Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-2911/2026 11.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ seriyalı ******** saylı, ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermə müddətinin bərpa edilməsinə dair vəsatətin təmin edilməməsi haqqında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin EQ seriyalı ******** saylı, ##.##.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Qərardan şikayət verən orqan (şəxs) həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin EQ seriyalı ******** saylı, ##.##.2025-ci il tarixli qərarından şikayət vermək üçün buraxılmış müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmişdir Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadına əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin EQ seriyalı ******** saylı, ##.##.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət vermə müddətinin bərpa edilməsi barədə vəsatəti təmin edilməmiş, qərardan şikayət vermək üçün buraxılmış müddət bərpa edilməmişdir. Qərardaddan narazı qalan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Yasamal rayon məhkəməsinin *(*-***)-****/**** saylı ##.##.2026cı il tarixli qərardadının ləğv edilməsi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2025-ci il tarixli, EQ ******** saylı qərarından şikayət vermə müddətinin bərpasına dair vəsatətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2025-ci il tarixli, EQ ******** saylı qərarının mövcudluğu buna oxşar daha 15 qərarla eyni zamanda təxminən 3 ay bundan əvvəl sırf təsadüfən e-Polis tətbiqindən məlum olmuşdur. Qeyd etməyi vacib sayıram ki, e-Polis tətbiqində qəbul edilmiş inzibati tənbeh barədə qərarların tam müfəssəl məzmunu deyil, yalnız anons şəklində bu tarixdə cərimə olunduğum göstərilmişdir. Bundan dərhal sonra mən Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə şikayətlər göndərmişəm, lakin tələblərim həll olunmamışdır. Lakin bu şikayətlərin nəticəsini təxminən 45 gün gözləməli olmuşam. Bundan sonra mən Bakı şəhəri Yasamal rayon məhkəməsinə şikayət etmişəm, lakin səhv edərək 16 analoji qərardan bir ərizədə şikayət etmişəm. Məhkəmə təxminən 20 gün sonra şikayətimi geri qaytararaq yol verdiyim nöqsanları aradan qaldırmağımı tövsiyyə etdi. Məhkəmənim göstərişinə əməl etdim. Yenidən şikayətlə məhkəməyə müraciət etdim. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Mən bu günə qədər rəsmi qaydada heç bir qərar almadığım təqdirdə bunu necə sübut edə bilərəm? Qoy DYP sübut təqdim etsin ki, mənə bu qərarlar filan tarixdə rəsmi qaydada verilmişdir. Belə bir hal isə qəti olaraq mövcud deyildir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayətin dəlillərini müdafiə edərək, bildirdi ki, adına 16 protokol yazılmışdır. Yasamal rayon məhkəməsi müddət istədiyinə görə apellyasiya məhkəməsinə vermək məcburiyyətində qaldı. O şikayətlər də bölündü və hər hakimə 2-3 iş düşür. O fəhlə işləyir, ümumiyyətlə belə avtomobili yoxdur. Məhkəmədən verilmiş apellyasiya şikayətimin təmin edilməsini xahiş etdi. Məhkəmə şikayətlə əlaqədar işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, aşağıda qeyd olunanlara görə şikayət təmin edilməli və inzibati iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı ləğv edilməli, prosessual müddətin bərpası barədə vəsatət təmin edilməli, prosessual müddət bərpa edilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Birinci instansiya məhkəməsində qeyd etmişdir ki, barəsində şikayət verilmiş qərar göründüyü kimi uzun müddət bundan əvvəl, şikayət verildiyi tarixdən 10 ay əvvəl qəbul edilmişdir. Ötən müddət ərzində şəxsin həmin qərardan xəbərsiz olması mümkün deyil. Hazırkı iş üzrə məhkəmə araşdırması zamanı şikayət verilmə müddətini üzrlü səbəbdən buraxılması halları aşkar olunmadı, bu barədə hər hansı bir mötəbər, əsaslı, inandırıcı dəlil və məhz baxılan məsələ üzrə aidiyyəti sübut təqdim edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 130.1- ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci və 127-4.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər; 130.2- ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa ed Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir; 130.3- cü maddəsinə əsasən Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq hesab edir ki, vəsatətin dəlillərini araşdıran birinci instansiya məhkəməsi onlara yanlış hüquqi qiymət vermiş və gəldiyi qənaəti düzgün əsaslandırmamışdır. Belə ki, Qərardan şikayət verən orqan (şəxs) iş üzrə səlahiyyətli orqanın mübahisələndirdiyi qərarı barədə məlumatı “E-polis” tətbiqinə baxarkən əldə etdikdən sonra həmin qərardan əvvəlcə səlahiyyətli orqana və Azərbaycan Respublikasının Baş Prokurorluğuna, bunun müsbət nəticəsinin olmamasından sonra isə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayətlər etməsini müəyyən etdiyinə görə hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) səlahiyyətli orqanın iş üzrə mübahisələndirdiyi qərarından şikayət verməsi üçün prosessual müddəti üzrlü səbəbdən ötürmüşdür. İş materiallarında prosessual müddətin ötürülməsinə səbəb olmuş halın, yəni Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ seriyalı ******** saylı, ##.##.2025-ci il tarixli qərarının mövcudluğundan xəbərsiz olmasının üzürlü hal hesab edilməməsi əsassız qənaət olmuşdur. Çünki bu hal obyektiv səbəbdən yaranmışdır. Eyni zamanda birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ seriyalı ******** saylı, ##.##.2025-ci il tarixli qərarından şikayət verilmə müddətini üzrlü səbəbdən buraxılması hallarının mövcud olmadığını hesab etsə də, iş materiallarında sözügedən qərarın şikayətçi tərəfindən vaxtında alınmasını təsdiq edən müvafiq qəbz və ya digər sənəd mövcud deyildir. Belə olduğu təqdirdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ seriyalı ******** saylı, ##.##.2025-ci il tarixli qərarından şikayət vermə müddətinin ötürülməsi üzrlü hal hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd edilənlər və şikayətin dəlillərinə əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı ləğv edilməli, vəsatət təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ seriyalı ******** saylı, ##.##.2025-ci il tarixli qərarından şikayət vermək üçün buraxılmış prosessual müddət bərpa edilməli və verilmiş şikayət üzrə növbəti prosessual hərəkətlərin edilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinin maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L İ R A M: Barəsində inzibati xəta haqqında qərar qəbul edilən Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilən apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı ləğv edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ seriyalı ******** saylı, ##.##.2025-ci il tarixli qərarından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş vəsatət təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ seriyalı ******** saylı, ##.##.2025-ci il tarixli qərarından şikayət verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilsin. İş üzrə inzibati xəta haqqında icraat materialları Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayətə baxılmasına hazırlıq mərhələsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir, ondan şikayət verilə bilməz. Hakim İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №3(3-6)-2911/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-2911/2026
11.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver