Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-2917/2026 11.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hüseynov Telman Qulaməli oğlu, Məhkəmə iclas katibi X2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından səlahiyyətli orqan X3 Xidmətinin Bakı Şəhər Idarəsi tərəfindən verilmiş şikayət üzrə materiala Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şikayət verən şəxs “xxxx” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı Şəhər Idarəsinin MN ******* saylı, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, məhkəmədən həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Orxan Məmmədli) ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə şikayət təmin edilərək, şikayətçi “xxxx” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) barəsində IXM-nin 192.1-ci maddəsi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı Şəhər Idarəsinin MN ******* saylı, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan səlahiyyətli orqan X3 Xidmətinin Bakı Şəhər Idarəsi apellyasiya şikayəti vermiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ****/**** saylı qərarının ləğv edilməsini və “xxxx” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) berəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı Şəhər Idarəsinin MN ******* saylı, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. “X1” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə etiraz təqdim edərək, apellyasiya şikayətinin verilməsi müddəti ötürüldüyündən geri qaytarılmasını, şikayətə baxılacağı təqdirdə isə birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya qaydasında verilmiş şikayətlə bağlı işin materiallarını araşdırıb hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından səlahiyyətli orqan X3 Xidmətinin Bakı Şəhər Idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən olunmuş müddət ötürülməklə verildiyindən material baxılmadan birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Göründüyü kimi, hakimin inzibati xətaya dair iş üzrə qərarından surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Iş materiallarından və elektron məhkəmə informasiya sistemindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ## #### 2026-cı il tarixdə elektron məhkəmə informasiya sistemində səlahiyyətli orqan X3 Xidmətinin nümayəndələri nümayəndə1, nümayəndə3 və nümayəndə2 elektron kabinetlərinə yerləşdirilmişdir. Apellyasiya şikayəti isə ##.##.2026-cı il tarixində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə təqdim edilmişdir. Səlahiyyətli orqan apellyasiya şikayətində Yasamal Rayon Məhkəməsinin qərarının ##.##.2026-cı il tarixində onlara daxil olduğunu qeyd etsə də, məhkəmə bununla bağlı qeyd edir ki, ##.##.2026-cı il tarixində X3 Xidmətinə məhkəmə qərarı məlumat üçün deyil, şikayət vermə müddəti bitdikdən sonra icra edilməsi üçün göndərilmişdir. Belə olan halda, həmin tarix (##.##.2026-cı il) məhkəmə qərarının səlahiyyətli orqana daxil olduğu tarix kimi şikayət vermə müddətinin başlanmasına səbəb ola bilməz. Məhkəmə qərarının ## #### 2026-cı il tarixdə təhvil alındığını nəzərə alaraq qeyd etmək lazımdır ki, apellyasiya şikayəti məhkəməyə ##.##.2026-cı il tarixində təhvil verildiyindən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş 10 günlük müddət təxminən 2 ay ötürülmüşdür. Göründüyü kimi, hazırkı halda apellyasiya qaydasında verilmiş şikayət prosessual müddət ötürülməklə verilmişdir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından apellyasiya qaydasında verilmiş şikayət qanunla müəyyən olunmuş müddət ötürülməklə verildiyindən, həmin şikayətə baxıla bilməz və bu halda material baxılmadan birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə eyni zamanda izah edir ki, apellyasiya şikayəti vermə müddətini üzürlü səbəbdən keçiriblərsə, buraxılmış müddətin bərpası barədə vəsatətlə birinci instansiya məhkəməsinə müraciət edə bilərlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara a l ı r: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından X3 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən olunmuş müddət ötürülməklə verildiyindən material baxılmadan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılsın. Qərardan şikayət və ya protest verilə bilməz. Hakim: Telman Hüseynov
Məhkəmə qərarları › İş №3(3-6)-2917/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-2917/2026
11.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver