Məhkəmə qərarları › İş №3(3-6)-2910/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-2910/2026

11.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-2910/2026 11.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlunun, Məhkəmə iclas katibi X1, Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə, Şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair Qərardan şikayət verən orqan (şəxs) vəsatətinin təmin edilməməsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDIM: Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DIN Baş Dövlət Yol Polisi Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, EQ/******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini, eyni zamanda şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadına əsasən Azərbaycan Respublikası DIN Baş Dövlət Yol Polisi Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, EQ/******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş vəsatət təmin edilməmişdir. Qərardaddan narazı qalan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verərək, Binəqədi rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli müddətin bərpasından imtina edilməsi barədə qərardadın ləğv edilməsi və buraxılmış müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Dövlət Yol Polisi Idarəsinin ##.##.2025-ci il tarixli, EQ ******** saylı qərarının mövcudluğu buna oxşar daha 15 qərarla eyni zamanda təxminən 3 ay bundan əvvəl sırf təsadüfən e-Polis tətbiqindən məlum olmuşdur. Qeyd etməyi vacib sayır ki, e-Polis tətbiqində qəbul edilmiş inzibati tənbeh barədə qərarların tam müfəssəl məzmunu deyil, yalnız anons şəklində bu tarixdə cərimə olunduğu göstərilmişdir. Bundan dərhal sonra o, Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Azərbaycan Respublikası DIN Baş Dövlət Yol Polisi Idarəsinə şikayətlər göndərmiş, lakin tələbləri həll olunmamışdır. Lakin bu şikayətlərin nəticəsini təxminən 45 gün gözləməli olmuşdur. Bundan sonra o, Bakı şəhəri Yasamal rayon məhkəməsinə şikayət etmiş, lakin səhv edərək 16 analoji qərardan bir ərizədə şikayət etmişdir. Məhkəmə təxminən 20 gün sonra şikayətini geri qaytararaq yol verdiyi nöqsanları aradan qaldırmağı tövsiyyə etmişdir. Məhkəmənim göstərişinə əməl etmiş və yenidən şikayətlə məhkəməyə müraciət etmişdir. O, bu günə qədər rəsmi qaydada heç bir qərar almadığı təqdirdə bunu necə sübut edə bilər? Qoy DYP sübut təqdim etsin ki, bu qərarlar filan tarixdə rəsmi qaydada verilmişdir. Belə bir hal isə qəti olaraq mövcud deyildir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin *(*-***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərardadının ləğv edilməsi, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Dövlət Yol Polisi Idarəsinin ##.##.2025-ci il tarixli, EQ ******** saylı qərarından şikayət vermə müddətinin bərpasına dair tərəfindən verilmiş vəsatətin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək məhkəmədən verilmiş şikayətin təmin edilməsini xahiş etdi. Işin materiallarını araşdırıb, proses iştirakçıların çıxışını dinləyib, aşağıda qeyd olunan əsaslara görə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadı ləğv olunmalı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən şikayət verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməlidir. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Birinci instansiya məhkəməsinin hakimi mübahisələndirilən qərardadında qeyd etmişdir ki, barəsində şikayət verilmiş qərar göründüyü kimi uzun müddət bundan əvvəl, şikayət verildiyi tarixdən 09 ay əvvəl qəbul edilmişdir. Ötən müddət ərzində şəxsin həmin qərardan xəbərsiz olması mümkün deyil. Hazırkı iş üzrə məhkəmə araşdırması zamanı şikayət verilmə müddətini üzrlü səbəbdən buraxılması halları aşkar olunmadı, bu barədə hər hansı bir mötəbər, əsaslı, inandırıcı dəlil və məhz baxılan məsələ üzrə aidiyyəti sübut təqdim edilmədi. Səbəbin üzürlü hesab edilib-edilməməsi ixtiyari bir mülahizəyə görə deyil, əsaslı səbəbə görə müəyyən edilməlidir, hansı ki bu səbəb tərəflərin məhkəmə qarşısında hüquq bərabərliyinin pozulmasına münasibətdə, tərəflərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunması hüququnun pozulmasına münasibətdə, ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına münasibətdə, səbəbin ağlabatanlığına münasibətdə, bu səbəbə haqq qazandırıla bilinsin. Lakin hazırki vəsatətdə göstərilən səbəbə yuxarıda qeyd edilənlərə münasibətdə haqq qazandırıla bilməz. Beləliklə, qərardan şikayət verməsi qaydası və halları, müddəti, buraxılmış müddətin bərpasının hansı hallarda mümkünlüyü IXM ilə dəqiq müəyyən edilmişdir. IXM ilə müəyyən edilmiş həmin qaydaların pozulması, buraxılmış müddətin əsassız olaraq bərpa edilməsi son nəticədə IXMnin yuxarıda sadalanan prinsiplərinə və müəyyən edilmiş qaydalarına ziddir. Buna yol verilmir. Məhkəmə həmçinin qeyd edir ki, IXM-in 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Apellyasiya instansiya məhkəməsi həmin mövqe ilə razılaşmayaraq hesab edir ki, inzibati tənbeh vermə haqqında qərar ##.##.2025-ci il tarixdə qəbul olunsa da həmin qərar Qərardan şikayət verən orqan (şəxs) təqdim edilməmiş və Qərardan şikayət verən orqan (şəxs) həmin qərardan təsadüfən e-polis tətbiqinə daxil olan zaman xəbər tutmuşdur. Şikayət vermə müddətinin bərpa olunmaması və işin araşdırılmaması şəxsin əsassız cərimələnməsinə və hüquqlarının kobud şəkildə pozulmasına səbəb olacaqdır. Məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadı ləğv edilməli, Azərbaycan Respublikası DIN Baş Dövlət Yol Polisi Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, EQ/******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən apellyasiya qaydasında şikayət verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməlidir. Qeyd olunanlara və Azərbaycan Republikası Inzibati Xətalar Məcəlləsinin 130-cu maddəsi rəhbər tutularaq QƏRARA ALDIM: Şikayət təmin edilsin. Azərbaycan Respublikası DIN Baş Dövlət Yol Polisi Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, EQ/******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair Qərardan şikayət verən orqan (şəxs) vəsatətin təmin edilməməsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) tərəfindən inzibati tənbeh vermə haqqında qərardan şikayətin verilməsi üçün nəzərdə tutulmuş müddətin buraxılmasının səbəbləri üzrlü hesab edilərək buraxılmış müddət bərpa edilsin. Qərardad qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim: Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar