Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2918/2026 04.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hüseyn Cavid Vaqif oğlunun məruzəsi və sədrliyi ilə, məhkəmə iclas katibi X2 oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında icraat aparılmış şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (## #### 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: *******, evli, orta təhsilli, “xxxx” MMC-də direktor vəzifəsində işləyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 528.1-1ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində 20 (iyirmi) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmiş, inzibati həbsdə saxlama müddətinin əvvəli ## ###### 2026-cı il tarixdən, saat 19:00-dan hesablanmışdır. İşin halları: Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru tərəfindən ## ###### 2026-cı il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilməklə baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola və ona əlavə edilən sənədlərə əsasən Şəmkir Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə cavabdehlər X3 və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müştərək qaydada 8000 (səkkiz min) manat məbləğində pulun alınaraq X1 verilməsi qət edilmiş, həmin məhkəmə aktı ## ##### 2024-cü il tarixdə qanuni qüvvəyə minmiş, onun əsasında icra vərəqəsi verilmiş və icra sənədi icraya yönəldilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzrsüz səbəbdən icra sənədini hazırki günədək tam icra etməmişdir. İş üzrə yuxarıda göstərilən qərar qəbul edilmişdir. Qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs apellyasiya qaydasında şikayət verib ona köməklik edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya qaydasında şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı ilə razı deyil. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs borc məbləği üzrə zamin olduğunu, maddi çətinlikləri səbəbindən borcunu ödəyə bilmədiyini, digər şəxs X3 borcunu ödəməyə cəhd etmədiyini, fəhlə işlədiyini və borcundan 400 manat ödəniş etdiyini, bundan sonra da, hər ay borcundan ödəniş edəcəyini, himayəsində iki azyaşlı qızının olduğunu, ailənin yeganə qazanc gətirən şəxsi olduğunu, dərs ilinin başlaması səbəbindən qızlarının məktəb ləvazımatlarını ala bilmədiyini nəzərə alaraq həbs müddətinin azaldılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş səlahiyyətli orqanın nümayəndəsinə və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Apellyasiya instansiyası məhkəməsi proses iştirakçısının razılığı ilə şikayətə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin və zərərçəkmiş şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayətində tətbiq edilmiş tənbehin İXM-in 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmamasını iddia edilərək tələb İXM-in 135.1.5-ci maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. İXM-in 135.1.5-ci maddələrinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34cü maddələrinin tələblərinə uyğun olmaması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Birinci instansiya məhkəməsi təqsirlilik məsələsini həll edərkən mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, İXM-in 75-84-cü maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu öz daxili inamı ilə qiymətləndirmiş, izahatı və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tənbeh etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırda sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayətinin dəlilərinə münasibətdə qiymətləndirilməlidir. Məhkəmə göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda qərarın məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayətin dəlilərinə münasibətdə qiymətləndirilməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həbs müddətinin azaldılmasını xahiş etmişdir. İXM-in; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Qeyd olunan normaların tələblərini, apellyasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda aşağıdakılar müəyyən olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətdiyi xətaya görə inzibati xətalar qanununun 528.1-1-ci maddəsinin müəyyən etdiyi məhrumiyyət min manatdan min beş yüz manatadək məbləğdə cərimə və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbsdən ibarətdir. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tənbeh tətbiq edərkən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, 400 manat məbləğində qismən ödəniş etməsini, himayəsində azyaşlı uşağın olmasını bildirməsini, onun şəxsi və əmlak vəziyyətini və iş üzrə müəyyən edilmiş digər halları nəzərə alınmaqla ona təqsirli bilindiyi İXM-in 528.1-1-ci maddəsinin sanksiyası daxilində nəzərdə tutulmuş həddə inzibati həbs tənbehi tətbiq etmişdir. Məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təyin edilmiş tənbehin növü ilə razılaşır. Bununla belə, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tənbeh təyini zamanı barəsində məsuliyyəti yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, tənbehin ailəsinin həyat şəraitinə təsirini və diferensiallaşdırılmasını kifayət qədər nəzərə almamışdır.. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs himayəsində iki azyaşlı uşağı vardır (##.##.2019-cu il təvəlüdlü Əsma, ##.##.2012-ci il təvəlüdlü Nuray) və törətdiyi xətadan səmimi peşman olduğunu bildirmiş, borcundan 400 manat məbləğində ödəniş etmişdir. Bu hallar, İXM-in 32.1.1 və 32.2-ci maddəsinə əsasən onun tənbehini yüngülləşdirən hallardandır. Məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, törədilmiş inzibati xətaların xarakterini, onun törədilməsi hallarını və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətini, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs himayəsində iki azyaşlı övladının olmasını, törətdiyi xətadan səmimi peşman olmasını, borcundan 400 manat məbləğində ödəniş etməsini məsuliyyətini yüngülləşdirən hallar kimi, eyni zamanda məsuliyyətini ağırlaşdıran halların müəyyən olunmamasını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, şikayət təmin edilməli, qərar tənbehin həddinə münasibətdə dəyişdirilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tətbiq edilmiş 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə tənbeh tədbirinin müddəti 15 (on beş) günə azaldılmalıdır. Yuxarıdakılara əsasən və İXM-nin 128-134, 138.1.3-cü maddələrini rəhbər tutaraq Qərara aldım: Barəsində inzibati qaydada icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təyin edilmiş 20 (iyirmi) gün müddətə inzibati həbs növündə inzibati tənbehin müddəti 15 (on beş) günə endirilsin. Qərar qalan hissədə dəyişdirilməsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və protest verilə bilməz
Məhkəmə qərarları › İş №3(3-6)-2918/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2918/2026
04.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver