Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-2903/2026 11.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin EQ seriyalı ******** saylı, ## ######## 2025-ci il tarixli inzibati xəta haqqında qərarından şikayət vermə müddətinin bərpa edilməsi barədə vəsatətinin təmin edilməməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərardadından şikayətçi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin EQ seriyalı ******** saylı, ## ######## 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Qərardan şikayət verən orqan (şəxs) həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin EQ seriyalı ******** saylı, ## ######## 2025-ci il tarixli qərarından şikayət vermək üçün buraxılmış müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, onun barəsində qəbul edilən qərardan məlumatsız olmuşdur. Ona görə də ötürülmüş müddətin üzrlü hesab edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərardadı ilə (sədrlik edən hakim X2) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin EQ seriyalı ******** saylı, ## ######## 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət vermə müddətinin bərpa edilməsi barədə vəsatəti təmin edilməmiş, qərardan şikayət vermək üçün buraxılmış müddət bərpa edilməmiş, həmin qərardan verilmiş şikayətin məhkəmənin icraatına qəbulundan və məhkəmə baxışının keçirilməsindən imtina edilmişdir. Həmin qərardaddan narazı qalan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadının ləğv edilməsi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin EQ seriyalı ******** saylı, ## ######## 2025-ci il tarixli qərarından şikayət vermə müddətinin bərpasına dair verilmiş vəsatətin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin EQ seriyalı ******** saylı, ## ######## 2025-ci il tarixli qərarının mövcudluğu buna oxşar daha 15 qərarla eyni zamanda təxminən 3 ay bundan əvvəl sırf təsadüfən e-Polis tətbiqindən məlum olmuşdur. Bundan dərhal sonra o, Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə şikayətlər göndərmiş, lakin tələbləri həll olunmamışdır. Bundan sonra o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət etmiş, lakin səhv edərək 16 analoji qərardan bir ərizədə şikayət etmişdir. Məhkəmə təxminən 20 gün sonra şikayətini geri qaytararaq yol verdiyi nöqsanları aradan qaldırmağını tövsiyyə etmişdir. Məhkəmənin göstərişinə əməl etmiş, yenidən şikayətlə məhkəməyə müraciət etmişdir. Bu günə qədər rəsmi qaydada heç bir qərar almamışdır. Apellyasiya məhkəməsi iclasında Qərardan şikayət verən orqan (şəxs) şikayətin dəlillərinə uyğun məzmunda izahat verib, onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı inzibati orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə məlumat verilsə də, nümayəndə məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmənin səbəbi barədə məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayətlə əlaqədar işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, aşağıda qeyd olunanlara görə şikayət təmin edilməli və inzibati iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərardadı ləğv edilməli, prosessual müddətin bərpası barədə vəsatət təmin edilməli, prosessual müddət bərpa edilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, barəsində şikayət verilmiş qərar göründüyü kimi uzun müddət bundan əvvəl qəbul edilmişdir. Ötən müddət ərzində şəxsin həmin qərardan xəbərsiz olması mümkün deyil. Hazırkı iş üzrə məhkəmə araşdırması zamanı şikayət verilmə müddətini üzrlü səbəbdən buraxılması halları aşkar olunmadı, bu barədə hər hansı bir mötəbər, əsaslı, inandırıcı dəlil və məhz baxılan məsələ üzrə aidiyyəti sübut təqdim edilmədi. Səbəbin üzürlü hesab edilib-edilməməsi ixtiyari bir mülahizəyə görə deyil, əsaslı səbəbə görə müəyyən edilməlidir, hansı ki, bu səbəb tərəflərin məhkəmə qarşısında hüquq bərabərliyinin pozulmasına münasibətdə, tərəflərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunması hüququnun pozulmasına münasibətdə, ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına münasibətdə, səbəbin ağlabadanlığına münasibətdə, bu səbəbə haqq qazandırıla bilinsin. Lakin hazırki vəsatətdə göstərilən səbəbə yuxarıda qeyd edilənlərə münasibətdə haqq qazandırıla bilməz. Məhkəmə qeyd etmişdir ki, qərardan şikayət verməsi qaydası və halları, müddəti, buraxılmış müddətin bərpasının hansı hallarda mümkünlüyü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə dəqiq müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş həmin qaydaların pozulması, buraxılmış müddətin əsassız olaraq bərpa edilməsi son nəticədə İXM-nin yuxarıda sadalanan prinsiplərinə və müəyyən edilmiş qaydalarına ziddir. Buna yol verilmir. Beləliklə məhkəmə hazırkı iş üzrə qərardan şikayət vermək üçün buraxılmış müddətin bərpası barədə vəsatəti təmin etməmək qərarına gəlmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: -130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci və 127-4.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər; -130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir; -130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir; -130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq hesab edir ki, vəsatətin dəlillərini araşdıran birinci instansiya məhkəməsi onlara yanlış hüquqi qiymət vermiş və gəldiyi qənaəti düzgün əsaslandırmamışdır. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq hesab edir ki, vəsatətin dəlillərini araşdıran birinci instansiya məhkəməsi onlara yanlış hüquqi qiymət vermiş və gəldiyi qənaəti düzgün əsaslandırmamışdır. Belə ki, iş materiallarında prosessual müddətin ötürülməsinə səbəb olmuş halın, yəni Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin EQ seriyalı ******** saylı, ## ######## 2025-ci il tarixli qərarının mövcudluğundan xəbərsiz olmasının üzürlü hal hesab edilməməsi əsassız qənaət olmuşdur. Çünki bu hal obyektiv səbəbdən yaranmışdır. Eyni zamanda birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin EQ seriyalı ******** saylı, ## ######## 2025-ci il tarixli qərarından şikayət verilmə müddətini üzrlü səbəbdən buraxılması hallarının mövcud olmadığını hesab etsə də, iş materiallarında sözügedən qərarın şikayətçi tərəfindən alınmasını təsdiq edən müvafiq qəbz və ya digər sənəd mövcud deyildir. Həmçinin şikayətçi qeyd edilən qərarları əldə etmədiyini bildirmişdir. Belə olduğu təqdirdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin EQ seriyalı ******** saylı, ## ######## 2025-ci il tarixli qərarından şikayət vermə müddətinin ötürülməsi üzrlü hal hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd edilənlər və şikayətin dəlillərinə əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərardadı ləğv edilməli, vəsatət təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin EQ seriyalı ******** saylı, ## ######## 2025-ci il tarixli qərarından şikayət vermək üçün buraxılmış prosessual müddət bərpa edilməli və verilmiş şikayət üzrə növbəti prosessual hərəkətlərin edilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.6cı maddəsinin maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında qərar qəbul edilən Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilən apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərardadı ləğv edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin EQ seriyalı ******** saylı, ## ######## 2025-ci il tarixli qərarından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş vəsatət təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin EQ seriyalı ******** saylı, ## ######## 2025-ci il tarixli qərarından şikayət verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilsin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin EQ seriyalı ******** saylı, ## ######## 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verilmiş şikayət üzrə növbəti prosessual hərəkətlərin edilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2903/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-2903/2026
11.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver