Məhkəmə qərarları › İş №3(3-6)-2909/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2909/2026

10.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2909/2026 10.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, Baş Dövlət Yol Polisi İdarəsinin EQ seriyalı ******** saylı, ## ######## 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət vermə müddətinin bərpa edilməsi barədə vəsatətin təmin edilmədən qərardan şikayət vermək üçün buraxılmış müddətin bərpa edilməməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin EQ seriyalı ******** saylı, ## ######## 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Qərardan şikayət verən orqan (şəxs) həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin EQ seriyalı ******** saylı, ## ######## 2025-ci il tarixli qərarından şikayət vermək üçün buraxılmış müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadına əsasən Baş Dövlət Yol Polisi İdarəsinin EQ seriyalı ******** saylı, ## ######## 2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət vermə müddətinin bərpa edilməsi barədə vəsatəti təmin edilməmiş qərardan şikayət vermək üçün buraxılmış müddət bərpa edilməmişdir. Qərardaddan narazı qalan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadının ləğv edilməsini və qərardan şikayət vermə müddətinin bərpa olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin ## ######## 2025-ci il tarixli, EQ ******** saylı qərarının mövcudluğu buna oxşar daha 15 qərarla eyni zamanda təxminən 3 ay bundan əvvəl sırf təsadüfən e-polis tətbiqindən məlum olmuşdur. E-polis tətbiqində qəbul edilmiş inzibati tənbeh barədə qərarların tam müfəssəl məzmunu deyil, yalnız anons şəklində bu tarixdə cərimə olunduğu göstərilmişdir. Bundan dərhal sonra o Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Baş Dövlət Yol Polisi İdarəsinə şikayətlər göndərmiş, lakin tələbləri həll olunmamışdır. Lakin bu şikayətlərin nəticəsini təxminən 45 gün gözləməli olmuşdur. Bundan sonra o Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət etmiş, lakin səhv edərək 16 analoji qərardan bir ərizədə şikayət etmişdir. Məhkəmə təxminən 20 gün sonra şikayətini geri qaytararaq yol verdiyi nöqsanları aradan qaldırmağını tövsiyyə etdi. Məhkəmənin göstərişinə əməl etmişdir. Yenidən şikayətlə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. O, bu günə qədər rəsmi qaydada heç bir qərar almadığı təqdirdə bunu necə sübut edə bilərəm?! Qoy DYP sübut təqdim etsin ki, ona bu qərarları filan tarixdə rəsmi qaydada verilmişdir. Belə bir hal isə qəti olaraq mövcud deyildir. Məhkəmə iclasınında Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin nümayəndəsi X2 apellyaisya şikayətinin dəlillərini əsassız hesab edərək şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış şikayətçi məhkəmə icalsında iştirak etmədiyindən məhkəmə iclasının onun iştirakı olmadan davam etdirilməsi mümkün hesab edilmişdir. Şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb hesab edirəm ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il il tarixli qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarının tədqiq edərək, mənhkəmə qeyd edir ki, şikayətçi tərəfindən uzun müddət keçdikdən sonra şikayət verilmişdir. Keçən müddət ərzində isə Qərardan şikayət verən orqan (şəxs) qərardan xəbərsiz olmasını təsdiq edən tutarlı və əsaslı dəlil göstərilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 130.1-ci maddəsinə əsasən həmin Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 130.2-ci maddəsinə əsasən həmin Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Göstərilənlərə əsasən hesab edirəm ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Baş Dövlət Yol Polisi İdarəsinin EQ seriyalı ******** saylı, ## ######## 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət vermə müddətinin bərpa edilməsi barədə vəsatətin təmin edilmədən qərardan şikayət vermək üçün buraxılmış müddətin bərpa edilməməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsini rəhbər tutaraq qərara a l ı r a m: Qərardan şikayət verən orqan (şəxs) tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Baş Dövlət Yol Polisi İdarəsinin EQ seriyalı ******** saylı, ## ######## 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət vermə müddətinin bərpa edilməsi barədə vəsatətin təmin edilmədən qərardan şikayət vermək üçün buraxılmış müddətin bərpa edilməməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Qədim Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar