeh haqqında qərarın ləğv edilməsi barədə qərar çıxarılsın. Qeyd etməyi vacib sayır ki, həmin qərarın mövcudluğu ona təsadüfən e-polis tətbiqindən məlum olmuşdur. Bu barədə DYP ona heç bir bildiriş və ya SMS göndərməmişdir. Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanladığı şikayət ərizəsi, araşdırılması üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə göndərilmiş, lakin tələbləri həll olunmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Sevinc Quliyeva) ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) vəsatəti rədd edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır: “...Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2025-ci il tarixli, EQ ******** saylı qərarının surəti Qərardan şikayət verən orqan (şəxs) şikayət vermə müddətinin ötürülməsinin üzrlü səbəblərini təsdiq edən hansısa sübut sonuncu tərəfindən məhkəməyə təqdim edilmədiyindən vəsatət rədd edilməli, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır...”. Qərardaddan Qərardan şikayət verən orqan (şəxs)n apellyasiya qaydasında şikayət verərək, inzibati iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadının ləğv edilməsini və Baş Dövlət Yol Polisi İdarəsinin EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərardan şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında vəsatətin təmin olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2025-ci il tarixli EQ ******** saylı qərarının mövcudluğu buna oxşar daha 15 qərarla eyni zamanda təxminən 3 ay əvvəl təsadüfən e-Polis tətbiqindən ona məlum olmuşdur. e-Polis tətbiqində qəbul edilmiş inzibati tənbeh barədə qərarların tam müfəssəl məzmunu deyil, yalnız anons şəklində bu tarixdə cərimə olunduğu göstərilmişdir. Bundan sonra Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə şikayətlər göndərmiş, lakin tələbləri həll olunmamışdır. Şikayətlərin nəticəsini təxminən 45 gün gözləməli olmuşdur. Bundan sonra Bakı şəhəri Yasamal rayon məhkəməsinə şikayət etmiş, lakin səhv edərək 16 analoji qərardan bir ərizədə şikayət etmişdir. Məhkəmə təxminən 20 gün sonra şikayəti geri qaytararaq yol verdiyi nöqsanları aradan qaldırmağı tövsiyyə etmişdir. Məhkəmənim göstərişinə əməl edərək yenidən şikayətlə məhkəməyə müraciət etmişdir. Rəsmi qaydada heç bir inzibati xəta haqqında qərarı almamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayəti müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakı təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi şikayəti inzibati xəta haqqında iş üzrə icraat materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə şikayət təmin edilməli və inzibati iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadı ləğv olunmalı və Qərardan şikayət verən orqan (şəxs) Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul olunmuş ##.##.2025-ci il tarixli, EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərardan şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası haqqında vəsatəti təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346- 1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1-ci maddəsinə uyğun olaraq “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “İCMAL” altsistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. Həmin Məcəllənin 122.3.1-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə); Həmin Məcəllənin 122.7-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 manat məbləğində cərimə ilə tənbeh edilməsi haqqında Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın qəbul olunmasına əsas olmuş “FORD CARGO 2530 D YÜK” markalı ** JS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin heç vaxt onun sahibliyində və ya istifadəsində olmadığını və barəsində analoji faktla əlaqədar olaraq qəbul olunmuş 16 ədəd inzibati tənbeh vermə haqqında qərarların heç birinin rəsmi qaydada ona təqdim olunmadığını mübahisələndirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən İ. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. II. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinə əsasən İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Konstitusiyanın 125-ci maddəsinə əsasən VII. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin qeyd olunan müddəaları ilə müqayisədə, Qərardan şikayət verən orqan (şəxs) mübahisələndirdiyi və inzibati xətanın predmeti olan “FORD CARGO 2530 D YÜK” markalı ** JS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin kimin sahibliyində və ya istifadəsində olması ilə bağlı faktın məhkəmə qaydasında araşdırılmasına zərurət vardır. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) “FORD CARGO 2530 D YÜK” markalı ** JS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibliyində və ya istifadəsində olmadığı haqqında Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə şikayət ərizələri ilə müraciət etmişdir. İnzibati xəta haqqında iş üzrə mübahisənin və inzibati xətanın predmeti olan “FORD CARGO 2530 D YÜK” markalı ** JS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Qərardan şikayət verən orqan (şəxs) sahibliyində və ya istifadəsində olması faktı sonuncunun müraciətinə münasibətdə Baş Dövlət Yol Polisi İdarəsinin ## #### 2026-cı il tarixli məktubu ilə təsdiq olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2021-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, inzibati xəta haqqında iş üzrə məhkəmə qərarından verilmiş şikayət və ya protest vermə müddətinin buraxılıb-buraxılmamasının yoxlanılması ilə əlaqədar prosessual məsələlərin tənzimlənməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müvafiq normaları qanunun analogiyası üzrə tətbiq edilməlidir. «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # #### 2015-ci il qərarında qeyd edilir ki, dövlət orqanları insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırmasından çəkinməklə yanaşı cəmiyyətdə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (Konstitusiyanın 71-ci maddəsinin İ hissəsi). «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.1, 430.2.1 və 430.2.3-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2013-cü il tarixli qərarında qeyd edilir ki, Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Bu müddəa məhkəmə müdafiəsinin yalnız birinci instansiya məhkəməsində deyil, həmçinin apellyasiya və kassasiya instansiyası məhkəmələrində də təmin olunmasını nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət vermək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2016-cı il # ###### tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası 386.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti və apellyasiya protestinin verilmə müddətini bərpa etdikdə öz qərarını icra üçün birinci instansiya məhkəməsinə göndərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Odur ki, verilmiş şikayətə münasibətdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadı ləğv edilməli və Qərardan şikayət verən orqan (şəxs) vəsatəti təmin olunmalı və barəsində Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul olunmuş ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayətin verilməsi üçün üzrlü səbəbdən buraxılmış prosessual müddət bərpa edilməli və Qərardan şikayət verən orqan (şəxs) Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul olunmuş ##.##.2025-ci il tarixli EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxılması üçün inzibati xəta haqında iş üzrə toplanmış materiallar Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 130, 134.1 və 135.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Şikayət təmin olunsun. Qərardan şikayət verən orqan (şəxs) barəsində Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul olunmuş ##.##.2025-ci il tarixli EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatətin rədd edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) vəsatəti təmin edilsin. Qərardan şikayət verən orqan (şəxs) 50 manat məbləğində cərimə ilə tənbeh edilməsi haqqında Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul olunmuş ##.##.2025-ci il tarixli EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətin verilməsi üçün üzrlü səbəbdən buraxılmış prosessual müddət bərpa edilsin. Qərardan şikayət verən orqan (şəxs) Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul olunmuş ##.##.2025-ci il tarixli EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxılması üçün inzibati xəta haqında iş üzrə toplanmış materiallar Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərar qətidir ondan şikayət verilə bilməz. Hakim Telman Hüseynov
Məhkəmə qərarları › İş №3(3-6)-2902/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-2902/2026
11.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver